Gəncədə məktəblilərin mübahisəsi qanla bitdi - APA TV

Sdílet
Vložit
  • čas přidán 2. 05. 2024
  • #APATV #Gəncə #bıçaqlanma #məktəbli #mübahisə #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
    Gəncədə məktəblilərin arasında baş verən insident qanla bitib. Hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbin həyətində qeydə alınıb.
    Sözü gedən məktəbin 10-cu sinif şagirdi olan 2008-ci il təvəllüdlü Raul İbrahimov bıçaqlanma diaqnozu ilə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Yaralı məktəbli dərhal əməliyyat edilib, onun vəziyyətinin normal olduğu bildirilir.
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
    Araşdırma zamanı məlum olub ki, Raul İbrahimovu onun sinif yoldaşı olan 2007-ci il təvəllüdlü Suliddin İsayev bıçaqlayıb.
    Bıçaq xəsarəti alan məktəblinin valideynləri danışmaq istəməyiblər. Hazırda araşdırmalar davam etdirilir.
    Qeyd edək ki, analoji hadisə ötən ay Goranboyun Dəliməmmədli şəhərində yerləşən Mahmud Zeynalov adına tam orta məktəbdə və Gəncədə yerləşən Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbdə də qeydə alınıb. Xoşbəxtlikdən həmin hadisələr vaxtı ölüm faktı olmayıb.
    Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: czcams.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 28

  • @za-1980
    @za-1980 Před měsícem +7

    Məktəb elə türməyə oxşayır bu nə gündədi . Sosyal şəbəkələrdən böyük qardaş teması yığışmasa hələ belə şeylər çox olacaq

    • @arastunQasimli
      @arastunQasimli Před měsícem

      Hələ içini görəsiniz lap fermaya oxşayır dövlətin pulu yoxdur ki təmir etsin

  • @niyazizeynal1064
    @niyazizeynal1064 Před měsícem +8

    Gəncədə bu adi haldı

  • @BabayevaElnar
    @BabayevaElnar Před měsícem +5

    Allah səbir versin inşallah Amin 🤲🤲

  • @elburushasanov868
    @elburushasanov868 Před měsícem +3

    O qədər məçlislərdə , mətbuatda , adam vurmağı , adam öldürməyi qəhramanlıq kimi təlqin edirlərki , gənçlərdə bu təlqinlərin təsiri altına düşürlər .

  • @PLN-AZN
    @PLN-AZN Před měsícem +3

    Son zamanlar bu cur hallarin coxalmasi bunu gostərir ki biz valideynlər,o qədər basimiz basqa islərlə qarisib ki,məktəbə gedən usaqlarimizin ciblərində bicaq gəzdirməsindən bixəbərik

  • @ArifeYusufova
    @ArifeYusufova Před měsícem +3

    Allah üzünə baxıb ki dərsdən sonra olub .yoxsa yazıq olmuşdu o məktəbin bütün heyyəti

  • @isazad8997
    @isazad8997 Před měsícem +2

    Biz uşağımızı hər gün qorxa qorxa bu məktəbə göndəririk

  • @taksikerem9020
    @taksikerem9020 Před měsícem +4

    HƏR ŞEY BİR QİRAGA....... MƏKTƏB ELƏ BİL... 2-Cİ DUNYA MUHARİBƏSİNDƏN CİXİB..........

  • @nurangizzeynalova9124
    @nurangizzeynalova9124 Před měsícem +6

    Mektebe bicagnan gedirler???

  • @user-gl8yz3jc3v
    @user-gl8yz3jc3v Před měsícem

    Hələ bunnan pis günə qalacaq gəncliyimiz bu harasıdı hələ məhv elədilər hərşeyi

  • @user-dg7gk6hz2f
    @user-dg7gk6hz2f Před měsícem +1

    Shagirdin elinde bicaq ne axtarir? Mektebliler qudurublar.

  • @affnmokgtc
    @affnmokgtc Před měsícem +1

    Saat 3den sonra məktəblinin məktəbdə nə işi var????

  • @isazad8997
    @isazad8997 Před měsícem +2

    Ay Nərgiz sənin vaxtında da bu cür hadisələr olurdu hər zaman ört basdır edirdin

  • @user-dg7gk6hz2f
    @user-dg7gk6hz2f Před měsícem

    Insidentin azerbaycanca tergimesi yoxdur? (Mubahise, dava-dalash, agizlashma ve s.)

  • @royal3385
    @royal3385 Před 19 dny

    Salam Gəncə şəhərində yazıram qısametrajlı filmə çəkilmək üçün qızlar yazsın

  • @user-ue7md3kj6y
    @user-ue7md3kj6y Před měsícem +1

    Bu nediyee bele məktəblər kriminal ailəsi.,ailede tərbiyə gormurler

  • @Nesibova_20
    @Nesibova_20 Před měsícem

    Direktor Elnur müəllimdi?