Tahir İmanov babası, televiziya, Rasim Balayev və devalvasiya haqqında

Sdílet
Vložit
  • čas přidán 23. 08. 2024
  • Əziz izləyicilər, rastlaşdığınız hadisələr, istedadlı və maraqlı insanlar gördüyünüz zaman bizimlə aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
    +99410 232 68 89 (WhatsApp) Kanalımıza bu linklə qatıla bilərsiz:
    / @astar
    ------------------------------------------------------------------------------------
    ------------------------------------------------------------------------------
    Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur.
    office@bakucms.com / www.bakucms.com
    #AStar #Azərbaycan

Komentáře • 1,2K

  • @nabathsnzad
    @nabathsnzad Před 3 měsíci +9

    Tahir bəy elə istiyərdim siz bizim Mədəniyyət Nazirimiz olasız.Nə bilmək olar həyat gözəlliklərlə doludur.Bəlkə də o günə az qalıb 🤲♥️

  • @aynurelekberova6748
    @aynurelekberova6748 Před 9 měsíci +552

    Tahir İmanov ,əvvəla salam.Rəyləri bir bir oxuyacağınıza əminəm.Bilin ki, sizin səviyyəli tamaşaçılarınız kifayət qədərdir.Demək istəmədiyiniz nələrsə varıydı hətta çox idi.Bilin ki, hamısını ağıllı izləyici havada tutdu.Sizə sağlıqlı ömür arzu edirəm.Biz sizi çox sevirik, hədsiz bəyənirik və yumorunuza ürəkdən gülürük, bəzən də ağlayırıq...

    • @siyavusbaxsiyev8448
      @siyavusbaxsiyev8448 Před 8 měsíci +4

      👍👍👍

    • @bozkardinal.1581
      @bozkardinal.1581 Před 8 měsíci

      Tahir Imanov, Ilham Əliyevin idarə etdiyi dəhşətli bir sistemin qurbanıdır.
      Məhz o Azerbaycanda müstəqil medianı məhkəməni ona müxalifət təşkil edəcək hər bir qurumu təşkilatı məhv etməyə əmr verib.

    • @S_B80
      @S_B80 Před 8 měsíci +13

      İnsanın zövqü taxdığı eynəkdən bilinir. Yəni ruslar demiş opravanın tipindən.

    • @dilbersuleymanov7828
      @dilbersuleymanov7828 Před 8 měsíci +10

      Ürəyimdən keçənləri yazmısız inanın 👏👏👏👏👏👍👍

    • @19mk19
      @19mk19 Před 8 měsíci +1

      🤦🤦🤦

  • @zulfiyyhuseynova1651
    @zulfiyyhuseynova1651 Před 8 měsíci +87

    Tahir bəy çox savadlı, mədəni, əsil azərbaycanlı ailə tərbiyəsi görmüş insandır.Allah can sağlığı versin, həyatda bir dəfə görmüşəm.

  • @riyadhaciyev2386
    @riyadhaciyev2386 Před 9 měsíci +114

    Çox təəssüf ki,intellekti yüksək olan insanlar əziyyət çəkir.Sizi sevirik və həmişə də seçəcəyik.

  • @raulnazim9539
    @raulnazim9539 Před 8 měsíci +82

    Kaş Siz bizim Medeniyyet nazirimiz olardız,inanın onda hər şey tam fərqli olardı. Sizin kimi insanalara xalqımızın çox ehtiyacı var! Biz Sizin menalı yumorlarınızla böyümüşük. İnanın Sizdən çox şey öyrənmişik! Sizi çox sevirik.

    • @suzieabasova9503
      @suzieabasova9503 Před 7 měsíci +3

      Mədəniyyət naziri fikri ilə sizinlə tam razıyam.

  • @FightacademyAzerbaijan
    @FightacademyAzerbaijan Před 8 měsíci +51

    Hörmətli Tahir İmanov. Əmin olun ki, sizi maraqla dinləyən, dediklərinizdən nəticə çıxaran və sizi sevən insanlar hələdə var. Həmdə kifayyət qədərdir. Biz də sizə təşəkkür edirik.

  • @yusif0411
    @yusif0411 Před 3 měsíci +4

    Əvvəla salam.Tahir İmanov yeriniz o qədər görünür ki səhnəmizdə.Sizin kimi səviyyəli,maarifləndirici şəxsiyyətlərə o qədər ehtiyacımız var ki.

  • @bayramvaliyev2670
    @bayramvaliyev2670 Před 8 měsíci +84

    Maraqlıdır dinləmək. Təşəkkürlər Tahir bəy. İntellekt və dünya görüşü var, əxlaq və tərbiyə var, vicdan və iman var

  • @ozalabbasov451
    @ozalabbasov451 Před 9 měsíci +29

    Allah Tahir müəllimdən razı olsun

  • @sefeqhaciyeva967
    @sefeqhaciyeva967 Před 9 měsíci +181

    Tahir İmanov kimi şəxsiyyətlər cəmiyyətimizdə çox olsa, korlanmış incəsənətimizin bəlkə yenidən bərpa edə bilərik.

  • @radmilaabulova8765
    @radmilaabulova8765 Před 8 měsíci +29

    Tahir,axır ki, gözümüz ve qulqlarimiz qidalandi.Tesəkkurlər! Uğurlar!

  • @vmivn7209
    @vmivn7209 Před 9 měsíci +29

    Tahir çox çox təşəkkür edirəm. O qədər zövq aldım ki. Söz tapmıram deməyə. Elə bildim müsabiqəni özüm verirdim. Tam ürəyimdən keçənləri söylədiz. Mən Sizə çox təşəkkür edirəm və şükr edirəm ki, sizin kimi insanlarımız bizim cəmiyyətdə barmaqla da sayılan olsa, yenə də var. Var olun, salamat olun. 👏👏👏👏👏👏👏

    • @sinana.6146
      @sinana.6146 Před 8 měsíci

      Müsabiqə yox müsahibə 😊

  • @nailehuseynova5465
    @nailehuseynova5465 Před 9 měsíci +85

    Allah rəhmət eləsin . Süleyman Ələsgərov çox gözəl ,örnək insan idi.

  • @ferqiyyealiyeva4718
    @ferqiyyealiyeva4718 Před 8 měsíci +22

    Əvvəldən sona qədər zövqlə baxmışam sizə Tahir bəy, biz sizi çox sevirik. Sizin yumor əvəzssizdir, ildə 1 konsert də çox azdır.Var olun həmişə🙏

  • @nurlanerzayeva1945
    @nurlanerzayeva1945 Před 8 měsíci +10

    Heftenin 5 gunu Xoshqedemin yerine Tahir Imanov ve yaratdiği teatrin aktyorlarini gösterseler men shexsen her gun baxaram, bele indi öz telekanallarimiza baxmiram

  • @poladseyfaddinov7092
    @poladseyfaddinov7092 Před 8 měsíci +13

    Tahir İmanovu özüm üçün yenidən "kəşf" etdim. MaşaAllah. Təşəkkür edirəm.

  • @Arzu.Gurbanov
    @Arzu.Gurbanov Před 8 měsíci +9

    İlahi insan nə qədər sadə və mötəbər olar, necə məntiqli və səlist danışır Tahir bəy siz bizlər üçün sadəcə bir xəzinəsiniz qızıl xəzinəsində yerin altında olur və hər zaman öz dəyərini saxlayır zir zibildən əl ayağa dolaşır zaman özü qiymətləndirəcək sizi.

  • @faridao013
    @faridao013 Před 9 měsíci +46

    ALLAH komeyiniz olsun.size cox alcaglig eliyibler.ALLAH size guc guvvet versin.Xalq sizi sevir

  • @zemineelturan113
    @zemineelturan113 Před 8 měsíci +17

    Maraqlı müsahibədi.Cavablar mükəmməldi.Əsl ziyalıdı Tahir bəy. "Bakılı oğlanlar" komandası unudulmaz.Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin biganəliyi çox pis təsir etdi mənə.Belə istedadlara yol açmaq lazımdı.Allah yolunuzu açıq etsin,Tahir bəy.Amin.

  • @kamilpasayev4312
    @kamilpasayev4312 Před 8 měsíci +15

    İntellektli insan özünü davranışıyla, tərzi ilə, üslubu ilə göstərir.Bravo sizə Tahir İmanov.

  • @ramizibrahimov959
    @ramizibrahimov959 Před 9 měsíci +111

    Tahirə baxdım, Ömür dedi "qocalmısan",
    Ülviraya baxdım, Urək dedi"yaşa hələ"❤❤❤❤

    • @Ulvira
      @Ulvira Před 9 měsíci +7

      😂

    • @ramizibrahimov959
      @ramizibrahimov959 Před 9 měsíci +3

      ​@@Ulvira❤

    • @davud.488
      @davud.488 Před 9 měsíci +6

      ​@@Ulviradogrudan da çox savadlı aparıcı xanım və aparıcısız.ancaq sifətiniz çox süni.dodaq yanaq barmaq nə və.s.dodagınızı elə bil nasosla doldurublar.çox heyf

    • @zulfiyyhuseynova1651
      @zulfiyyhuseynova1651 Před 8 měsíci

      😂

    • @gulgezbalayeva324
      @gulgezbalayeva324 Před 8 měsíci

      😂

  • @zaurkazimov5107
    @zaurkazimov5107 Před 9 měsíci +20

    Maraqlı müsahibə üçün təşəkkür edirəm.

  • @lalaaliyeva249
    @lalaaliyeva249 Před 8 měsíci +23

    Не могу оторваться от просмотра. Культурный талантливый человек!

  • @cebrayilovalale4848
    @cebrayilovalale4848 Před 8 měsíci +13

    1 saatlıq Intervyu çox həvəslə baxdım.Əvvəla dürüst, mədəni və imanlı insana qulaq asmaqdan zövq aldım.Körpəsini qucaqlayıb hönkürdüyünə görə çox kövrəldim.....

  • @natavanagayeva5353
    @natavanagayeva5353 Před 9 měsíci +14

    Salam təşəkkür edirəm sizə Tahir İmanov var olasız ,nə yaxşı ki müsahibə verdiz Allah sizi qorusun Amin

  • @user-qn9it7lp9y
    @user-qn9it7lp9y Před 9 měsíci +19

    Tahir bəy sizi sonadək izlədim və etiraf edim ki, kaş siz respublikamızın mədəniyyət naziri olaydız heç olmasa bir nazirlik xalqına xidmət etmiş olardı. Allah sizə sağlam ömür qismət eləsın.

  • @minayaazeri4705
    @minayaazeri4705 Před 8 měsíci +29

    Hörmətli Tahir İmanov səmimi müsahibəyə görə təşəkkür edirik.

  • @tukasbansamedowa
    @tukasbansamedowa Před 8 měsíci +19

    Çox maraqlı müsahibə üçün ,Elvira xanım və Tahir İmanov, sizə təşəkkürlər🙏🙏
    Almaniyadan sizə salamlar.

  • @QarabagAzerbaycan73
    @QarabagAzerbaycan73 Před 9 měsíci +27

    MOHTESEM VERİLİS,MARAQLİ SOHBET,DERİN İNFORMASİYALİ CEKİLİSH UCUN VAR OLUN!!!!!!🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿👏👏👏👏👏👏💐💐💐💐

  • @melekmutellimova2375
    @melekmutellimova2375 Před 8 měsíci +11

    1 saat 10 dəq yorulmadan, bezmədən, zövqlə Tahir bəyin intellektual danışığına, səlis nitqinə qulaq asmaq👏 Əsl sənətkar, intellektual səviyyəli insan mənəvi və düşüncə cəhətdən zəngin Tahir Imanov... Bu gözəlmüsahibəyə görə sizə dərin minnətdarlığımı bildirirəm🙏❤️

    • @roytarlberg1068
      @roytarlberg1068 Před 8 měsíci +2

      Белииии, чох гозел, селис Азербайджан дилинде мукеммел данышырмыш❤. Браво 👏🏼

    • @roytarlberg1068
      @roytarlberg1068 Před 8 měsíci +1

      Наташа, ты поишол 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ мы вас всех любим и ценим

  • @sirvanmahmudlu
    @sirvanmahmudlu Před 8 měsíci +112

    Xalqın gözü tərəzidi.Xalq Planet parni iz Bakunu çox sevir.İnsan qürurunu itirdisə heçnəyə lazım deyil.Qürurunu itirmədən yaşayanlara eşq olsun👏

    • @Frankenstein-ry1ew
      @Frankenstein-ry1ew Před 8 měsíci +5

      Tahir İmanov da Rasim Balayev də və sayısız Azərbaycan "artist"ləri elə həqiqi mənada artistdirlər və əlöpəndirlər. Heç bir qürur filan yoxdur. Sənətkar Cavanşir Quliyevdir. Fuat Poladov olub! Heç kimin əlini öpüb şəxsiyyətlərini alçaltmayıblar.

    • @sirvanmahmudlu
      @sirvanmahmudlu Před 8 měsíci +1

      @@Frankenstein-ry1ew hər kəsin fikrinə hörmətlə yanaşıram hərənin bir baxış bucağı var ...

  • @zahirkarimov4394
    @zahirkarimov4394 Před 9 měsíci +47

    Salamalykum qardaş sən dürüst olduğun üçün qazanmısan kışı kimi yaşamağı yaltaqlıq tülküye məxsusdu Allah səni və sənin kimi insanları qorusun

  • @timiskandar2937
    @timiskandar2937 Před 9 měsíci +64

    "Ailədə sağlam ab-hava" ,nə böyük və dərin cümlədir.Tahir İmanov,təşəkkür edirəm Sizə.😊

    • @nurcahan6353
      @nurcahan6353 Před 8 měsíci +1

      Salam,bildiyim qədər,Lütfüyar İmanov bunların ata babasıdır, niyə onun adı heç vaxt çəkilmir?

    • @nargiz-yy8wt
      @nargiz-yy8wt Před 8 měsíci

      @@nurcahan6353 Xeyir ata babasi adi Cahangirdir.

  • @ASLANNOVRUZOV
    @ASLANNOVRUZOV Před 8 měsíci +20

    COX SAG OL VAR OL TAHİR İMANOV , NƏ ELƏMİSİZ DÜZ ELƏMİSİZ , HALAL OLSUN ALLAH KÖMƏYİNİZ OLSUN , ALLAH BABANİZİ RƏHMƏT ELƏSİN . AMİN .

  • @samirhmdova8867
    @samirhmdova8867 Před 8 měsíci +4

    Bu cür səviyyəli savadlı mədəni insanları kənarlaşdırıb televiziyanı zaurlarla, xoşqədəmlərlə zəbt eləyən televiziya rəhbərləri, bu milləti bir iki səviyyəsiz ailələrin iyrənc münasibətini işıqlandırıb əskiltmiyin. Bizim mədəni insalara çox ehtiyacımız var. Ulvira xanım sizədə xüsusi təşəkkür edirəm bu veriliş üçün.

  • @xanimbayramli9822
    @xanimbayramli9822 Před 9 měsíci +12

    Cox hevesle qulaq asdim minnetdaram !!!!

  • @sayyaraaliyeva
    @sayyaraaliyeva Před 9 měsíci +13

    Cox zövq aldim cox temiz söhbet oldu umumiyyetle Tahir İmanovu cox isteyirem

  • @amst4737
    @amst4737 Před 8 měsíci +27

    MƏNİM YERLİLƏRİM ƏZİZ ŞUŞALIM TAHİR CABİR İMANOV QARDAŞLARI VAR OLUN HƏR ZAMAN.SİZİİ ÇOOOX İSTƏYİRƏM....ALLAH BABANIZA QƏNİ QƏNİ RƏHMƏT ELƏSİNN AMİNN👐👐👐👐

  • @user-xu4wu8pl9o
    @user-xu4wu8pl9o Před 8 měsíci +26

    Çox təəssüf belə talantlar vaxtında heçnə edə bilmir😢. Ölkə deyil dərəbəylikdir.

  • @user-zd1tq3mp3j
    @user-zd1tq3mp3j Před 9 měsíci +38

    Tahir Tanrı səni qorusun!

    • @user-yw9vn8dy9n
      @user-yw9vn8dy9n Před 8 měsíci +2

      Tanri sizi Cabiri ve Tahiri gorusun!!!!ve hamisini..... КВНщиков всех любим, обожаем!!!❤❤❤

  • @SerxanserxanSerxanserxan
    @SerxanserxanSerxanserxan Před 9 měsíci +9

    Allah sizə Hidayet versin Tahir Qardaş Cox səmimi ve Yaltaqliğdan uzaq Cavblar verdiz,Her zaman Bele Qalin Siznde dediyviz kimi Her işde bir Xeyr var.Belkede bele olması Sizn Dünya ve axretiviz üçün daha xeyrlidir.

  • @arzuagayeva8129
    @arzuagayeva8129 Před 8 měsíci +36

    Coox maraqlı müsahibə oldu.Tahir İmanovun azərbaycanca təmiz,səlis və savadlı danışmaqını alqışlayıram.Bəzi məmurları
    və hətta xalq yazıcımız görsünlər ki,rus diıində təhsil almaq ana dilini bilməməyə haqq qazandırmır

    • @lalasultanovna7678
      @lalasultanovna7678 Před 8 měsíci +4

      😂😂😂😂Murad dadawov uwaq idim,bir defe elmlerde donerciye deyir meni tanimirsan?muradam o da dedi neyniyim donerin pulunu ver😂😂😂😂😂Hele teze teze uze cixirdi😂😂😂😂😂

    • @undeux251
      @undeux251 Před 8 měsíci

      ​@@lalasultanovna7678))))

  • @arzunesirli8176
    @arzunesirli8176 Před 8 měsíci +32

    Bir cümləsin ötürmədən qulaq asdım. Çox sağ ol Tahir.

  • @user-pb4ib8nn4h
    @user-pb4ib8nn4h Před 9 měsíci +5

    Tahir Imanovun fikirlerini destekleyirem...tesekkurler sene Tahir Imanov

  • @babekorucov9337
    @babekorucov9337 Před 8 měsíci +11

    Butun musahibelerinize bezmeden,yorulmadan qulaq asiram. Esl Azerbaycan kisisinin xususiyyetleri var sizde.

  • @joya_joya416
    @joya_joya416 Před 9 měsíci +7

    Imanov gardashlari halal olsun...Cox savadli, medeni, terbiyeli, saglam, sozun yerin bilen, gozel nitgli sexsiyyetler!!! Tamahalari da mohteshem, duzlu mezeli, maragli....Bele ,, apricilardan´´ 🥳🥳gerek 20 000 alib 🤨musahibe veresen ki, sene savadsiz, yersiz, mentigsiz sual verende, dinlemek medeniyyeti ve gavramag bacarigi olmayanda, ya da her cehdle seni sancmaga cehd edib, ozunden cixartmaga calishanda sene tesir elemesin..yaxshca cavablandirirdin Tahir bey., var ol!😎

  • @apothekeberlin7492
    @apothekeberlin7492 Před 8 měsíci +7

    çox göxəl müsahibə idi,bir keliməsini belə gaçırmadan izlədim,sag olun Tahir müəllim👍

  • @shehlamamedova7970
    @shehlamamedova7970 Před 9 měsíci +12

    Mənə çox xoş oldu bu söhbətlər. Tahir Imanovu mən bu gün kəşf etdim

  • @user-wy1bi8bz2o
    @user-wy1bi8bz2o Před 9 měsíci +27

    Tahir və Cabir qardaşları Allah Sizi var eləsin

  • @azadabasov7607
    @azadabasov7607 Před 8 měsíci +10

    Таир, мало того, что прекрасный актер, замечательный мастер сценического перевоплощения, он принципиальный, справедливый и без витиеватости человек. Мое уважение к нему и респект.

  • @TurkanAliyeva-gu7vy
    @TurkanAliyeva-gu7vy Před 8 měsíci +3

    Nece gözel ve savadli danisir Tahir Imanov. Ruhumuz dinceldi, bütün gun qulaq asa bilerem.

  • @Karabakh.AZE.2020
    @Karabakh.AZE.2020 Před 9 měsíci +18

    Ona görə ki bizdə vəzifəyə keçənə qədərdi ondan sonra əqidə dəyişir ancaq özünü düşünür.Tahir müəllimin şükür edən biri olması ,halal olsun

  • @seadetzulfuqarova1855
    @seadetzulfuqarova1855 Před 9 měsíci +11

    Tahir bey çox sağ olun sizin müsahibenize göre. İşinizde ve yaradiciliğinizda uğurlar arzu edirem. Çox isterdimki sizin teatrinda binasi olsun inşallah.

  • @isaisa2101
    @isaisa2101 Před 9 měsíci +10

    Tahir bəy,açığı sizi belə gözləmirdim amma siz ilk növbədə insan kimi insansınız.. Sizin yumorlarınız üçün çox darıxan biri olaraq gözləyəcəyik..

  • @raufsarkar.7379
    @raufsarkar.7379 Před 8 měsíci +13

    ALLAH BU QARDASLARI SAXLASIN. BUNLARA DESDEK OLMAQ LAZIMDIR . ZEHMETLERI COXDU.😎😁🤝👏👏👏👏👏👍✌

  • @togrulelmar4589
    @togrulelmar4589 Před 9 měsíci +7

    Çox gözel musahibe olub, elebil ki öz düşüncelerimi izledim. 15 ildir ki televizor qurmuram.

  • @user-sm3ww8hr4g
    @user-sm3ww8hr4g Před 9 měsíci +40

    Это для меня была как бальзам для души.🙏🏼🤲🏼 Аллах Сиз гардашлары горусун.🙏🏼🤲🏼❤️🧿

  • @tictaktoe1977
    @tictaktoe1977 Před 8 měsíci +18

    Tahir Komedixana haqqında olan sualı iqnor etdi, məncə onun cavabı belə olacaqdı: Komedixana ÇUŞKALAR üçün gülməli ola bilər only!

  • @user-po7vm6cy5u
    @user-po7vm6cy5u Před 2 měsíci +1

    Cənab İmanov, sonsuz minnətdarlığımızı bildiririk, nə gözəl ki,Azərbaycan xalqının sizn kimi ziyalıları var

  • @user-sm3ww8hr4g
    @user-sm3ww8hr4g Před 9 měsíci +25

    Спасибо Вам большое за Ваши интервью .Мы Вас очень и очень любим Тахир бей.❤️Дай Аллах Вам всех благ.🙏🏼🤲🏼🧿

  • @nicatmemmedli8535
    @nicatmemmedli8535 Před 8 měsíci +5

    Salam Aleykum Tahir qardaşa..Uca Allah səni cənnətinin ən gözəl mərtəbəsi ilə müjdələsin.

  • @ericalizada5030
    @ericalizada5030 Před 9 měsíci +4

    Tahir bəy böyük sənətkardı, gözəl şəxsiyyətdi. Mən sona qədər izlədim, maraqlı müsahibə idi.

  • @xyalmhrrmov8832
    @xyalmhrrmov8832 Před 8 měsíci +1

    Tahir müəllim bu duygusal səmimi söhbətə görə çox sağolun.inanınki,çox təsirli idi çox maarifləndirici idi.Gözəl Ülvira❤ xanımada çox sağolun deyirəm

  • @ofeliyamemmedli1027
    @ofeliyamemmedli1027 Před 8 měsíci +8

    Hec bilmedim 1saat nece kecdi. Ruhum dinceldi Tahir beyle... Yaxshiki varsiz Tahir bey. Sizi cox sevirem ❤

  • @iradebayrameliyeva3168
    @iradebayrameliyeva3168 Před 8 měsíci +6

    Biz tamaşacıların indiki zemanede sizin kimi Talantlı yumor hissi yuksek olan İnsanlara çox ehtiyacımız var Biz sizi çox sevirik Tahir ve Cabir İmanov Qardaşları Allah kömeyiniz olsun 🙏

  • @Türk_oğlu-5
    @Türk_oğlu-5 Před 9 měsíci +85

    KVN_Planet Parni İz Baku Azərbaycan xalqının güzgüsüdür....hamı hər şeyi bilir amma susur yeganə danışan siz oldunuz Tahir İmanov.Allah Şəhidlərimizə rəhmət eləsin Qazilərimizə can sağlığı versin nə qədər ki Azərbaycanda haqq ədalət bərqərar olmayacaq Şəhidlərimizin ruhu şad olmayacaq çünki Azərbaycanın mövcudluğu Şəhidlərimizin Qazilərimizin qanı bahasına olub.

    • @azrhmdov7155
      @azrhmdov7155 Před 9 měsíci +9

      Tahir,oğul ,nərahat olmayin,siz ynudulmazsız,həmişəqəlblərdə yeriniz var olacax qalacax ,sizləri sevirik❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊

    • @sefiyarmehdiyev6055
      @sefiyarmehdiyev6055 Před 8 měsíci

      Eee éé mi

    • @goyercinbalagoyercingoyerc9
      @goyercinbalagoyercingoyerc9 Před 8 měsíci

      ❤❤❤❤Super idiz. Əsl gülü. şü siz yaşadırdız insanlara. İndikikər biri arvad paltarı geyinir, biri ağız burnun əyir. Çöpə gülənləri güldürürlər.

  • @cavadmustafazade7979
    @cavadmustafazade7979 Před 5 měsíci +1

    Allah sizdən razı olsun.Bizi narahat edən məsələləri dilə gətirdiyiniz üçün şəxsən öz adımdan təşəkkür edirəm.Çox haqlısınız.

  • @minayaazeri4705
    @minayaazeri4705 Před 8 měsíci +16

    Çox təəsüflər olsun ki haqq,ədalət bizim öıkədə yoxdur.

  • @eltvpresents9707
    @eltvpresents9707 Před 9 měsíci +6

    Men Tahirin ishlemeyini gormushem. Ishinde sert adam idi. Supurgechiden tutmush taninmish aktyora qeder hamidan oz ishini duzgun gormeyi teleb edirdi. Azerbaycanda bele adamlara agir xasiyeti var deyirler. Telebkar insandi. Chox sagolun musahibe uchun. Tahir axira qeder baxdim 😉

  • @buton.2332
    @buton.2332 Před 8 měsíci +3

    Ulvira xanim,Mən Tahir bəyə kibirli deməzdim, əslidə o lazımsız söhbətlərə və səviyyəsiz insanlarla arasina məsafə qoymağa bacarib və özünə və nəfsinə dur deməyi bacarıb.Bu mənim şəxsi fikrimdir və qonaginizla heç bir şəxsi tanişligim yoxdur. Maraqli söhbət alınıb yeri gəlmişkən. Hər ikinizə təşəkkürlər!

  • @gulub-va5326
    @gulub-va5326 Před 7 měsíci +3

    Başdan sona qədər dinlədim . Vaxt necə keçdi heç bilmədim. Belə keyfiyyətli verilişlər çox olsun, bəlkə əsl sənətkarlar layiq olduqları dəyəri görər

  • @metanetmemmedova3975
    @metanetmemmedova3975 Před 8 měsíci +5

    Tahir İmanov mədəniyyət naziri olsa, bu sahə çirkabdan tezliklə çıxar. Allah qorusun.

  • @talehsirinov9547
    @talehsirinov9547 Před 9 měsíci +63

    Can ay Tahir. Yaltaq deyilsen ona gore. Heyif sizin kimi istedada .

  • @narminaaliyeva9142
    @narminaaliyeva9142 Před 9 měsíci +8

    Çox gözəl müsahibə aləmdı. Allah Süıeyman əmiyə qəni-qəni rəhmət eləsin yeri cənnət olsun inşallah

  • @taranasafarova248
    @taranasafarova248 Před 8 měsíci +3

    Təşəkkür edirəm Tahir İmanov Cox istedadlı insan .Savadlı və vətənpərvər,təvazökar insan.

  • @gulnazaliyeva4648
    @gulnazaliyeva4648 Před 8 měsíci +12

    ALLAH SÜLEYMAN ƏLƏSGƏRİVİ RƏHMƏT ELƏSİN🤲

  • @tatacalal6919
    @tatacalal6919 Před 9 měsíci +9

    Tahir, siz yeksiniz!!! Bütün Parni iz Baku komandası əvəzedilməzdir!! Bunu qananlar bilir, qanmıyanlsrın da canı sağ olsun! Вы первые в 20 веке, вы его закрыли с победой Азербайджана над арменией, а это было очень важно в то время! Удачи и здоровья вам, наши любимцы! 👏👏🇦🇿🇦🇿🙏🙏

  • @asifff_999
    @asifff_999 Před 8 měsíci +14

    Bir azərbaycanlı , qarabaglı , şuşalı olaraq başdan sona qədər izlədim və sizinlə qürur duydum.. Bugünün bütün mədəniyyət sahələri barədə tam ürəyimdən keçənləri ifadə etdiniz və həmçinin mədəniyyətin paytaxtından olduğunuzu həm danışıq tərzinizlə həmdə fikirlərinizlə ifadə edə bildiniz.. Hərkəs sizi anlamaz hətta anlaya bilməz.. Əhsən sizə Tahir İmanov.. 👍👍👍

  • @elshanbalakishiyev2759
    @elshanbalakishiyev2759 Před 9 měsíci +4

    Tahirin, danışıqları ürəyimdən oldu və xoşuma gəldi. Əla sözlərdi, düz deyir hamısını.

  • @user-yw9vn8dy9n
    @user-yw9vn8dy9n Před 8 měsíci +33

    Спасибо Вам, мы вас любим! вы глоток воздуха для всех нас , когда в 90-х было не до смеха.... потери, страх, переживания, слезы... пришли вы ,, Парни из Баку,, появился юмор , смех, люди поверили , что все будет хорошо, жизнь продолжается .... Всего вам наилучшего, здоровья, успехов в работе и творчестве ❤❤❤❤❤

    • @SOS-wy3eq
      @SOS-wy3eq Před 8 měsíci +2

      Tahir bəy 1 ssatlıq müsahibəsi ərzində tək bircə dəfə "ВСЕ" sözü işlətdiyinə görə üzr istədi. Amma görünən odur ki Siz bunu anlamadınız ya da ümumiyyətlə Azərbaycan dilini bilmirsiz.

    • @vusalamamedova2000
      @vusalamamedova2000 Před 8 měsíci

      Юмор есть и ребята толковые,но я сейчас задумываюсь,кем они выходили на сцену российскую,постоянно торгаши,то есть репертуар имею в виду🙄

    • @zavrmamedov
      @zavrmamedov Před 8 měsíci +1

      We are greeting Tahir and other Baku guys, doesn't matter which language we use for it. Doxsanıncı illərdə KVN (Sovet İttifaqında Клуб Весёлых и Находчивых) verilişlərini Rusiyanın birinci dövlət kanalında yayımlanırdı и эти ребята начали карьеру на русском, потом продолжили на местного зрителя на родном языке, и в этом нет ничего страшного. Действительно, тогда было страшно и порой невыносимо, а ребята были как глоток свежего воздуха, отдушина, нечто светлое, к чему хотелось возвращаться, я знаю наизусть многие их номера из 90-х, и порой мы с ровесниками вспоминая пародируем, шутим и радуемся. Allah yolunuzu açsın, Tahir bəy, çox sağolun.

  • @odlaryurdu4106
    @odlaryurdu4106 Před 9 měsíci +17

    Tahir məllim, Allah sizə can sağlığı versin, biz sizi cox sevirik

  • @emrahsuleymanov5989
    @emrahsuleymanov5989 Před 8 měsíci +5

    Allah Sübhənəhu Təalə səni həmişə ucaltsın qardaşım Amin

  • @sevinchuseynova207
    @sevinchuseynova207 Před 8 měsíci +2

    Çox xoş oldu,Tahir müəllim. Söhbətiniz o qədər maraqlı oldu ki, müddətin tez keçdiyinə heyfsləndim. Halaldı sizə,bütün provakator suallardan yayınıb əsl məqsədinizi,amalınızı sübut etdiniz. Həmişə belə qalmaq sizə çox baha başa gəlsə də ,ətraf adamı oldiği kimi,düşündüyü kimi qəbul edir. Sübut etsən də,dəyib qayıdır. Yenə öz bildiyini edir. Allah nadanlardan qorusun bizi...

  • @SuperMan-cl1vr
    @SuperMan-cl1vr Před 8 měsíci +2

    Dilinize sağlıq Tahir bey, çox memnun oldum, yeniden keyfiyyetli sehnelerde görmek arzusu ile...

  • @elviramamedova6986
    @elviramamedova6986 Před 9 měsíci +4

    Maraqlı müsahibədir. 👍🏼

  • @resadnasirov7104
    @resadnasirov7104 Před 9 měsíci +3

    Tesekkurler Tahir imanov vetenperver kisi adamdi 👍

  • @reqsanemahmudova2008
    @reqsanemahmudova2008 Před 8 měsíci +2

    Mən çox səmimi deyim .Heç bir verilisinizə bu qədər diqqətli baxmamışam.Cox maraqlı idi hərtərəfli 👍👍

  • @SalamSalam-ft5fg
    @SalamSalam-ft5fg Před 8 měsíci +10

    Allah sənin kimi insanların sayını daha çox eləsin .Var olun

  • @ArzuAlieva-sy9ne
    @ArzuAlieva-sy9ne Před 9 měsíci +22

    Heyf belə ogullarımızdan.Qalıblar kənarda.Yaltaqlar,robotlar fəaliyyətdədirlər.Axırda çox pis oldum.Tahir ,Cabir xalq sizi çox sevir...çox...❤❤❤

  • @BABEKTAGIZADE
    @BABEKTAGIZADE Před 9 měsíci +11

    Müsahibə üçün təşəkkürlər. Narahat olmayın, əmin olun ki, sonadək baxırıq.

  • @user-yw9vn8dy9n
    @user-yw9vn8dy9n Před 8 měsíci +4

    Ulvira bu gonaga gore tewekkur!! maragli sohbet alindi, isterdim daha pozitiv vaxt gelsin, siz КВН wiklar gaidarsiz iw bawina!❤❤❤❤❤

  • @gardashlar1538
    @gardashlar1538 Před 9 měsíci +5

    Tesekkürler size Ülvira xanım.Qardaşlardan yer üzünde yoydur.Amma Tahirin esl Kişilere xas olan xasiyyeti var.Avstridan qardaslara Ve Size salamlar ve uğurlar❤

  • @talehsirinov9547
    @talehsirinov9547 Před 9 měsíci +6

    Verlis heqiqeten lezzet eledi. Cox sag ol.

  • @ZerishAliyeva
    @ZerishAliyeva Před 8 měsíci +1

    Tahir Imanov haqqinda ne yaxsi sozler desem azdir. Onun sexsine cox hormet edirem. Intelektli,ozunu aparmagi bacaran,savadli bir sexsiyyetdi. Allah onu arzularina catdirsin ve inwAllahda onu daha zirvelerde gorerik. Sizi cox sevirik,siz Azerbaycanin qazancisiz...

  • @nargiz1689
    @nargiz1689 Před 9 měsíci +5

    Tahir Imanovu dəvət etdiyiniz üçün təşəkkür edirik❤

  • @elinm-ova5590
    @elinm-ova5590 Před 8 měsíci +8

    Sonadək keyflə izlədim, istəyərdim rus dilində təhsilə axından da danışılsın. Əvvəlcə bu problem həll olunsun , daha sonra c,ç problemi. Çox maraqlı müsahibə alınıb. 👍👏 Allah sizi qorusun, Tahir müəllim , möhtəşəm, örnək alınası çıxış idi. 👏👏👏👏

  • @samiramusaim.4274
    @samiramusaim.4274 Před 9 měsíci +4

    Cox boyuk memnuniyetle baxdig ve gulag asdig, cox maragli musahibe . 💐

  • @user-cj4dn9sb5k
    @user-cj4dn9sb5k Před 8 měsíci +1

    Əhsən Tahir iki gözəl sözü mənim xoşuma gəldi şükürlər olsun mən varlıyam bir də Bağışla ki Allah da səni bağışlasın

  • @albinaabdurahimova8884
    @albinaabdurahimova8884 Před 8 měsíci +1

    Musahibe goturen qadina baxarken, meyyusluq kecirdirem, bizim olkede cox az sayda savadli musahibeci ve jurnalist var. Tahir Imanov respect 🧠

  • @mezahirhaciyev
    @mezahirhaciyev Před 9 měsíci +23

    Tahir,sizin "Məhəllə"dən sonra heç bir fəaliyyətiniz olmasaydı da sizin istedadınız,səhnə maneralarınızın təbiiliyi,qısası hər çıxışınız kifayət edərdi ki, Azərbaycanın ən məşhur dueti(Tahir-Cabir) olasız.
    Cansağlığı və uğurlar arzulayıram!