“Göyçəyə qayıtsam, atamın buradakı məzarından ora torpaq aparacağam” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • “Göyçəyə qayıtsam, atamın buradakı məzarından ora torpaq aparacağam” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
    “Göyçəyə qayıtsam, atamın buradakı məzarından ora torpaq aparacağam” adlı buraxılış Göyçə mahalının Basarkeçər rayonunun Dərə kənd sakini Aidə Xudaverdiyevanın həyat hekayəsinə həsr olunub.
    O, qədim Oğuz yurdu, füsunkar təbiəti olan kənddə uşaqlıq, orta məktəb illərində yaşadığı gözəl anları, məhəllə, dağ, düzənlik, çay, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.
    Onun sözlərinə görə, 1988-ci ilin fevral ayında Qarabağda baş verən hadisələrdən sonra ermənilər qonşu kəndlərdə təxribatlar etməyə başladılar: “Kəndimiz yolun üstündə idi. Hər gün 6-7 karvan maşın gedirdi. Artıq oktyabr, noyabr aylarından insanların narahatlığı başladı, sakinlər qorxurdular. Hər gün kəndin əli silah tutan insanları ermənilər 100 illik tarixi olan kəndə hücum etməsinlər deyə növbə çəkirdilər. Atam bizi təhlükəsizlik üçün noyabr 24-də Gəncə şəhərinə gətirdi, özü isə yenidən kəndə qayıtdı. Ermənilər Şəmkir rayonunun Bada kəndindəki bütün əşyaları, xalçaları mənimsəmişdilər”.
    Dərə kənd sakini Vətən həsrətinin ağır dərd olduğunu deyib: “35 ildir burnumun ucu sızlayır. Doğulduğum məkana qayıtmaq ən böyük arzumdur. Həqiqətən, çox istəyərdim ki, Göyçəyə qayıdım. Atamın buradakı məzarından ora torpaq aparım. Atam elinə, torpağına o qədər bağlı insan idi. Bu gün atamın ruhu şad olsun deyə Qərbi Azərbaycana qayıtmaq istəyirəm. Həm babalarımın, həm də 10 yaşında rəhmətə gedən bacımın ruhunu şad edim”.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    Arzunun vaxtı ↵
    • ARZUNUN VAXTI
    Qapqara ↵
    • QAPQARA
    Aydın tarix ↵
    • AYDIN TARİX
    • Aygün Bəylərin bacısın...
    • Aygün Bəylər Suraxanı ...
    • Aygün Bəylərin qızı an...
    • Brilliant Dadaşova, Ni...
    “Göyçəyə qayıtsam, atamın buradakı məzarından ora torpaq aparacağam” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #QərbiAzərbaycanXronikası #Erməniqadın #Göyçəmahalı #məzar #açıqlama #bakutv #azerbaycan #trend #sonxeber #xeber #haber #news #sondakika #новости #bakutvxeber #bakutvxəbərlər

Komentáře • 5