Cavid Əhmədbəyli - Diş əti xəstəliklərinin müalicəsi

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • Gingivit, parodontit, peri-implant mukozit və peri-implantit kimi diş əti xəstəlikləri dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi xəstəliklərdir.
    Diş əti xəstəliklərinin əsas əlamətləri qırmızı, şişkin, fırçalama sırasında qanayan diş əti, ağızda xoşagəlməz dad, dişlər ətrafında ərp və diş daşları, dişlər arasında məsafələrin artması, daha uzun görünən və laxlayan dişlərdir.
    Diş əti xəstəlikləri müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olaraq insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.
    Diş əti xəstəlikləri ilə ürək-damar xəstəlikləri, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hamiləlik ağırlaşmaları, revmatoid artrit, Alzheimer xəstəliyi, erektil disfunksiya, xərçəngin bəzi növləri və Covid-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyini təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur.
    Diş əti xəstəliklərinin qarşısının alınması, erkən aşkarlanması və müasir rəhbərliklərə əsaslanan effektiv müalicəsi təkcə ağız boşluğu sağlamlığı üçün deyil, bütün orqanizm üçün böyük əhəmiyyət kəsb edir.
    Azərbayan Parodontologiya Cəmiyyəti diş əti xəstəliklərinin qarşısının alınması üçün dişlərin və diş ətinin gündə iki dəfə yumşaq diş fırçası ilə fırçalanması, dişlərarası fırça və ya diş ipinin istifadəsi ilə ağız boşluğunun yüksək səviyyəli fərdi gigiyenasının təmin olunmasını tövsiyyə edir.
    Diş əti xəstəlikləri olan insanlarda hər 4 ayda bir ixtisaslaşmış həkim-parodontoloq tərəfindən ağız boşluğunun periodik müayinəsi aparılmalı və diş əti müalicəsi tətbiq olunmalıdır.
    Unutmayın, Sağlam həyat sağlam diş əti ilə başlayır.
    www.cavidahmed...

Komentáře • 16

  • @kristoplayer4207
    @kristoplayer4207 Před rokem +5

    Hocam benim diş etlerimde çekilme var Ne yapmam lazım

  • @gulbaharisgndrova
    @gulbaharisgndrova Před 4 měsíci +1

    Salam ay doktor mənim dişlərim protezdir lakin dişimin dibləri ağrıyır semicka cırtlaya bilmirəm qoz fındıq yeyə bilmirəm hətta deyərdim ki tez tez ağzım yara olur onda cay sodası və ya şalfey ilə qar qara eliyirəm kecib ğedir bilmirəm ağrılara ğörə neyləyim

  • @user-nc4wx7wc6e
    @user-nc4wx7wc6e Před 7 měsíci

    Salam menim dislermde zirikondu 2 il evvel eletdirmişdim .indi 2 ay erzinde hemen yerde qanlama sisme yaranbdi. Bunu ev seraitinde nece mualice elemek olar😞sagalsin

  • @user-uh2od2nv9z
    @user-uh2od2nv9z Před rokem +2

    Qawintisi nedendi damaqn

  • @kenanmehtiyev6350
    @kenanmehtiyev6350 Před rokem +3

    Nömrənizi yazında zəhmət olmazsa

  • @ndabzeynalova6155
    @ndabzeynalova6155 Před rokem +1

    Hardan tapaq o həkimi?

  • @Tayfun555
    @Tayfun555 Před 8 měsíci

    👍👍

  • @freidbabasli2066
    @freidbabasli2066 Před rokem +1

    Salam. plomblu disde kista var mualicə oluna bilermi?

  • @ruziismayilov8077
    @ruziismayilov8077 Před rokem +1

    Mende bu xəstəlik var müalicə edirsiz?

  • @kristoplayer4207
    @kristoplayer4207 Před rokem +1

    33 yaşındayım

  • @user-uh2od2nv9z
    @user-uh2od2nv9z Před rokem +1

    Damaqm dehwet qawinir

  • @logmanzxcv4249
    @logmanzxcv4249 Před měsícem

    Ğop eləmə,,ò