Üzeyir Hacıbeyov Qısa Melumat

Sdílet
Vložit
  • čas přidán 18. 12. 2018
  • Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Agcebedi de Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdur.Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi
    Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi
    Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkməyə, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər
    Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk musiqi müəllimi olmuşdur.
    Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.
    Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir
    1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olmuşdur. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.
    Üzeyir Hacıbəyovla Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər
    1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.
    Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.
    izlediyiniz ucun tesekkurler..bu kimi melumatlardan xeberdar olmaq isteyirsenizse kanalimiza abune olmagi unutmayin.

Komentáře • 26

  • @aminbabayev5806
    @aminbabayev5806 Před 2 lety +5

    Çox gozel melumatlardi.👍Ama çox zeif oxunur.Dahi bestakar haqda melumat bele oxunmali deyil😥🤦‍♀️

  • @user-sr5jb9qh3u
    @user-sr5jb9qh3u Před rokem +1

    ƏLA☺

  • @veronika...2573
    @veronika...2573 Před 3 lety +3

    Əla çox sağolun

  • @ilhammudov5238
    @ilhammudov5238 Před 3 lety +2

    Salam çox gòzel melmatlardir

  • @ilhammudov5238
    @ilhammudov5238 Před 3 lety

    cox gozel😍😊

  • @qaraqurd9371
    @qaraqurd9371 Před 3 lety

    Salam çox bəyəndim bravo👏🏻👏🏻

  • @omerhuseyn5171
    @omerhuseyn5171 Před 3 lety +1

    çox gözəl 😊🙂🥰😍😘

  • @raminxelilov9023
    @raminxelilov9023 Před 3 lety +1

    Əla

  • @yusifrhimov6599
    @yusifrhimov6599 Před 9 měsíci

    Ay qaqa sən giğdlağsan hə😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤😮😮😮🎉🎉🎉🎉😮😢😂😊😮😢😢😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @limrdanliyev.9385
    @limrdanliyev.9385 Před 3 lety +2

    Bunu normal oxumaq olmurdu?

  • @DazaiAnimeHoho
    @DazaiAnimeHoho Před 3 lety

    😭😭😭😭

  • @unionpubgg
    @unionpubgg Před 3 lety +2

    Çox sağolun

  • @ulviyyaabishova1699
    @ulviyyaabishova1699 Před rokem

    Necə çətinliklə oxuyur? Belə bir videonu heyif edib

  • @zrifhusiyeva2642
    @zrifhusiyeva2642 Před 3 lety +1

    Çox

  • @bigfamily4257
    @bigfamily4257 Před 3 lety +1

    Üzdən yaxşı oxuya bilmirsiz?

  • @DazaiAnimeHoho
    @DazaiAnimeHoho Před 3 lety

    Gözəl insan idi Allah rəhmət etsin

  • @user-kt4mg3bc6f
    @user-kt4mg3bc6f Před 3 lety +1

    Bəs niye demirsiz Molla məhəmməd Dağıstandan köç etmiş avar olub.Xunzaxdan Şuşaya köç edib .kumuk knyazı Xan qızıyla evlenende Molla Məhəmmədi de ailesiyle Şuşaya getirir.

  • @sevincmirzyeva620
    @sevincmirzyeva620 Před 3 lety +2

    Üzdən oxuya bilmir

    • @SamsungA-wq1si
      @SamsungA-wq1si Před 3 lety

      Biyabir olduq

    • @Ulker2023
      @Ulker2023 Před 3 lety

      😂

    • @gunellsgrova4409
      @gunellsgrova4409 Před 3 lety +1

      Məlumata görə çox sağ olsun.Amma əvvəlcədən materialı bir neçə dəfə oxumaq lazım idi ki,video belə alınmasın.Vallah mənim 3- cü sinif şagirdlərim bundan yaxşı oxuyur,sürətli və ifadəli.

    • @7.nesiroff186
      @7.nesiroff186 Před 2 lety

      Bu arada qısa məlumat deyilir lakin ohaaaa nə qədər,😒😒😒