Ailə / Ramazan Əsgərli, Tural Cəfərov və İmdad Əlizadə

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • Ailə mövzusu müasir dövrdə ən aktual mövzulardan biridir. Bəşər tarixi boyunca ailənin strukturu və modelləri müəyyən dəyişikliklərə uğramışdır. Son zamanlarda isə ictimai-sosial mühitdə eyni zamanda boşanma mövzusu olduqca aktualdır. Diskurs tv-nin bu buraxılışı eyni mövzu ətrafında müzakirələrə işıq tutur.
    Müasir ailəylə 70 il əvvəlki ailə strukturu arasında psixoloji cəhətdən hansı fərqlər mövcuddur?
    Bu dövr ərzində mənfi və müsbət dəyişikliklər araşdırılır, qadınların ictimai faydalı əməklə məşğul olmasının müsbət dəyişiklik olaraq dəyərləndirilməsilə yanaşı bütövlükdə dəyişikliklərə nəzər saldıqda bu dövrün Azərbaycan ailəsinin əsaslarını laxlatması aydınlaşdırılır.
    Azərbaycan ailəsi doğrudanmı böhran içindədir? Sualı ətrafında müzakirə davam etdirilir.
    Daha sonra münaqişələrin səbəbini araşdırarkən - İstənilən ictimai- sosial münasibətlərin sosial təkamül kontekstində qiymətləndirilməli olduğu vurğulanır. Bu gün bütün cəmiyyətlərdə bəşəriyyətin ən böyük problemi münasibət qurmaq problemidir. İnsanlar bu münasibətləri necə qurmaq və inkişaf etdirməli olduqlarını bilmədikləri üçün münaqişələr ortaya çıxır.
    Eyni zamanda, boşanma aktları üzərində müzakirələr aparılır. Boşanma mənfi yoxsa müsbət tendensiya kimi dəyərləndirilməlidir sualı araşdırılır.
    Ailə institutundakı böhranın sivilizasiyanın ümumi böhranının ayrılmaz bir hissəsi olduğu vurğulanır.
    Hansı hallarda boşanma aktı reallaşdırıla bilər; Hansı hallarda boşanma optimal bir yoldur; araşdırılır. Ailə institutunun zəyifləməsinin səbəbləri kimi individualizm və postmodernizim ortaya çıxır.
    Sonda isə ailə institutunun möhkəmləndirilməsində doğru kollektiv şüurun yaradılmasının zəruriliyi ətrafında müzakirələr davam etdirilir.

Komentáře • 2

  • @gulzaranovruzova863
    @gulzaranovruzova863 Před měsícem

    Tural bəyin yumoristikliyi, müzakirəyə xoş bir abu-hava qatır . 😊
    Mən də Ramazan müəllimlə razıyam. Fərdlərin maariflənməsi lazım. Bilgili inamdan da bir üst qatdadır.

  • @faridhuseynov81
    @faridhuseynov81 Před měsícem

    Səs keyfiyyətsizdir