Bakıda məmur övladları bahalı maşınlarla avtoşluq edib

Sdílet
Vložit
  • čas přidán 7. 09. 2024
  • Bakıda imkanlı və əsasən də vəzifəli şəxslərin övladlarının təhsil alması ilə məşhur olan Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri məzun olduqları gün bahalı avtomobillərlə, sükan arxasına keçərək Bakıda avtoyürüş keçiriblər.
    Məktəbin “11B, 11N, 11C” sinfindən məzun olan şagirdləri bahalı avtomobillərlə əvvəlcə məktəbin həyətində toplaşıblar. Daha sonra isə sükan arxasına əyləşərək, şəhərə doğru irəliləyiblər.
    Sosial şəbəkələrdə yerləşdirilən videolarda 20-dən artıq, aralarında “Rolls-Royce”, “Range Rover, “Porsche”, “Audi”, “Lexus”, “Maseratti” kimi bahalı markalı avtomobillərin olduğu görünür. Şagird-məzunlar maşınların qəza işıqlarını yandıraraq şəhər küçələrində şütüyüb, əylənir, bir-birləri ilə ötüşürlər.
    Meydan TV video görüntülərdə görünən 18 yaşından aşağı yeniyetmələrin sürdükləri bu avtomobillərin dövlət nömrə nişanlarından onların kimə məxsus olduğunu araşdıra bilib.
    Bütün avtomobilləri olmasa da, bir neçəsinin sahibi bəlli olub.
    Kanala abunə ol - goo.gl/TcM9Fm
    Bizə maddi dəstək ol cutt.ly/destek
    WebSite: www.meydan.tv
    Facebook: MeydanTe...
    Twitter: / meydantv
    Google+ plus.google.co...
    İnstagram: / meydantv
    __________________________________________________________________
    Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Komentáře • 648