Samir Ramazanov - Qaraqan, Synaps, F'Rhyme və Tənqid haqda

Sdílet
Vložit
  • čas přidán 2. 08. 2024
  • 00:00:00 - Giriş
    00:00:23 - Azərbaycanda tənqidçi olmaq çətindir?
    00:04:45 - #10 Qaraqan - Zəncirbəndi
    00:07:32 - Qaraqan haqqında
    00:28:53 - #9 Miriyusif - Vurulmuşdum
    00:31:55 - Xalqın gözü tərəzidir?
    00:41:34 - #8 Bahar - Parazit
    00:44:16 - Niyə Samir milli treklərin içində ədəbiyyat axtarır, xarici treklərdə isə yox?
    00:48:50 - #7 Orxan Zeynallı, Çinarə - Buz uşağı
    00:50:49 - Sənətçinin məqsədi nə olmalıdır?
    00:54:05 - #6 Zülfiyyə, Zamiq - Sənlə mən
    00:54:51 - Yeni nəsil necə irəli getməlidir?
    00:56:26 - F'Rhyme haqqında
    01:04:46 - #5 Röya - Zülmətəm
    01:07:06 - Bizim reperlərin qlobala çıxmaq ehtimalı varmı?
    01:13:03 - Maarifləndirmə
    01:17:21 - #4 YAP10 - Alejandra
    01:19:30 - Müəllimin dini inancının, obrazının, geyiminin onun tədris metodikasına aidiyyatı varmı?
    01:21:57 - Sosial mediyada Samirə ünvanlanan suallar
    01:41:22 - #3 NJ - Saat 6
    01:43:32 - Replə məşğul olanlar repin tarixini bilməlidirmi?
    01:48:12 - #2 21 Rave - Axtarma
    01:53:43 - Samir niyə marjinal olmağa çalışır?
    01:55:57 - Böyük pullar toylardan qazanılırsa, bunun nəyi pisdir?
    01:59:35 - #heşbiri
    02:01:23 - 5 kino
    02:06:08 - 5 kitab
    02:08:33 - #1 Elnur Hussein, Aisel - Darıxdım
    Murad Arifə CZcams-da abunə ol: mikpro.az/muradarifyt
    Murad Arifi sosial şəbəkələrdə izlə:
    Facebook: mikpro.az/muradariffb
    Instagram: mikpro.az/muradarifig
    Twitter: mikpro.az/muradariftw
    TikTok: mikpro.az/muradariftk
    Genius: mikpro.az/muradarifgn
    Murad Arifi rəqəmsal platformalarda dinlə:
    Keçid: mikpro.az/marif.dinle
    Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #MuradArif #SamirRamazanov #Popumuzvar

Komentáře • 706

  • @muradarif
    @muradarif Před 4 měsíci +135

    7 ildirki, #popumuzvar podkastı çəkirəm. Hələ də anlamdınız ki, bu verilişdə "MuradArif fikri və mövqeyi" YOXDUR!
    Burada mən qıcıq və action yaradan pis adam - antoqonistəm. Qonağı emossional dərəcəyə çatdırıb, səmimi fikirlərini "çıxartmaqdır" məqsəd.
    Hə, bir də, bu "Carpool Karaoke" deyil. Bildiyiniz sosial-siyasi (bir az əyləncəli) MÜSAHİBƏDİR. Sadəcə, məkan olaraq studiya deyil avtomobili seçdim.
    PS. Sezonun son 2 verilişi qalıb. Sonra, deyəsən, yenə, 1 illik məzuniyyət... Konsertlərim, səhnələrim məni gözləyir. Dadını çıxarın 🤑

    • @turaltural8390
      @turaltural8390 Před 4 měsíci +1

      bu verilişə qədər səni tanımırdım hardasa 4-5 ay olar baxıram hazırladıqlarına. nəysə tanıdım və bildimki Azərbaycanda həqiqətəndə savadlı insanlar varmış..indi səni hansı videods görürəm tez açıb baxıram)) var olasan kansertlərin uğurlu olsun amma kansertden sonra bizi çoxda intizarda qoyma)) birdəki bir sual verim. cavab versən sevinərəm. qaraqan haqqında olan misahibələrində 2-3 nəfəri çıxmaqla yerdə qalan insanlarda Qaraqana qarşı bir paxıllıq hiss elədinmi?

    • @Rasim666
      @Rasim666 Před 4 měsíci +1

      Murad, belə yaxşıdır. Bütün buraxılışını izləyirəm. Sayəndə bəzi dayaz tanıdıqlarımı dərin, dərin tanıdıqlarımı isə nə qədər dayaz adam olduqlarını bildim.

    • @GasimMammadov1
      @GasimMammadov1 Před 4 měsíci +7

      Kaş sezon finalı Qaraqanla müsahibə olardı..

    • @turaltural8390
      @turaltural8390 Před 4 měsíci

      @@GasimMammadov1 belke Murad bir cilginlib edib Qaraqanin yanina gedejek musahibe goturejek?) partdadar bele bir iw olsa eger))

    • @Carab1ne
      @Carab1ne Před 4 měsíci +1

      Kaş sezon finalı Qaraqan’la müsahibə olardı, bütün haterlərin də mənasız və absurd fikirlərinin cavabı gələrdi. Qaraqanın özündən müsahibə almadıqca, bu hater fikirlər hələ çox davam edəcək təsüfki

  • @933elvin
    @933elvin Před 4 měsíci +340

    Yazıq Vaxonu da cağırardınız, sakitcə arxada oturub pendir çörək yeyərdi. 😔

  • @content_tv
    @content_tv Před 4 měsíci +258

    Homie 💫

  • @Music-h4d
    @Music-h4d Před 4 měsíci +416

    Samir Ramazanov insanların belə rahat manipulyasiya olması ilə barışmır.. Və insanların onu bayraq etməsi ilə barışmır.Samir Ramazanova qatılıram

    • @GasimMammadov1
      @GasimMammadov1 Před 4 měsíci +13

      Samir özü də həmən adamla eyni fikirlərə sahibdir. Amma onu marketinqə görə qınasa da özü marketinq xətrinə onunla mübahisə edir.

    • @Ferman.Veliyev
      @Ferman.Veliyev Před 4 měsíci +3

      Murad bəy çox savadlı və dayaz insandır ,, təşəkkürlər

    • @Carab1ne
      @Carab1ne Před 4 měsíci +2

      @@Ferman.Veliyev savadlı və dayaz 😅

    • @elnursamadli8684
      @elnursamadli8684 Před 4 měsíci

      ​@@Carab1ne mence derin isdiyib yazmaq)

    • @muradabbaszade3171
      @muradabbaszade3171 Před 4 měsíci

      +++

  • @assiusx
    @assiusx Před 4 měsíci +121

    Bu buraxılışda öyrəndiklərimiz: Murad Arif full-time workerdi (8h)
    Murad Arif buraxılışın 5-6 saatını kəsir

  • @azer2974
    @azer2974 Před 4 měsíci +90

    Ölkədə Samir kimi nə qədər çox dinləyici olsa azrap bir o qədər inkişaaf edər. Respect👌👍

    • @hakerhak6612
      @hakerhak6612 Před 4 měsíci +4

      az repin inkişafından böyük problemlərimiz var.

    • @Xaoticflamingo
      @Xaoticflamingo Před 4 měsíci

      Onda burda nə gəzirsiniz cənab?!​@@hakerhak6612

  • @elvinehmedov1715
    @elvinehmedov1715 Před 4 měsíci +62

    Qaraqanın Like,yorum və paylaşım istəməyi sosial yönümlü mövzular ilə bağlı idi və o “idi” idiki Əsası Avortdan ibarət olan müəyyən bir kəsimi dəyişmək.

  • @seymuraslanov6066
    @seymuraslanov6066 Před 4 měsíci +109

    Bu Samir tutduracage axirda Qaraqani😂.. Qeyd: Murad bey qonagin sözünü çox kesirsiz. Hetda bu yaxinlarda söhbetgahdaki musahibevize baxsim ordada aparicilarin sözünü kesirdiz. Fikirleriviz maraqlidi ama basqalarinin fikirlerine qulaq asdigiviz muddetde

    • @pulpfiction90
      @pulpfiction90 Před 4 měsíci +1

      Xpertlə olan popumuz varda bunun cavabı var.

    • @seymuraslanov6066
      @seymuraslanov6066 Před 4 měsíci +1

      ​@@pulpfiction90o cavab deyildi xeberdarlig idi

    • @High.Five_Good.Vibess
      @High.Five_Good.Vibess Před 4 měsíci

      bezpantovulugu jurnalistliyin parcasi hesab edib o yola rahatliqla kecir. en effektivi hal-hazirda o gorunur cunki,

  • @ibrahimismayilov-tk4db
    @ibrahimismayilov-tk4db Před 4 měsíci +15

    Qaraqandan danışıb baxış yığan Murad Arif ))

  • @Elcinliyev-wc3tj
    @Elcinliyev-wc3tj Před 4 měsíci +148

    Murad Arifin də Samirə qarşı aqressiyasını hiss edənlər oldu yəqin)

    • @diogen77
      @diogen77 Před 4 měsíci +31

      Necə olmasın? Samirin podcastında Ziq - Zaq ağzınnan selik axa - axa Murad Arifə söyür niyə aqressiyası olmasın? Hələ şükür eləsin ki, oturub yanında normal danışır, şükür eləsin ki, verilişi məhkəməyə zada verməyib. Dəhşətsize vallah.

    • @elcanmiraslanov384
      @elcanmiraslanov384 Před 4 měsíci +2

      ​@@diogen77ne deyirki ziqzaq?

    • @Elcinliyev-wc3tj
      @Elcinliyev-wc3tj Před 4 měsíci

      @@diogen77ziqzaqın psixoloji durumunu nəzərə almaq olar hardasa.

    • @ulviibrahimov6570
      @ulviibrahimov6570 Před 4 měsíci

      Brat harda söyür ziq zaq o verlişe mende baxmişam belken qacirmişam ​@@diogen77

    • @Elvinhabibov
      @Elvinhabibov Před 4 měsíci

      @@diogen77ziqzaq nə deyib maraqlıdı?

  • @cicekbextiyar
    @cicekbextiyar Před 4 měsíci +15

    Salam Murad Arif. Men demek olar ki hec vaxt hec yerde rey yazmiram. Amma ozumde bir borc hiss etdim ki bu reyi yazim. Sizinle fexr edirem Murad Arif. 1 yaxsi insansiniz. 2 yaxsi aparicisiniz 3 yaxsi vetendassiniz 4 , 5 , 6..... cox sayaram. Fexr edirem ki bele melumatli savadli bir meshurumuz var. Allah yolunuzu daima aciq etsin. Daim zirvelerde olun. Men sizin veteninizi milletinizi nece sevdiyinizi gorurem. Neise reyim uzun olmasin. Hec vaxt ruhdan dusmeyin. Deyerlisiniz.

  • @muradqasimov2887
    @muradqasimov2887 Před 4 měsíci +85

    Kim nə deyir desin Samir Ramazanov görüb görə biləcəyiniz ən krutoy ən bomba Azərbaycanda tənqidçidir.Görürəm millət yavaş yavaş qaralayır amma səhv edirlər.Qaraqan temasındada konkret düz danışır qaraqan öz dinləyicilərindən istifadə edib qalan insanlarıda özünə çəkməyə çalışır.Murad Arifdə yəni hörmətsizlik etmiyində qoy adam danışa bilsin samirin haterlarıda heçnə beyni yoxdu fikri var.Respect Samir

    • @quluzade_003
      @quluzade_003 Před 4 měsíci +1

      👍

    • @simplyrhsn
      @simplyrhsn Před 4 měsíci +4

      bu 3 IQ olub amma özünü birinci dərəcə hesab edən yaşlarından asılı olmayaraq yeniyetməlik dövründə yaşayanlar lordlarına qarşı hər hansı bir fikir söyləyən insanı o andaca öldürə də bilərlər

    • @dev_adam
      @dev_adam Před 4 měsíci

      ​@@simplyrhsn😅👍🏼

  • @caboo1248
    @caboo1248 Před 4 měsíci +12

    Hal hazırda Aid Qaraqandan daha çox sevilir.. Birgün Qaraqan gəlib özü aydınlıq verer bu söhbətlərə...Murad bəy çalışın Xpret ve Pasteri yeniden çağırın..(Xpreti çətin olsa bele gətirin səbirsizliklə gözləyirik) #respect👍🏻

  • @funnypetshop4159
    @funnypetshop4159 Před 4 měsíci +20

    Samirin fikri açıqlayıcı və net di . Anlayana.. Hörmətlər hər birinizə ❤

  • @salih2215
    @salih2215 Před 4 měsíci +47

    Bir xatırlatma etmək istəyirəm ki,bunu çox insan yalnış ifadə edir.
    "Anlaşılmamazlıq" deyil anlaşılmazlıqdır.
    Azərbaycan dilində mamaz qısa olaraq maz / məz şəkilçisi kimi istifadə olunur.
    Mən onu görməzlikdən gəldim (nümunə olaraq )

    • @alapr373
      @alapr373 Před 4 měsíci +4

      bütün video boyunca ana dillərinə təcavüz etdilər. Əgər sırf öz ana dilində danışa bilmirlərsə, qoy rus dilində çəkiliş aparsınlar

    • @themirzayev
      @themirzayev Před 4 měsíci +5

      Yaxşı, ay Nofəl

    • @salih2215
      @salih2215 Před 4 měsíci +1

      ​@@themirzayev 😂

    • @mvmv2240
      @mvmv2240 Před 3 měsíci

      heç görməz demirlər onsuzda hamısı görmərsən deyir. Ən əsəbiləşdiyim tələffüz xətasıdır.

    • @Shalyml
      @Shalyml Před 13 dny +1

      Samir rus dillidi ona görə normaldı

  • @scarletohara9390
    @scarletohara9390 Před 4 měsíci +4

    Bu oglani birinci defe gorur ve eshidirem.Sohbeti cox xosh oldu,tutarli sozler deyir👏👏👏

  • @nikoh-li9091
    @nikoh-li9091 Před 4 měsíci +37

    Qaraqana köhnə işlərinə görə hörmət edib qulaq asdım. Amma o deyil də . Geri dönüş partlatmalı idi . Belə olmamalı idi . Yəni bele deyim başqa cür geri dönüş gözləyirdim . Çox təəssüf. Subyektiv fikrimdi.

  • @ilgaraliyev7409
    @ilgaraliyev7409 Před 4 měsíci +33

    Efirdə kabab çəkənlər,efri toyxana edənlər, sosial şəbəkədə abırsız canlı yayım açanların arxasınca qaçanlar və nümunə götürənlər narahat etmir, amma bir nəfərin düzünü deməsi çox narahat edir. Efirdəki kababın tüstüsü gözləri o qədər tutub ki, tüstünün arasında insanlara bir işıq yandıran olanda, nə olduğunu anlamadan, işıq tərəfə daş atmağa hazırdılar.

  • @innerlights13
    @innerlights13 Před 4 měsíci +15

    ❤ Love and Peace . Both of you guys have brilliant ideas.

  • @kadyborges6823
    @kadyborges6823 Před 4 měsíci +6

    Samir kimi Adama otur saatlarla qulaq as ❤❤❤❤❤❤❤

  • @dasqinhemzeyev3596
    @dasqinhemzeyev3596 Před 4 měsíci +59

    Bütün verilişlərinə baxmışam. İlk dəfədir ki Murad Arifi Qeyri Peşəkar və Cığal obrazda gördüm

  • @elsnnzrli9962
    @elsnnzrli9962 Před 4 měsíci +82

    Frhyme də gəlsəydi bu verlişə baxıb sonra rahat ölə bilərdim

  • @SesiL42
    @SesiL42 Před 4 měsíci +72

    Ufc canlı yayın başlaması uçun kakraz iki saatım var, GötumuzVar verlişini sevirəmdə 🔥

    • @qurbanoruclu6117
      @qurbanoruclu6117 Před 4 měsíci +1

      😂

    • @hacyevhzrt7999
      @hacyevhzrt7999 Před 4 měsíci +2

      Dustin Poirer lets gooo

    • @SesiL42
      @SesiL42 Před 4 měsíci

      @@hacyevhzrt7999fransa kəşfiyatın çənəsini qırdı 🔥

    • @uwp4779
      @uwp4779 Před 4 měsíci

      UFCyə haradan pulsuz baxmaq olar?

  • @4Anar
    @4Anar Před 4 měsíci +79

    mən qaraqan fanatı deyiləm ama hələdə anlamırlar ki qaraqan rep eləmir nələrisə başa salamağa çalışır))

    • @javeed4095
      @javeed4095 Před 4 měsíci +23

      1. Qaraqan reperdir 2. Qaraqanın məqsədi nəyisə başa salmaqdırsa, onda niyə rep? film yox , qəzet yox məhz rep? 3. Madamki, repi bir ifadə vasitəsi kimi görür, niyə içinə sıçır bu repin, elə həm ideologiyasını yaysın həmdə musiqi cəhətdən gözəl olsun olmaz?

    • @kenni392
      @kenni392 Před 4 měsíci +1

      @@javeed4095 Qaraqan özünü reper saymır, yazıçı sayır. Film çıxarsa deyəcəksiniz ki, niyə film? Rəsm çəksin

    • @user-mr2om5qx1r
      @user-mr2om5qx1r Před 4 měsíci

      @@javeed4095 hahaha lavaşda dönər də versin sənə bəlkə. Adam necə bacarır yayır da yaxşılığı, maariflənməni. Bacarırsan ondan yaxşı elə.

    • @4Anar
      @4Anar Před 4 měsíci

      @@javeed4095adam əvvəl reper olduğu üçün elə bu yolla daha məqsədə uyğun olduğun fikirləşib yəqn ki. belə mənm vecimə deyil olsz dinləmirəm heç tracklarini ama 1-2sin dinləmişəm nəsə çatdırmaq fikri var onu anlamışam sadəcə

    • @4Anar
      @4Anar Před 4 měsíci +6

      @@javeed4095mən dinləyicisi deyiləm qaraqanın ama əvvəl reper olub deyə bu yollada çatdırmağı məqsədəuyğun bilir yəqn ki mən sadəcə 1-2 trackn dinləmişəm sadəcə nəsə çatdırmaq istəyir belə başa düşürəm olsz Samir düz deyir bizim millət tez aldanmağı bacarır ona görə insanlarımızın öz fikri yoxdu .

  • @nargizasgarova2902
    @nargizasgarova2902 Před 3 měsíci +5

    Oturun durun dua edin ki Qaraqan kimi azerbaycanli var!!!!

  • @Nazryn202
    @Nazryn202 Před 4 měsíci +20

    Samirə konstruktiv tənqid bildirəcəm. Amerika hip hop mədəniyyətini, russkiy repi çox yaxşı araşdırdığın, öyrəndiyin bəllidir. Azrep təndiqdçisi olaraq bizdə baş verən hadisələri, çıxan yeni tracklari də bəlli ki izləyirsən. Ama Azərbaycanda fəaliyyət göstərən tənqidçi, podcaster olaraq sanki biraz Azərbaycan tarixini, xüsusilə xalqımızın bu gün bu nöqtəyə gəlməsində rolu olan, atalarımızı marifləndirən böyük şəxsiyyətləri də araşdırsan fikirlərini daha dolğun bir formada formalaşdıra bilərsən. Sabirin Hophopnaməsindən başlayaraq, Mirzə Cəlilin “Ölülər”inə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadənin məqalələrinə, Üzeyir bəyin operalarına, Hüseyn Cavidin pyeslərinə, Rəsulzadənin fikirlərinə, cəmiyyətin intibah və tərəqqisi yolunda o zamanın ən hype insanlarının çıxardığı qəzetlərə, qurduğu təşkilatlara, məsclislərə diqqət yetir. Qısacası Azərbaycanda marifçilik dövrü və marifçiliyin incəsənətə proyeksiyasını araşdır. QQ’nin qurmağa çalışdığı yaradıcı birliyi analiz etməklə məşğulsansa, ki bunu burda görürük, xarici replə bağlı yüksək biliklərin sənə yetməyə bilər. Biz tariximizi unutmağa meylli bir xalq olduğumuz üçün QQ’nın etdikləri sənə yeni birşey kimi gəlir. Və hər yenilik də, öyrəşilənə bənzəməyən hər şey kimi insanlarda çox vaxt negatif reaksiya yaradır. (Bu daha çox evolution mövzusudu girmirəm ) QQ XX əsr aydınlarımızın etdiyini davam etdirir halbuki. Özümüzü bilmədiyimiz üçün buna sekta deyirik. Tənqidçi olmaq asan iş deyil bəzən bir rəsm əsərini analiz etmək üçün bütün Renaissance tarixini bilmək gərəkir. İzlərkən ən çox təəccübləndiyim Matrix trilogiyasını sevən birinin manipulasiya və propogandanı bu cür analiz etməsi oldu. Neo’nu sevirsən ama kimsə bizim ölkədə xalqı aydınlatmaq, gedən propogandaları göstərmək, xalqın gözünü açmağa çalışırsa sektantdır. Sektantlar sağlam cəmiyyəti brainwash etməyə çalışır, xəstə cəmiyyəti müalicə etməyə yox. Bir az demokratiya və fəlsəfə mövzusunda da araşdırmalar etsən məncə səndə yaxşı tənqidçi potensiyalı var. Ümid edirəm konstruktiv düşüncələrimi hate olaraq qəbul etmədin. Yolun açıq olsun ❤️

    • @poladgadashov9571
      @poladgadashov9571 Před 4 měsíci +2

      @MuradArif bəy, xanımın rəyini Samirə çatdırın, anlasın artıq.

    • @ilqarsadxov6760
      @ilqarsadxov6760 Před 4 měsíci +1

      👍🏻

    • @elgizhesenli4743
      @elgizhesenli4743 Před 4 měsíci +1

      Bax belə

    • @wc7zvja
      @wc7zvja Před 4 měsíci

      Nəzrin xanım, Qaraqanın indi gördüyü işlərdə nə kimi yeniliklər var ki, onu həzm edə bilmirik deyə bilərsiniz zəhmət olmasa?
      Əlbəttə ideyası əladır. Amma problem onun icrasındadır. İncəsənət "nə?" yox "necə?" sualına cavab istəyir. Özəlliklə də musiqi. Bu cür zövqsüz musiqi altında nə qədər söz deyir desin, ideyası olsun təsir etməyəcək.
      Hələ bu "birinci dərəcə" söhbətini demirəm. Sözdə "yetkinləşmiş" adamın belə edərək insanlar arasında qarşıdurmaya səbəb olacaq addım atması ümumiyyətlə gülüncdür :D

    • @Nazryn202
      @Nazryn202 Před 4 měsíci

      Bizim ölkədə insanlar arasında qarşıdurma yaradacaq fikirlər səsləndirmək gülüncdür, çünki biz öyrəşmişik totalitarizmə, yekdilliliyə. Dialektizm nədir bilmirik, fərqli fikirlərin sintezindən yaranan ortaq məxrəc nədir bilmirik. Qatıq ağdır, vəssalam. Kimsə yeni fikir, ideya ilə gəlməsin, çünki “tadımız kaçmasın Alirza bey”. Normal demokratik ölkələrdə müxtəliflik okaydir. Hərkəsin fikir səsləndirməyə, nəsə yaratmağa haqqı var. Sənin də bir dinləyici kimi bunu dinləməkdən imtina etməyə haqqın var. Bəyənmədiyini bildirməyə də haqqın var. “Mən birinci dərəcəylə maraqlanmıram (hələ nə olduğunu bilməsək də) amma uşaqlara uğurlar” demək başqa “Mən birinci dərəcəyə qarşıyam” başqa. Öz ağlındakı konspirasiyalara dayanaraq hələ başlamayan bir fəaliyyətə qarşı olmaq və bunu ictimailəşdirmək sadəcə qəribə görünür. Heçbir dəlilin sübutun olmadan QQ bunu pul üçün edir demək isə artıq böhtana girir. Bir hüquqşünasın da kommentlərdə bildirdiyi kimi Samirin səsləndirdiyi fikirlər çox kritikdir və fikrini formalaşdıranda daha ehtiyatlı olmalıdır, əgər ictimai fiqurdursa. Nəticədə o “divan kritiki” deyil, ictimai insandır.
      İncəsənətə qaldıqda, kritiklərin fikrinə görə, incəsənət suallara cavab deyil, səndə emosiya yaradan hər əsər incəsənət nümunəsidir. Mənfi ya müsbət fərqi yoxdur. QQ’nın özünün xəbəri olmadan bu verilişin və şərh bölməsinin əsas mövzusu olmasından da açıq görünür ki, insanlarda nə qədər maraq və emosiya yaradır. Yəgin ki, bununla razılaşmamaq üçün 3 meymunu oynamaq lazımdı.

  • @shukurhuseyn
    @shukurhuseyn Před 4 měsíci +7

    Musiqi biliyin dayaz olan zamanlar Az.repi dinləyirdim. Daha sonra "Bax sonra sil" kanalı ilə Samir Ramazanovu tanıdım. Onunla dayaz biliyimi dərinləşdirdim. Hazırda musiqi zövqümün olmasını bəlkə də ona və kefiyyətli iş görən reperlərimizə və sənətçilərimizə borçluyam. Bu insan həqiqətən Az.rep üçün ən vacib insanlardandı reper olmasa belə. Tənqidləri nə qədər subyektiv olsa da doğruluq payı bir o qədər çoxdu. Haterlərini də başa düşürəm, bəlkə də Samiri tanımamış olsaydım məndə 22 yaşımda ərgən və beyni ələ keçilirmiş olacaqdım. Bu arada Vaxo da ürəkdi. #respecrSamirRamazanov #respectMuradArif

    • @ulviibrahimov6570
      @ulviibrahimov6570 Před 4 měsíci +1

      Sirf Samir haqqinda olduqum fikri yazmisiz menim 33 yaşim var

  • @babaabdullazade5650
    @babaabdullazade5650 Před 4 měsíci +58

    Yəni əslində Samir bəyin "Birinci dərəcə"yə qoşulanları eyniləşdirib savadsız deməyi ilə,Qaraqanın onları "Ən yaxşı"adlandırması eyni baxış bucağıdı.Bu yanlış yanaşmadısa,samir bəy özüdə səhvdi..

    • @abulfazmehdizada
      @abulfazmehdizada Před 4 měsíci +15

      Ən yaxşı üstünlük dərəcəsindədir, əlbəttə hamımız bilirik ki, "birinci dərəcə"yə qoşulanlar ən yaxşı ola bilməzlər, məntiqi cəhətdən ( çünki üstünlük dərəcəsi isitifadə olunub ), amma savadsız deyərkən, orada dedi ki, "təxminən 10.000 nəfərini çıx". Əslində demək istədiyi tam doğurdur, məncə, amma istənilən kimi başa düşülə də bilər, məsələn savadsız deyəndə nəyi nəzərdə tutur, filan. Söhbət uzanır

    • @8krml
      @8krml Před 4 měsíci +1

      👓🕶

    • @babaabdullazade5650
      @babaabdullazade5650 Před 4 měsíci +1

      ​@@abulfazmehdizada mübahisəyə açıq mövzüdü hər bir halda.

    • @aghaehedzadeh23
      @aghaehedzadeh23 Před 4 měsíci +1

      Hamıya savadsız demədi

    • @simplyrhsn
      @simplyrhsn Před 4 měsíci

      @@babaabdullazade5650nəyi mübahisəyə açıqdı ən yaxşı olub olmamaqları?

  • @zehraqaradaqi-or4tj
    @zehraqaradaqi-or4tj Před 3 měsíci +2

    Мурад, хотелось бы, чтобы Вы пригласили на интервью режесера Эмиля Гулиева. Мне кажется у Вас с ним получится очень интересное и захватывающие интервью. Два образованных человека и с прогрессивными взглядами- это будет захватывающе!)

  • @anymam3d
    @anymam3d Před 4 měsíci +34

    Bu videoda Qaraqan haqqında bu qədər danışıbsızsa, deməli Qaraqan bacarıb.
    #RespectQaraqan!

    • @chapafr
      @chapafr Před 4 měsíci +4

      ortalama qaraqan fanı

    • @tweest13
      @tweest13 Před 4 měsíci +2

      bu commentden sonra subut olundu ki Qaraqan heqiqeten bacarib)
      #RespectQaraqan@@chapafr

  • @ayazgurbanov9102
    @ayazgurbanov9102 Před 4 měsíci +4

    Samirin Qaraqan barede fikirlerine tam qatiliram, Murad Arifi cox sevirem ama burdaki fikri ile razi deyilem. Qaraqan ve Okaber muqayisesinde mence her fikrini cox gozel izah edir Samir.

  • @gagokhuliyef
    @gagokhuliyef Před 4 měsíci +10

    samir Qaraqan haqda bos danisir sadece Qaraqan efsanedir

    • @vahidlisoy3528
      @vahidlisoy3528 Před 4 měsíci +1

      Ziqinin boş-boş söhbətinı gülən adam əlbəttə ki, boş danışır.

    • @almassdxv
      @almassdxv Před 4 měsíci +1

      nəyi bosdu sen izah elə gorək

    • @diogen77
      @diogen77 Před měsícem

      Məsələn hansı fikri boşdur?

  • @cavidabbasov5.9
    @cavidabbasov5.9 Před 4 měsíci +21

    6:17 XXXTENTACİON R.İ.P🙏🏻

  • @turaltural8390
    @turaltural8390 Před 4 měsíci +21

    Axirki kimse Camal Elinin adini cekdi

  • @gassimus
    @gassimus Před 4 měsíci +13

    Murad Arif: gərək Samir Ramazanovu bir gün verilişə çağırım və fikirlərinin niyə səhv(?) olduğunu dolayı yolla başa salım, daha belə olmaz. hələ bir görüm niyə boş-boşuna Qaraqanı tənqid edir.

    • @gamerjosep8576
      @gamerjosep8576 Před 4 měsíci +2

      həqiqətəndə boşuna tənqid edir heç özüdə açıqlaya bilmədi

  • @turkanbabalii
    @turkanbabalii Před 4 měsíci +16

    Ahahaah Murad Arif çox əlasız😂😂😂🫶🏻

  • @ilgrbv
    @ilgrbv Před 4 měsíci +17

    nömrə 1 üçün Aisel və Elnurun mahnısını seçən Murad Arif 😍

  • @muhammadkh-ev1195
    @muhammadkh-ev1195 Před 4 měsíci +10

    Bratvalari paster ve onun komandasi olan Samir kimi tenqitcini ciddiye almaq olmuree,qeyri semimi cavablar bawqa bir wey gormedim,

    • @vahidlisoy3528
      @vahidlisoy3528 Před 4 měsíci

      Bir adam ki, ziqinin boş-boş sözlərinə gülə

  • @amil5050
    @amil5050 Před 4 měsíci +18

    Murad Arif azrep üçün Samirdən daha çox iş görüb mənə görə.Oturduğu yerdən qərar verdiyi şeylərə bax Samirin)

    • @GasimMammadov1
      @GasimMammadov1 Před 4 měsíci +2

      Kadero yaxşı demişdi)

    • @HemidHemidbeyli
      @HemidHemidbeyli Před 4 měsíci +4

      ​@@GasimMammadov1 Brat İndiyə qədər ən maraqsız buraxılışlardan bəlkə də birincisi Kadero idi e.
      Çox yordu(,

    • @GasimMammadov1
      @GasimMammadov1 Před 4 měsíci

      @@HemidHemidbeyli buraxılışın nəzərdə tutmurdum

    • @amil5050
      @amil5050 Před 4 měsíci

      @@GasimMammadov1 kadero oğuldu zatən

    • @Amil140K
      @Amil140K Před 4 měsíci

      Oxuduğum ən boş kommentlərdən biri sadəcə

  • @amid.huseynzade
    @amid.huseynzade Před 4 měsíci +1

    Samir maraqlı adamdır. Öz fikirlərini normal izah edə bildi

  • @the6unn
    @the6unn Před 4 měsíci +6

    Bəzən Murad Arifin danışanların sözünü kəsməyi, daha üsdə çıxmağı biraz qıcıqlandırır məni

  • @user-ix4xk1tw6q
    @user-ix4xk1tw6q Před 4 měsíci +9

    Samir men ayıldım ❤😂

  • @agrofarm1568
    @agrofarm1568 Před 4 měsíci +2

    Mohtəşəm debat alınıb ✊🏻

  • @XB_Prod
    @XB_Prod Před 4 měsíci +1

    Murad cox sag ol Samiri caxiridign ucun. Dogurdanda maragli semimi sohbet getdi. Samir cox calisir Azrap ucun. Heyif Azrepe destek azdi

  • @Madcruel_
    @Madcruel_ Před 4 měsíci +8

    H.O.S T 🥀🖤

  • @ZaurQasimov-mf3il
    @ZaurQasimov-mf3il Před 4 měsíci +12

    Men qaraqan fanati deilem azrepin fanatiyam. Ancaq qaraqanla rza eyni deyilde. Rza kimdi ne edibki qaraqa i pislesin. Misal ucun koryolcu xperti tenqit etsin. O ozu kimdiki xperti beyenmir. Samir mence biraz dar dusuncelidir.

    • @JustaCarEnjoyer
      @JustaCarEnjoyer Před 3 měsíci +2

      Yoxe brat məndə ona düz baxmıram, birincisi 2024cü il üçün Rzza daha babat işlər görüb nəinki qaraqan ikincisi əgər ona baxmalıyıqsa Samir vapşe danışmasın çünki onun elədiyi replər adam içinə çıxarılası deyil

  • @cavidzulfuqarli4490
    @cavidzulfuqarli4490 Před 2 měsíci +1

    Samir yaxsi adam ve duz danisandir. Paster # ❤

  • @heyvandarliq040
    @heyvandarliq040 Před 4 měsíci +11

    Şəxsi fikrimdi mən xpertin uzun illər dinləyicisi olmuşam ama snapsdan sonrakı heç bir işini bəyənmirəm hətta axırıncı çıxan dərviş trekdə Messi Barselona söhbəti

  • @rahimovss
    @rahimovss Před 4 měsíci +3

    Daş qayaya rast gəlib)

  • @anarhesenov1390
    @anarhesenov1390 Před 4 měsíci +3

    Maarifləndirmə mövzusunda Murad haqlıdır .

  • @solinho01
    @solinho01 Před 4 měsíci +28

    Qaraqanla mənim yaşım yaxın olsaydı, mən də onunla təqribi eyni sahədə olsaydım və o məndən çox-çox uğurlu olsaydı, mənim 1000 izləyicim, onun 100.000 izləyicisi olsaydı mən də həsəd və ya paxıllıq və ya kin hissi keçirərdim bəlkə də. Qınamıram heç kimi. Samiri də həmçinin.
    Samirə uğurlar. Ümid edirəm xəyalındakı uğura, pula, şöhrətə çatar. Məhz onda bir az sakitləşəcəyinə inanıram

  • @aghaehedzadeh23
    @aghaehedzadeh23 Před 4 měsíci +1

    Mən bu verlişi izlədim, bəzən Samirə, bəzənsə Murada haqq verdim. Maraqlı verliş idi. Uğurlar.

  • @dev_adam
    @dev_adam Před 4 měsíci +1

    İkinizə də big respect. Dev adam ikinizi də sevir ❤ bu bölüm prosto kayf.

  • @FlyingWhalee
    @FlyingWhalee Před 4 měsíci +1

    Respect Samir!

  • @pervizhuseynov6467
    @pervizhuseynov6467 Před 4 měsíci +5

    Muradı birinci defedi bu qeder rahat gördüm))belke sual falan bele hazırlaşmıyıb. Bu verliş dinceldiyin duşunurem🙃

  • @user-pw7rh4qw1h
    @user-pw7rh4qw1h Před 4 měsíci +4

    Murad bəy sizin Qaraqanı Popumuz var da görmək istəyərdim. Bəlkə də bütün izləyicilərin qaranlıq sualları gün işığına çıxar.

  • @buraharadi0
    @buraharadi0 Před 4 měsíci +4

    Qaraqan qızım treki ilə yetərincə göstərdiki adicə musiqi ilə nələr eləmək mümkündür.
    Başqaları edə bilməzdi ki güya edərdi ama etmədi. İstəyirsiz deyin ki onu İlahiləşdirmişik, istəyirsiz deyin müqəddəs hesab edirik necə istəyirsiz elədə düşünün fakt heçvaxt dəyişmir hərşey göz önündədi. Səndə gəl qoşul bizə (Onsuzda qoşulmusan 😂)
    #birincidərəcə #intibahsəndənbaşlayır #intibah

  • @bananlimorfin
    @bananlimorfin Před 4 měsíci +10

    İstədim uzun uzadı aydınladıcı bir mətn yazım. Çünki yanlış anlaşılan ya da yanlış qələmə verilən o qədər nöqtə var ki, mən dəhşətə gəldim. Kaş ki hər şeylə daha da dərindən maraqlansaydınız (hər ikiniz də). Amma bunlar mənim hansısa şərhimdən hər şeyi anlayası deyillər. Sadəcə Elxan çıxıb aydınladıcı şəkildə özünü uzun uzadı ifadə etməlidi və ya daha məntiqli bir şey. Mən burda heç kəsin fanatı deyiləm. Ama necə görmək istəyirsizsə də görə bilərsiz. Buraxılışdaki bütün mənasızlıq, düşüklük və qeyri-peşəkarlığı bir kənara qoyub bəlkə də bura ən səmimi şərhi buraxıram.
    Samir.. sənin subyektiv fikrinə soxum!

  • @user-oo2cm5he1u
    @user-oo2cm5he1u Před 4 měsíci +15

    Bu gunki bizim xalqımızin musiqi zovqu ne yerdedi? gelin bu suali ozumuze verey tiktok da ewitdiyi musiqilere qulaq asir camahat.Ele bu erefede kiminse cixib ( Qaraqan) bizi ozumuzu qaytarmaq ucun sektalar acmagi 1ci derece yada ne deyirsinizse nese etmeyi nie pisdi axi?

    • @03seid
      @03seid Před 4 měsíci

      ş'a w yazan,samitləri yeyən biri elə qaraqana qulağ assa yaxşıdı mən qulağıma hörmət edirəm qaraqanın qayıtdıqdan sonra kariyerası sadəcə "kamu spotu"du

    • @aaqasmzad2884
      @aaqasmzad2884 Před 4 měsíci +1

      ​@@03seid qulağ, kariyera

    • @aaqasmzad2884
      @aaqasmzad2884 Před 4 měsíci +1

      Pis deyil, əla hərəkətdir. Amma bu tip mahnılarla bir çox insanın diqqətini cəlb etmək əvəzinə daha da özündən uzaqlaşdırır Qaraqan. İdeologiya, səbəb-məqsəd hər şey əladı, düzdü. Problem onun dinləyiciləri, dinləyiciləri yox, fanatları və mahnılarının tərzidi hansı ki, necə zövq alaraq dinləyirsiniz mənə çatmır.
      Problem Qaraqanı dəhşətli şəkildə böyüdənlərdi. Samirin də dediyi kimi: Kommentləri oxuyuram, dəli oluram mən.
      Hər mahnısında, onunla bağlı paylaşımlarda

    • @aaqasmzad2884
      @aaqasmzad2884 Před 4 měsíci +3

      ​@@03seidş-a w deyirsən, düz deyirsən, dilimizdə düzgün yazmalı, oxumalıyıq. Amma götürüb bunu "belə edənlər Qaraqan dinləsə yaxşıdı" yaxşı olmur sanki. Yazıda mən də səhvlər buraxıram, sən də buraxmısan. Nə deyək indi, sən nəyə qulaq assan yaxşıdır, mən nəyə qulaq assam yaxşıdır?

  • @AnarSuleimanov
    @AnarSuleimanov Před 4 měsíci +7

    Özü də bir hissə də deyir ki, biz düşünürdük reper maşından filan yazar. Samir üçün repçi sadəcə maşında Muradla getməyi "cool" şəkildə deyə bilər maksimum? Hansısa ümumi bir ideologiyası, fəlsəfəsi olar bilməz?
    İnsanları maarifləndirmək isə tamam başqa dərəcədə möhtəşəmdir.
    Samirin maarifləndirmək haqqında danışdığı hissədə isə hər şey bəlli oldu...

    • @simplyrhsn
      @simplyrhsn Před 4 měsíci

      maariflənmək üçün rap ə qulaq asıb və doğrudan maarifləndiyini düşünürsən? mən heç cür başa düşə bilmirəm sizin kimi insanları axı necə siz bir raperi özünüzdən üstün görüb onun maarifləndirməsinə ehtiyac duya bilərsiniz?

    • @AnarSuleimanov
      @AnarSuleimanov Před 4 měsíci

      @@simplyrhsn birincisi, haqqında danışılan insan reper deyil, ilin ən çox satılan kitabını və bir çox kitabları yazan yazıçı, müxtəlif sahələr üzrə savadlı insandır. İkincisi də ki, hər hansı insanın səni maarifləndirməyi, ya da kimdənsə nəsə öyrənmək sanki ayıb bir iş imiş kimi danışılır. Elə vəziyyət ola bilər ki, məktəbli uşaq da hansısa mövzuda nələrsə öyrədə bilər insana.

    • @johnnyydeppp692
      @johnnyydeppp692 Před 4 měsíci

      Allah köməyin olsun qaraqan tərəfindən maarifləndirilməyə möhtacsan.

  • @BeatFreem
    @BeatFreem Před 4 měsíci +7

    11:15 Məncə Samir problem sənin düşüncəndədi. Hər bir sənətçinin öz dinləyicisinə siz ziyalısız deyə yaxşınlaşmaqı problem deyil. Sənətçi və dinləyici özü bilər. Və o demək deyil onu dinləməyən ziyalı deyil. Məncə sənin "onlar əslində ziyalı deyil" deməyinnən daha mədənidi. Qaraqanın isə fərqi budu.

  • @BlackFa1con
    @BlackFa1con Před 4 měsíci +72

    “Qaraqan”la bağlı dediyi fikirlerin heç birinde men obyektivlik görmədim. Ümumiyyətlə Samir Ramazanov çox radikal biridi və ən pis xarakteri də hərşeyə subyektiv yanaşmasıdı, sən tənqidçisənsə obtektiv yanaşmalısan. Mən elə düşünürəm, bu mənim fikrimdi deməklə nəyisə tənqid etmək olmaz. Hər bir tənqid əsaslandırılmalıdı. O ki, qaldı Qaraqana, bu insan bizim cəmiyyət üçün çox vacib şəxslərdən biridi, istər düşüncələri, istərsə də ideologiyası ilə. Rep, musiqi, tərz, sound, stile və s. İnkişaf etdirən kifayət qədər reperlərimiz var. Bizim cəmiyyətə müasir rep, tərz təqdim edən reperdən çox, Qaraqan kimi belə düşüncələrə və ideologiyaya sahib şəxslər lazımdı. Bizim cəmiyyətə intibah lazımdı, adi sosial şəbəkələrə, tiktoka girəndə görünür cəmiyyətimizin 70%i nə haldadır, çox acınacaqlı vəziyyətdədi böyük kütlə… Bu cəmiyyətdə repin inkişafından çox, insanların özünü inkişafı, sağlam düşüncəyə və mədəni, mənəvi intibaha ehtiyacı var.

    • @gamerjosep8576
      @gamerjosep8576 Před 4 měsíci +6

      Qardaş niyə gözü götürmür hələdə başa düşə bilmirəm. Neyniyibki bunlara Qaraqan ❤

    • @senanibrahimov538
      @senanibrahimov538 Před 4 měsíci +1

      Mükəmmməl izah etmisiz halal edin səhifəmdə paylaşdım @7eykemiya

    • @sirliii-gw3lw
      @sirliii-gw3lw Před 4 měsíci

      Sevenləri çoxdur.​@@gamerjosep8576

    • @knaneyvazov7936
      @knaneyvazov7936 Před 4 měsíci +4

      Fikir verdinsə samir mən subyektiv yanaşıram dedi yəni obyektiv bir şey gözləmək nə dərəcədə düzgündür

    • @muhammadkh-ev1195
      @muhammadkh-ev1195 Před 4 měsíci +3

      Ureyimden kecenleri yazmisan

  • @user-mr1xk1lb4e
    @user-mr1xk1lb4e Před 4 měsíci +1

    Samir möhtəşəmdir ❤

  • @HemidHemidbeyli
    @HemidHemidbeyli Před 4 měsíci +11

    Qaraqanın mətnləri əladır?,
    Bunu yazanlar hansı əsasla deyir bunu?

    • @leon94753
      @leon94753 Před 4 měsíci +3

      Qafiyə cəhətdən çox zəifdir, amma çox mənalıdır. Çünki, adam yazıçıdır, kitabları var.

    • @HemidHemidbeyli
      @HemidHemidbeyli Před 4 měsíci

      ​@@leon94753 Onun Kitabını oxumuşam,amma o kitab deyil həqiqətən. Nə bilim,ədəbiyyatdan anlayan insan Qaraqanın kitablarına 10 üzərindən -0 belə verməz(

  • @Amrah-ru3zy
    @Amrah-ru3zy Před 4 měsíci +14

    Men ozumde birinci derece uzvuyem. Qaldi ki, bizim savadsiz adlandirlmagimiza. Kiminse tendqici olmasi, birilerine savadsiz demesine esas vermir. Samir ozu ilk basda tehqirle/tenqid ferqli bir seydir dedi. Ama kimlerise savadsiz adlandirir. Samir bilikli adamdi, ama onyargisi ve paxilligi cox aydin belli olur. Belkede ozu reper ola bilmeyib deye, Elxanin 17 yasinda etdiklerini ede bilmeyib deyedi bu) Hamiya hormetler.

  • @JS-zd9yq
    @JS-zd9yq Před 4 měsíci +30

    26:30 Samir heç olmasa Pasteri deməzdin də, Pasterin yazdığı dəqiq tənqid standartlarında idi? Tibuya da Paster fanatları tərəfdən nə qədər "hate" gəlirdi? "Eşitdin ə" ən çox dislike alan track deyil? Pasterin fanatları da təriqətdir? "Birinci dərəcə"-də marketinq əlamətləri olduğuyla mən də razıyam və heç kəsin də fanatı deyiləm, "5 comment" də yazmamışam. Amma heç də sabah Qaraqanın peyğəmbər fiquruna çevrilib "X-ləri öldürün" deyəcəyini, desə də birinci dərəcəyə qoşulan adamların bu yola gedəcəyini düşünmürəm. Mənə sadəcə elə gəlir ki, sizin rap-i oturtduğunuz bir "template" var və bu formatdan kənar adamların kütlə yığmağı sizi narahat edir. Başa düşmürsüz ki, hər adam üçün sizin kimi "flow", "sound" önəmli deyil. Bu "yeni sound" məsələlərində də siz özünüz elə təriqət kimi davranırsız. İnsanlar sizin bəyəndiyinizi bəyənmək məcburiyyətində deyil.

    • @JS-zd9yq
      @JS-zd9yq Před 4 měsíci +12

      Bu arada bir hissəni unutmuşam, "Birinci dərəcə"-də marketinq əlamətləri var, amma bunun pul qazanmaq üçünmü yoxsa dedikləri kimi insanları narkotikdən, alkoqoldan yayındırmaq və s. üçünmü olduğunu deuə bilmərəm. Əlinizdə elmlə təsdiqlənmiş niyyət ölçən aparat yoxdusa, siz də deyə bilməzsiz. Ən azından hələlik.

    • @AAAA-jx8rv
      @AAAA-jx8rv Před 4 měsíci +2

      Alnından öpürəm sənin.

    • @farizamirsayadli4655
      @farizamirsayadli4655 Před 4 měsíci +3

      Möhtəşəm şərh!

    • @javeed4095
      @javeed4095 Před 4 měsíci +3

      Sənin dediyin "template" məsələsi keyfiyyətdir, mətnlərin unikallığı + saund'un keyfiyyəti + rap texnika bacarığı və s. Keyfiyyəti göz ardı etmək isə problemli, mövzudur. Biri qalxıb Maral Tahirqızını Zamiq Hüseynovdan daha üstə çıxarsa, musiqi baxımından nə qədər subyektiv bir fikir olsada obyektiv cəhətdən adamı söyərlərdə yəni bu necə absurd bir fikrdi, buda məntiqli bir şeydi çünki adam əsaslandıra bilir hər nə deyirsəə.
      Necəki Frhyme'ın saund'da, dolayısı ilə komandada problemli olduğunu qeyd elədi. Mix masteringinin bərbad olduğunu dedi.

    • @turkanabbasova5517
      @turkanabbasova5517 Před 4 měsíci

      Tam da bu🤌🏻

  • @elnurabdullayev9201
    @elnurabdullayev9201 Před 4 měsíci +6

    Samirin ortaya qoyduğu bir iş, bir göstərici yoxdu. Birinci dərəcədə yazılan yazılar dərəcə üzvləri tərəfindən yazılır. Orada yalnız 5 comment var , oda daha videonun daha çox kütləyə çatması üçün , boz-bashları trandden çıxarmaq idi.Birinci işlətdiyin cümlə ilə ortada işlətdiyin cümlə tutmur. Elxan azından nəsə etməyə çalışır cəmiyyət üçün.

  • @farkhadmanafov4362
    @farkhadmanafov4362 Před 4 měsíci +2

    QARAQANI qonaq kimi gözləyirik.

  • @ekssentrik31
    @ekssentrik31 Před 4 měsíci +30

    Deyəsən Samir bəy, birinci dərəcə ilə, ümumiliyətcə bütün bu söhbətlər ilə yarımçıq marağlanıb. Əgər tam marağlansa başa düşərdi ki, Birinci dərəcəni kəmiyyət yox, keyfiyyət marağlandırır.

    • @firdovsihasanzada
      @firdovsihasanzada Před 4 měsíci +3

      “5 komment” məsələsi kəmiyyət məsələsindən əlavə elə keyfiyyətin aşağı olması məsələsidir.

    • @ekssentrik31
      @ekssentrik31 Před 4 měsíci +2

      Keyfiyyəti aşağı dediyiniz üsul ilə "Qızım" mahnısı Türkiyədə 200 milyondan çox izləndi.

    • @Xaoticflamingo
      @Xaoticflamingo Před 4 měsíci

      Siz söhbətin nədən getdiyini bilirsiz? Keyfiyyət deyəndə?

    • @easy-tt4dg
      @easy-tt4dg Před 4 měsíci

      @@ekssentrik31 200milyon? :D

    • @JustaCarEnjoyer
      @JustaCarEnjoyer Před 3 měsíci

      @@ekssentrik31200 milyon yenə kəmiyyətdidə :D

  • @ulviesedov7011
    @ulviesedov7011 Před 4 měsíci

    Men muradin mahnilarini hamisini belkede beyenmirem ama özune gore dinleyirem cunki o semimidir.Allah can sagliqi versin.❤

  • @My_art_is_my_life
    @My_art_is_my_life Před 4 měsíci +4

    13:25 Samir Ramazanov, axı o gmail sizin telefonunuzda var. Niyə açıb göstərmirsiz Murad Arifə? Öz istədiyiniz kimi montajlayıb danışırsız. Qızım tracki sosial mövzuda olduğu üçün, sellektiv abort problemini çox insana çatdıra bilmək üçün, baxış, paylaşım və şərhin çox olmasını bizdən istəmişdi. İndi Yoututube alqoritmini başa salım sizə?

  • @alihuseynov6011
    @alihuseynov6011 Před 4 měsíci +24

    Samir bəy,ilk öncə mən sizin adınızdan 1-ci dərəcə üzvlərindən üzr İstəyirəm. Çünki siz sırf kimlərəsə şəxsi qərəziniz var deyə ən azı 70.000 insanı,şəxsiyyəti təhqir etdiz.Güya onlar Qaraqanın ideyasına qoşulmaqla ağılsızlıq ediblər. Buna da səbəb kimi yazılan kommentləri dəlil gətirirsiz.Yəni bu qədər dayaz bir tənqid olar? Əgər siz bu qədər Azərbaycan gəncliyinə dəyər verən insansızsa niyə o 70 000 min insanı Qaraqan hələ qayıtmamışkən ətrafınıza yığa bilmədiz? Qaraqan sizin əlinizdən tutmuşdu? Ya Qaraqan sizin ağızınızı bağlamışdı? Qaraqan 7 il ölkədə olmadı.Heç bir aktivliyi olmadı.Harda idiz o 7 ildə? Nə etdiz o 7 ildə Azərbaycan üçün?Azərbaycan gəncliyi üçün nə etdiz?
    Bir araya toplaya bildiz mi gəncləri?
    Və burda gənclər deyəndə,sadəcə
    ağıllı,dahi gənclari nəzərdə tutmuram.Necə ki,siz bəzi gənclərin axmaq komentlər yazdığını nəzərdə tutursuz.Bax elə həmin o gəncləri də nəzərdə tuturam.Narkomanını da,savadsızını da,axmağını da,tərbiyəsizini də... Mövlananın məşhur bir sözü var ki, "Kim olursan ol,Gǝl!" deyir.Bəli 1-ci dərəcənin hamısı dahi deyil.Zatən Azərbaycan da bu qədər dahi olsa idi Qaraqan ümumiyyətlə qayıtmazdı.O,gördü ki,bu gənclik qaranlığa üz tutub və bu heç kimin vecinə deyil,öz işığı ilə bu qaranlığı aydınlatmaq istədi.Necə ki,heç bir həkim xəstəxanaya gələn xəstəyə niyə xəstəsən demir,Qaraqan da onu qucaqlayanlara sizin təbirinizlə"sən düz komment yaza bilirsən?" demədi.O,hər kəsə qucaq açdı.Necə ki,ilk dəfə yazı yazmağa başlayan şagirddən heç bir müəllim imla tələb etmirsə elə.O müəllim şagirdə düzgün yazmağı öyrədə bilirsə,öyrədir.Öyrədə bilmirsə dilini qarnına soxub kənara çəkilir.Ya da ən pisi onu bu günə qoyan mühiti söyür.Qaraqan Azərbaycan gəncliyinə öz bacarığı çərçivəsində qucaq açıb.Siz "Biz nə köməklik edə bilərik? Axı bizim də övladlarımız bu ölkədə böyüyəcək.İstəmərik olar da qaranlığa getsinlər"demək əvəzinə çıxıb efirlərdə bu qədər ümidli insanın ümidini təhqir edirsiz.Azərbaycan gəncliyinin ciddi problemlərindən biri özünə nümunə tapa bilməməsi və yaxud da pis nümunələr seçməsidir.Siz özünüzə sual verin hər şeyi fövqündə.Siz bu gəncliyə nümunə ola biləcək birisiz? Ya bu 7 ildə,eyni zamanda onda öncə və sora Azərbaycan gəncliyini "yaradıcılığı ilə hər gün ələ salan insanlar nümunədir? Qaraqanı və eyni zamanda onun kütləsini bəyənməyəcək qədər "elit"və "dahi" bir adam gərək bu ölkədə yaşamasın,çünki bu ölkənin gəncliyinin əksəriyyəti düşük,bambılı "sənət adamlarının" yaradıcılığına heyrandır.

    • @zeyral
      @zeyral Před 4 měsíci +2

      Ən ağıllı və düzgün rəy

    • @sirliii-gw3lw
      @sirliii-gw3lw Před 4 měsíci +1

      Deyir ateistəm,Allahın yaratıqlarına təsadüf kimi baxan insan qaraqanıda başa düşməcək əziyyət çəkmə.dinə şübhə ilə yanaşmaq olar,amma Allahı,yaradanın olmağını danıb ateist olmaq həqiqətən ağılsızlıqdır.Mənim Samirə hörmətim vardı ta ki bu ateistəm deməsinə kimi.

    • @Simlof
      @Simlof Před 4 měsíci

      @@sirliii-gw3lw Dinin nə dəxli var?

    • @sirliii-gw3lw
      @sirliii-gw3lw Před 4 měsíci

      @@Simlof mən din söhbəti etdim?

    • @sirliii-gw3lw
      @sirliii-gw3lw Před 4 měsíci

      @@Simlof yaradandan bəhs edirəm,dinlər uydurma da ola bilər şübhəlidir.Amma Allaha,Yaradana şübhə ilə yanaşmaq gülməlidi mənimçün həmən insanın iq-si mənə çatmır necə ola bilərki hər şey təsadüfən yaransın?Ateist olan biri heçnəyə inanmır həyatın təsadüf nəticəsində yarandığını düşünür belə olmur axı,məsələn bir rəsm çəkməyi düşün,təsəvvür et ki,bir rəsm var, hər şey təsadüf nəticəsində əmələ gəlir,çox uyğunsuz və məntiqsiz olar,amma sən onu ölçü-biçi apararaq çəksən hər şey uyğun olar.Galaktikayada baxsan görərsən ki hər şey necədə bir birini tamamlayır biri olmasa,obiri var ola bilməz bunu demək ki yaradan var.

  • @elizadebalasef2627
    @elizadebalasef2627 Před 4 měsíci +5

    Samir ateistem deyenden biraz evvel Gulnare melimesine Allah rehmet elesin deyirdi . ele burda verilish qutardi ,

    • @hakerhak6612
      @hakerhak6612 Před 4 měsíci

      məncə o deisti prosta din haqqında uzatmaq istəmədiyinə görə ateit deyir özünə.

  • @muradabbaszade3171
    @muradabbaszade3171 Před 4 měsíci +3

    Samir mence cox yaxsi tenqidcidi tam duzunu deyir

  • @My_art_is_my_life
    @My_art_is_my_life Před 4 měsíci +8

    26:25 ən sevdivim hissə. "Gör necə sevirləre adamı". Boyunlarına almasalar da hər biri belə kütlə istəyərdi. Amma yoxdur😊

  • @rehmanibrahimli322
    @rehmanibrahimli322 Před 4 měsíci +3

    Qaraqan bir dahidir❤

    • @talatrazgatli2883
      @talatrazgatli2883 Před 4 měsíci +1

      Qaraqan dinləyicisiyəm. Amma adam bu məqamda haqlıdır, ilahiləşdirirsiz.

  • @innerlights13
    @innerlights13 Před 4 měsíci +2

    Samir mence ozunu daim "update" ede bilecek bir adamdi baxmayarag ki, dushuncelerinde bezi fikirler hele ozunun daha yaxshi versiyasini tam tapmadigini gosterir amma gelecekde daha pozitiv bir yone gede biler etrafdakilarina da, destey ola biler o "kind of ghettolardan" chixmagchun eger ozu de orda ilishib qalmasa.
    Respect

  • @limirzyev250
    @limirzyev250 Před 4 měsíci +5

    Murad sanki Samiri çağırıb şillə vurub qaytardı. Mikrafon 1 nəfərdə olanda hər şey demək olar)

  • @zeynal8380
    @zeynal8380 Před 4 měsíci +4

    Burda sadəcə samirdə kin və nifrət gördüm bucür alçalma samir 😂

  • @Srdarsgrov
    @Srdarsgrov Před 4 měsíci +4

    Qaraqana gelen tənqid və təhqirlər onu boğacaq bizim alqışlar

  • @sasizmharekat2575
    @sasizmharekat2575 Před 4 měsíci +3

    Bu adam axı kimdir ki fikri önəm daşıyır

  • @user-yl6fg6cp6g
    @user-yl6fg6cp6g Před 4 měsíci +22

    Murad Qaqa gel sene atisaq bilet pulu yigaq get Amerkiye Qaraqandan Musahibe gotur Qardasimsan)😅

    • @yourrinnervoice
      @yourrinnervoice Před 4 měsíci +1

      Ya da online😂

    • @vusalsirin-ov8534
      @vusalsirin-ov8534 Před 4 měsíci

      Qaraqan qayıdıb ki Amerikaya?Vətəndə idi axı

    • @user-yl6fg6cp6g
      @user-yl6fg6cp6g Před 4 měsíci

      men Amerkada bilirem​@@vusalsirin-ov8534

    • @leon94753
      @leon94753 Před 4 měsíci

      ​@@vusalsirin-ov8534Deyəsən Ölkəyə heç qayıtmayıb, sadecə azrape qayıdıb.

  • @rsmhsn
    @rsmhsn Před 4 měsíci +6

    Samir yerində olsam deyərdim: Didim dəə.. Üzülür ürəyim eee..

  • @jonsnow956
    @jonsnow956 Před 4 měsíci +12

    2:01:13 Samir fanat olduğunu bu qədər palet eləməzdində heç olmasa😂😂😂

  • @izzatilqari
    @izzatilqari Před 4 měsíci +2

    Görəsən bu adam nəyisə bəyənir?! Qıcıq, Eqo tavandı maşallah. Məllimin bütün verlişlərinə zövqnən bqxmışam amma buna baxammadım!

  • @Sapkowski0
    @Sapkowski0 Před 3 měsíci +3

    Murad bəy kommentləri oxuyursunuzsa, artıq bildirmək istəyirəm ki, təəssüf ki, siz də qocaldız:/ Fikirləriniz yavaş yavaş boomerlaşır

  • @kurtradikal
    @kurtradikal Před 4 měsíci +5

    Bəli mən ozümdə host dinləyicisi olmuşam bugünə kimi de istər solo istərdə köhnə musiqiləri olsun hamısini dinləyirəm ,Xüsusəndə Qaraqanın ve Prometeni. Lakin Samirlə tək bir şey də razıyam üsulda bəli ,doğurdu. Birinci dərəcəyə məndə üzv olmuşam metinler o qədər elmi dinlədir ki mən ümumiyyətlə başa düşmürəm xüsusəndə son paylaşımda intibahla bagli heç bir şeyi anlamıram.Ve son məktubda deyilir ki bunu jurnalistlərə və ictimayi insanlara paylaş mənim mənim jurnalist tanışım hardan olsun ? Və sair bəli üsul yanlışdir

  • @aqilagayev2184
    @aqilagayev2184 Před 4 měsíci +3

    Izmirde saat 06:47 bu vaxt verlise baxarlar? Yuklemekde olmur teyarrede baxim . Bakiya catan kimi ilk is tamamlamaq ) Samirin fikirleri maraqlidi.

  • @My_art_is_my_life
    @My_art_is_my_life Před 4 měsíci +4

    26:28 necə belə naxalni ola bilirləre. Deyir ancaq 1-ci dərəcəni tənqid edirəm. CənəP commentlərində insanlar daha çox, şit-şit gülüb ələ salmaqlarını tənqid edirlər. Elə bil ciddi tənqidi podcastları varmış kimi hələ o podcastı nümunə də götürürlər. Ziq-zaqın buraxılışından heç danışmıram belə. Orxan Zeynallının Popumuz var buraxılışında da tənqidi commentlər var idi amma elə nifrət dolu commentlər yox idi. Deməli gördüyünüz işdə problem var.

  • @ezizau4313
    @ezizau4313 Před 4 měsíci +28

    Samiri ilk defe bu sekilde "şapalağladılar " :)

  • @kadyborges6823
    @kadyborges6823 Před 4 měsíci

    Samir love ❤️

  • @hhmusic01
    @hhmusic01 Před 2 měsíci +13

    Qaraqan mükəmməl deyil mən bunu ondan istəmirəmdə çox şeyi dərk ettim sayəndə kim nə istəyir danışsın uşaqlığımın ən xoş və duyğulu xatirələrindənsən Elxan 🖤

  • @gabilmirze4687
    @gabilmirze4687 Před 4 měsíci +1

    Albom barədə Murad Arif tamamən haqlıdır.

  • @babaabdullazade5650
    @babaabdullazade5650 Před 4 měsíci

    Ümumi olaraq Murad bəyə əhsən.Yenə çox yaxşı iş çıxarıb ortaya.Samir bəysə bu cür davam etməlidir..Çünki çox yaxşı təhlilçidir..Uğurlar

  • @muhammadkh-ev1195
    @muhammadkh-ev1195 Před 4 měsíci +16

    Samir qaraqan haqqinda bir suru soz dedi amma kankret esaslandira bilmedi,Ola biler qaraqan sene gore yaxwi reper deyil,insanlar ona qulaq asmagdan zovq alir,

    • @leon94753
      @leon94753 Před 4 měsíci +7

      Sən ondan zövq ala bilərsən , amma repçi deyə bilməzsən. Çünki, onun etdiyi rep deyil, amma mövzuları yaxşıdır.

    • @AZE.Memmedov.
      @AZE.Memmedov. Před 3 měsíci +2

      Repçileri qıcıq eden oduki bu adam rep edə bilmir ama özünə repçi deyir. Onu qınamıram o pul qazanmaq üçün mahnı buraxır ama fanboylar pisdə olsa yaxşıda olsa deyir pik. Ala bu deqiqe azrepin ən pik repçisi Pasterdi. Ne var ne var Paster treklerde nalayiq sözler işledir ona görə beyenilmir. A bu adam küçelerdrn gelib içində o qəzəb qalıbda qəzəbdən belə çıxır oda. Qaraqan reper deyil. Paster respect

  • @Sahib013
    @Sahib013 Před 4 měsíci +1

    Samirin fikirləri əslində çox anlaşıqlıdı sadəcə başa düşənə

  • @FeoMete
    @FeoMete Před 4 měsíci +2

    Dinleyici uchun hansisa trek pi hansisa yaxshi ola biler. Fanat uchun yaxshi mukemmeldi chunki setrbesetr izleyir arashdirir. Pis dediynizdese yene nese var. Seslenme pisdi setrler yaxshidi. Ozu bildiribki men yazaram. Rep uzerinden fikirlerini chatdirmaq isteir chatdirir. Flow edenle muqayise etmek gulmelidi sadece. Bugeder qiciq yaradirsa kimlerde demekki nelerese nail olunub 😉

  • @S.A-fo8vk
    @S.A-fo8vk Před 4 měsíci +5

    Mən bunu anlamıram ki,əgər Samirin fikirləri Qaraqanı narahat etsəydi adam özünü müdafiə edərdi.Əminəm ki ona verəcək cavabı var yəqin ki istəmir.Siz niyə bəs öz enerjinizi itirib onu müdafiə edirsiniz?(Dinləyicilərə aiddir)
    70000 insan haqqında dedikləri doğru deyildi o ayrı məsələ.Ümumiləşdirmək düzgün deyil.

  • @rzasafarov8603
    @rzasafarov8603 Před 4 měsíci +7

    Məncə Globala çıxmağ üçün güclü sound lazımdı Çünki musiqinin dili yoxdur.

  • @Nikamocha
    @Nikamocha Před 4 měsíci +1

    Növbəti qonaq Ayaprima olsun 🤩