5 Dəqiqəyə QƏBİZLİYƏ SON - Bağırsaqda heç nə qalmır

Sdílet
Vložit
  • čas přidán 6. 02. 2024
  • #demədidemə #qebizlik #qəbizlik
    Qəbizlikdən yaxa qurtarmaq üçün 3 üsul!
    Qəbizliklə mübarizə məqsədilə bolluca lif qəbul etməliyik. Sağlam və uzun yaşamaq üçün liflə zəngin qidalar rasionumuzda olmalıdır. Noxud, lobya, paxlalılar, tərəvəzlər, meyvələr süfrələmizin bəzəyinə çevrilməlidir. Əslində, bu gün həyat tərzimizi nəzərdən keçirsək, özümüz də etiraf edəcəyik ki, düzgün qidalanma haqqında fikirləşmək yadımıza da düşmür.
    Qəbizliklə mübarizədən danışmazdan qabaq, bilməliyik ki, qəbizliyin səbəbi nədir. Çünki bu səbəbə qarşı hərəkətə keçməliyik. Qidalanma vərdişlərinizdə problem varsa, qəbizliyin olması təbiidir. Burada yetəri qədər qida ala bilməməkdən deyil, balanslı və ya pərakəndə qidalanmadan söhbət gedir. Balanslı qidalanmada karbohidratlarla meyvə-tərəvəz növbələşir. Əgər rasionunuzun böyük hissəsi karbohidratlardırsa, meyvə-tərəvəz haqqında düşünməkdə gecikməyin. Yenə də, qəbizlik sizi narahat edirsə, lifi qida əlavəsi kimi qəbul etməkdən çəkinməyin.
    Liflər iki cürdür: həll olunanlar, həll olunmayanlar. Hər birinin təsir mexanizmi fərqlidir. Biri suyu özünə çəkir, nəticədə, nəcis duru olur, “çölə çıxmaq” asanlaşır. İkinci tip liflər suyu özlərinə çəkməsələr də, bağırsaqdakı mikrofloranı qidalandıraraq bağırsaq hərəkətliliyinin aktivləşməsinə səbəb olur. Bu da o deməkdir ki, “çölə çıxmaq” asan və sürətlə baş tutur.
    Qəbizliyin yox olması üçün liflər vacibdir. Bunu anladıq. Amma müasir dövrdə fast-foodlar, qaçdı-qovdu həyat tərzi hər öynəni vaxtında, lazım olduğu kimi yemək imkanı vermir. Qida əlavəsi kimi liflərin qəbul edilməsi bu məqamda effektivdir.
    Ən azından, təbii vasitələrlə orqanizmin lif ehtiyacını qarşılamağa çalışın. Məsələn; hind bağayarpağı adlanan bir bitki var. Həmin bitkidən hazırlanan təbii vasitələr hazırda satışda var. Onlardan istifadə edə bilərsiniz. Müəyyən müddətə həyat keyfiyyətiniz yaxşılaşacaq. Amma daim rahat olmaq, qəbizliyin sizi narahat etməməsini istəyirsinizsə, yeyib-içdiklərinizi nizama salın.
    Bizə faydalı olan mikrobların ən çox olduğu yer bağırsaqlarımızdır. Onlar bir yandan qidalanırlar, bir yandan da bizə lazım olan maddələri emal edirlər. Bağırsaqlara “ikinci beyin” də deyirlər. Bağırsaqlardakı prosesin dügzünlüyü bizim üçün vacibdir. Hətta ürək-damar xəstəliklərinin əmələ gəlməsinə də mane ola bilirlər.
    Bununla belə, bilməlisiniz ki, bağırsaqdakı bakteriyaların heç də hamısı faydalı deyil. İnsanların bağırsaqlarındakı mikroflora müxtəlifliyi qidalanma vərdişlərindən, doğulduğu, böyüdüyü mühitdən, hətta yaşadığı coğrafiyadan da asılıdır. Bu bakteriyalar “yaxşı” və “pis” olmaqla iki yerə bölünürlər. Yaxşılar və pislər arasındakı balans pozularsa, pis bakteriyalar artarsa problemlər başlayır. Məsələn; narahat bağırsaq sindromu ( İrritable bowel syndrome-İBS). Bu zaman yeməkdən həmən sonra köp, qaz yaranır. Bəli, bu durum bağırsaqda bakteriya balansının pozulmasının göstəricisidir.
    Bağırsaqlardakı bakteriyaların “yaxşı” və ya “pis” olduğunu, miqdarlarının nə qədər olduğunu bilmək istəyirsinizsə, elmi araşdırmaların nəticələrinə baxın. Bir çox araşdırmanın sonunda məlum olub ki, laktobasillər, filobakteriumlar (phyllobacterium) bağırsaqların işinin nizamlanmasında önəmli rol oynayırlar. Bu iki bakteriyanın bol olduğu insanlarda qəbizlik problemi olmur. Bir elmi araşdırmanın sonunda mütəxəssislər əminliklə vurğulayıblar: “Qəbizliyin əmələ gəlməsində və sonlanmasında filobakteriumların əhəmiyyəti böyükdür”.
    Mütəxəssislərin ortaq qənaətlərinə göz atdıqda bunu da görə bilirik: “Probiotiklərin qəbulu nəcisin qatılığını azaldır, beləcə, qəbizliyi aradan qaldırır”. Bəli, liflər kimi, probiotikləri də qəbul etməlisiniz. Yəni bizə faydalı olan bakteriyaların sayını artırmalıyıq.
    Bu istiqamətdə ən təsirli vasitələrdən biri maqneziumdur. Bu dəyərli mineral orqanizmdəki 600-dən çox kimyəvi reaksiyada aktiv iştirak edir. Bağırsaq hərəkətliliyinə də təsir göstərir. İnsanların çoxu əzələ spazmaları keçirəndə düşünürlər: “Görəsən, orqanizmimdə maqnezium çatışmazlığı var?” Həmən qida əlavəsi kimi maqnezium qəbul etməyə başlayırlar. Bəli, maqnezium sağlamlığımız üçün vacibdir.
    Maqnezium oksid, maqnezium sitrat, maqnezium sulfat birləşmələri qəbizliklə mücadilə etməkdə təsirlidir. Bir araşdırmada 30-dan çox qadın təcrübəyə cəlb edilib. Onların bir qisminə maqnezium birləşmələri, bir qisminə isə plasebo verilib. Maqnezium istifadə edən insanların qəbizlik şikayətlərinin azaldığı müşahidə olunub. Bağırsaqların ötürücülük qabiliyyətinin yüksəlməsi ilə bərabər, nəcisin irəliləmək sürətinin artması da baş verib.
    Başqa bir araşdırmada isə maqnezium qəbul edənlərin bağırsaq problemlərinin azalması məlum olub. Bəzi qazlı sularda maqnezium sulfat var. Qəbizlikdən əziyyət çəkənlər rasionlarına qazlı sular daxil etsələr, yaxşıdır. Xüsusən, susuzluq səbəbi ilə yaranan qəbizlik zamanı qazlı su köməyə çatır.
  • Věda a technologie

Komentáře • 25