Görünüşündən qorxdular, ölümcül xəstəliyə yoluxdu, dilənçi sanıb pul verdilər...

Sdílet
Vložit
  • čas přidán 9. 09. 2024
  • İncəsənət elə bir sahədir ki, burda oxuduğunuz universitetlərin, aldığınız diplom, titul, fəxri adların heç bir əhəmiyyəti yoxdur. İstedad və sənət eşqi diplomlardan da, fəxri adlardan da, titullardan da qat-qat üstündür!
    Bu gün sizə haqqında danışacağım şəxs institutu başa vursa da, diplomdan imtina edən, diplomsuz da böyük sənətkar olmağın, tarixdə yer tuta bilməyin mümkünlüyünü göstərən, amma sənətində bu qədər uğurlu olmasına baxmayaraq faciəvi həyat yaşayan, ölümcül xəstəliyə yoluxan Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadədir.
    Xoşuna gələn hər nə vardısa rəsmini çəkən azyaşlı Səttar həmin rəsmin üzərində saatlarla işləyir, bütün gününü rəsm çəkməklə keçirir. Rənglərə çox böyük sevgisi olan azyaşlı Səttar anası Hökumə xanım xalça toxumağa başlayan kimi gəlib yanında oturur, maraqla onu izləyir. Bir müddət sonra o, artıq rənglər aləminin bir çox sirrindən xəbərdar olur. Rəngarəngliyi çox sevən Səttar Bəhlulzadə ömrü boyu qara rəngi sevmir, bu rəngdə paltarlar geyinməkdən qaçınır. Orta məktəbdə oxuduğu illərdə riyaziyyatı çox yaxşı bildiyi üçün hər kəs düşünür ki, o, böyüdükdən sonra riyaziyyatçı olacaq. Amma belə olmur...
    Belə ki, qəlbində böyük bir sənət eşqi olan Səttar Bəhlulzadə 18 yaşına gəldikdə - 1927-ci ildə sənədlərini Rəssamlıq Texnikumuna təqdim edir və qəbul olunur. Burada oxuduğu illərdə Səttar Bəhlulzadənin istedadı böyük rəssam Əzim Əzimzadənin nəzərindən yayınmır. Əzim Əzimzadə bu istedadlı tələbəni baş rəssamı olduğu “Kommunist” qəzetində işləməyə dəvət edir. İki il bu qəzetdə fəaliyyət göstərən Səttar Bəhlulzadə bu zaman ərzində öz üslubunu - dəst-xəttini formalaşdırır. Belə ki, o, “Kommunist” qəzetində işlədiyi vaxtlarda qrafik rəsmlər çəkməyə başlayır.
    #SəttarBəhlulzadə #BalashMirzabey #RacoolStudio #İncəsənət #Mədəniyyət #Bakı #Azərbaycan #ƏzimƏzimzadə #Rəssamlıq #Xalqrəssamı #Səhnə #Tablo #Kommunist
    Müəllif: Nicat Tehran
    Layihə Rəhbəri: Balash Mirzabey
    Studio: Racool Studio
    Reklam üçün əlaqə: (tel/vatsap) 055 309 16 54
    Instagram - / racoolstudio

Komentáře • 51

  • @racstory
    @racstory  Před 2 lety +17

    Əziz izləyicilər! Xahiş edirik ki, videonun daha çox insana çatması üçün aktiv olasınız və videonu dostlarınızla paylaşasınız.

  • @zohrasemedova6416
    @zohrasemedova6416 Před 2 lety +6

    Bu gözəl sənətkar bütün görkəmi ilə xüsusilə barmaqları rəssam idi. Allah rəhmət eləsin

  • @adilguseynov175
    @adilguseynov175 Před 2 lety +16

    Ilk defedir ki bele keyfiyyetli cekilisle bu tip layihe tegdim olundugunu gorurem. Bele de davam edin!

  • @aydinaydin8923
    @aydinaydin8923 Před 2 lety +16

    ⚘AZƏRBAYCANIN RƏSSAMLIQ SAHƏSİNDƏ ÖZÜNƏMƏXSUS İZ QOYUB
    GEDƏN VƏ HEÇ ZAMAN UNUDULMAYAN DƏYƏRLİ SƏNƏTKAR⚘RUHUN ŞAD OLSUN🇦🇿⚘

  • @guneldadasova5042
    @guneldadasova5042 Před 2 lety +11

    Nece boyuk ureye sahib olub ev hediyye edib ruhun şad olsun gozel senetkar

  • @adilguseynov175
    @adilguseynov175 Před 2 lety +11

    Bu cur senetkarlari olkemiz ucun tanitdirdigini ucun tesekkur edirem.

  • @beyimyusifova1946
    @beyimyusifova1946 Před 2 lety +7

    Gözləri ilə danışan böyük sənətkar!😓🌹Ruhu şad olsun!🥀🥀

  • @feqanhuseynov3651
    @feqanhuseynov3651 Před 2 lety +6

    Cox saq olun.gelen nesil öyrensin nece gözu tox senetkarlar olub.

  • @nurayaabdullayeva9141
    @nurayaabdullayeva9141 Před 2 lety +8

    USAG VAXTI MEN RESSAMI INDIKI SPEYS TV GABAGINDAN GUNDE GORURDUM ALLAH REHMET ELESIN SENETKARI 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐

  • @mahcamalbabayeva
    @mahcamalbabayeva Před 2 lety +21

    Biz bu böyük rəssam ilə həm qonşu olmuşuq, həm də qohum, uşaqlıq illərimdə onların həyətində qardaşı Fəttahın uşaqları ilə oynayırdıq, məhəllədə televizoru ilk olaraq Səttar Bəhlulzadə alıb, mən Zülryxa nənəmlə hər gün onun evində televiziyaya baxırdıq, bu zaman Səttar əmi molbertin önündə əlində fırça sənət əsərləri yaradırdı. Bəli, o sadə geyinirdi, ancaq dilənçi kökündə deyildi, bu fikri qəbul etmirəm, eybəcər də deyildi, mən onu gənc olarkən görmüşəm, gözləri dəniz rəngində, olduqca mənalı idi.
    Elektrik qatarında şəhərə gedərkən həmsöhbət olurduq, tez-tez danışardı, olduqca maraqlı insan idi...
    Allah rəhmət eləsin!!!

    • @nicatnicat3037
      @nicatnicat3037 Před 2 lety +3

      Siz xoşbəxt adamsız gözəl rəssamımızı yaxınnan görmüsüz
      Allah rəhmət etsin

    • @fazagadjiyeva6078
      @fazagadjiyeva6078 Před 2 lety

      Mekanı cennet , ruhu şad olsun🥀🙏

    • @SoleHacizade
      @SoleHacizade Před 7 měsíci

      Səttar Bəhlulzadə maşında həmişə arxada əyləşirmiş . Səbəbini bilirsiz ?

    • @afetkhanimguliyeva7848
      @afetkhanimguliyeva7848 Před 7 měsíci

      Səttar Bəhlylzadənin GAZ 24 volgasi var idi özü sürürdü həmişə binanin gabaginda saxlayirdi İnşaatçilar prospekti Olimp magazadan aşagida

    • @SoleHacizade
      @SoleHacizade Před 7 měsíci

      @@afetkhanimguliyeva7848 Ama Sonuncu Dərviş filmində bu sözləri işlədir 🙂

  • @afaqqasimova021
    @afaqqasimova021 Před 2 lety +4

    Çox sağ olun . Settar Behlulzade Dahi Ressam idi . Qebri nurla dolsun 🦚🦜🌹☘🌻🥀🥀🥀

  • @laleceferova6094
    @laleceferova6094 Před rokem +1

    Dəyərli və unudulmaz sənətkarımıza allah rehmet elesin. Ruhu şad olsun. Əsərləri onun övladlarıdır. Əbədi yaşar RƏSSAM SƏTTAR BƏHLULZADƏ.

  • @tatlcorek4205
    @tatlcorek4205 Před 2 lety +10

    Allah rehmet elesin, Emircanin merd oglu, mekani cennet olsin !! Amin!!!

  • @afetceferova6709
    @afetceferova6709 Před 2 lety +4

    Mence Settar Baxlulzade cox yarashigli idi.Nur icinde yatsin.

  • @sayatmahmudov1993
    @sayatmahmudov1993 Před 2 lety +9

    Sağ ol qardaş allah səni qorysyn❤💯❤👍👍👍👍👍👍👍👍

  • @severcavanicavani6531
    @severcavanicavani6531 Před 2 lety +8

    Səttarın rəsmlərini çox sevirəm və harda adı çəkilirsə izləyirəm Allah sənə rəhmət eləsin

  • @metanetnuriyeva5601
    @metanetnuriyeva5601 Před 2 lety +10

    Maraqlı məlumatlar üçün minnətdaram

  • @hikmetcuma5978
    @hikmetcuma5978 Před 2 lety +10

    Maraqlı məlumat üçqn təşəkkür edirəm.

  • @nurlanamanafova9472
    @nurlanamanafova9472 Před 2 lety +9

    Gozel melumat ucun teshekkur. Keyfiyyetli ve gozel emeye gore cox sag olun. Ressamliq elbette gozel sahedir. Naturmort, menzere, naxish cekmek olar amma islam aleminde suret yaratmaq olmaz. Allah axiretde o suretle onu cezalandiracaq. Ele gunahlar varki ele bu dunyada da yashayarken verilir. Bashimiza gelenler ya cezadir yada sinaq. Umumiyyetle incesenet aleminde incesenet ishcilerinin coxu xestelikden veya bextsiz talelerinden cox ziyyet cekir. Bedbext olurlar coxu. Cunki islamiyyet qadinin mahni oxumasina ve yad kishi ve qadinin teatr, kino ucun bele olsada bir birinen temasda olmasina, yaricilpaq gezmesine ve bir cox hal hazirda bash veren haram ishlere izn vermir. Islamdan uzaq dushmek insana xoshbextlik getirmir. Heqiqeten bir fikir verin kimi tenha ölur, kimi terk edilir, kimi zulm cekir. Uzun danishmaq istemirem. Quranda ve tesdiqin tapmish hedislerde yazdiqlarimi arasdira bilersiniz. Her bir reye hormetle yanashiram buda menim fikrim idi.

  • @meriperi225
    @meriperi225 Před 2 lety +7

    Keşke əsərlərin daha cox göstərərdiz

  • @tametqliblri2653
    @tametqliblri2653 Před 2 lety +5

    Sizi maraqla izləyirəm. Var olun !

  • @user-ti6gj3em5c
    @user-ti6gj3em5c Před 2 lety +5

    аллах рахмат ейласин амин

  • @afetkhanimguliyeva7848
    @afetkhanimguliyeva7848 Před 2 lety +9

    Səttat Bəhlylzadə bizim gonymyz idi rəhmətlik rəssamlarin binasinda otag i vardi biz yşaglar onyn başina yixişib çəkdiyi şəillərə baxadik

    • @SoleHacizade
      @SoleHacizade Před 7 měsíci

      Səttar Bəhlulzadə həmişə maşında arxada əyləşirmiş . Səbəbini bilirsiz ?

    • @afetkhanimguliyeva7848
      @afetkhanimguliyeva7848 Před 7 měsíci

      Yox ony bilmirdim amma niyə

    • @SoleHacizade
      @SoleHacizade Před 7 měsíci

      @@afetkhanimguliyeva7848 məndə indi öyrəndim . Sonuncu dərviş filmindən . "Böyük insanlar arxada oturur . Ona görə ki avarya olanda onlara heçnə olmur "

  • @adilguseynov175
    @adilguseynov175 Před 2 lety +5

    Davamli olsun

  • @eliyevaslan742
    @eliyevaslan742 Před 2 lety +10

    Gorunusu doqrudanda dilenciye oxsayirdi

  • @rufatjumali3161
    @rufatjumali3161 Před 2 lety +8

    Goresen insanlardan xesteliklerini gizletmeseyfiler nece olardi

  • @feridabbasov6141
    @feridabbasov6141 Před 2 lety +4

    Uğurlar

  • @lalajumali3910
    @lalajumali3910 Před 2 lety +6

    Çox əla mövzuya toxunmusunuz.

  • @iconmaniac2842
    @iconmaniac2842 Před 2 lety +9

    Hegigeten de incesenetde yaradicilig her seyden ustun olur. Kimin bacarigi varsa bu sahede isleyib calisa bilir

  • @aynur...8003
    @aynur...8003 Před 2 lety +3

    Belə verilişlər telekanallarda görünsə daha gözəl olar.

  • @nureaay
    @nureaay Před 2 lety +7

    Ey dunya,yalan dunya .

    • @ranasalimova1587
      @ranasalimova1587 Před 2 lety +1

      Dünya yalan ola bilər,sizonlə mübahisə etmirəm.Səttar Bəhlülzadənin əsərləri gerçəkdir,möhtəşəmdir.Bu əsrarəngiz əsərləri canlı görmüşəm.

  • @fidnxsbb
    @fidnxsbb Před 2 lety +2

    Tahir Salahov kayf elədi... Səttarda...!!

  • @user-uq1jp1zi9x
    @user-uq1jp1zi9x Před 2 lety +2

    😔😢💔💔💔💔💔💔😔

  • @cavadazimov650
    @cavadazimov650 Před 2 lety

    Çox gözəl insan olub Allah rəhmət etsin

  • @user-xl3wm4qt3z
    @user-xl3wm4qt3z Před 9 měsíci

    Talehsiz “ Dahi” insan ALLAH rəhmət eləsin 🙏

  • @qmrxanimalisanova3566
    @qmrxanimalisanova3566 Před 2 lety +2

    Gozel insanlara nosun axi qiymet verilmir Allah rehmet elesin yazmiram cunki bele insanlar ölmūr

  • @user-xl3wm4qt3z
    @user-xl3wm4qt3z Před 9 měsíci +1

    Cox acınacaqlı tək olur rəhmətə gedəndə mən onun dəfninə getdim heckim yoxudu dövlət məmurlarınnan mən gəldim evə necə gün özümə gələ bilmədim mən onun həyatı ilə maraqlanırdım getdim onun yaşayışıilədə maraqlandım dəişət yazılası deyil cox heyib belə dahi insanlara qiymətləndirilmiyən nə isə…..

    • @SoleHacizade
      @SoleHacizade Před 7 měsíci

      Səttar bəhlulzadə həmişə maşında arxada əyləşirmiş . Səbəbini bilirsiz ?

  • @vadrhsnzad1570
    @vadrhsnzad1570 Před rokem

    Sağolun,Allah əziyyətinizi itirməsin.