Müslüm Maqomayev-Синяя вечность (Fuad İbrahimli)

Sdílet
Vložit
  • čas přidán 30. 09. 2019
  • Муслим МАГОМАЕВ "Синяя вечность"
    Müslüm Məhəmməd oğlu Maqomayev (17 avqust 1942, Baki - 25 oktyabr 2008, Moskva) - görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti (1973).Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
    1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
    1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
    Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.
    Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.
    Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.
    Sosial Media hesablarım :
    İnstagram: / fuad_ibrahimlii
    Facebook: / fuadibrahimlii
  • Hudba

Komentáře • 106

  • @hicama_ibrahim
    @hicama_ibrahim Před 4 lety +15

    Море вернулось
    Говором чаек,
    Песней прибоя
    Рассвет пробудив.
    Сердце, как друга,
    Море встречает,
    Сердце, как песня,
    Летит из груди.
    Припев:
    О, море, море,
    Преданным скалам
    Ты ненадолго
    Подаришь прибой.
    Море возьми меня
    В дальние дали
    Парусом алым
    Вместе с собой.
    Грустные звезды
    В поисках ласки
    Сквозь синюю вечность
    Летят до Земли.
    Море навстречу им
    В детские сказки
    На синих ладонях
    Несет корабли.
    Припев:
    О, море, море,
    Преданным скалам
    Ты ненадолго
    Подаришь прибой.
    Море возьми меня
    В дальние дали
    Парусом алым
    Вместе с собой.

  • @esmaaltunay
    @esmaaltunay Před 4 lety +65

    Klassik musiqinin dinleyeni her zaman var. Heç zaman solmur, bezdirmir, yormur. Esl musiqi👍

  • @bakubaku5112
    @bakubaku5112 Před 4 lety +48

    O, klaviatura üzərində o yana,bu yana "SÜRÜŞƏN" barmaqların dərd görməsin! 👏👏👏

  • @user-mq4hx4co1q
    @user-mq4hx4co1q Před 2 lety

    Магомаев ❤️🎼🎼🎼🎼🎼🎼🎼🎼

  • @irvinflatcher4825
    @irvinflatcher4825 Před 2 lety

    Greatest Muslim Magomaev's song!

  • @jeongukkieyunaskmolmustaekook

    Musiqinin baxis sayina baxdiqda cox heyifsleniremki , bele gozel bestelri, ve musiqini dinleyenler azdir

  • @Michelle_mgm
    @Michelle_mgm Před 18 dny

    Красиво ❤

  • @tatjanabelz4160
    @tatjanabelz4160 Před rokem

    Можно слушать бесконечно, очень чювственно и красиво играете 👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @gulbaharhuseynova5743
    @gulbaharhuseynova5743 Před 4 lety +14

    Dinliyə dinliyə oxuyuram mahnını) ❤️🎹🎶

  • @mmm-vb1kt
    @mmm-vb1kt Před 4 lety +1

    Шикарно ❤❤❤❤❤🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿👍👍👍👍👍 Муслим Могамаев 🙏🙏🙏🙏🙏

  • @user-yu4kz4pb7s
    @user-yu4kz4pb7s Před 4 lety +1

    О чалан еллерин вар олсун.
    Ен севдийим мусигиди.
    Беларусияда тедбирлерде тез -тез ешидирем бу махныны.
    Арды гелсин👍👍👍👍

  • @emilagabeyov8777
    @emilagabeyov8777 Před 4 lety +8

    Salam Fuad Ibrahimli Qardas menim adim Emildir 14 yasim var.Ela calirsiz elleriniz yorulmasin

  • @aqilmemmedov586
    @aqilmemmedov586 Před 3 lety +2

    Bu mahnı ən sevdiyim mahnılardan biridir siz bu mahnıyı çox gözəl ifa edirsiniz

  • @seideehmedova2464
    @seideehmedova2464 Před 4 lety +4

    Bele musiqilere qulaq asdiqca insanjn ruhu dincelir☺

  • @i2yeonjun
    @i2yeonjun Před 3 lety

    Super

  • @gunu_1648
    @gunu_1648 Před 4 lety +1

    Nostalji mahnılar necede gözəldi sizde barmaqlarinizla bizi keçmişə apardız.

  • @zaurlibalaoglu6966
    @zaurlibalaoglu6966 Před 4 lety

    Super qedeş.

  • @user-lc3hb2wi4x
    @user-lc3hb2wi4x Před 4 lety +9

    Прекрасно играете...слушала бы сутками)))

    • @vocalizzdemo7359
      @vocalizzdemo7359 Před 2 lety

      Тоже в восторге! Тысячу раз уже переслушали ). Дочка хочет спеть ее, а вот где ноты раздобыть этой аранжировки?

  • @elnuremehemmedova6528
    @elnuremehemmedova6528 Před rokem +1

    Çox gözəl.Əlinizə əməyinizə ürəyinizə sağlıq

  • @mhmmdkrimli9530
    @mhmmdkrimli9530 Před 3 lety +2

    Bravo!👏 Əllərinizə sağlıq! Belissimo!👍

  • @kidshow9311
    @kidshow9311 Před 3 lety

    Ela

  • @BLECHMAMBA
    @BLECHMAMBA Před 4 lety

    Qrdas sen neynirsen bele senin ifalarina qulaq asdiqca goylere yukselirem sanki buludlarla qovdu tutdu oynuyuram necede gozel ve yumsag seslenir klavisder sizin ellerinizde ehsen size ehsen

  • @ilhamilham5055
    @ilhamilham5055 Před 8 měsíci

    ❤❤❤❤❤

  • @user-hj6qk9yc7r
    @user-hj6qk9yc7r Před 2 lety

    👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👌👌👌👌спасибо !!!

  • @humbetsarisoy3893
    @humbetsarisoy3893 Před 4 lety +7

    bu bedende 2 ruh var,biri canda,digeri barmaqlarda ..

    • @hsnovanzrin6502
      @hsnovanzrin6502 Před 4 lety

      Eynen düz deyirsiz

    • @emilqarayev4448
      @emilqarayev4448 Před 4 lety

      Duzdu menimde canimin yarisi 2ovladimdi diger yarisi musiqi kllasika piano ruhum musiqide gizlidir

  • @ayayousif901
    @ayayousif901 Před rokem

    💜💜💜💜

  • @m_nigyar
    @m_nigyar Před 2 lety

    👏🔥

  • @dusuncgucu290
    @dusuncgucu290 Před 4 lety

    Necə gözəl bir musiqi, necə gözəl ifa. Var olun.

  • @abidin4472
    @abidin4472 Před 4 lety

    🙏🙏🙏💖🍀🍀☘️

  • @orxanasgerov3392
    @orxanasgerov3392 Před 2 lety

    Gozel

  • @melis3126
    @melis3126 Před 4 lety

    👍👍👍👍👏👏👏👏

  • @dan_ulduzu
    @dan_ulduzu Před 4 lety

    Promotey demishken, toxunushlar, barmaqlar..her shey nece mukemmeldir..🍂

  • @vusaledemir3177
    @vusaledemir3177 Před 3 lety

    Artıq dinləməmiş bəyənirəm 😍

  • @aysu7215
    @aysu7215 Před 3 lety +1

    👍

  • @idealkiz8207
    @idealkiz8207 Před 4 lety

    Neçədə rahatlıq tapıram sizin ifalara qulaq asanda kaşki məndə çala bilsəydim 😞

  • @user-is2pb8tv1w
    @user-is2pb8tv1w Před 4 lety +1

    omg suuuupeeeerrrrrrrr

  • @Sultan-hw8fd
    @Sultan-hw8fd Před 4 lety +1

    Bravo maestro.

  • @elsnquluyev5096
    @elsnquluyev5096 Před 4 lety

    Klassik musiqi insanin ruhun oxsuyur ozude bayagi mahnilarin trend olan vaxtinda mukemmel ifa edirsiz👏👏👏

  • @shabnammamedova6200
    @shabnammamedova6200 Před 4 lety

    Super hemiseki kimi.Ruhum dinceldi.Ruhunuza,elinize saqliq.🙏

  • @MrYRashid
    @MrYRashid Před rokem

    BRAVO!!! ♥️ 🌹

  • @musiqisesimusiqisesi7087

    Ellerine ureyine sagliq,ruhum dinceldi

  • @edaletkerimov5022
    @edaletkerimov5022 Před 4 lety

    On parmak,on marifet,halal olsun!❤❤❤

  • @Kenan.Beylerov
    @Kenan.Beylerov Před rokem

    Buna aşiq oldum

  • @nicatibrahimli4998
    @nicatibrahimli4998 Před 4 lety +1

    👍👍👍👍👍👍👍👍👍

  • @dnizbaxsova5374
    @dnizbaxsova5374 Před 4 lety +1

    Dinləmədən bəyənmək😊✨

  • @mensuraliyev9763
    @mensuraliyev9763 Před 4 lety

    👏👏👏👏👍👍👍👍 Bravo

  • @konulismayilova9399
    @konulismayilova9399 Před 4 lety

    💫

  • @mamedovfeal-oc1
    @mamedovfeal-oc1 Před 4 lety

    Суперрр

  • @ranaguliyeva4124
    @ranaguliyeva4124 Před 4 lety +1

    Gözəl insan sizi səmimi qəlbdən təbrik edirəm. Uğurlarının bol olacağına inanıram 🌺

  • @sevinjeyvazova6899
    @sevinjeyvazova6899 Před 3 lety

    Möhtəşəm👍🏻👍🏻

  • @lisawxhlsizleriseviyorum2851

    Əlleriniz var olsun 🥰🥰

  • @samxal424
    @samxal424 Před 4 lety

    Ellerine Saglig😁🤩😁🇦🇿🤩🤩😘🇦🇿🤔♥️🇦🇿🤩🤩♥️🤩🤩🤔🇦🇿😁🤩🇦🇿😁🇦🇿🤩😁

  • @sbin9619
    @sbin9619 Před 3 lety

    Kanalinizi yeni kesf etmisem. Bu qeder zovqsuz " ifacilarin " oldugu bir vaxtda bele gozel musiqiler ucun cox sagolun. Her bir ifaniz insani hansisa bir xatireye aparir. Ifalarinizin her kesi xos xatirelere aparmagini arzu edirem. Elleriniz var olsun 🙏

  • @s1970
    @s1970 Před 4 lety

    Super 👍👍👍 bravo👏👏👏

  • @cicekgulumcanova9344
    @cicekgulumcanova9344 Před 4 lety

    Mükemmel👍🏻 elleriniz var olsun

  • @vuuali2932
    @vuuali2932 Před 4 lety

    Möhtəşəm 👏👏👏

  • @azadasadov1984
    @azadasadov1984 Před 4 lety

    Gözəl ifa. Təşəkkürlər!

  • @minayaminaya114
    @minayaminaya114 Před 4 lety

    Təşəkkürlər. İfanızı dinləmək çox xoşdu. Amma mənimçün 2 dəq vəya 1 dəq dinləmək az gəlir. Belə bir kanalı tapdığımçün sevinirəm.Uğurlar.

  • @narminabbasova2543
    @narminabbasova2543 Před 4 lety

    Mohtesemm

  • @kamranekberov8465
    @kamranekberov8465 Před 4 lety

    Peh peh esl pianocu👏👏👏👏

  • @IlhamIlham-ol4uy
    @IlhamIlham-ol4uy Před 4 lety +1

    👍👏👏👏😍😘

  • @ayselyusifova4293
    @ayselyusifova4293 Před 4 lety +1

    Bir saat yoxdur ki sehifeye abone olmuşam. Ne yazim nece ifade edim fikirlerimi bilmirem. Möhtəşəm eserler secilib. O qeder hezin ifalar dinləyirəm ki bayaqdan. Kaş indi pianom yanimda olardi.

  • @nigaryusifova2032
    @nigaryusifova2032 Před 4 lety

    Chox gozeldi 👏

  • @user-qw4ip8fo4h
    @user-qw4ip8fo4h Před 4 lety +1

    Спасибо!!!! СУПЕР!!!! ПОДПИСАЛСЯ, дружим!!!

  • @sevdarahmanova9169
    @sevdarahmanova9169 Před 4 lety

    Tesekkurler

  • @aynureeliyeva8663
    @aynureeliyeva8663 Před 2 lety +1

    Bu mahnını necə çalmalı olduğumuzu göstərsən əla olar

  • @xanmibrahimli690
    @xanmibrahimli690 Před 4 lety +3

    İşin yorğunluğunu gözəl bir musiqi ilə attim:)çoxx gözəlll)

  • @saranuriyeva5908
    @saranuriyeva5908 Před 4 lety

    Necə darıxmışdım😔

  • @eskaibrahimli
    @eskaibrahimli Před 4 lety

    👏👍

  • @bayameno
    @bayameno Před 4 lety

    🌹🍷

  • @birarkadas2197
    @birarkadas2197 Před 3 lety

    super. notları necə götürmək olar?

  • @malikjavadov366
    @malikjavadov366 Před 4 měsíci

    bu musiqini cox gozel calmisiniz. Xais elesem bunun vertikal axan notlari olan versiyasini da calardiniz. cunki mesq ede bilmirik bele :(((

  • @mullim9860
    @mullim9860 Před 4 lety

    Xahiş edirik, Emin Sabitoğlunun "Aman Ayrılıq" əsərini ifa edəsiniz.

  • @pongism9138
    @pongism9138 Před 4 lety

    Əla.Xahiş edirəm ki,gələn dəfə Emin Sabitoğlununun aman ayrılıq əsərini ifa edəsiniz.Təşəkkür edirəm

  • @user-ls8tn3qq7m
    @user-ls8tn3qq7m Před 4 lety

    ЗДРАВСТВУЙТЕ не могли бы поделиться нотами

  • @shinjukobayashi2036
    @shinjukobayashi2036 Před 2 lety

    Hello! I am a Japanese amateur of piano, and I very much like this piano cover. How can I get the score of this piano cover?
    Or, is it possible for you to show in the video the score, instead of the mouvement of your fingers?

  • @nazlliyeva6978
    @nazlliyeva6978 Před 4 lety

    👍😊

  • @Parvin21988
    @Parvin21988 Před 4 lety +7

    Görәn bәyәnmәyәn bir nәfәr tәsadüfәnmi bәyәnmәyib yoxsa görәsәn nәyi bәyәnmәyib belә gözәl müsiqinin?!

    • @user-yu4kz4pb7s
      @user-yu4kz4pb7s Před 4 lety

      Хер ики вариант ола билер.
      Йа чашыб...
      Йа да Шебнем кимилерин гохумуду...

    • @mikromikro1561
      @mikromikro1561 Před 4 lety

      @@user-yu4kz4pb7s beli sadece dehsettdi sebnem kimilere qulaq aslrlar.catmlr mene.

  • @user-is2pb8tv1w
    @user-is2pb8tv1w Před 4 lety +3

    notlarinin oldugu sehifenin linkini yazsaz cooxx gozel ola bilerdi eslinde))

  • @cenubarxiv28
    @cenubarxiv28 Před 4 lety

    Salam,sizin paylaşdığınız musiqilərdən öz şeirlərimin fonunda istifadə etməkçün icazənizi istəyirəm.mümkünsə.təbii ki musiqinin linki də yerləşdiriləcək paylaşımda.

  • @eminesuleymanova4001
    @eminesuleymanova4001 Před 4 lety

    Salam Bu eserin notunu hardan tapa bilerem

  • @solmazrs
    @solmazrs Před 4 lety +1

    Tutorial chekseniz chox yaxshi olardi

  • @aghazadalaman9891
    @aghazadalaman9891 Před 4 lety

    Salam, musiqi dersleri verirsiniz?

  • @pianistpianist1535
    @pianistpianist1535 Před 4 lety

    Siz BMA nı bitirmisiz? Sizinkimi qulaqdan musiqini çalmaq üçün nələr etmək lazımdır??Xiş edirəm cavablandırın.

    • @pianistpianist1535
      @pianistpianist1535 Před 4 lety

      @@fuadibrahimli musiqi duyumum var.Hətta sağ əli tapa bilirəm.Amma sol əldə qalıram.Əslində not vərəqindəki əsəri 1-2 günə öyrənirəm.Sadəcə eşidərək mahnı çalmaq bir az çətinlik çəkirəm.Çox sağolum

    • @pianistpianist1535
      @pianistpianist1535 Před 4 lety

      @@fuadibrahimli 😊😊

  • @leylaibrahimli6925
    @leylaibrahimli6925 Před 4 lety

    Nolar bunların notlarını da paylaşın da:)

  • @aysevarloglu3116
    @aysevarloglu3116 Před 3 lety +1

    İnsanı kendine mi getiriyor yoksa kendinden mi geçiriyor?

  • @ShukurIbrahimli
    @ShukurIbrahimli Před 4 lety

    Notları alma şansı var?

  • @user-ow9pm9pi1f
    @user-ow9pm9pi1f Před 4 lety +1

    Придётся слизывать , жалко нот нет

  • @fidanazimova7061
    @fidanazimova7061 Před 4 lety

    Möhtəşəm 👍🏻

  • @resm_analizi
    @resm_analizi Před 4 lety

    👍👍👍

  • @vusalvasalli9697
    @vusalvasalli9697 Před 4 lety

    👍

  • @mehialiyeva4676
    @mehialiyeva4676 Před 4 lety

    👍