Oğlu cinsini dəyişdi, arvadından boşandı, avtobus sürücüsü işlədi - Yetim Eyvazı öldürən səbəb

Sdílet
Vložit
  • čas přidán 24. 08. 2023
  • Yetim Eyvaz kimə oğr*ş demişdi?
    Toylara qiymət danışmayan, dostunun telefonundakı bir şeiri ilə bütün Azərbaycanda məşhurlaşan, şeirə görə ailəsi ilə boşanan Yetim Eyvaz…
    Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə doğulub. Bütün mənbələrdə onun Siyəzəndə doğulduğu deyilsə də, şairin 2012-ci ildə mənə verdiyi müsahibədə bunun əksini görürük. O, müsahibə zamanı indiki Şabran, keçmiş dəvəçi rayonunda doğulduğunu deyir.
    Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verir və Eyvazın 40 yaşından sonrakı bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin gün doğum gününüə qeyd etmir. Eyni zamanda Xocalıda şəhid olan Əlif Hacıyevin hərbi xidmət yoldaşı olub.
    O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin ilk sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylardamüğənnilik fəaliyyəti göstərib. Əməliyyat olunduqdan sonra səsi batıb. Ardınca 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayıb.
    Yetim təxəllüsünü də sürücü işlədiyi zamanlarda qazanıb. ÖZü barədə tez-tez yetim uşağam deyən Eyvaz qarajdakı digr sürücülər tərəfindn yetim adlandırlıb. Dostu Şirəlinin telefonunda Azərbaycana yayılan “Yaz yağışı” şeiri ilə məşhurlaşıb.
    Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var. Yetim Eyvazın ayrıldığı həyat yoldaşında qalan övladlarından biri Aqşinin 2018-ci ildə cinsini dəyişməsi ilə bağlı xəbrlər yayılıb. Mətbuatın yazdığına görə Aqşin də müğənnilik fəaliyyəti ilə məşğul olub. Hətta səs yarışmasına da qatılan Aqşinin cinsini Türkiyədə dəyişib və hazırda hansı adı daşıdığı bilinmir.
    Mətbuat onu da yazmışdı ki, Aqşin heç atasının yasında, dəfnində də iştirak etməyib.
    Yetim Eyvazözünə heç vaxt şair deməyib. Və şair adlandırılmağını da qəbul etməyib. O, müsahibəsində deyir ki, Füzuli olan yerdə mənim özümə şair demyib ayıbdı.
    2500-dən çox şeir və qəzəli var. Təəssüf ki, həmin şeirlərin böyük hissəsi itib. Çünki Eyvaz özü sinədəftər olduğundan həmin şeirlərin qeydinə qalmayıb. Bu gün gün sosial şəbəkələrdə şairin öz dilindən səslənən şeirlərdən avayı, demək olar ki,mətni yoxdu. Onun yaz yağışı adlı kitabı nəşr olunsa da, hazırda həmin kitab da mənbə kimi qalmayıb.
    Çoxu onu savadsız adam hesab etsə də, Yetim Eyvaz Qərb ədəbiyyatından Hüqo, Bayron, Şekspir və başqalarının əsərlərini, eyni zamanda Şərq klassikasını mütaliə edib.
    Bir dəfə qışda pivə içdiyinə görə bir restoranda lağa qoyulub. Onunla məzələnən oğlanla çölə çıxıblar. Həmin şəxs restoranın sahibin qardaşı imiş. Eyvaz həmin oğlanı müdafiə eləyənlərə deyib ki, bu adam oğraşdı. Onu döymək istədikləri an biri soruşub ki, bəs sən nəsən? Eyvaz da deyib ki, mən Yetim Eyvazam. Bu sözdən sonra hamı ondan üzr istəyib qayıdıblar.
    Özü müsahibəsində deyir ki, ailəsi ilə şeirə görə boşanıb. Övladlarını evləndirdikdən sonra həyat yoldaşı ilə şeir üstündə mübahisə edib. Yoldaşı ondan şeirlərindəki qadının kim olduğunu soruşub. Dəfələrlə təkraralanan bu hadisədən sonra Eyvaz evdən birdəfəlik gedib.
    2016-cı ildə əməliiyat olunur. Həkim ona spirtli içkini qadağan etsə də Eyvaz deyir, mən hamıya demişəm ki, pənco-pənco içəsən gərək. İndi necə deyim ki, pəhrizdəyəm. Allahın verdiyi ömür nədirsə, onu da yaşayacam.
    Beləliklə Yetim Eyvaz bu hadisədən bir neçə ay sonra, 2017-ci ilin 23 iyulunda tromdan vəfat edir.
    Təbii ki, yetim Eyvaz sanballı sənət nümunələri yaratmadı. Onun yazdıqları heç ədəbiyyat səhifələrində də qalmayacaq. Ancaq bütün bunlarla yanaşı, heç kəs dana bilməz ki, bir var idi, bir zamanlar milyonlarla insanın demək istədiyini demiş, milyonlarla insanın ürəyinə təskinlik gətirmiş və onların könlündə taxt qurmuşdu.

Komentáře • 38

  • @elshenaxundov4367
    @elshenaxundov4367 Před 10 měsíci +10

    Allah rehmet elasin inşallah, gözel ṣair idi

  • @nqabil
    @nqabil Před 10 měsíci +11

    Allah rəhmət eləsin 😢

  • @GulnareCavusoglu-tx5cp
    @GulnareCavusoglu-tx5cp Před 10 měsíci +4

    Allah' Rahmet eylesin, mekanın Cennet olsun 🙏

  • @iradebabasova7519
    @iradebabasova7519 Před 10 měsíci +6

    Çox gözəl şeirlər yazmagına baxmayaraq özün şair adlandırmayıb həya eliyib dahi şairlərdən amma elza kimi abırsılar danışıgın belə bilmiyənlər özünə "şair" deyir

  • @saraorucova5367
    @saraorucova5367 Před 10 měsíci +4

    Allah rəhmət eləsin.sağ ol Muğlan balam.

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz Před 10 měsíci +4

    Heqiqeten yetimdi (((

  • @alizadekerimov4225
    @alizadekerimov4225 Před 10 měsíci +3

    Allah rəhmət eləsin.Əsil el sənətkarı idi.

  • @Nazim.Azerbaycan
    @Nazim.Azerbaycan Před 10 měsíci +1

    AIIAH RƏHMƏT EIƏSİN

  • @sadiqqedirzade2975
    @sadiqqedirzade2975 Před 10 měsíci +2

    Allah rehmet elesin Şabranlı balası🖤

  • @pakizeyusifova811
    @pakizeyusifova811 Před 10 měsíci +2

    Cox tewekkurler.Yetim Eyvaz kimi taninan wairi yad etdiyiniz ücün

    • @isoiso3447
      @isoiso3447 Před 9 měsíci

      Əcəb yada saldı mütləq idi cinsini dəyişən 3:56 oğlu arvadının boşanması,lap elə təşəkkürlərı mutləq idi

  • @pakizeyusifova811
    @pakizeyusifova811 Před 10 měsíci +2

    Mekani Cennet olsun

  • @eldnizzuvandl4504
    @eldnizzuvandl4504 Před 10 měsíci +2

    Allah rəhmət eləsin

  • @user-wf4fq1fi3t
    @user-wf4fq1fi3t Před 10 měsíci +3

    Allah rehmet eylesin, çox heyif bele sinedefter şairin qedir qiymeti bilinmedi. Amma, elza zeyidcahan kimi seviyesizlere yer verilir. Dunya tersine dövran edir indi

  • @nurlanislamov3228
    @nurlanislamov3228 Před 10 měsíci +2

    Allah rehmet elesin Allah gunahlarini bagislasin

  • @restemrustemov2130
    @restemrustemov2130 Před 10 měsíci +2

    Savadli adamdirki bele yazib var ali mektebi qutaranlar var coxcsavadsizdilar Eyvaz bey hamidan savadlidir

  • @SamsungJprime-we1gz
    @SamsungJprime-we1gz Před 9 měsíci +1

    allah rəhmət eləsin.Qərəhlidi.sadə adam idi

  • @user-ks8cz8yp7s
    @user-ks8cz8yp7s Před 10 měsíci +2

  • @nrmnrza7939
    @nrmnrza7939 Před 10 měsíci +2

    😮

  • @almramr
    @almramr Před 10 měsíci +1

    Xalq sairi buna deyarlar.

  • @dursunrzabeyli5456
    @dursunrzabeyli5456 Před 10 měsíci +1

    😢

  • @nrmnrza7939
    @nrmnrza7939 Před 10 měsíci +1

    😮😢😢

  • @elcinsadiqov8623
    @elcinsadiqov8623 Před 9 měsíci

    Bu günkü həyatla barişmaq lazımdır, Valideynlər hır şey edirlər uşaqlari üçün

  • @bestibedelova5119
    @bestibedelova5119 Před 10 měsíci +2

    Allah rehmet elesin oglun sesi var bezi giji mugenilerden gewng sesi var

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  Před 10 měsíci +1

    Material diqqətinizi çəkirsə, kanala abunə ola bilərsiniz.

  • @serdaramin1910
    @serdaramin1910 Před 10 měsíci

    🎉🎉🎉

  • @zeynebhesenova2242
    @zeynebhesenova2242 Před 10 měsíci +1

    🎉

  • @efsaneqedirova2515
    @efsaneqedirova2515 Před 9 měsíci

    Məkani cənnət olsun.

  • @elmanhaciyev3306
    @elmanhaciyev3306 Před 10 měsíci +1

    Rehmelik menim toyumda olub 2010 şiştepede 1000$ vermişdim

  • @ilkinabdulov4589
    @ilkinabdulov4589 Před 10 měsíci

    Allah rəhmət eləsin çox olmuşuğ bir eyni məclislərdə Nasosnuda yaşiyirdilar

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Před 10 měsíci +1

    Bunun oğlu özünü öldürməyib? Elə xəbər çıxmışdı axı.

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  Před 10 měsíci +1

    Verilişdə təqdim olunan kitabı əldə etmək istəyən şəxslər 050 291 78 98 nömrəsinə yaza bilər.

  • @gunelismailova4656
    @gunelismailova4656 Před 6 měsíci

    Azerbaycanda ne qeder maviler,trans var sok oluram hec germaniyada bu qeder deyil😮

  • @nrmnrza7939
    @nrmnrza7939 Před 10 měsíci +1

    Allah rəhmət eləsin

  • @vusalquliyeva2476
    @vusalquliyeva2476 Před 10 měsíci +1

    🎉