Video není dostupné.
Omlouváme se.

Yağış Yağır...- Söz&Səs: Leyla Hümbətova

Sdílet
Vložit
  • čas přidán 15. 08. 2024
  • Yağış Yağır...- Söz&Səs: Leyla Hümbətova
    Yağış yağır...
    Damla-damla, incə-incə süzülür pəncərədən,
    Narın, zərif vuruşlarla yenə eşidilir hərdən...
    Sanki, qapını döyüb "məni içəri al" deyir...
    "Gözlərini yum... sakitcə, birgə quraq xəyal" deyir...
    Yağış yağır...
    Rəqs eləyir yarpaqlarla, çiçəklərlə...
    Rəqs eləyir göydən enən hurilərlə, mələklərlə...
    Gecənin sükutunu pozur onun həzin səsi...
    Canlanır gözlərdə ötənlərin xatirəsi...
    Yağış yağır...
    O qovuşur torpağa, torpaq qovuşur ona...
    Bu həsrət, bu intizar bir anlıq yetir sona...
    Nə torpağın, nə yağışın yoxdur başqa qorxusu,
    Nə ildırım mane olar, nə də göy gurultusu...

Komentáře •