Allahı danan müəlliminin başına stul çırpdı, qızlığını xalası oğluna qısqandı

Sdílet
Vložit
  • čas přidán 22. 08. 2024
  • Onu hamı sevirdi, böyükdən kiçiyə... Muğam sənətində, ifa tərzində etdiyi yeniliklər böyüklərin ürəyini oxşadığı zamanda, üzündəki ifadələr, cizgiləri ilə ifasına verdiyi ifadələr, 7-də 77-ə hər kəsin ürəyinə yayılırdı.
    Biri var idi... Təhsilisiz, ustadsız musiqi zirvəsin qalxan, yeni musiqi təriqi yaradan Xalq artisti Hacıbaba Hüseynov
    Hacıbaba Hüseynəli oğlu Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi ailəsində anadan olub. O, atası Hüseynəli kişi ilə anası Seyid Fatimənin ilkiydi. Ondan sonra ailədə yeddi uşaq dünyaya gəlib. Amma biri uşaqkən vəfat edib. Qalanları uzunömürlü olublar. Hüseynəli kişi də, Seyid Fatimə də dindar adam idilər.
    Hacıbaba erkən yaşlarında məscidlərdə, yas məclislərində mərsiyyə deyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov Zülfünün oxuduqlarını təkrar edir, ona oxşamağa çalışır.
    Əslində, ata nənəsinin Hacıbabadan gözlədikləri başqaydı. Nənəsi onun dini savad alıb axund olmasını istəyirdi. Bu ümidlə: "İstəyirəm Hacıbaba mollaxanaya getsin", - deyirdi. Sonralar yaşlı qadın sevimli nəvəsinin axund olmamasına təəssüflənir, göz yaşı tökürdü: "Mən uşağımı mollaxanaya qoyacaqdım. Onu axund görmək istəyirdim. Gör, uşağım getdi nə oldu...".
    Hacıbabanın da yaxşı səsi olduğunu məhəllədə hər kəs bilirdi. Hələ uşaq olanda onu dəfələrlə məscidə azan verməyə aparmışdılar. Tezliklə bu xəbər Hacıbabanın oxuduğu məktəbə də çatır. Sovet hakimiyyətinin dinə, dindarlara qarşı mübarizə apardığı, insanları allahsızlaşdırmağa çalışdığı illər idi. Belə bir vaxtda sovet məktəblisinin məscidə getməsinə, azan oxumasına etinasız qalmazdılar. Hacıbabanı da müəllimi buna görə danlayırdı. Körpəlikdən dini söhbətlər eşidən, dinə bağlı olan məktəblini müəlliminin sözləri bərk qəzəbləndirir. Ona görə də masanı qaldırıb onun başına çırpır və məktəbdən çıxır. Beləcə, Hacıbaba Hüseynovun təhsili həyatı 4-cü siniflə bitir.
    Yeni evlənənlərə Çəmbərəkənddə baba evində balaca bir otaq ayırırlar. Qara çörəyin güclə tapılan günlərində Hacıbaba həyat yoldaşına təsəlli verir:
    "Darıxma, bir az döz. İndi müharibədir. Sonra səni elə yedirib-geyindirəcəyəm ki, hamı barmaqla göstərib deyəcək ki, Hacıbabanın arvadına bax"...
    Əlli bir illik evlilikləri boyunca çox gözəl günlər yaşayırlar. Uzun illər övlad həsrəti çəksələr də, onların övladı olmur. Nəhayət belə qərara gəlirlər ki, Mehparə xanımın bacısı qızı Sədaqət xanımı övladlığa götürsünlər. Sədaqət xanım müsahibələrinin birində danışır:
    "Balaca olanda məni qoymadı ki, dövrün dəbi ilə onu "papa" çağırım. "Ağa" deməyimi istədi. Özü də atasına "ağa" deyə müraciət edərmiş. Mən orta məktəbdə oxuyanda ardımca gəlirdi. Yoldaşlarım deyirdilər ki, baban gəlib. Yaş fərqimiz böyük idi. Heç sıxılmırdım, cavab verirdim ki, atamdır. Təəccüblənirdilər. Atam çox qısqanc adam idi. Məni hətta xalam oğlu ilə danışmağa qoymurdu. Atam "Sankazver Cabir"lə dost olub. Məhəllədə belələri ilə dost kimi görüşüb-danışıb, oturub-durub. Amma onların bəzi əməlinə qoşulmayıb".
    Qohumu qarmonçalan Teymur Dəmirov onu özü ilə toylara aparmağa başlayır. Əvvəl xanəndə yox, nağaraçalan kimi toylara gedir. Bunu yalnız ailəsinin maddi vəziyyətinə görə edir. Yavaş-yavaş xarratlıqdan uzaqlaşmağa, toylara getməyə başlayır. Müharibənin başa çatmasına az qalmış bir gün baldızı, xanəndə Sara Qədimova onlara qonaq gəlir. Mehparə xanım sözarası deyir: "Ay Sara, Hacının da yaxşı səsi var, hərdən oxuyur". Sara xanımın, Mehparə xanımın, anasının israrı ilə Hacıbaba oxumağa başlayır. Oxuyub-qurtaranda görür Sara xanım ağlayır. Hacıbaba zarafata salıb deyir:
    "Ay qız, yəni mən elə oxudum ki, sən ağladın?..".
    Sara Qədimova deyir:
    "Hacı, sən əməlli-başlı xanəndəsən...".
    Yetmiş yaşına qədər heç bir fəxri ad almayan xanəndə Xalq Artisti adını alanda da çox sevinmir. Qızı Sədaqət xanım deyir ki, Əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına son illər tez-tez gedir. Ancaq özünü əvvəlki kimi gümrah hiss etmir:
    Son vaxtlar toylara da getmirdi. Birdən-birə halı dəyişdi. Həkimə apardıq. Dedilər işemiyadır. On gün xəstəxanada qaldı, evə gətirdik. Yavaş-yavaş arıqlayırdı, sonra təngnəfəslik başladı. Uşaq vaxtı pnevmaniya keçirmişdi, ağ ciyərində ləkə vardı. Təngnəfəslik ağ ciyər xərçənginə çevrildi. Xəstəliyini bilmirdi. Bir qonaqlıqda çox danışmış, bir az da oxumuşdu. Ona bu qədər danışmaq olmazdı. Ağır xəstə idi. Xəstəxanadan cəmi 10 gün idi çıxmışdı. Qonaqlıqdan evə gec qayıtdı. Onu gözləyirdik. Bir oğlan qolundan tutub birtəhər gətirdi, ağzından qan gəldi. Əli ilə su istədi, verdim. Həkim çağırmağa getdim, zəng vuranda artıq keçinmişdi".
    Beləliklə, sənətkar 24 oktyabr 1993-cü ildə 74 yaşında dünyasını dəyişir. Qızına vəsiyyət edir ki, dəfini heç kimə verməsinlər. Sizi isə, onun ölümündən düz 1 ay əvvəl apardığı son toydakı ifa ilə baş-başa buraxırıq... Bu, Hacıbaba Bağırovun son görüntüləridir...

Komentáře • 96

  • @haqqvdalt.9374
    @haqqvdalt.9374 Před 2 lety +30

    Allah rəhmət eləsin xalqın sevimli usdad sənətkarı.

    • @eminkelenterov1619
      @eminkelenterov1619 Před rokem +2

      Usaq vaxti 5 yasim olanda oxuyurdum Babamin parasi yox meni evlendirmeye 😂😂😂

  • @xxx-gg9ux
    @xxx-gg9ux Před 2 lety +35

    Heci sizki Aqam Hz, Hüseyin (e) sevmişiniz, Allah sizi Aqamın sevdiklerinden etsin Amin, Sesi gôzel, üstad senetkar, mekanın cennet olsun Amin

  • @kekebu7925
    @kekebu7925 Před 2 lety +19

    ALLAH,RƏHMƏT,ELƏSİN,,,

  • @almazmamedova1556
    @almazmamedova1556 Před 2 lety +15

    Allah Rəhmət eləsin
    Bakı və Bakı kəndlərinin toylarının əvəzolunmaz gözəl səmətkarı!
    Ruhun şad olsun!!!

  • @gulnaraaliyeva7758
    @gulnaraaliyeva7758 Před 2 lety +9

    ALLAH rəhmət eləsin əvəzi olmayan yeri dolmayan AZƏRBAYCAN sənətkarlarına

  • @nabatveiyeva2909
    @nabatveiyeva2909 Před 2 lety +10

    Allah rehmet elesin!Sesi esiden anda hem qururlandim ne yaxsi bele bir senatkarin konsertlerini dinlemis sohbetlerini sahidi olmusam Hacibaba muellim oxuyanda sanki insanin vucudu titreyir lezzet alirsan Heyf bele senetkara fexri adi gec verirler !Bele senatkarlar esrlet kecse de yasayacaq cunki onun sizin kimi aparicisi yasadani var!Dunya durduqca yasayin!!!

  • @Cema-cu1nk
    @Cema-cu1nk Před 2 lety +9

    Allah rəhmət etsin ruhu şad məkanı cənnət olsun Amin

  • @far_fanlua_lua2729
    @far_fanlua_lua2729 Před 2 lety +5

    Bu kişi əsl xanəndə ustadı olub,ALLAH rəhmət eləsin,HACIBABA HÜSEYNOV

  • @gioulzarkassoumova5678
    @gioulzarkassoumova5678 Před 2 lety +5

    ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺

  • @gencegence9659
    @gencegence9659 Před 2 lety +5

    Allah rəhmət eləsin Sənə gözəl Sənətkar. Məkanın cənnət olsun. Əvəzsiz Sənətkar ruhun şad olsun🕋

  • @sahibhuseynov1064
    @sahibhuseynov1064 Před 2 lety +2

    Cox sag olun. Bu cür senetkarlar haqqinda melumat verirsiz. Allah rehmet elesin.

  • @qmrxanimalisanova3566
    @qmrxanimalisanova3566 Před 2 lety +9

    Allah rehmet elesin nur icinde yatsin

  • @elmiraisayeva8479
    @elmiraisayeva8479 Před 2 lety +11

    Allah rəhmət etsin
    Oxudugu mahnıları zəmanasına görə çox sevilən olub.Yaxşı xatırlayıram

  • @mensumaisayeva3515
    @mensumaisayeva3515 Před 2 lety +3

    Allah rehmet elesin semimi insan gozel senetkar idi...

  • @sehradaqum8499
    @sehradaqum8499 Před 2 lety +2

    Allah səni öz rəhmətinə qərq etsin siz həm şair,həm gözəl muğam usdadı həm həkim idiniz mən illərnən o gözəl səninizi dinləyib əsəblərimə müalicə etdim sizi təkcə mən yox Lənkaran əhli yox sizi bütün azərbaycan iranda yaşayan soydaşlarımız və sizi tanıyanlar belə sevir.

  • @vidadiceferov3480
    @vidadiceferov3480 Před 2 lety +2

    Neçə əsrfirki bu xalqa olmazın eksperimentləri başına gətirirlər,amma yenədə bu xalqdan alimlərdə,fitri istedadlarda çıxmaqda davam edir.Allah rəhmət eləsin bu və bu kimi sırf istedadı ilə yüksəlmiş sənətkarlara.

  • @xatiresadiqova3859
    @xatiresadiqova3859 Před 2 lety +6

    Allah rəhmət eləsin. Allah imam Huseynin xatirine mekanin behişt eləsin, inweAllah.

  • @sevdahuseynli1323
    @sevdahuseynli1323 Před 2 lety +3

    Allah seni rehmet elesin Hacibaba Huseynov

  • @zerialmaszade1751
    @zerialmaszade1751 Před rokem +2

    allah. rahmat elasin. cox. gozal. ifasi. ila. hamini heyran. qoyub

  • @hokumhuseynova5530
    @hokumhuseynova5530 Před 2 lety +5

    Muğam sənətinin zirvəsində duran və silinməz iz qoyan əsl muğam ustası Hacıbaba Hüseynovun adı Azərbaycan musiqi səlnaməsinə qızıl hərflərlə yazılıb,Allah qəni-qəni rəhmət eləsin.

  • @nsimicfrli8216
    @nsimicfrli8216 Před rokem +2

    Allah rəhmət etsin Hacıya. İmam Hüseyn şəfaətçisi olsun inşallah.

  • @xalideagayeva8264
    @xalideagayeva8264 Před 2 lety +9

    Allah rehmet etsin mugam ustadlmlzl.esl ustad senetkar idi.🥀🥀🥀

  • @vusaleismayilova8496
    @vusaleismayilova8496 Před 2 lety +2

    Allah rəhmət eləsin by fünyadan köçənlərə yadımdadı babam nənəm çox sevirdilər Hacıbaba müəllimin oxuduqlarını ən çox da"babamın parası yox bəni evləndirməyə" ni.

  • @minayeiskenderova1278
    @minayeiskenderova1278 Před 2 lety +3

    Allah rəhmət eləsin 🥀🥀 çox qəribə, gözəl, yapışıqlı,məlahətli səsi var idi...bir insan kimi də gözəl insan idi

  • @yuarertt7518
    @yuarertt7518 Před 2 lety +1

    Can,Huseyn awiqi olan Senetkar,ruhun wad olsun,yerinse Cennet.Kaw senin kimi incesenet adamlarimiz da dinimizi anlayib ona hormet qoyaydilar.

  • @elvineli2432
    @elvineli2432 Před 2 lety +5

    allah rehmet elesin. böyük senetkar. belede ki oğrunan dostluq eden kiişi gör nece kiişi olubda

  • @vetensevr4546
    @vetensevr4546 Před 9 měsíci

    Dahi muğam usdadı Allah sənə min rəhmət etsin Hacı Amin

  • @ceyhunkazimov
    @ceyhunkazimov Před rokem +1

    Allah rehmet elesin.Ruhunuz Şad olsun Amin.Xatirelerde yaşayacaqdir iller outside.Sizlerde çox Saqolun paylaşdiniz Minnettariq 21 01 2023

  • @natiqmuradov6525
    @natiqmuradov6525 Před 2 lety +4

    Allah rehmet etsin esil,boyuk,unudulmaz Senetkar Hacibaba muellimi.

  • @narqizmextiyeva1216
    @narqizmextiyeva1216 Před 2 lety +3

    Allah senetkarimiza rehmet etsin Mekani cennet ruhu wad olsun Amin

  • @MusaEfendi
    @MusaEfendi Před měsícem

    Allah rəhmət eləsin usdad sənətkarımız HacıBaba Hüseyinova.🇦🇿❤️🇦🇿

  • @ilhamsfrova6869
    @ilhamsfrova6869 Před 2 lety +3

    Hər zaman yaşıyacaq sənətkar

  • @rehimeresulzade5778
    @rehimeresulzade5778 Před 2 lety +6

    Allah rəhmət eləsin.

  • @cosqunagazad7165
    @cosqunagazad7165 Před 2 lety +8

    Allah rəhmət eləsin...

  • @zaminmemmedov1466
    @zaminmemmedov1466 Před 2 lety +3

    ALLAH. BÖYÜK. USTADADA RƏHMƏT. ELƏSİN

  • @elixansttrzad1655
    @elixansttrzad1655 Před rokem +1

    ALLAH SİZİ REHMET ETSİN GÖZEL SENETKAR KARİFEY AY DOLANACAQ İL DOLANACAQ SİZDEN BİRDE OLMAYACAQ

  • @atamatam6436
    @atamatam6436 Před 2 lety +3

    Cox cox sevdiyim senetkardı en sevdiyim mahnısıdı bu.allah yerin behişt etsin amin🙏

  • @etibarmanafov6745
    @etibarmanafov6745 Před 2 lety +3

    Ruhu şad olsun böyük ustad sənətkarin.Heyif ki birdə Hacidan olmayacaq.

  • @ilhamaliyev246
    @ilhamaliyev246 Před 2 lety +4

    Allah rəhmət eləsin yeri cənnət olsun

  • @cabirasadov5536
    @cabirasadov5536 Před 2 lety +2

    Allah rəhmət eləsin xalqının sənətkarını

  • @tt101101
    @tt101101 Před 2 lety +17

    Siz ustadı bir muğam ifaçısı olmaqla bərabər həm də şair kimi araşdırın. Çox əfsuslar ki, onun küllüyatı qeyri-müəyyən səbəblərdən hələ də işıq üzü görməyib.Yazdıqlarında hissələri sizlərlə bölüşürəm. Görünən şəhərə nə bələdçi ?! Bu ərəfələr ustadın doğum günüdür. Ruhu şad olsun.
    Zaman olar ki, axtarar zamanə əhli Hacini
    Və leyk indi sözlərim biri misalə bənzəməz.
    ***
    Demişdün Haciyə sən səbr edən muradə yetər
    Ölüncə səbr edəcək, səbri var olan könlüm.
    ***
    Camalın istədim görəm, dedin ki,olmaz-olmaz,
    Nolar ki, səndə, dilbəra, bu olmaz-olmaz olmasın.
    Yanıqlı könlümün gözəl ləbindən ehtiyacı var
    Bu dərdi naəlac üçün bilibdi bəs əlacı var,
    Sızıldayanlar içrə bir nəvayə gəlmiş Hacı var,
    Dedim, dedin ki, Hacıya deyin bədavaz olmasın
    Nolar ki, səndə, dilbəra, bu olmaz-olmaz olmasın.
    ***
    Dedin faş eyləməz Haci ürəkdən razi-pünhanın
    Xəbərdar oldu aləm, bəs, bu şer ol binəvadəndir.
    ***
    Saçından müşk alıb rəngin, Xütən səhrasına düşmüş.
    Çəkib ənbər onun ətrin, sədəf dəryasına düşmüş.
    Deyirlər Xızrı-İlyası gözün sevdasına düşmüş.
    Sən ol gəncinənin qoyma bilinsin gizli əsrarı.
    Mənəm həsrətlə əzzəldən əbi-ləlin xiridarı.
    Camalın əksini ol camidən Cəmşidi-Cəm görmüş
    Sənə manənd deyil Yusif, Züleyxa dəmbə-dəm görmüş
    Rəhi eşqində aşiqlər o qədri qüssə qəm görmüş
    Xəmidə qaşların olmuş bu sevdanın səbəbkarı
    Mənəm həsrətlə əzzəldən əbi-ləlin xiridarı.
    ***
    Maili sərvi-qədin olmasam hərgah sənin
    Necə sirrindən olardım bu gün agah sənin.
    Ayeyi rüsxəf olub hüsnvə nazil həqdən
    Belə məlum ki, olub aşiqin Allah sənin.
    Qavü qövseyvi qaşun, leylətül əsra zülfün
    Zərbəli müştərivə mail olub mah sənin.
    Aləmi eşqidə Yusif sənə aşiqdir vəli
    Bütün alilər olun sailin ey şah sənin.
    Görməyənlər ki görür arizi alin dəhənin
    Düşdülər eşqivə birdən hamı nagah sənin.
    İsmi pakın ki düşüb dillərə ey munisi can
    Adıvu zikr edir hər dərvişi - məddah sənin
    Leylətül qədridə nur oldu camalında əyan
    Dedilər Haciyə əsrarıvu billah sənin.
    ***
    Rövnəqi meyxanəmiz çəgü-dəfi tar ilədir
    Dərdiməndi firqəti kəm fikrimiz yar ilədir
    Sanmayın ariflərin şöhrətləri var ilədir
    Xoş keçər əyyamımız bəstir kiçik saz olsa da
    Rindilər bəzmindənik var zövqümüz az olsa da.
    ***
    Eşq içrə könül, hicri qəmin Haci bilirdi
    Dilxun edən əbruyi-xəmin Haci bilirdi
    Qəm çəkməyin axır ki, çəmin Haci bilirdi
    Can verməyə hazırdi yenə, eylə işarət
    Düşmüş nəzərim hüsnünə, almış məni heyrət.
    ***
    Can ki cananın duta olsun o salehdən qəbul
    Canə minnətdi bu həm ol seyli talehdən qəbul
    Şövqü eşqin Haci etmiş o fatehdən qəbul
    Ey Füzuli, eşq mən’in qılma nasehdən qəbul,
    Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
    ***
    İstərdi dünən Haci edə vəsf camalın
    O tutdu, qələm yandı, qələmdanə yetincə.
    ***
    Gun o gun olsun nigarından xəbər gəlsin sənə
    Ta desinlə Hacı peyğamın mübarək, ad elə.
    Hacıbaba Hüseynov (1919 - 1993)

  • @zumrudceferova7695
    @zumrudceferova7695 Před rokem

    Dahi sənətkara Allah qəni,qəni rəhmət eyləsin🤲heç yadimdan çıxmaz teləbə vaxtlarim idi,yay vaxtı Mərdəkanda qonsuluqda toy var idi səhərə kimi Hacıbaba Hüseynov oxudu biz də xar tut agacınin altinda səhərə kimi oturub qulaq asdiq,indiyə kimi yadimdan çixmayib,məkanı cənnət olsun🤲🤲

  • @nazimseyidov5221
    @nazimseyidov5221 Před 2 lety +7

    Bir xahişim var sizdən Xanəndə Rusif Məmmədov haqqında da yazasız O da çox gözəl xanəndə idi rəhmətlik Məkanı cənnət olsun

  • @dsdssshsjs1338
    @dsdssshsjs1338 Před 2 lety +6

    Allah rehmet eylesin böyuk senetkarımızı

  • @sahnazaliyeva9809
    @sahnazaliyeva9809 Před 2 lety +2

    Allah rəhmət eləsin ustad sənətkara

  • @anara3760
    @anara3760 Před 2 lety +2

    Allah qeni qeni rehmet elesin. Ruhu cismi pak kisiye. Ruhu shad olsun.

  • @kamilaliyev4612
    @kamilaliyev4612 Před 2 lety +3

    MUĞAM USTASI HACIBABA HÜSEYİNOVA ALLAH RƏMƏT ELƏSİN. ONONUN ZÖVQİLƏİ İFA ETDİYİ MUĞAM VƏ TƏSNİFLƏR XALQIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YER TUTMUŞDUR. BU XALQ HƏMİŞƏ ONU YAD EDƏCƏKDİR. UYUDUĞU TORPAQ CƏNNƏT MƏKAN OLSUN ƏHSƏN BU TORPAĞIN BELƏ USTAD SAƏBATKARLARINA. HƏRZAMAN QƏLBİMİZDƏSƏN , FƏXRİMİZSƏN.

  • @muqllidagah9336
    @muqllidagah9336 Před rokem +1

    Ruhun şad olsun Böyük Sənətkar ! 🙏

  • @huseynxelilovcebrayilli9394

    Allah rəhmət eləsin böyük Ustada

  • @vliyullaqasimogli2662
    @vliyullaqasimogli2662 Před 2 lety +1

    Allah rəhmət eləsin. Ruhu şad olsun. Çox heyf ki aparıcı axıra yaxın Hacıbaba Bağırov deyir

  • @user-wx9mu8xh7c
    @user-wx9mu8xh7c Před 2 lety +2

    Аллах Рахмат етсин!🙏🙏🙏

  • @lacinabbasova7978
    @lacinabbasova7978 Před 2 lety +1

    Hani indi bele oxuyanlar allah rehmet elesin mende kaseti variydi gencede qardawim aldi menden wah kimi kiwiydi eri cenet olsun

  • @isasfiyev2928
    @isasfiyev2928 Před rokem

    Aparıcı qardaş sizde sagolun.❤

  • @vaqifaliyev2272
    @vaqifaliyev2272 Před 2 lety +4

    HƏCİ ! EY KƏRBƏLA ŞAHİ, EY SEYYİDİ ŞÜHƏDANIN ƏZADARİ ,EY ƏHLİ BEYT AŞİQİ İMAM HÜSEYN Ə. S. ÖZÜ ÖZ ƏLİ İLƏ SƏNƏ HƏZRƏTİ MÜHƏMMƏDİN YANINDA KÖVSƏRDƏN SU VERSİN.

  • @kheyrullabalakhanov6005
    @kheyrullabalakhanov6005 Před 2 lety +1

    Tanrıdan rəhmət diliyirəm.

  • @user-yf8ej5ml7r
    @user-yf8ej5ml7r Před rokem +1

    Аллаһ рехмет елесин

  • @bellabakinskaya4484
    @bellabakinskaya4484 Před rokem

    Hacibaba mellim ifa ederken,simasinda wirin bir ifade olurdu Pes sesle ve duzgun diksiyasi ile mukemmel olub Biz Sizin ifanizla anladiq ki,mugamda qiwqiriqsizda ifa olarmiw.Allah rehmet elesin Boyuk Ustad!

  • @polatalemdar6527
    @polatalemdar6527 Před 2 lety +1

    Əgər molla olsaydı bu qədər hörmətli olmazdı.

  • @nazimseyidov5221
    @nazimseyidov5221 Před 2 lety +4

    Allah rəhmət eləsin çox dəyərli xanəndə idi

  • @aynureabasova8146
    @aynureabasova8146 Před 2 lety +1

    Allah rəhmət etsin dahi sənətkara

  • @eminnovruzoc2391
    @eminnovruzoc2391 Před 2 lety +1

    Allah rəhmət eləsin

  • @bahramhasanov8379
    @bahramhasanov8379 Před rokem +1

    O ustadlar ustadı Zülfü əminin yanında 20 il ritmik alət ifa edib, əsil ustadlar yanında böyüyüb.Tokar işləyib, və ********* Çəmbərəkənddə yaşayıb. Müəllimimiz olub Allah rəhmət eləsin.

  • @aynurebagirova3523
    @aynurebagirova3523 Před 2 lety +1

    Cox sevdiyim xanende .

  • @samirsuleymanov2088
    @samirsuleymanov2088 Před 2 lety +3

    Yazdigin. Basliqdan. Utan. Ayy. Ogras

  • @isasfiyev2928
    @isasfiyev2928 Před rokem

    Allah rəhmət eləsin 😢

  • @yusifmaylov3619
    @yusifmaylov3619 Před rokem +1

    9:55 Hacıbaba Baırov aktyor idi,siz ***HÜSEYNOV*** dan bəhs edirdiz ey ☺. Allah rəhmət eləsin.

  • @elmiraismayilova5197
    @elmiraismayilova5197 Před 2 lety +3

    Yaşasa idi 103 yaşı olurdu

  • @TP-jy1th
    @TP-jy1th Před 2 lety +1

    Böyük xanəndə!!

  • @vetensevr4546
    @vetensevr4546 Před 9 měsíci

    Min rəhmət

  • @eminkelenterov1619
    @eminkelenterov1619 Před rokem +1

    Usaq vaxti 5 yasim olanda oxuyurdum Babamin parasi yox meni evlendirmeye 😂😂😂

  • @NatiqCavadov-kg7uw
    @NatiqCavadov-kg7uw Před rokem +1

    09 59 da Hacibaba Huseynov olmaqdan Hacubaba Bagirov deyiler

  • @nurlanaliyev6677
    @nurlanaliyev6677 Před 2 lety +2

    Tam normal baslig yazmag olardi..

  • @siamakmasoudbarazandeh5380
    @siamakmasoudbarazandeh5380 Před 8 měsíci

    الله اونا قنی قنی رحمت اله سین

  • @samirsultanov5121
    @samirsultanov5121 Před 2 lety +2

    Kişi olub

  • @aysumlk1709
    @aysumlk1709 Před 2 lety +1

    Heyif, belə əvəzsiz sənətkarın qavalın qızı satır. Düzdü ehtiyacdan satır, amma yaxşı olar ki, satmasın.sonra peşman olacaq. Çox heyif.

  • @SerdArt
    @SerdArt Před 2 lety +1

    *******

  • @aaaa8125
    @aaaa8125 Před 2 lety +1

    Башлыгы дузкун языб,йени муеллим Аллахы инкар едиб йени атеист олуб, она коре де столу чырпыб онун башына.

    • @tomristuran2345
      @tomristuran2345 Před 2 lety

      Sən də inandın? Evi rus gəlinlərlə dolu idi sənin dindar adamının

    • @ibragimoffichali
      @ibragimoffichali Před rokem +1

      @@tomristuran2345 Evində olmusan? Mən olmuşam, hələ rəhmətlik sağ olarkən. Bir dənə də rus gəlini görməmişəm. Indi sənin boşboğaz olmağından söhbət açaq.

  • @oxxay7020
    @oxxay7020 Před 8 měsíci

    Kolbasa-sosiska reklam eləmək üçün ağzına gələni danışma, ayıbdır.

  • @tomristuran2345
    @tomristuran2345 Před 2 lety

    Ayıb olsun qoyduğunuz başlığa. Müəlliminin başına stul çırpan özü haramzadədir. Özü allahsızdır. Deyəsən, söz tapmırsınız. Öz qardaşları rus qızlarıyla evlənib. Qoymayaydı də...

  • @user-rz5cd7el7r
    @user-rz5cd7el7r Před 9 měsíci

    Hacı qəzəlçi olub amma savadsız .xurafatçı olub.

  • @scorpion1987
    @scorpion1987 Před 2 lety +1

    4 CÜ CAHİL SİNİF ŞAGİRDİ MASANI ( 40 KG, 1,50 × 1,00 ENİ ) QALDIRIB MÜƏLLİMİN ( 1.75 SM BOYU ) BAŞINA ÇIRPIR.
    ÇOX QƏRİBƏDİR. YƏQİN ONA BU TƏRBİYƏSİZLİYİ ETMƏKDƏ ƏRƏB NAĞIL QƏHRƏMANI ALLAH BABA KÖMƏK EDİB.

    • @xalidemelikova6189
      @xalidemelikova6189 Před 2 lety

      Bədbəxt

    • @scorpion1987
      @scorpion1987 Před 2 lety

      @@xalidemelikova6189 BİR ZAMAN SƏN DƏ XOŞBƏXT OLARSAN XALİDƏ.

    • @user-sv3xq5eq6z
      @user-sv3xq5eq6z Před 2 lety

      Алла Рахмет етси гани гани🇦🇿🇦🇿🇦🇿

  • @natiqhuseynov6622
    @natiqhuseynov6622 Před 2 lety +4

    Allah rehmet elesun boyuk senetkar idi.

  • @yusifmmmdov8700
    @yusifmmmdov8700 Před 2 lety +1

    Allah rəhmət eləsin.

  • @heydr4463
    @heydr4463 Před 2 lety

    Allah rəhmət eləsin

  • @afsanamammadzada6203
    @afsanamammadzada6203 Před 2 lety

    Allah rəhmət eləsin