Göbələkdən 15 Saniyəyə XİLAS OLUN - Hər Kəsin Evində Var

Sdílet
Vložit
  • čas přidán 29. 06. 2024
  • #DemədiDemə #Göbələk #Yağ
    Barmaqlardakı göbələklərdən xilas olmaq.
    Onixomikoz dırnağın göbələk xəstəliyinə tutulmasıdır. İnfeksiya yoluxmuş insanla birbaşa təmas vasitəsilə yayılır. Yaxud onun toxunduğu səthlərdən-məişət əşyalarından, gigiyenik əşyalarından, paltar və ya ayaqqabısından istifadə edəndə yoluxma halı baş verir. Əksər hallarda xəstəliyin yayılma arealı ailə mühitini ehtiva edir. Yoluxmanın qarşısını almaq üçün hamam və tualet kimi ortaq istifadə edilən məkanlarda sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl etmək lazımdır.
    Xəstəliyin digər-daha geniş yayılma arealı isə ümumi istifadəli üzgüçülük hovuzları, idman zallarının duş kabinələri, hamam-tualetləridir. Hətta yaxşı yuyulmayan restoran qabları və ya ümumi yeməkxanaların aylarla dəyişdirilməyən masa örtüləri, təmizlənməyən stul söykənəcəkləri də dırnaqlarda və barmaqlardakı göbələklərin yayılmasına təkan verə bilər.
    Bununla belə, qeyd eləmək vacibdir ki, göbələk hər adamda xəstəlik səviyyəsinə qədər irəliləmir. Bunun da ən ümdə səbəbi güclü immunitetdir.
    Bəs, yoluxma necə baş verir? Xəstə insanların dərisindən, dırnağından qopan hissəciklər göbələklərin özünü və sporlarını saxlayır. Məhz belə gizlənən sporlar sonradan digər insanların dərilərinə hopur, xəstəliyi yaradır.
    Onixomikozun inkişafı üçün lazımi şərait yarandıqda xəstəliyin həcmi genişləyir və irəliləmə sürəti artır. Məsələn;
    • qan dövranının pozulması;
    • dırnaq özəklərinin mineral çatışmazlığı;
    • şəkərli diabet zamanı;
    • narahat, ölçüsü uyğun olmayan ayaqqabıların geyinilməsi;
    • məişətdə, yaxud idman hərəkətləri zamanı dırnaqların qırılması və ilkin təmizləmə, tibbi müdaxilə olunmaması;
    Gördüyünüz kimi, dırnaqda yaranan, barmaqlara yayılan göbələk xəstəliyi də orqanizmdəki hər hansı problemdən yararlanaraq “yaşayır”.
    Onixomikozun simptomları bunlardır:
    -daimi qaşınma, xüsusilə də, barmaqlar arasında;
    -xoşagəlməz iy;
    -dırnağın rənginin dəyişməsi;
    -dırnağın deformasiyası;
    -dırnaqda xırda çatların yaranması və ya dırnaqların qırılması;
    -dırnaq ətrafında suluqların əmələ gəlməsi;
    Onixomikozdan, ümumiyyətlə, dırnaq-barmaq göbələyindən xilas olmaq metodları da fərqlidir. İndi isə bunlara baxaq:
    1. Gənəgərçək yağı. Bildiyimiz kimi, gənəgərçək yağı tibbdə universal vasitə sayılır. Göbələk infeksiyaları ilə mübarizə aparan gənəgərçək yağının tərkibində linoleik və risin turşuları var. Bunlar ikisi də soyuqdəymə və mikrob əleyhinə vasitədirlər. Dırnaq-barmaq göbələklərindən xilas olmaq üçün gənəgərçək yağının istifadəsi də müxtəlifdir.
    Resept I: 1 xörək qaşığı gənəgərçək yağını 1 xörək qaşığı soda ilə qarışdırın. Qarışımı zədələnmiş nahiyələrə çəkin. 20 dəqiqədən sonra ilıq suyla həmin nahiyəni yuyun və həmən qurulayın.
    Resept II: Gənəçərgək yağı limonla birgə istifadə edildikdə dərini qidalandırır və gücləndirir. Həmçinin, göbələk xəstəliklərinə qarşı mübarizə aparması üçün dəriyə kömək edir. 10 ml gənəgərçək yağına 1 damla ilanq-ilanq yağı, iki damla qızılgül yağı və 1 kapsul vitamin E əlavə edin. Hamısını qarışdırın. Sonra qarışımın üzərinə bir neçə damla limon suyu sıxın. Hər bir zədəli dırnağa yavaş-yavaş çəkin. 20 dəqiqə sonra yuyun və həmən qurulayın.
    Resept III: Gənəgərçək yağı ilə kompres eləmək epidermisin bərpasına kömək edir. Pambıq dəsmal və içi pambıq, üzü polietilen olan əlcək götürün. Gənəgərçək yağını azca isidin, zədələnmiş nahiyələrə çəkin. Əlcəyi geyinin, üstündən pambıq dəsmalla sarıyın. 20 dəqiqə bu şəkildə saxlayın. Sonra açın və ilıq su ilə yuyub qurulayın.
    Resept IV: Gənəgərçək yağıyla vanna eləmək dırnaqların bərpasına və uzanmasına kömək edir. 5-10 ml gənəgərçək yağını şüşə qabda isti suyun içinə salın. Orda bədən temperaturunda olanadək isidin. Sonra isə barmaqlarınızı yağın içinə salın. 20 dəqiqə saxlayın. Proseduru həftədə 3-4 dəfə eləyin. Müalicə kursu ay yarım davam etməlidir.
    Dəridə şiddətli qurumalar və çatlamalar olanda gənəgərçək yağına zeytun yağı da qatmaq olar. Bir şərtlə ki, yağlar eyni miqdarda olsun. Qarışıma bir neçə damla çay ağacı yağı da əlavə edə bilərsiniz. Alınan məhlul toxumaların bərpasını və inkişafını sürətləndirəcək. Barmağınızın uclarını bu məhlulda 15-20 dəqiqə saxlayın. Sonra ilıq suyla yuyun. Proseduru 3-4 gündən bir eləmək lazımdır. Bir həftədən sonra müsbət yöndə irəliləməni özünüz görəcəksiniz.
    2. Sarıkök. Ətri və dadı ilə mətbəximizdə önəmli yerə sahib olan ədviyyatın faydaları haqqında çox danışmışıq. Bu gün isə sarıkökün dırnaq-barmaq göbələyi zamanı da əlçatan vasitə olduğundan xəbər tutacaqsınız.
  • Věda a technologie

Komentáře • 56