Arif Səlimov ft Mehriban Xanlarova - Şəhid Məktubu (Official Video)

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • Arif Səlimovun yeni mahnısı " Şəhid Məktubu" CZcams'da yayımda.
    Söz: Esmira Ehtibarqızı
    Mus: Arif Səlimov
    Aranj : Ağasi Nəsiorv
    Əlaqə Nömrəsi : +994515185797
    ➤Instagram’dan izləmək üçün;
    / arif.salimov.official
    ➤Tiktok’dan izləmək üçün;
    / arifselimovmuzik
    Sözlər :
    Ana , məni bağışla,ağlar qoydum gözünü,
    Şəhadətə qovuşub torpağı qucaqladım.
    Ata,yaşa vüqarla mən ki tutdum sözümü,
    Vətənə borc qaytarıb şəhidliyə ucaldım.
    Sil gözünün yaşını, ağlama sən sevgilim,
    Məğrur dayan ey oğlum,tixta qızım mələyim.
    Mənim yerim cənnətdir,sızlamayın mənimçün,
    Vətənə borc qaytarıb şəhidliyə ucaldım.
    Ağlama müəllimim, ağlama elim obam,
    Mən ki azad olunmuş torpağın altındayam,
    Mənim yerim cənnətdir sızlamayın mənimçün,
    Vətənə borc qaytarıb şəhidliyə ucaldım
    Şer səsləndirdi
    Əməkdar artist :MEHRİBAN XANLAROVA
    Bir gecəyə ağaran tellərinə qurbanam,
    Ey qəhrəman Mehdini böyüdən böyük ana.
    Qürurla dərd qovuşan ürəyinə qurbanam,
    Muradı,Cəbrayılı böyüdən böyük ana.
    Qalasının anası,qovuşdunmu balana,
    Balan qəhrəman olub gəlib sənin yanına.
    Qurbanam həzin-həzin sızıldayan yarana,
    Elxanı,Səbuhini böyüdən böyük ana.
    Hicran,Rasim,Ayazı,hansını deyim axı,
    Nə qədər şəhidim var,qandır bağrımın başı.
    Dağ vüqarlı dayanıb qoy bilsin bunu yağı,
    Poladı,Mübarizi böyüdən böyük ana.
    Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
    #ArifSelimov #SehidMektubu #ArifSehidMektubu

Komentáře • 96

  • @user-uy2gb7sy4d
    @user-uy2gb7sy4d Před rokem +9

    Şəhidlərimizi yaşatdığınıza görə hər birinizə təşəkkürlər . Əziz sinif yoldaşımız Esmira xanım yazan əlləriniz var olsun🤲🏻

  • @mehtisixliyev7871
    @mehtisixliyev7871 Před rokem +6

    Çox sağ olun Allah razı olsun. Ailəmiz adından hər birinizə təşəkkür edirik var olasınız.

  • @afethesenova4872
    @afethesenova4872 Před rokem +14

    Klipdə əziyyəti olan hər kəsə təşəkkür edirəm başda sənətkarımız Arif bəy olmaqla Allah hər birinizdən razı olsun

  • @azerioglu1479
    @azerioglu1479 Před 5 měsíci +3

    Halal olsun. Arif Səlimov.Sevimli aktrisamız çox hörmət etdiyim sənətinə vurğun olduğum
    Mehriban Xanlarova ən dəqiq seçim olub.
    Allah Şəhidlərimizə Rəhmət eləsin.Ruhları qarşısında baş əyirik.🇦🇿

  • @esmiraehtibarqz7208
    @esmiraehtibarqz7208 Před rokem +7

    Mahnının söz yazarı olaraq başda Şəfiqə xanım Axundova kimi əfsanəmizin yadigarı bəstəkar, müğənni Arif Səlimov, Respublikamızın əməkdar artisti Mehriban xanım Xanlarova olmaqla əziyyəti keçən hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm.Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm 🇦🇿🇦🇿Ruhunuz şad olsun, cənnət mələkləri 🇦🇿🇦🇿😭

    • @user88815
      @user88815 Před rokem

      Teşekkürler vetenperver waire xanimimiz. .Var oluz...
      Arif muellim,Mehriban xanim,emeyi Kecen her kese consuz tewekkurler...

  • @xosqedemmemmedova7930
    @xosqedemmemmedova7930 Před 4 měsíci +1

    Arif oglum sag ol şəhidlərimizin ruhunu şad edirsən Elşadı da yad edirsən Anası ürəyinə qurban

  • @abulfazzeynalov4839
    @abulfazzeynalov4839 Před 6 měsíci +2

    HALAL OLSUN SENE ARİF!
    SƏN Kİ,BİZİM BAŞIMIZIN TACI OLAN ŞƏHİDLERİMİZƏ BELƏ MAHNI HƏSR EDİB,BU YANGIYLA İFA ETMİSƏN!
    COX SAG OL!

  • @cemilisrafilzad7787
    @cemilisrafilzad7787 Před měsícem

    Böyük dərdimizin böyük eleğiyası ,Allah rəhmət eləsin bütün şəhidlərə

  • @knitpearly
    @knitpearly Před rokem +6

    Ürəyinə,əllərinə sağlıq, əziz sinif yoldaşım Esmira Etibarqızı.❤Səsinizə qüvvət Arif müəllim.Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun İnşaallah.🤲

  • @anarserdarov8704
    @anarserdarov8704 Před rokem +4

    Bütün eziyeti olanlara MINNƏTDARIQ Allah rəhmət etsin şəhidlərimizə

  • @seadettagiyeva5539
    @seadettagiyeva5539 Před rokem +4

    Allah butun sehidlerimize rehmet elesin😢emeyi kecen her kese tesekkurler

  • @mugbilnadjafoff
    @mugbilnadjafoff Před rokem +6

    Allah bütün Şəhidlərimizə Rəhmət etsin🙏

  • @Fatime91
    @Fatime91 Před rokem +3

    ALLAH REHMET ELESIN WEHIDLERIMIZE
    QEBRLERI NURLA DOLSUN BALALARIMIZIN
    AMIN
    😞😭😭😭😭

  • @SaidaXanlarova
    @SaidaXanlarova Před rokem +4

    Allah Şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

  • @sefamemmedova832
    @sefamemmedova832 Před rokem +4

    Allah rəhmət etsin butun şəhidlərimizə yerləri cənnətlik olsun amin.

  • @shehidanasi4478
    @shehidanasi4478 Před rokem +6

    Deyerli ogulu gozel senetkar cox sagol

  • @swoznypubgmobile3223
    @swoznypubgmobile3223 Před rokem +6

    Esmira Ehtibar qizi ellerne o gozel ürəyinə saqliq əziyyət ken her kese təşəkkür edirəm bir sözlə mükəmməl bir iş

  • @yurdumqarabag5445
    @yurdumqarabag5445 Před 10 měsíci +1

    Cox sag ol' qardaşim. Cox təsirli klipdi. Allah sizin kimi oğullarimizi qardaşlarımizi qorusun

  • @lamiyeaslanzade4925
    @lamiyeaslanzade4925 Před rokem +5

    Allah butun sehidlerimize rehmet elesin🙏Klipde eziyyeti kecen her kese tesekkurler mohtesem iw alinib

  • @amidbayramov4488
    @amidbayramov4488 Před rokem +5

    Allah sehidlermiz rehmet etsin.cox kovreldim.qazi olarag tsk ogunler geri dondum.allah size komey olsun 😢😢😢😢😢

  • @qasanrafiyev9822
    @qasanrafiyev9822 Před 10 měsíci +1

    İnsanın ürəyi sızıldayır dinləyəndə şeir və musiqi bir birini o qədər gözəl tamamlayıbki.Əməyinizə sağlıq.öpürəm 🥀ŞƏHİD Analarının əllərindən gözlərindən.

  • @radequrbanova7471
    @radequrbanova7471 Před rokem +4

    Arif bəyə Mehriban xanıma və əziyyəti olan hər kəsə təşəkkür edirem🙏🏻😢😢🙏🏻

    • @esmiraehtibarqz7208
      @esmiraehtibarqz7208 Před rokem +1

      Var olasınız.Biz də sizin kimi dəyərli izləyicilərə təşəkkürümüzü bildiririk 🤲🤲

  • @softangell12
    @softangell12 Před rokem +4

    Cox sag olun Var olun Sehidlerimizi unutmayaq unutdurmayaq

  • @pozitivreklam
    @pozitivreklam Před rokem +4

    Nur içində yatsın nur üzlü Şəhidlərimiz 🤲

  • @agazamansalamzade1637
    @agazamansalamzade1637 Před rokem +4

    ALLAH şehidlerimize rehmet elesin. Sesine quvvet senetkar👏👏

  • @syrooxW777
    @syrooxW777 Před rokem +5

    Allah rehmet etsin sehidlerimize

  • @S.H24.11.
    @S.H24.11. Před rokem +4

    Allah razı olsun.Allah şəhidlərimizə rəhmət eləsin

  • @user-hz8yp9lt3e
    @user-hz8yp9lt3e Před rokem +4

    Allah rəhmət eləsin şəhidlərimizə.Cox möhtəşəm bir iş ərsəyə gəlib təşəkkür edirəm Esmira xanım sizə və komandaniza

  • @resmdunya
    @resmdunya Před rokem +5

    Əməyi olan hər kəsə təşəkkürlər

  • @aytekinabdullayeva1762
    @aytekinabdullayeva1762 Před rokem +4

    Esi çox mükemmel ,ela ,tesirlidi .Allah sene güc qüvvet versin sene.Allah şehidkerinize rehmet elesin😢

  • @user-jz7ru8ni5n
    @user-jz7ru8ni5n Před 5 měsíci +1

    Caaan😢. Menim bacimin tek oglu, iki korpe balali Orxanim, 44 gunluk muharibede qalib geldi, 19 sentyabrda bir gun doyuşde şehid oldu😢 İnana bilmirem hele😢cox darixiram😢. Yanib kul oluram, bala, gel yuxuma😢

  • @huseyinselimov3676
    @huseyinselimov3676 Před rokem +5

    Gözəl bəstəkar,gözəl müğənni illəri sadiq dostu Arif Səlimov daim var ol .Sen həmişə Şəhid aillerin yanında oldun,ne qədər Şəhidlərimiz üçün mahnılar hazır etdin.Allah qorusun seni yenədə göz yaşlarımız ilə yazdığın mahnıya ,dərin mənalı sözlərin və klip Əsgər məktubu söz tapmaq belə çətindi .Allah Şəhidlərimizə rəhmət eləsin 🤲 Tanrı ailələrinə səbr versin 🙏

  • @sadagathajiyeva5
    @sadagathajiyeva5 Před rokem +4

    Mence şehidlerimize hesr olunmuṣ en duyğulu,tesirli ve ürekden ifa olunan bir eser.
    Teşekkürler her ikinize.
    Allah şehidlerimize rehmet etsin

    • @esmiraehtibarqz7208
      @esmiraehtibarqz7208 Před rokem +1

      Dəyər verdiyiniz üçün təşəkkür edirik 🤲 Allah bütün şəhidlərimizə rəhmət eləsin 🇦🇿

  • @behbudseyidov3483
    @behbudseyidov3483 Před rokem +4

    Ruhunuz şad olsun əziz qardaslarm necə dosdum döyüş YOLDASM şəhid oldu unutmram😢😢😢😢

  • @Isacelil1122
    @Isacelil1122 Před 4 měsíci +1

    Allah sehidlerimize rehmet elesin.
    Cox urek parcalayan klipdi. Buna urek dozmez.

  • @Rsdt_Rz
    @Rsdt_Rz Před rokem +4

    Allah sehidlerimize rehmet elesin.Amin

  • @Ahmedova_2222
    @Ahmedova_2222 Před rokem +4

    Çox sag olun Allah razı olsun Səbuhi diyən dillərə qurban olaram 😢

  • @resmdunya
    @resmdunya Před rokem +5

    Ruhunuz şad olsun şəhidlər!!!

  • @user-xr4xp3vg2v
    @user-xr4xp3vg2v Před rokem +3

    Esmira xanım əllərinizə ürəyinizə sağlıq.Göz yaşları ilə izlədim.Klipdə əməyi keçən hər kəsə təşəkkürlər. Səhidlər haqqında nə qədər yazılsada azdır.Yerləri cənnət olsun.

  • @arzumirzeyeva940
    @arzumirzeyeva940 Před rokem +5

    CANN ALLAH BÜTÜN ŞƏHİDLƏRMİZƏ RƏHMƏT ELƏSİN MƏNİM DƏYƏRLİ ŞAİRƏM ESMİRA XANIM ARİF BƏY,MEHRİBAN XANIM NƏ QƏDƏR SİZLƏRƏ MİNƏTDARLIQMI BİLDİRSƏM AZDI COXXX MÖHTƏŞƏM ALINIB KLİP KAŞKİ SİZİ CANLI GÖRƏRDİM ESMİRA XANIM KİMİ💙❤️❤️😘😘😘🌹🌹🌹

  • @EminSuleymanov-nk1bu
    @EminSuleymanov-nk1bu Před 5 měsíci

    Nur içinde yatsın nur üzlü şehidlerimiz

  • @arzumirzeyeva940
    @arzumirzeyeva940 Před rokem +4

    VAR OLUN ARİF BƏY,GÖZƏL ŞAİRƏM ESMİRA XANIM,BƏSTƏKAR XANIMIZ,GÖZƏL SƏNƏTKAR MEHRİBAN XANIM SİZLƏRƏ NƏ YAZSAM AZDI 💙❤️❤️❤️🌹🌹🌹ALLAH BÜTÜN ŞƏHİD BALALARMIZA RƏHMƏT AİLƏLƏRNƏ DÖZÜM VERSİN🤲🙏🙏🙏🌹🌹😪😊

    • @esmiraehtibarqz7208
      @esmiraehtibarqz7208 Před rokem

      Allah köməyiniz olsun,Arzu xanım,mələk qəlbli insan.Allah bütün Şəhidlərimizə rəhmət eləsin 🇦🇿😢Biz sadəcə borcumuzu yerinə yetirməyə çalışmışıü😢

  • @ulviyyeliyeva5520
    @ulviyyeliyeva5520 Před rokem +3

    Şəhid Qəhrəmanlarımız , Ruhunuz Şad , Məkanınız Cənnət olsun 🤲🥀

  • @user88815
    @user88815 Před rokem +3

    Qururumuz,and yerimiz,alnimizin lekesini silen WEHİDlerizin Ruhu wad olsun
    Allah bütün şehitlerimize rahmet eylesin
    AMİN ilahi Amin
    Emeyi Kecen her kese tewekkurler...

  • @yemenhidayetova3013
    @yemenhidayetova3013 Před rokem +3

    Ruhunuz qarşısında baş əyirəm..
    Qəhrəman şəhidlərim.

  • @user-jz7ru8ni5n
    @user-jz7ru8ni5n Před 5 měsíci

    Menim balamami yazdin, oxudun? Yandirdi yaxdi meni😢 Canimdan can alanim gel😢 İki korpecik balan dil acib, baba deyir😢Neler yaşayiram😢 Korpelere baxanda konlum daglanir. Caan Şehidleeim caaan😢😢😢😢Size qurban olum😢😢😢😢. Evin tek oglu, iki korpeli Orxanin xalasi.😢😢 Size canim qurban😢😢

  • @shidkrimliqalas2773
    @shidkrimliqalas2773 Před rokem +3

    Təşəkkür edirəm Allah bütün Şəhidlərmizə rəhmət eləsin Kilipdə əzyəti olan hər kəsə minataram bacın qurban Qardaşım

  • @NILAY.0202
    @NILAY.0202 Před rokem +3

    SAGALMAYAN YARAMIZSIZ CENNET QOXULU SEHID QARDASLARIMIZ ALLAH SIZLERE REHMET ETSIN HAQQINIZI HALAL EDIN SIZLERIN SAYESINDE RAHAT YASAYIRIQ BU OLKEDE SIZLER QANIVIZLA YENI TARIX YAZDINIZ.OLKEMIN FEXRLERI OLMEZ SEHIDLERIMIZ ICIM QAN AGLIYIR HER ADINIZ GELENDE😢😢😢

  • @user-pz4py2zq6p
    @user-pz4py2zq6p Před rokem +4

    Allah şehidlerimizi rehmet elesin

  • @saiqhesenov2455
    @saiqhesenov2455 Před rokem +3

    Allah bütün şəhidlərimizə rəhmət eləsin amin 😢

  • @eldanizismayilov4441
    @eldanizismayilov4441 Před 4 měsíci

    Arif m. Allah sesinize quvvet versin cox deyerlisiz sesiniz xususi ve ozel sesdir fanatinam Allah sizi qorusun.

  • @xumaraliyeva1766
    @xumaraliyeva1766 Před 10 měsíci +1

    ALLAH rehmet elesin amin

  • @Huseynovlar
    @Huseynovlar Před rokem +4

    Çox gözəl ifa, klip ellerinize sesinize sağlıq

  • @user88815
    @user88815 Před rokem +4

    Heqiqeten Mohtewem...
    Sözler,beste,ifa mükemmel...
    Her birinize tewekkurler..
    Allah bütün şehitlerimize rahmet eylesin amin
    Mehriban xanim da güzel lay-lay deyib....
    Cannnn WEHİDim.
    Bütün analar size feda olsun

  • @arzufarajova2490
    @arzufarajova2490 Před rokem +4

    Təşəkkür edirəm Arif bəy sizə cox şadam ki bu klipin sponsorluq edim cəkdirmək məs mənə qismət okdu🤲Şəhidlərimizin ruhlari şad məqamlari uca olsun inşəAllah🤲

    • @esmiraehtibarqz7208
      @esmiraehtibarqz7208 Před rokem

      Arzu xanım,sizi şəxsən tanımasam da, mahnının söz müəllifi olaraq sizə sonsuz təşəkkürlərimi bildirirəm 🇦🇿🇦🇿 Allah sizi və əziyyəti keçən hər kəsi qorusun 🤲 Allah bütün şəhidlərimizə rəhmət eləsin 🇦🇿😢

    • @cicekbilenderli9154
      @cicekbilenderli9154 Před rokem

      Allah İsnayıl balamızı qorusun🤲🤲Çox sag okun,var olun ARZU XANIM,belə gözəl klip ərsəyə gətirmisiniz🤲🤲🤲🇦🇿🇦🇿🇦🇿❤❤❤❤

  • @validhmdova1485
    @validhmdova1485 Před rokem +4

    ALLAH RUHLARİNİ SAD EDİN

  • @user-dj7dg5qj4j
    @user-dj7dg5qj4j Před rokem +3

    Allah butun wehidlerimizi rehmet elesin Amin 🤲🙏

  • @user-th2gd5hf5n
    @user-th2gd5hf5n Před rokem +3

    ALLAH SEHIDLERMIZI REHMET ELESIN YADDAN CIXARTMAYAG TESEKUR ARIF GAGAS

  • @Fatime91
    @Fatime91 Před rokem +2

    Arif balama da Mehriban xanima da canlarima Allah uzun omr cansagligi versin
    Wehidlerimizin valideynlerine Allahdan sebr dileyirem
    😞😭😭😭😭🤲

  • @firabakinka9337
    @firabakinka9337 Před 11 měsíci +1

    Can gozel balalar

  • @sebuhishukurzade1224
    @sebuhishukurzade1224 Před rokem +3

    Allah wehidlerimize rehmet etsin🤲

  • @elshanbayram2008
    @elshanbayram2008 Před rokem +3

    Allah hamısına rəhmət eləsin

  • @nzakthsimova-nq7ji
    @nzakthsimova-nq7ji Před 4 měsíci

    Çox hörmətli Arif bəy bu mahnıya çox ürək ağrısıyla baxdım qulaq asdım ürəyinizə saqliq böyük ürəklə oxumusunuz ALLAH sizi qorusun yaşayın yaradın ən əsas heç bir vaxt zaman şəhidlərimiz unudulmayacaq bu mahnıniz daim yaşayacaq musiqi zövqü buz könülləri fəth edəcək Mehriban xanım in da bu klipdə çəkilməyi çox yerində olub çox gözəl səmimi təbii aktrisadir❤❤❤

  • @elnaraaliyeva5080
    @elnaraaliyeva5080 Před rokem +3

    Xeyii olsun urəyovə sağlıq

  • @sha_aze4383
    @sha_aze4383 Před rokem +3

    Can😔

  • @user-fz4lu2ex7o
    @user-fz4lu2ex7o Před rokem +2

    Allah rəhmət eləsin 😢😢😢

  • @elmanaa2147
    @elmanaa2147 Před 8 měsíci

    Salam Edirem yerin acin Goturek

  • @user-fi1tw5jd7f
    @user-fi1tw5jd7f Před rokem +1

    Cox tesirli mahnidi Allah Sehidlerimizi rehmet elesin Allah sesine quvvet versin.

  • @CavidEliyevEliyev
    @CavidEliyevEliyev Před rokem +4

  • @svetlanaminikova3173
    @svetlanaminikova3173 Před rokem +3

    😢❤

  • @CavidEliyevEliyev
    @CavidEliyevEliyev Před rokem +4

    😢

  • @sfqagacan9061
    @sfqagacan9061 Před 10 měsíci +1

    Möhtəşəm bir klip!

  • @userw6
    @userw6 Před 3 měsíci +1

    💔💔💔💔💔🥺🥺

  • @muhammedcelaloglu5528
    @muhammedcelaloglu5528 Před 7 měsíci

    Mükemmelsin

  • @mugbilnadjafoff
    @mugbilnadjafoff Před rokem +3

    🙏🙏🙏

  • @ayselabbasova1861
    @ayselabbasova1861 Před rokem +2

    😢😢

  • @elanurelanur9353
    @elanurelanur9353 Před rokem +2

    😭😭😭😭

  • @user-qp4qj4dr6k
    @user-qp4qj4dr6k Před 4 měsíci

    💔

  • @user-jz7ru8ni5n
    @user-jz7ru8ni5n Před 5 měsíci

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢Kul oldum, balam gel

  • @raymundo8253
    @raymundo8253 Před rokem +1

    🌟 P r o m o s m

  • @userw6
    @userw6 Před 3 měsíci +1

    Ne qeder agir klip oldu😭😭😭

  • @gunaymuradova6014
    @gunaymuradova6014 Před rokem +2

    Allah şəhidlərimizə rəhmət eləsin 😭

  • @arzuhesenova9314
    @arzuhesenova9314 Před 8 měsíci

    😢😢😢😢😢