Almaniyada Həkim işləmək üçün nə qədər büdcəm olmalıdır? #13

Sdílet
Vložit
  • čas přidán 14. 05. 2021
  • CANLI YAYIN`da Almaniyada həkim işləyənə kimi nə qədər büdcəyə sahib olmalısız detallı sizinlə bölüşəcəm. Lakin unutmayın ki sizinlə paylaşdığım rəqəmlər nisbi xarakter daşıyır. Bu məbləğlər bir çox nüanslara görə dəyişə bilir. Almaniyada Stomatoloq işləyə bilmək üçün Dil sertifikasiya imtahanından sonra 2 imtahanda iştirak etməlisiz FSP və Approbation imtahan aşağıdakı linklərdə təcrübəsini bölüşən kolleqalarımızı izləyə bilərsiz. Bu sizdə imtahanlar haqqında təəsürat formalaşdıracaq.
    Yeni videolardan xəbərdar olmaq üçün Kanala pulsuz Abunə olun.
    FSP imtahan
    Leyla Kazımova - Niedersachsen - bit.ly/3wTukD5
    Nariman mammadov - Rheiland-Pfalz - bit.ly/3N2OiBe
    Çinarə Alifova - Baden-Würtemberg - bit.ly/3wSeTd5
    Farid Hamzayev - Mecklenburg-Vorpommern - bit.ly/3MYYn1K
    Haldun Asgerov - Bayern - bit.ly/3a1juSq
    Aytac Qocayeva - Mecklenburg-Vorpommern - bit.ly/3lWaReA
    Gismat Hamzayev - Brandenburg - bit.ly/3romWQk
    Approbation imtahan
    Aytac Qocayeva -Mecklenburg-Vorpommern - bit.ly/3PLufsA
    Tural Bakhshali - Niedersachsen - bit.ly/3PKeYs1
    Nurlan Samadov - Thürungen - bit.ly/3PKeGBr
    Sabina Ahmadli - Berlin - bit.ly/3BJU0DB
    Araz Abdullayev - Rheinland-Pfalz - bit.ly/3LwETTD
    İmtahansız Approbation necə alınır?!
    Parviz Rahimli - bit.ly/48op8rE
    Adil Malikov - bit.ly/3Zr0lza
    İmtahana hazırlıq
    FSP və Approbation imtahana hazırlıq strukturu - Çinara Alifova və Araz Abdullayev - bit.ly/46oAMAO
    KANALIMA PULSUZ ABUNƏ OLUN bit.ly/2IhXv8u
    MƏNİ INSTAGRAM`DAN İZLƏ bit.ly/315eNy5
    MƏNI FACEBOOK`DAN İZLƏ bit.ly/2XqPMuZ
    Baxdığınız üçün təşəkkür edirəm!!!
    "Almaniyada Stomatologiya" facebook qrupumuza üzv ol bit.ly/2Z82Juk
    Telegram qrupumuz: bit.ly/3tOwfF8
    WhatsApp qrupumuz: bit.ly/3et4mMj

Komentáře • 77

  • @ParvizRahimli
    @ParvizRahimli  Před 3 lety +8

    Kanala Abunə olmaqla dəstək ola bilərsiniz.

    • @alihaciyev9082
      @alihaciyev9082 Před 3 lety

      🦷

    • @dukantelefon5270
      @dukantelefon5270 Před 2 lety

      Ne olar cavab verin ingilis dili bilmekle mumkun deyil?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety

      @@dukantelefon5270 Xeyir, Almaniyada ingilis dili ilə həkim işləmək mümkün deyil. Almanca B2 və ya C1 səviyyə şərtdir.

    • @Chronoae
      @Chronoae Před 6 měsíci

      Salam, Pərviz bəy həkim kimi işləyənə qədər digər kiçik işlərdə işləmək mümkündür?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 6 měsíci

      @@Chronoae xeyir işləmə icazəsi yalnız həkim kimi fəaliyyət üçün verilir.

  • @aynacabbarli6739
    @aynacabbarli6739 Před 3 lety +1

    teşekkür edirem, etraflı məlumat teqdim etdiniz.

  • @ramizhuseynov3978
    @ramizhuseynov3978 Před rokem +1

    Çox sag olun maraqlı söhbetiniz ùçùn

  • @aylinhuseyn5930
    @aylinhuseyn5930 Před 2 lety

    Etrafli melumat ucun cox sag olun,🙏

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety

      Buyurun izləyidiyiniz üçün təşəkkür edirəm

  • @eltacmemmedov6452
    @eltacmemmedov6452 Před 3 lety +2

    Salam Pərviz bəy Mən Almaniyaya aus bildung oxumaq üçün gəlmək istəyirəm orda tibbi sığorta haqqında sənəd tələb olunduğu söylənir və 30.000 avrodan başlayır.İndi mənim 30.000 avrom olmasa ora gələ bilməyəcəm?

  • @isamemmedov4447
    @isamemmedov4447 Před 11 měsíci +1

    Davam edin

  • @kikidan1
    @kikidan1 Před 2 lety +4

    Perviz bey salam, bes menim kimi belli bir yasha gelmiş( 40 yas) , amma artiq olkedeki haqsizliga, rusvete, acinacaqli sosial duruma dozmeyib ovladıarinin geleceyi ucun başini goturub getmek isteyenlere tovsiyyeniz nedir? Eger butun gucumu serf edib cetinlikleri goze alarsam bacarmaq mumkundurmu bu yasdan sonra Almaniyada is tapmaq yasamaq, islemek( ixtisasim deri-zohrevi)? Onceden cox tesekkur edirem

    • @sulhsulh5863
      @sulhsulh5863 Před 2 lety +2

      Yaş önemli deyil.Esas odurki siz isteyin.Menim qızı Almaniyadadı 33 yaşında tereddüd etmeden getdi.Size ugurlar

  • @ramilkrimov3096
    @ramilkrimov3096 Před rokem +1

    Xais edirəm cavabalyin🙏Mən tibb kolleci əczacilix faklutəsin bitirmisəm.Yoldasim usta kimi gəlir.mən necə gələ bilərəm?2ovladim var

  • @3dplywood279
    @3dplywood279 Před 2 lety +2

    Salam doktor , Çox dəyərli məlumat idi . Sağ olun. Mən neyrocərraham. Neyrocərrahin Almaniyada iş tapmaq şansı nə qədər realdır ?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety +2

      Həkimlərin ümumiyyətlə Almaniyada iş tapma şansı yüksəkdir.

  • @tayfunashirov6329
    @tayfunashirov6329 Před 3 lety +1

    Salam Pərviz Bəy bu gözəl video üçün təşəkkürlər. Mən Tbilisi Dövlət Universtetində oxuyuram Stomotologiya Fakultəsində. 2 kurs tələbəsiyəm. Və indidən araşdırma aparıram Rezidenturanı Almanyada oxumaq istəyirəm. Bunun haqqda bir video çəkməyinizi xaiş edirəm. Sizcə Hansı Land müraciət və İlk başlanğıclar üçün daha yaxşıdır. Qəbul prosesləri , Təqaüd proqramları haqqda bir video gəlsə çox sevinərəm. Bəs sizcə rezidentura üçün Asan qəbul şərtləri olan Avropa ölkəsi hansıdır. Biraz tez olduğunu bilirəm. Amma Hazırlaşmaq plan qurmaq üçün heçvaxt tez deyil. Bir daha təşəkkürlər.

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 3 lety +1

      Salam Tayfun bəy, MDB dövlətlərinin diplomları demək olar Almaniyada eyni qaydada təstiqlənir. Rezidentura ilə bağlı VİDEO (czcams.com/video/M1kh2XecGtE/video.html) kanalımda mövcuddur. Hər landın öz bürokratik çətinlikləri var. NRW, Bayern və Brandenburg landlarında imtahanlar nisbətən çətin keçir. Əgər rezidenturaya gəlmək istəyirsizsə, bunun üçün təqaüdə ehtiyac yoxdu maaş alacaqsız. Digər EU ölkələri haqqında təcrübəm olmadığı üçün təəssüf ki ətraflı məlumat verə bilməyəcəm. Amma Almaniya ilə bağlı sizi maraqlandıran mövzuları qeyd edin video hazırlamağa çalışaram. Bir daha təşəkkürlər

    • @parvanamammadova5432
      @parvanamammadova5432 Před 2 lety

      Salam perviz bey, rezenturani almaniyada yoxsa bakida oxumaq ?hansina üstünlük vererdiniz?menim övladimda isteyir xahiş edirem imkan daxilinde cavablandirin.Almanca selist danişir.teşükkür

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety +3

      Almaniyada Rezidentura keçmək imkanı varsa əlbəttə Almaniya - müqayisə edilməz fərqlər var.

  • @fidanmammadli5620
    @fidanmammadli5620 Před 2 lety +1

    Salam. A1 ve A2 seviyyesini bilen biri Bu kurslarda B1 seviyyesinde baslaya biler? Yoxsa bildiyi halda mutleq ilk səviyədən baslamalidi?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety

      Bəli, bəzi kurslar Einstufungstest edib sizi yuxarı səviyyələrdən rahat qəbul edə bilir.

  • @raminrzayev1044
    @raminrzayev1044 Před 2 lety +1

    Doktor bloklanmiş hesab deyende pulu banka yerleşdirib arayiş alib vizani aldiqdan sonra bankdan onu cekmek olurda?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety +1

      Xeyir, əgər milli viza üçün müraciət edirsizsə, alman bankında blokla mış hesab istənir ki, oradan da yalnız ayda 970€ çəkmək imkanınız olur. Ümumi məbləği çəkmək mümkün deyil (buna görə bloklanmış hesab adlanır)

  • @zikoabbasli2786
    @zikoabbasli2786 Před 2 lety +1

    Salam Perviz bəy ilk öncə sizə belə bir maarifləndirici video üçün təşəkkür edirəm və bir sualımı zəhmət olmasa cavablandırıb izah edə bilərsinizmi sualım budurki məsələn mən bu il bitirdim müalicə fakültəsini diplomu götürməmiş 4 aylıq hospitalizasiya ala bildim və Almaniyanın hansısa bir şəhərinə gəldim.Ora gəldikdən sonra her ay üçün təxminən 4 min euro banka yatırdığım pulu xərcləyə bilərəmmi yoxsaki əlavə maddiyatım olmalıdır.Öncədən təşəkkürlər😊

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety

      Əlbəttə bank hesabınıza yatırdığınız pul sizə məxsusdur. Almaniyada xərcləyə bilərsiz.
      Qeyd: Hər ay üçün təqribən 1000 EUR gərəklidir.

    • @zikoabbasli2786
      @zikoabbasli2786 Před 2 lety

      @@ParvizRahimli cox sagolun minnetdaram😊

    • @zikoabbasli2786
      @zikoabbasli2786 Před 2 lety

      Bağışlayın narahat edirəm bəs hospitalizasiyanın müddəti nə qədər olmalıdı yəni hansisa bir limit varmı?Birdəki hospitalizasiyada qalmağa yer vere biləcək xəstəxananı tapçağın necəsə bir fəndi varmı ya bext məsələsidi

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety

      @@zikoabbasli2786 Hospitation haqqında bu məqaləmi oxuyun: is.gd/Lrmefw

    • @zikoabbasli2786
      @zikoabbasli2786 Před 2 lety

      @@ParvizRahimli Salam Pərviz bəy çox sağolun köməyiniz üçün oxudum məqaləni təşəkkür edirəm amma beynimdə bir iki sualım var onuda cavablandırsanız çox sevinərəm😊
      1)Məsələn mən bu ilin iyul ayında universiteti bitirdim və avqusta deyəkki diplomu almamış hospitalizasiyaya gedə bildim tutalım 4-5 ay hospitalizasiyada oldum və fsp imtahanı vermək qerarına gəldim onda necə etməliyəm bes

  • @niemand7519
    @niemand7519 Před 3 lety

    Salam doktor,necəsiniz?
    Berufserlaubnis haqqında soruşacaqdım
    Yəni bu imtahan necə keçir,nə kimi detallar yoxlanılır?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 3 lety

      Berufserlaubnis imtahan deyil ixtisas iş icazəsidir. Onu almaq üçün FSP imtahanı vermək lazımdı. FSP imtahanı vermiş həkimlərin videoları kanalda var.

    • @niemand7519
      @niemand7519 Před 3 lety

      @@ParvizRahimli çox sağ olun doktor😊💚

  • @lalexaliqverdiyeva3052
    @lalexaliqverdiyeva3052 Před 2 lety +2

    Salam.Almaniyada olarkan hansı 2 imtahanı verməliyiik?Deyəsən 2 il vaxtımız olur bunun üçün.Bir az məlumat verərsiniz?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety +3

      Doktor sualınız üçün təşəkkür edirəm.
      Alman dili B2 sertifikatı aldıqdan sonra FSP imtahanı (is.gd/4XdLU5) verirsiz və 2 illik BE alırsız (is.gd/A6Bjvq) bu müddət ərzində Approbation imtahana (is.gd/P25Uvv) hazırlaşmaq və vermək imkanınız olur.
      Ümumi gedişatı və ya mərhələləri bilmək üçün buradan (is.gd/uR80Wh) VIDEO baxa və məqaləni oxuya bilərsiz.
      Gələcəkdə yeni Videolardan xəbərdar olmaq üçün Kanala PULSUZ Abunə ola bilərsiz.

    • @lalexaliqverdiyeva3052
      @lalexaliqverdiyeva3052 Před 2 lety +2

      @@ParvizRahimli Cavabınız üçün minnətdaram.Hələki həkim deyil, tibb tələbəsiyəm.Mən cərrahiyəni istəyirəm.Sizcə xarici vətandaşın orda cərrah olması çox çətin olar?
      Kanalınıza abunə oldum, dəyərli məlumatlar üçün təşəkkürlər 🙏

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety +1

      @@lalexaliqverdiyeva3052 Oral cərrahiyyə üzrə Rezidentura üçün ümumi Stomatologiyada minumum 1 il rəsmi iş təcrübəniz olmalıdır. Vətəndaşlıqdan asılı olmayaraq hər kəs bu ixtisası seçə bilər. Ətraflı buradan oxuyun - is.gd/nQD8mW

    • @lalexaliqverdiyeva3052
      @lalexaliqverdiyeva3052 Před 2 lety +1

      @@ParvizRahimli Təşəkkürlər

  • @nazfarhadova7207
    @nazfarhadova7207 Před 2 lety +1

    Deyirler indi C1 seviyye istenilir.duzdu?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety +1

      Xeyir B2 səviyyə yetərlidir. Əlbəttə C1 olarsa sizin xeyrinizədir

  • @konuljafarova411
    @konuljafarova411 Před 3 lety +1

    B 2 seviyyem var. Ausbuldung ile gelmek olarmi? Nece gele bilerem? Aile ile mümkünmü?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 3 lety +1

      B2 səviyyəsi ilə Ausbildung gələ bilərsiz. Maaş aşağı olduğu üçün ailəni gətirmək çətin ola bilər

    • @konuljafarova411
      @konuljafarova411 Před 3 lety

      @@ParvizRahimli hem ailem hem özüm ausbuldung edersem 3 yşag da var münkünmü sizce? Mini job da işlesek? Nece tapa bilerem ausbuldung? Yaş heddi varmi? Eşitmişdim yoxdur yaş heddi

  • @lalegahramanova1214
    @lalegahramanova1214 Před 3 lety +2

    Alman dili ogrenmek ucun tovsiye ede bileceginiz kitablar varmi?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 3 lety +1

      Bəli, var Almaniyada Stomatologiya Facebook qrupumuzda 15 GB həcmində Alman dili kitabları paylaşmışam 😊

    • @lalegahramanova1214
      @lalegahramanova1214 Před 3 lety

      @@ParvizRahimli cox sagolun

  • @zoya3744
    @zoya3744 Před rokem

    Rezidenturaya qəbul olmaq üçün Azərbaycanda mütləq 1 il iş təcrübəm olmalıdır? Tələbə ola-ola da?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před rokem

      Bəli minumum 1 il təcrübə istənilir lakin bu təcrübə rəsmi və diplomdan sonra həkim kimi olmalıdır.

    • @zoya3744
      @zoya3744 Před rokem

      @@ParvizRahimli Onda universiteti oxuyarkən işləsəm heç, amma universitet boyu işləməyib bitirdikdən sonra işləməyə başlasam mütləq 1 il gözləməliyəm, düz başa düşdüm?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před rokem +1

      @@zoya3744 Diplomu aldıqdan sonra rəsmi işlədiyiniz müddət sizin həkimlik fəaliyyətiniz sayılır.
      Tələbə olduğunuz zaman nə işləsəniz da Səhiyyə Nazirliyi sizi həkim kimi tanımır. Bundan başqa az öncə də digər şərhinizə yazdım REZİDENTURAya sizin təcrübəniz olsa da Bakıdan qəbul ola bilmirsiz. Rezidentura rezidentura yaza yaza durmayın artıq 😅 ona qədər keçməli olduğunuz azı 2 illik bürokratik işlər və imtahanlar (FSP və Approbation) var. Bu müddət ərzində onsuz da o yuxarıda yazdığım təcrübəni ya Bakıda ya da Almaniyada yığmış olursuz 😊

  • @user-pe6ml3nl9l
    @user-pe6ml3nl9l Před 11 měsíci

    Salam Perviz bey,maraqlidir men 4 il rezidentura ve 3 ile yaxin da xestexanada stasionar terapevti,1 ilden choxdur da acil hekimi kimi bir ish tecrubem var,bunlarin ishe bashlamamda bir xeyri olacaq?yoxsa meselen men de hami qeder fsp imtahani gozeleyecem,hami qeder menden de staj teleb olunacaq?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 11 měsíci

      Əlbəttə təcrübənin sizə çox xeyri olacaq (iş tapmaqda, gündəlik iş yükü zamanı). Lakin bürokratik Sənədləşmə və imtahanlar (FSP, Approbation) hər kəsə standard tətbiq olunur. Bunun təcrübə ilə əlaqəsi yoxdur.

  • @yunisresulov1127
    @yunisresulov1127 Před 9 měsíci

    Salam...hekimlerin aylq geliri 2000£ duzdu?

  • @dukantelefon5270
    @dukantelefon5270 Před 2 lety +1

    Ingilis dili ile mumkun deyilki?😞

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 2 lety +3

      Xeyir, İngilis dili ilə Almaniyada həkim işləmək mümkün deyil

    • @dukantelefon5270
      @dukantelefon5270 Před 2 lety

      @@ParvizRahimli chox teshekkur edirem cavabladiginiz uchun choc sagolun

  • @dr.turalbayram3726
    @dr.turalbayram3726 Před 2 lety

    Tesekkur Dr.Yene de Danimarka ile muqayisede qiymetler sukurlukdur.
    czcams.com/video/rkj-YPiWnrA/video.html

  • @eltacmemmedov6452
    @eltacmemmedov6452 Před 3 lety +1

    Salam Pərviz bəy Mən Almaniyaya aus bildung oxumaq üçün gəlmək istəyirəm orda tibbi sığorta haqqında sənəd tələb olunduğu söylənir və 30.000 avrodan başlayır.İndi mənim 30.000 avrom olmasa ora gələ bilməyəcəm?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 3 lety +2

      Salam, siz doğru anlamamısız. O sığortaya sizin ödəyəcəyiniz məbləğ deyil. Səyahət sığortasının 90 günlük qiyməti 120-160 AZN arası dəyişir. Əgər bu müddət ərzində sizin sağlamlığınızla bağlı problem olarsa (qəza, zədələmə və s.) sığortanın sizin tibbi ehtiyaclarınızı ödəyəcəyi maksimum məbləğ 30.000$ olur.
      Bir sözlə vizaya müraciət edərkən sizdən bu məbləği qarşılayan Tibbi səyahət sığortanızın olması tələb kimi qoyulur.

    • @eltacmemmedov6452
      @eltacmemmedov6452 Před 3 lety

      @@ParvizRahimli Pərviz bəy həqiqətən çox sağolun məlumatınız üçün.Perviz bəy Bir sualım da var Men Almanyaya peşe oxumağa gəlmək üçün toplamda menə ne qədər məbləğdə pul lazımdı?yeni nə qədər məbləğe özümü hazır etməliyəm

    • @ayseozgur2267
      @ayseozgur2267 Před 3 lety

      @@ParvizRahimli salam mən də Almanyada peşə oxumaq istəyirəm Alman dilini b2 səviyyəsində bilirəm sənədlərin hamısı tam olsa Almanyaya gəlib orda peşə oxuya bilərəm? yəni viza almaq mümkündür?

    • @ParvizRahimli
      @ParvizRahimli  Před 3 lety +2

      Peşə təhsili vizası almaq mümkündür. Bunun üçün Almaniya Səfirliyinin tələb etdiyi sənəd siyahısını tamamlamalısız. Əlbəttə son qərarı səfirlik verir.

    • @eltacmemmedov6452
      @eltacmemmedov6452 Před 3 lety +1

      @@ParvizRahimli Pərviz bəy bütün bu sənədler tam olsa səfirlik yox deyə bilər ?bir de Pərviz bəy aus bildung oxumaq üçün dondurulmuş bank hesabında pul olmalıdı?