Dövlət başçısı Şuşada bulaq ərazilərinə baxış keçirdi - APA TV

Sdílet
Vložit
  • čas přidán 21. 12. 2023
  • #APATV #Prezident #İlhamƏliyev #Qarabağ #Şuşa #Turşsu #Saxsı #bulaq #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Saxsı” bulağında olub. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.
    Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şuşalıların və şəhərin qonaqlarının diqqət mərkəzində olub. İnsanlar bu əraziyə istirahət etmək üçün üz tutublar. Əvvəllər qayadan süzülən su sonradan metal boruya salınıb və daim axır. Bulaq hazırda mövcuddur. Şuşa şəhəri işğal olunanadək bulağın üstündə restoran inşa edilib. Bəzi məlumatlara görə, bulaq metal boruya salınmamışdan əvvəl qayadan çıxan su qədim saxsı borudan süzülüb gəldiyi üçün bulağa insanlar arasında “Saxsı” bulaq adı verilib və bu ad günümüzə qədər gəlib çatıb. Şuşa şəhəri işğal ediləndən sonra ərazi uzun illər baxımsız qalıb, restoranın binası yarıuçuq vəziyyətə salınıb.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında da olub. Dövlətimizin başçısı bulaq ərazisinə baxış keçirdi.
    Məlumat verildi ki, meşənin daxilində mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər.
    Qeyd olundu ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi var. Turşsu qəsəbəsinin yaxınlığındakı bu bulağın suyu fasilələrlə - təxminən bir saatdan da artıq müddətdən bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu su ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.
    Rayon ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Bu bulaqlardan karbon turşulu-hidrokarbonatlı-natriumlu “narzan” tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: czcams.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 21

  • @Lkadund
    @Lkadund Před 7 měsíci +3

    Hemen orda birr otel mütleqq tikmeyy lazmdrr

  • @user-bh4od8xe9y
    @user-bh4od8xe9y Před 7 měsíci +10

    Tez bulaqlarin agzini baglayin,yoxsa millet istifade eder pulsuz.

  • @xeyyamhuseynov-hi3uq
    @xeyyamhuseynov-hi3uq Před 7 měsíci +4

    Zarıslı bizim kənddi saxsı bulaq restoranı Cavanşirin olub bütün Şuşa camaatı bilir

    • @Azerisafety
      @Azerisafety Před 6 měsíci +1

      Şuşaya su Zarıslıdan gedirdi sovet vaxtı?
      Şuşadakı sanatotiyalara su hardan gedirdir?

  • @aliyev3269
    @aliyev3269 Před 7 měsíci +2

    Camaata musiqi təqdim etmiyin danışığı verin, bunedi belə

  • @zeynalagayev4816
    @zeynalagayev4816 Před 7 měsíci

    ❤❤❤🎉

  • @user-zw4fw4rx4h
    @user-zw4fw4rx4h Před 2 měsíci

    Супер спасибо вам огромное ИЛЬХАМ АЛИЕВА УЗУН Омур 🙏🏼🙏🏼🙏🏼 чан сена Гурбан Азербайджан 🇦🇿🇹🇷

  • @Lkadund
    @Lkadund Před 7 měsíci +1

    ilahii ne möhteşem m hadisee olubb. Bir gunde inşəAllah şorr bulaģa gederr.

  • @ehtiramkrimov387
    @ehtiramkrimov387 Před 2 měsíci

    Allah səni qorusun gənab ali baş kamandir

  • @amiraslan8710
    @amiraslan8710 Před 7 měsíci +2

    Allah varsa belə prezidentin ömrünü saxsıya çevirsin. Məzlumların ahı ilhama yar yoldaş olsun.

  • @user-tg1mw8dm1u
    @user-tg1mw8dm1u Před 7 měsíci

    Сибир саламы

  • @mesumaiskenderova3855
    @mesumaiskenderova3855 Před 7 měsíci +3

    Allah qorusun

  • @elmirbesirov4036
    @elmirbesirov4036 Před 7 měsíci +1

    susalaral lap birezden olacaq sivitoy

  • @ali.739
    @ali.739 Před 7 měsíci

    Nə gözəl nə gözəl! Bəh bəh! Əla

  • @user-yf8gv9nu5s
    @user-yf8gv9nu5s Před 7 měsíci

    Бунлары гостармийин,азар су готурачак оз балансына.

  • @Qreciya
    @Qreciya Před měsícem +1

    🇹🇷🤝🇦🇿✊

  • @sanaturk9684
    @sanaturk9684 Před 7 měsíci +4

    Prezidentin maşınına gözüm düşüb çoxdan!

  • @user-ty6kr6wi9z
    @user-ty6kr6wi9z Před 4 měsíci

    ✊✊✊🤘🤘🤘👍👍👍🐺🐺🐺🐺🐺✊🇦🇿

  • @serhadaliyev6384
    @serhadaliyev6384 Před 7 měsíci +1

    Halaldır bu yaşda dayanmır işləyir bütün günü bolgelerde

  • @Rsb306
    @Rsb306 Před 27 dny +1

    Şuşa. Rayonun Turşsu qəsəbəsinin yanında gözəl bulaqlardan biri də " Çarıq "
    bulaqdır . Sarı baba dağınındö.ündən çıxır . Yayda
    Yüzlərlə onun ətrafında istirahətə. Gələnlər çadır. qurardılar .
    Mən həmin bulaq əsirlikdə
    Qalanda şerlərimin birində
    Yaz mışdım :
    ... Çarıq bulaq indi dönüb ďaş
    olub
    Nənələrin gözlərində yaş olub
    Gözəl Şuşam bu Vətənə qaş
    olub
    Ağla , Laçınım , ağla !!! ...
    Səfərov Rəhman. Bəhmənoğlu