Orxan Zeynallı - Torpaqdan Ev (Rəsmi Audio)

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • Orkhan Zeynalli-nın “Torpaqdan Ev” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya CZcams-da abunə ol: mikpro.az/ozey...
    Kover Foto: Vüsal Rüstəmov
    Miksinq və masterinq: Adil Nəcəfov
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Nəqərat]
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ
    [Bənd 1]
    Salam, əsgər, danışır vətən, sağ ol ki, varsan
    Bünövrəsi millət olan evdə sən bil ki, divarsan
    Həm oğulsan, həm ata, həm qardaş, həm də ki, yarsan
    Bilirdim gələcəksən, 30 ildir tərki-diyarsan
    Döyüşə gedir igidlər, gedir ömürlük yurda
    Əmrini verir komandir, qışqırır bölük - “burda”
    92 fevralında qar içində qaçan körpələr
    Əridib buzları içində, böyüyüb, dönüb qurda
    Döyüşə gedir igidlər, qulaqlarında - Dəyirman
    “Ya Qarabağ, ya ölüm”, “Kor zabit”, Okaber - “Taboo”
    “Guantanamera” - marş, igid əsgər - “Şəmistan”
    Sənə hər an can qurban, sən olasan gülüstan
    Nigaran ananın göz qapaqlarında gir islan
    Əllərindən öpürəm, ana, qəlbində bitsin üsyan
    Doğşun günəş camalında, kəsilsin əbədi leysan
    Oğlun bitirdi hicranı, evinə dönür gör neçə insan
    [Nəqərat]
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ
    [Bənd 2]
    Bağışlasın şəhid anaları qələbə sevincimizi
    Şad olur ruhlar düşmənin yerə dəyincə dizi
    Sizin göz yaşlarınıza qurban hər nəfəsimiz
    Xeyirin açarı bizdədir, açılır şər qəfəsimiz
    Vicdanım vermir izn qürbətdən döyüşə səsləyim
    Yazmaq asandır mahnılar isti otaqlardan
    Ədalət eşdi də qoymur yazım, “döyüşü kəs” - deyim
    Sizin silah üstün qələmdən soyuq torpaqlarda
    Könüllü gənclər küçədə, əyilməz ordu bizdə
    Bu döyüş Mübarizin adına layiq sonluq istər
    Yaxşı ki, var idin, Çingiz, bu tarix sənlə başladı
    Cəbhədə demir heç kim, bu gün - “qayıdın, nə olub sizə…”
    Döyüş başlar, masalar boşalar, danışıq bitər
    Həsrətin üzdüyü torpaqlarımıza qayğı verək
    Qulaqlarını aç, Qarabağ, danışır vətən
    Qapını aç, Qarabağ, övladların qayıdır evə
    [Nəqərat]
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ
    Orkhan Zeynalli tərəfindən ifa olunan “Torpaqdan Ev” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2020
    Etiketlər:
    #OrkhanZeynalli #TorpaqdanEv #mikpro

Komentáře • 2,5K

  • @prangamania13
    @prangamania13 Před 3 lety +1830

    Olmaz bir qarışından düşmənə pay, Qarabağ.
    Çox gözəldir, çox.

    • @oksigenoksigen4252
      @oksigenoksigen4252 Před 3 lety

      ❤️

    • @TD_Hacker
      @TD_Hacker Před 3 lety

      czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZch/video.htmlttps://czcams.com/video/QMb3mllieZc/video.html
      Vaxtınız olsa Bunu dinləyin və like atın

    • @kenaneyubzade8387
      @kenaneyubzade8387 Před 3 lety +3

      Cox uzr isteyirem bidenede qarabaga aid bir rap var radioda qulaq asmisdim lakin burdan tapa bilmirem bidene neqareti yadimdadi bele idi tut sesimi avropadan asiyadan bele baslayirdi zehmet olmasa onu tapmaga komeklik gosteresiniz

    • @gularbabayeva6189
      @gularbabayeva6189 Před 3 lety

      @@kenaneyubzade8387 Bəlkə "Tuncer Ali-Vur Afrindeyiz"di? Orda belə demirdi amma bir az yaxınlığı var

    • @kenaneyubzade8387
      @kenaneyubzade8387 Před 3 lety

      @@gularbabayeva6189 xeyir xanim o deyildi bizimki oxuyurdu cavan oğlan səsidi rap oxuyurdu Qarabağ haqqinda

  • @adkd85
    @adkd85 Před 3 lety +2448

    İlk dəfə Xocalının Çanaqçı kəndindən Şuşaya gedən yolda qulaq asmışdıq radioda. Çox əla trackdı, var ol Orxan!

    • @rahman_qocali
      @rahman_qocali Před 3 lety +58

      Allah sizləri qorusun vətənin igid oğulları.🇦🇿

    • @shefavaliyeva4990
      @shefavaliyeva4990 Před 3 lety +34

      Allah sizi hemise var elesin🤲❤

    • @kratoc3192
      @kratoc3192 Před 3 lety +21

      Sende olmusan canaqci da susa ya geden yolda 🚬🚬👍🚬👍👍👍👍👍

    • @leylaxan_
      @leylaxan_ Před 3 lety +13

      Görün, necə möhtəşəm məqamdır.

    • @orkhangasimov4686
      @orkhangasimov4686 Před 3 lety +19

      O zaman ora gedende bu tracka yolda qulaq asmagin verdiyi hissi sizle birlikde yasamaq ucun omrumun 10 ilini vererdim.

  • @rasimatakisizade8067
    @rasimatakisizade8067 Před 3 lety +924

    Karuselə mindim Mavi qızılgülləri dərdim,hekayədəki əsgər kimi sevdim,indiysə cəbhədəyəm torpaqdan ev düzəldirəm.

    • @gulnaremeherremli0831
      @gulnaremeherremli0831 Před 3 lety +27

      Dərin məna, təşəkkür ♥️🇦🇿

    • @raminhuseynli6755
      @raminhuseynli6755 Před 3 lety +6

      🤝

    • @samir.mirzayev
      @samir.mirzayev Před 3 lety +5

      👍🌹

    • @turalmemmedov7658
      @turalmemmedov7658 Před 3 lety

      czcams.com/video/bys3QXyaoJw/video.html okaber insan dedilər analiz her bir setr arasdırılıb analiz edilib trekdeki mənaların derinliyinə inana bilmiyeceksiz. İzliyib eger xosnuza gəlsa bəyənərsiz zəhmət olmasa

    • @karabakhazerbaijan2936
      @karabakhazerbaijan2936 Před 3 lety +11

      Gorduyum en gozel serhlerden biri👍👍👍❤

  • @taliblifirdovsi
    @taliblifirdovsi Před 3 lety +4264

    Ermənilərin evindən köhnə nokia tapmışdıq birdə qırıq qulaqlıq. Ama bunun fərqi yox idi. Çünki radio işləməsi üçün qulaqlıq taxılmalıydı onsuz sonra səsi xaricə verirdik. Qulaqlıqları antena kimi istifadə edib dalğanın yaxşı tutduğu vəziyyətdə kola ilişdirimişdik. Elə yerdəydik ki set də tutmurdu. Olan bitən hər şeyi xırıltılı radiodan dinləyirdik. Birinci dəfə onda eşitdim radiodan bu mahnını. Bütün gecə radio yanılı qaldı qulağım ancaq bu mahnını axtarırdı. Cəmi 3 dəfə qulaq asa bildim. Sadəcə nəqarət yadımda qalmışdı əsasda "Olmaz bir qarışından düşmənə pay Qarabağ". Bütün döyüş boyu, irəlilədikcə, dağlara qalxınca tez tez bu sözü xatırlayırdım. İndi yaralanmışam xəstəxanada yenə qulaq asıram bu mahnıya və indi əzbərləmişəm. Sağlıb cəbhəyə qayıdanda artıq mahnı əzbərimdə olacaq. Təşəkkürlər Orxan bu mahnı ilə cəbhədə mənə əlavə stimul verdin.

    • @minamammadli4734
      @minamammadli4734 Před 3 lety +73

      Allah kömeyiniz olsun. Sağ salamat qayıdasınız🙏🏻 Əməyiniz ödənməz🙏🏻

    • @meleykemeleyke3436
      @meleykemeleyke3436 Před 3 lety +37

      Allah qorusun sizi İgidlər!

    • @goychakimanova8563
      @goychakimanova8563 Před 3 lety +44

      Allah shefa versin !!! Siz bizim xalga en boyuk xoshbextliyi insa edirsiz, sizin sayenizde hec olmamis birlik yaranib xalgda. Siz veten,ev,yuva hesreti ceken insanlara umudsuz..Hamimizin ureyi dualari sizledi.Her gece sehidlerimize rehmet, sizlere sefa guc arzulayiram, dualar oxuyuram. Her zeferinizde hamimiz sevincden cosuruq.Her biriniz choooox deyerlisiz ve biz hamimiz size borcluyuq ! Unutmayin siz tarix yazirsiz hem de Sanli, qururlu tarix. Siz qehremansiz ! Bundan sonra Azerbaycanda chox shey deyiesecek yaxsiya dogru ve siz temelini atirsiz bunun. Motivasyaniz, gucunuz hec bitmesin. Yaninizdayiq herrr zaaamaannn!))) Sayenizde her shey yaxsi olacag🙏Minnetdaramm size.

    • @ezizdeniz3411
      @ezizdeniz3411 Před 3 lety +22

      ❤️Sizinle fexr edirik❤️

    • @ayxanmamedov1162
      @ayxanmamedov1162 Před 3 lety +28

      Maraqli kitab yaza bilersen)))

  • @iam.alone.
    @iam.alone. Před 3 lety +953

    Qardaşım daxil olmaqla 30 ildə erməni gülləsindən şəhidlik zirvəsinə ucalan bütün qardaşlarımızın ruhu şad olsun

  • @GAME-tk7uo
    @GAME-tk7uo Před 3 lety +668

    "Bağışlasın Şəhid Anaları
    Zəfər Sevincimizi..."

  • @ceferseferli6368
    @ceferseferli6368 Před 3 lety +816

    Mən fəxr edirəm ki, 2-ci Qarabağ muharibəsində iştirak etmişəm.

    • @oksigenoksigen4252
      @oksigenoksigen4252 Před 3 lety +12

      FEXRIMIZSEN FEXRIMIZSIZ QARDAS QARSINDA BASH.EYIREM ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN 🙏😓

    • @TURANXAN
      @TURANXAN Před 3 lety +14

      O halda bizdə səninlə fəxr edirik 🙂

    • @mgdtht7547
      @mgdtht7547 Před 3 lety +7

      Var olun

    • @mecnunhaciyev331
      @mecnunhaciyev331 Před 3 lety +3

      Sizin haminiza biz ana,bacilar qurban....Bu hissleri bize yaşatdiniz Allah sizleri qorusun! Amin!

    • @vaqifvilayetli
      @vaqifvilayetli Před 3 lety +3

      Bizdə sizinlə fəxr edirik.

  • @vusal_ahmdv
    @vusal_ahmdv Před 3 lety +913

    Şuşanın azadlığında bunu dinləmək ayrı sevinc hissi verir

    • @Tural_Muallim
      @Tural_Muallim Před 3 lety +3

      czcams.com/video/bys3QXyaoJw/video.html okaber insan dedilər analiz her bir setr arasdırılıb analiz edilib trekdeki mənaların derinliyinə inana bilmiyeceksiz. İzliyib eger xosnuza gəlsa bəyənərsiz zəhmət olmasa

    • @eshrefm1609
      @eshrefm1609 Před 3 lety +13

      Bir də o əməliyyatın özündə iştirak edən birisinin azadlığındn sonra dinləməsini təsəvvür et)

    • @pervinseyidov5522
      @pervinseyidov5522 Před 3 lety +4

      300-cü layk )))

    • @royanebabayeva2463
      @royanebabayeva2463 Před 3 lety +3

      Düzdür

  • @raufpashayev5456
    @raufpashayev5456 Před 3 lety +1030

    Şuşada oturub buna qulaq asıram!!18.12.2020 "Olmaz bir qarışından düşmənə pay Qarabağ"!

  • @yunusemreyldz7711
    @yunusemreyldz7711 Před 3 lety +1073

    20 yıldır rap kültürünün içindeyim ilk defa bir parçada ağladım yüreğine kalemine sağlık adam .CAN QRABAG 🇹🇷🇦🇿

  • @user-vk3hd3me2u
    @user-vk3hd3me2u Před 3 lety +762

    Привет из Беларуси ⚪️🔴⚪️ .Карабах Азербайджан 🇦🇿. Мои поздравления ⚪️🔴⚪️ 🇦🇿🇹🇷

    • @nicatqurbanov2207
      @nicatqurbanov2207 Před 3 lety +12

      Дзякуй. Будзьце моцныя, пажадайце вам поспеху ў барацьбе за дэмакратыю

    • @nihathesenli9235
      @nihathesenli9235 Před 3 lety +6

      Spasibo balşoy❤

    • @pokerpoker2058
      @pokerpoker2058 Před 3 lety +3

      ❤️✋

    • @favhrmsc4455
      @favhrmsc4455 Před 3 lety +4

      Живе Беларусь! Красивая страна-красивые люди!

    • @dasoo9065
      @dasoo9065 Před 3 lety +4

      Благодарим вас , наши верные друзья

  • @montblack9425
    @montblack9425 Před 3 lety +652

    Şuşada mewede oturmuwduq axwam hucma kececekdik radionu acdiq bu mahniya qulaq asdiq dahada guc geldi bize oprem sizi😘❤

    • @selalekerim5258
      @selalekerim5258 Před 3 lety +11

      Azərbaycanın igid ƏSGƏRLƏRİ,ŞƏHİDLƏRİ,QAZİLƏRİ😎♥️♥️♥️haqqınızı halal edin bizlərə

    • @cityzenoftheworldbaku6410
      @cityzenoftheworldbaku6410 Před 3 lety +9

      bunu oxuya bildimse sevindim!!

    • @chinaranagiyeva912
      @chinaranagiyeva912 Před 3 lety +8

      Var olun!!! Teshekkur edirik!!! Firavan həyat arzulayıram sizə!!! Bashimizi uca tutan mərd qardaşımın!!! Bashiniz DAİMA uca olsun

    • @montblack9425
      @montblack9425 Před 3 lety +4

      @@chinaranagiyeva912 cox sagolun

    • @fridrsulov3223
      @fridrsulov3223 Před 3 lety +4

      Qardas ellerinizden opurem.Haqqiniz odenmez!

  • @gulisgndr8871
    @gulisgndr8871 Před 3 lety +711

    "Vicdanım vermir izin,
    Qürbətdən döyüşə səsləyim." Elə buna görə də Orxan. 🤍

    • @asifqmbrli4253
      @asifqmbrli4253 Před 3 lety +10

      Dara bak azerbaycandır aferin Azeri oğullarına kardeşlerimize esk olsun Biz topraklarımızı kimseye vermeyeceğiz şehitlerimize rahmet olsun Şehit analarının gözyaşları yerde kalmayacak şehitlerimizin kanı yerde kalmayacak Yaşasın Azerbaycan

    • @askermamedovhd5488
      @askermamedovhd5488 Před 3 lety

      czcams.com/video/8PHCRhkAVOw/video.html dostlarimizin Qarabag haqda yazdigj bu treki dinlemeyi tovsiyye edirem.

    • @huseynmusic3121
      @huseynmusic3121 Před 3 lety

      Qarabağa ait Trek👇 Süper
      Əzizlərim Like,Koment,Kayd atın xayiş
      czcams.com/video/cbs07ySPmoc/video.html

  • @aygulmustafazad9185
    @aygulmustafazad9185 Před 3 lety +333

    Mənim məktəb yoldaşım şəhid oldu, Ələkbər, ailəsinə başsağlığı verməyə getmişdik, anası dedi ki, oğlum Çingizin "ana mən şəhid oldum" mahnısını dinləyirmiş tez-tez, deyirmiş ki, şəhid olsam, bu mahnını dinləyib məni xatırlayarsız. Tovuz hadisələrindən sonra, o mitinqin sabahısı günü getdib könüllü yazılmışdı. Çox ünsiyyətim yox idi, amma bilirəm ki, hədsiz vətənpərvər idi. Əgər sağ olsaydı, əminəm ki bu track'i çox bəyənərdi, dinləyəndə istəmsizcə onu xatırladım :( Allah bütün şəhidlərimizə rəhmət etsin

  • @sadckanal1107
    @sadckanal1107 Před 3 lety +206

    Biz Lacin dəhlizinə Girene yaxın Müharibə qutardı..Ama Qubadlıda döyüşərken ən çox dinlədiyimiz mahnı Tələs Azərbaycan əsgəri olmuşdu

  • @alexandruungureanu6100
    @alexandruungureanu6100 Před 3 lety +732

    Qrabag 🇲🇩❤️🇦🇿

  • @shamsfaraj5367
    @shamsfaraj5367 Před 3 lety +310

    "Yaxşı ki, var idin, Çingiz
    bu tarix sənlə başladı"
    Möhtəşəm!🇦🇿

    • @ismailkerimli9596
      @ismailkerimli9596 Před 3 lety +9

      Cəbhədə demir heç kim bu gün “qayıdın nə olub sizə”

    • @orhanafacan7443
      @orhanafacan7443 Před 3 lety +3

      ERMENİ HALKININ DEĞİL BU SAVAŞ

      Saldırıya Bugün Gence Tutuldu
      Sivil yaralandı, şehitler oldu.
      Binalar yıkıldı, enkazı buldu
      Sihalar peşpeşe bir uçuruldu.
      Düşman hedefleri tek tek vuruldu
      🇹🇷
      Enkazın altında nice canlar var.
      Ölmeden ölümle yaşanan anlar.
      Katliamı görün, görün insanlar
      Olaylar anında canlı yayında.
      Dondurur kanını damarlarında.
      🇹🇷
      Ermeni halkının değil bu savaş.
      Ermeni halkın da az yemeğe aş
      Ermeni ananın gözlerinde yaş.
      Vermede canını kara toprağa
      Yakındır azadlık gör Karabağ ‘a
      🇹🇷
      Orhan Afacan İzmir. 17.10.2020

    • @cosqunmemmedov1548
      @cosqunmemmedov1548 Před 3 lety

      @@orhanafacan7443 ehsen

    • @askermamedovhd5488
      @askermamedovhd5488 Před 3 lety

      czcams.com/video/8PHCRhkAVOw/video.html dostlarimizin Qarabag haqda yazdigj bu treki dinlemeyi tovsiyye edirem.

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +1

      ✓ Cübbeli Ahmet Hoca
      ✓ Kerem Önder
      ✓ Hüseyin Çevik
      ✓ İhsan Şenocak
      Bu kanallar çox faydalıdır . Allah rızası üçün qulaq asın 🕋

  • @aysuism842
    @aysuism842 Před 3 lety +314

    '92 fevralında qar içində qaçan körpələr
    Əridib buzlar içində
    Böyüyüb dönüb qurda💙🇦🇿✊🏻

  • @tomreddl2837
    @tomreddl2837 Před 3 lety +125

    Qubadlida hal hazirda qulaq asiriq bu mahniya. Amma canli belke ne vahtsa qulaq asa bildik

    • @chinaranagiyeva912
      @chinaranagiyeva912 Před 3 lety +4

      Var olun qardaşım!!! Fəxr edirik sizinlə! Canavarlarimiz!!! Teshekkur edirik! Vətən sizin ürəyinizdən başlayır!

  • @fuadmemmedov3157
    @fuadmemmedov3157 Před 3 lety +207

    salam mende bu doyuwde Qrat tuslayicisi olaraq doyusdum ve bundan qurur duyuram allah sehidlerimize rehmet elesin.

    • @chinaranagiyeva912
      @chinaranagiyeva912 Před 3 lety +2

      Can!!! Var olun!!!

    • @mecnunhaciyev331
      @mecnunhaciyev331 Před 3 lety +1

      Size canimiz qurban....yazilarinizi oxuduqca insan sevinir qeyretli ogullar...Allaha sonsuz Hemd olsun sag qayitmisiniz...Allah qorusun haminizi.

    • @fuadmemmedov3157
      @fuadmemmedov3157 Před 3 lety

      @@mecnunhaciyev331 təşəkkür edirəm.millətimə tək canım qurban.

  • @nazrinafandiyeva3617
    @nazrinafandiyeva3617 Před 3 lety +282

    "Bağışlasın şəhid anaları qələbə sevincimizi" 🖤🇦🇿

  • @knikdiogen3943
    @knikdiogen3943 Před 3 lety +391

    Bu döyüş Mübarizin adına layiq sonluq istər. 🇦🇿

    • @huseynmusic3121
      @huseynmusic3121 Před 3 lety

      Qarabağa ait Trek👇 Süper
      Əzizlərim Like,Koment,Kayd atın xayiş
      czcams.com/video/cbs07ySPmoc/video.html

    • @orkhanguliyev6800
      @orkhanguliyev6800 Před 3 lety +1

      Yerine yetdi 🇦🇿👍

    • @vusaleqafarova6086
      @vusaleqafarova6086 Před 3 lety +1

      mence ele oldu :)

    • @knikdiogen3943
      @knikdiogen3943 Před 3 lety +1

      Hə, sözsüz🌹

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +3

      ✓ Cübbeli Ahmet Hoca
      ✓ Kerem Önder
      ✓ Hüseyin Çevik
      ✓ İhsan Şenocak
      Bu kanallar çox faydalıdır . Allah rızası üçün qulaq asın 🕋

  • @togrulqasimov3966
    @togrulqasimov3966 Před 3 lety +74

    Fəxr edirəm ki, mənim də payım oldu işğaldan azad olunmasinda Vətən torpaqlarının.... Gəncədən Nəsirov

  • @vloqBanuEylenceli
    @vloqBanuEylenceli Před 3 lety +158

    QAPINI AÇ QARABAĞ, ÖVLADLARIN QAYIDIR EVƏ..!!!🇦🇿🤲❤️

  • @rufatbaghirov8493
    @rufatbaghirov8493 Před 3 lety +197

    LYRİCS! LYRİCS! LYRİCS!
    Əvvəla təşəkkürlər Orxan, qürbətdə olsan da, bu günlərdə sənətini vətən üçün istifadə edirsən. Əlindən gəldiyi halda bunu etməyənlərin olduğu vaxtda, sənə bütün Azərbaycan adından minnətdarıq! Hörmətlər♥️
    LYRİCS! (Səhvlərim varsa üzrlü sayın, reply edin, redaktə edəcəm)
    .
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ!
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ!
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?!
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ!
    .
    Salam əsgər, danışır Vətən,
    "Sağ ol ki, varsan
    Bünövrəsi millət olan evdə,
    Sən bil ki, divarsan.
    Həm oğulsan, həm ata, həm qardaş,
    Həm də ki, yarsan.
    Bilirdim gələcəksən,
    30 ildir tərki diyarsan".
    Döyüşə gedir igidlər,
    Gedir ömürlük yurda.
    Əmrini verir komandir,
    Qışqırır bölük, "burda".
    92 fevralında qar içində qaçan körpələr,
    Əridib buzları içində, böyüyüb, dönüb qurda.
    Döyüşə gedir igidlər,
    Qulaqlarında Dəyirman
    Ya Qarabağ, ya ölüm,
    Kor zabit,
    Okaber- taboo,
    Guantanamero
    Marş igid əsgər, Şəmistan
    Sənə hər an can qurban
    Sən olasan gülüstan
    Nigaran ananın göz qapaqlarında gir islan.
    Əllərindən öpürəm ana, qəlbində bitsin üsyan,
    Doğsun günəş camalında, kəsilsin əbədi leysan.
    Oğlun bitirdi hicran
    Evinə dönür gör neçə insan.
    .
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ!
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ!
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?!
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ! (×2)
    .
    Bağışlasın şəhid anaları qələbə sevincimizi,
    Şad olur ruhlar düşmənin yerə dəyincə dizi.
    Sizin göz yaşlarınıza qurban hər nəfəsimiz,
    Xeyirin açarı bizdədi, açılır şər qəfəsimiz,
    Vicdanım vermir izin, qürbətdən döyüşə səsləyim,
    Yazmaq asandı mahnılar isti otaqlardan
    Ədaləti eşqi də qoymur yazım, döyüşü kəs deyim
    Sizin silah üstün qələmdən, soyuq torpaqlarda
    Könüllü gənclər küçədə,
    Əyilməz ordu bizdə.
    Döyüş Mübarizin adına layiq sonluq istər,
    Yaxşı ki, var idin Çingiz, bu tarix sənlə başladı
    Cəbhədə demir heç kim bu gün, "qayıdın nolub sizə"
    Döyüş başlar, masalar boş olar
    Danışıq bitər.
    Həsrətin üzdüyü torpaqlarımıza qayğı verək
    Qulaqlarını aç Qarabağ,
    Danışır vətən,
    "Qapını aç Qarabağ, övladların qayıdır evə"
    .
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ!
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ!
    De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?!
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ! (×2)

  • @foryoutube1tube443
    @foryoutube1tube443 Před 3 lety +536

    Qarabagi tam aldigimiz gun bu commenti gorenler like elesin bir de girim qulag asim bu treyke👍🏻

  • @ahy4219
    @ahy4219 Před 3 lety +125

    Çok güzel, belki 10 kez dinledim. 30 yıl önce kar içinde kaçan körpeler kurt olup geri döndüler.

  • @cosqunagazad7165
    @cosqunagazad7165 Před 3 lety +186

    2 gündü təxris olmuşam, bütün könüllü cəbhə yoldaşlarıma salam olsun, yaralılara şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm...

    • @gulnarmmmdova2627
      @gulnarmmmdova2627 Před 3 lety +2

      Allah qorusuun hər birinizi♥️

    • @mecnunhaciyev331
      @mecnunhaciyev331 Před 3 lety +1

      Allaha sonsuz Hemd olsun qayitmisiniz...Allah bütün esger ve zabitlerimizi qorusun! Amin! Sizlere sevgimiz,hörmetimiz sonsuzdur bizlere yaşatdiniz bu xöşbextlik, qurur hissleri üçün, Allahım bütün canindan,qanindan kecen Ogullarimiza rehmet elesin! Qalanlari xöşbext, saglam ömür versin! AMIN!

    • @feqanbabayev9876
      @feqanbabayev9876 Před 2 lety +1

      Və aleykum salam qardaw

  • @silentrevolution9162
    @silentrevolution9162 Před 3 lety +367

    38 yaşım var, ehtiyat zabitəm və inanın ki, gözümdən yaş necə axır, çox mükəmməldir, halal olsun Orxan Zeynallı sənə..Bu şansı qaçırmaq istəmirəm, ümid edirəm ki, tezliklə Hərbi-Çağırış Əmri mənə də gələcək.
    Bu iradım üçün üzr istəyirəm, şəxsi fikrimdir. kaşki Verse-də Aprel döyüşlərindən və Tovuz hadisələrindən 2-cə sətr deyəydin. Xronoloji ardıcıllıq üçün.
    D.N: Möhtəşəm, mükəmməl alınıb, söz tapa bilmirəm.

  • @sssssssssjsbsn1
    @sssssssssjsbsn1 Před 3 lety +116

    Bildirim gəldi inanmadım.. biz həmişə burdayıq..
    Qapını aç Qarabağ övladların qayıdır evə🇦🇿✊
    #KarabakhisAzerbaijan

  • @meczupsaylr771
    @meczupsaylr771 Před 3 lety +50

    Ozan Arif’in Ya Karabağ Ya Ölüm şiirini bir çok şarkıcı seslendirdi. Hepsi çok güzeldi. Başka Karabağ şarkıları da yapıldı. Ama bu benim en çok sevdiğim. Kalemine , sesine kuvvet Orxan. OLMAZ BİR KARIŞINDAN DÜŞMANA PAY KARABAĞ !!!

  • @zuleykhaa
    @zuleykhaa Před 3 lety +153

    "Bağışlasın şəhid anaları qələbə sevincimizi".
    ŞUŞA'nın dağları başı dumanlı. 8 noyabr. Zəfər günləri.!❤

    • @zuleykhaa
      @zuleykhaa Před 3 lety +1

      Və zəfər bizimdir. ZƏFƏR günümüz mübarək.❤

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +1

      ✓ Cübbeli Ahmet Hoca
      ✓ Kerem Önder
      ✓ Hüseyin Çevik
      ✓ İhsan Şenocak
      Bu kanallar çox faydalıdır . Allah rızası üçün qulaq asın 🕋

  • @gladiator7937
    @gladiator7937 Před 3 lety +161

    Tüm Azerbaycanlı kardeşlerime selam olsun 🇹🇷🇦🇿

  • @arzujabrayil4070
    @arzujabrayil4070 Před 3 lety +401

    Cəbhədə demir heçkim bugün
    “Qayıdın nolub sizə?”

    • @Xan-kn8ii
      @Xan-kn8ii Před 3 lety +8

      Yalnız irəli!!! Evə qalib əsgər kimi dönəcəyik...

    • @leynixx
      @leynixx Před 3 lety +7

      Çingiz Mustafayev🇦🇿

    • @raminbesirov4667
      @raminbesirov4667 Před 3 lety

      Cebe haqnda burda danşmaq olmaz

    • @metanetqarayeva1224
      @metanetqarayeva1224 Před 3 lety

      Cox wukur

    • @turalmemmedov7658
      @turalmemmedov7658 Před 3 lety

      czcams.com/video/bys3QXyaoJw/video.html okaber insan dedilər analiz her bir setr arasdırılıb analiz edilib trekdeki mənaların derinliyinə inana bilmiyeceksiz. İzliyib eger xosnuza gəlsa bəyənərsiz zəhmət olmasa

  • @aytacbextiyarli6945
    @aytacbextiyarli6945 Před 3 lety +76

    "Şəhid Anaları bağışlasın qələbə sevincimizi..."

  • @attilahun3344
    @attilahun3344 Před 3 lety +91

    Türkiye den sevgiler Selamlar olsun 😍 Kan kardeşlerimize,ihtiyaç halinde her zaman Şanlı vatan Can Azerbaycan 🇦🇿 ❤️ Çağır Gelim!

  • @Gulyahsnva
    @Gulyahsnva Před 3 lety +102

    Bu döyüş MÜBARİZ'İN Adına Layıq sonluq istər...❤🇦🇿❤

    • @azizganbarov5035
      @azizganbarov5035 Před 3 lety

      Qəşəng sözdü☝🏻

    • @filmtv8964
      @filmtv8964 Před 3 lety

      👍

    • @turalmemmedov7658
      @turalmemmedov7658 Před 3 lety +1

      czcams.com/video/bys3QXyaoJw/video.html okaber insan dedilər analiz her bir setr arasdırılıb analiz edilib trekdeki mənaların derinliyinə inana bilmiyeceksiz. İzliyib eger xosnuza gəlsa bəyənərsiz zəhmət olmasa...

  • @aygunpashazada8572
    @aygunpashazada8572 Před 3 lety +129

    Heyatimda ilk defedir youtube’da sherh yaziram. Hamimizin bu bir oldugu vaxhtda senede ele bu yarashardi. Ureyine, ellerine saghligh. Uzaghda olsanda bu track’le elebil aramizdasan! Halal olsun vetenin sene!

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +2

      ✓ Cübbeli Ahmet Hoca
      ✓ Kerem Önder
      ✓ Hüseyin Çevik
      ✓ İhsan Şenocak
      Bu kanallar çox faydalıdır . Allah rızası üçün qulaq asın 🕋

  • @jamalmusayev2684
    @jamalmusayev2684 Před 3 lety +111

    Her sözü, her cümlesi üreye toxunur. Bir dene boş, qafiye xatirine ifade yoxdu. Möhteşem.

  • @aminnurullayev4094
    @aminnurullayev4094 Před 3 lety +43

    İlk dəfə döyüş vaxtı Cəbrayılda qulaq asdım buna uşaqlarda, sözləri yadımda qalmamışdı Noyabrın axırında tapdım burda.

  • @Ulya_mehralzad
    @Ulya_mehralzad Před 3 lety +92

    Köhnə məktəb ağır sətirləri ilə seçilir. Apardın yenə HOST'lu illərə.😥 Aid sən məktəbsən.

  • @danizrahbari4713
    @danizrahbari4713 Před 3 lety +70

    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ..
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ..
    De varmi gözəlliyinə bu cahanda tay, Qarabağ..?
    Olmaz bir qarışindan düşmənə pay, Qarabağ..🇦🇿

  • @nigaraze-army8674
    @nigaraze-army8674 Před 3 lety +37

    "Bu döyüş Mübarizin adına layiq sonluq istər.." 🇦🇿

  • @Panahov_Nurlan
    @Panahov_Nurlan Před 3 lety +63

    Bu mahnını Qarabağda dinləmək ayrı bir hissdi hərkəsə qismət olsun İnşallah Zəngilannan Hərkəsə Salam olsun Orxan var ol ♥️💪

  • @samirahmedov1876
    @samirahmedov1876 Před 3 lety +118

    Bagishlasin "Shehid Analari" butun milletimi...her sheye gore bagishlayin bizi Analar...sizlerden uzr istemek bele cox dozulmezdir

    • @denizheyderova42
      @denizheyderova42 Před 3 lety +1

      Eynile😔😓

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +1

      ✓ Cübbeli Ahmet Hoca
      ✓ Kerem Önder
      ✓ Hüseyin Çevik
      ✓ İhsan Şenocak
      Bu kanallar çox faydalıdır . Allah rızası üçün qulaq asın 🕋

    • @yadigarmemmedli9944
      @yadigarmemmedli9944 Před 3 lety

      @@orxanbabasov860 Cübbəli hoca 👎

    • @turalmemmedov7658
      @turalmemmedov7658 Před 3 lety +1

      czcams.com/video/bys3QXyaoJw/video.html okaber insan dedilər analiz her bir setr arasdırılıb analiz edilib trekdeki mənaların derinliyinə inana bilmiyeceksiz. İzliyib eger xosnuza gəlsa bəyənərsiz zəhmət olmasa

  • @shefaibrahimli1505
    @shefaibrahimli1505 Před 3 lety +79

    Bir efsanenin geri dönüşü ancaq bu qeder möhteşem ola bilerdi 🥺♥️

  • @NOFEARCERKES
    @NOFEARCERKES Před 3 lety +68

    Azanla gəldik, salamla gedirik Bu vətən üçün şərbət olaraq qanımızı içirik 🇦🇿🇹🇷 Ezanla Geldik Selayla gideriz Vatan için kanımızı şerbet diye içeriz 🇹🇷🇦🇿

  • @azarhuseynov
    @azarhuseynov Před 3 lety +42

    Orxan ile bir herbi hissede xidmet etmesekde ,xidmet zamani kesishme noqtemiz olub ve orda tanimisham onu. Bu treke gore sene teshekkur edirem. Ehsen !

  • @muxterhebibli3972
    @muxterhebibli3972 Před 3 lety +55

    İllər əvvəl "Bir otaqlı ev" track-i indi isə "Torpaqdan ev" tracki... Bu o deməkdir ki, qayıdırıq... evimizə)

  • @candellaadalfieri5286
    @candellaadalfieri5286 Před 3 lety +85

    Oğlun bitirdi hicranı, evinə dönür gör neçə insan 🖤

  • @reshon3143
    @reshon3143 Před 2 lety +20

    Bu track'i işgaldan azad olunmuş Talış kəndində radiodan dinləmişdim ilk dəfə.

  • @Call_of_Duty--AZE
    @Call_of_Duty--AZE Před 3 lety +33

    gözəl trekdi. doyuşdeki anlarimi xatirlatdi mene...

    • @baku374
      @baku374 Před 3 lety +2

      Əllərin qolların var olsun qardaş. Haqqını bizə halal elə.

    • @chinaranagiyeva912
      @chinaranagiyeva912 Před 3 lety +1

      Can!!! Var olun! Vətən- əsgər ürəyindən başlayır!!!

  • @ofeliyaafandiyeva7915
    @ofeliyaafandiyeva7915 Před 3 lety +221

    Orxan, sizdən ilhamlanaraq Xocalıda qətl edilən uşaqların dilindən yazdım.
    Dəyişdi fəsillər, keçdi 28 il,
    Yayın ən qızmar günündə də isinmədi bədənim.
    Çılpaq ayaqlarıma görə bağışlasın xalqım,
    Amma nə edim ki?! Mən sadəcə uşaq idim.
    Yox idi silahım, yox idi qumbaram,
    Mənim yeganə dayağım anamın isti qucağı idi.
    Mənimi ondan ayırdılar, onumu məndən birinci,
    Heç ağlım da kəsmədi, mən artıq ola bilsin ölmüş idim.
    Sonra eşitdim atəşkəs imzalandı, MİNSK qrupu yaradıldı.
    Düşündüm yəqin böyüklər məndən yaxşı bilir.
    Eybi yox, onların əzizi həlak olmayıb,
    Amma yəqin sülh göyərçini ədalətdən əzəl imiş.
    Ötdü aylar, keçdi neçə illər,
    Dəyişdirildi liderlər, dağıdıldı qədim ölkələr.
    Diplomatik addımların nəticəsini gözlərkən,
    Təhqir olunmuş bədənim xatırlandı ildə bir kərəm.
    Məni təqdim etdilər mötəbər tədbirlərdə,
    Bütün irqdən insanların gözünü dolan gördüm.
    Milyonları olan rəsmi şəxslərin, məşhur biznesmenlərin çənəsini əsən, əlini titrəyən gördüm.
    Xəbərdar oldum ölkəmin uğurlarından da,
    Dövlətimiz hər dəfə irəlilədikcə mən də gücləndim.
    Sizə olan inamım heç bitmədi, tükənmədi,
    Çıxarılmış gözlərimə sayənizdə işıq gəldi.
    Göz yumdum bütün kosmopolit şərhlərinizə də,
    Onsuz da top səsindən kar olub qulaqlarım.
    Pasifist çağırışlarınız da toxunmadı mənliyimə,
    Onsuz da düşmən təcavüzü ilə paralanmış namusum.
    Səbir etdim, döz dedim, hamı acgöz deyil.
    Alınan mənzillər, taxılan saatlar yəqin əsl azərbaycanlının deyil.
    Ölkəsini tərk edib, "mənə nə" deyənlərin,
    Çox güman qeyrəti də onlayndır, həqiqi deyil.
    İlk dəfə 4 il əvvəl eşitdim ayaq səsinizi,
    Qoxunuzu aldım üstündə donduğum torpaqdan.
    Hayqırdım, çığırdım, köməyə səslədim.
    Nə fayda ki danışıqlar masası quruldu axşam.
    İndi mərd əsgərim, qoca babam, gözüyaşlı anam,
    Bilirəm, bu dəfə mütləq xilas olacam.
    Qoymazsınız daha gülüstan Xocalımın
    Adı yalnız soyqırımla xatırlansın.
    Humanizmdən dərs keçən beynəlxalq təşkilatlar,
    Bir gecəyə satılan ulduzlar, qanlı dualar,
    Erməniyə silah satan möhtərəm başçılar,
    Bilirəm, daha məğlub edə bilməz bizi.
    Gözlərim yoldadır, qulağım səsdə.
    Ey əsgər qardaşım, məni daha gözlətmə.
    Qoyma Qarabağın yadlara qalsın,
    Yol vermə, yenidən namusum tapdansın.

  • @rustemtahirzade95
    @rustemtahirzade95 Před 3 lety +43

    "92 fevrarlında qar içində qaçan körpələr əridib buzlar içində, böyüyüb dönub Qurdda" 🐺

  • @fatmaesedova5582
    @fatmaesedova5582 Před 2 lety +24

    Mən repə çox qulaq asmiram bunu marketdə eşitdim inanin ozumdən asılı deyil necə ağladım evə gəlib qulaq asdıqca ağladım özüm qarabagliyam çox sag ol oğlum necə gözəl sözlər müvəffəqiyyətlər sənə 🙏şəhidlərimizin haqqları odənməz Şanlı Ordumuza Ali baş komandona eşq olsun qaziilərimiz var olsun .Qarabağ Azərbaycandi

  • @aynur3948
    @aynur3948 Před 3 lety +41

    Beli Cingizin videolariyla boyuyen nesilik. Doyuş ruhuyla boyuduk. Ruhun şad olsun igid qehreman Çingiz Mustafayev! 🇦🇿🇦🇿🇦🇿

  • @jalilgasimbayli
    @jalilgasimbayli Před 3 lety +127

    Heç vaxt rep sevməmişəm, amma bu bam başqadır. Hər sözündə bir məna var. Qələbəyə az qalıb! Çox möhtəşəm alınıb!

  • @Zadeh853
    @Zadeh853 Před 3 lety +80

    Çox sağol Orxan.Uzağda olsan belə bu məsələyə biganə qalmadığın üçün bu millət sənə çox minnətdardı.Özün yaşın məkan belə dəyişsə də səsin heç dəyişmir,dəyişməsin də🖤Bu ölkənin uzağda yaşayan həmvətənlərimizin dəstəyinə böyük ehtiyacı var.
    Rusiyada yaşayıb erməni dinləyici kütləsini itirməkdən qorxub həftələrdi susan bəzi qeyrətsizlər utansın!

  • @ibrahimgeray1508
    @ibrahimgeray1508 Před 3 lety +10

    Bu mahninan zengilanda odun topluyurduq🖤

    • @tengribizmenen7065
      @tengribizmenen7065 Před 3 lety

      Odun toplayan ellerinize qurban olum, esger.

    • @ibrahimgeray1508
      @ibrahimgeray1508 Před 3 lety

      @@tengribizmenen7065 cox saol.

    • @israfil66
      @israfil66 Před 2 lety

      İster istemez heç darıxdın o günlerden ötrü?

    • @ibrahimgeray1508
      @ibrahimgeray1508 Před 2 lety

      @@israfil66 malasef darixilasi bi gunler deyildi.

    • @israfil66
      @israfil66 Před 2 lety

      @@ibrahimgeray1508 bes esger yoldaşlarla vaxtlar nece geçirdi ister istemez qorxu var idi içinizde

  • @mammadli0294
    @mammadli0294 Před 3 lety +34

    "De varmı gözəlliyinə bu cahanda tay Qarabağ?" 🇦🇿✊🖤

  • @nerminhaciyeva4302
    @nerminhaciyeva4302 Před 3 lety +83

    _Tanrı_ _əsgərlərimizi_ _qorusun_ ❤🇦🇿

    • @kamranmemmedov6155
      @kamranmemmedov6155 Před 3 lety

      Amin !!!🇦🇿❤

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +1

      ✓ Cübbeli Ahmet Hoca
      ✓ Kerem Önder
      ✓ Hüseyin Çevik
      ✓ İhsan Şenocak
      Bu kanallar çox faydalıdır . Allah rızası üçün qulaq asın 🕋

    • @justfupoisofazeboy6111
      @justfupoisofazeboy6111 Před 3 lety

      @@orxanbabasov860 He duz disen.
      Tanri demesine gire dedin?

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +1

      @@justfupoisofazeboy6111 Yox hər yerdə yayıram . Səndə yay . "Bir insanı İslama gətirmək, dünyadakı hər şeydən daha xeyirlidir"- Hz.Muhəmməd (S.A.V.)
      Biz əsl İslamı yaymalıyıq ki, Allahda axirət günü bizə rəhm etsin

    • @justfupoisofazeboy6111
      @justfupoisofazeboy6111 Před 3 lety +2

      @@orxanbabasov860 duz deyirsen qardas. Menim 14 yasim. Sukur Allaha Namazimi qiliram.
      Ve biz rus esaretinden olandan sonra
      Özümüzu unutduq. Ruslasdiq.
      Allah da bu belalari bize verirki ona teref donek.
      InsAllah milletimiz esl muselman olar.

  • @sabishhuseyn1087
    @sabishhuseyn1087 Před 3 lety +28

    Aid, sən bizim uşaqlığımız, yeniyetməliyimiz)❤

    • @blueangel109
      @blueangel109 Před 3 lety

      Aid'də ,Qaraqanda.hərəsinin öz yeri var

    • @omerqafarov2131
      @omerqafarov2131 Před 3 lety +1

      Gənçliyimiz

    • @cesaretquliyev7192
      @cesaretquliyev7192 Před 3 lety

      @@NIko9394 Aiddir.

    • @ustacns
      @ustacns Před 3 lety

      Uwaqligima qayitdim var ol Aid

    • @turalmemmedov7658
      @turalmemmedov7658 Před 3 lety

      czcams.com/video/bys3QXyaoJw/video.html okaber insan dedilər analiz her bir setr arasdırılıb analiz edilib trekdeki mənaların derinliyinə inana bilmiyeceksiz. İzliyib eger xosnuza gəlsa bəyənərsiz zəhmət olmasa.....

  • @vaqifsuleymanov7556
    @vaqifsuleymanov7556 Před 3 lety +11

    ---- Yaxsi ki, var idi Chingiz! Bu tarix senle basladi...
    Cebhede demir hec kim bu gun, Qayidin nolub size??
    MOHTESEM

  • @naskameliskachannel236
    @naskameliskachannel236 Před 3 lety +22

    We are proud of you Orkhan Zeynalli. Azerbaijan loves you. You are a real man.

  • @gunayhuseynova5196
    @gunayhuseynova5196 Před 3 lety +88

    Dinlerken aglamaq mümkün deyil ,Allah bize kömek olsun Qarabağa qovuşaq.

  • @bakhtiyaraghayev6848
    @bakhtiyaraghayev6848 Před 3 lety +46

    92 Fevralın qar içində qaçan *körpələr* ,
    Əridib buzlar içində böyüyüb dönüb qurda.🖊🇦🇿

  • @vefarr6827
    @vefarr6827 Před 2 lety +9

    Soyuq qis bezileriycun bitmir. Kiminse oqlu atasi sevdiyi qardasi sehiddise omurleri de ebedi qisdi

  • @CyberTime1
    @CyberTime1 Před 3 lety +18

    özümü illər öncə HOST-a qulaq asırmış kimi hiss elədim, amma yox, artıq ölkəmizdə yeni bir səhifə açılır. HOST-un əkdiyi toxumlar cücərib artıq, bu yeni nəsildi. Artıq nifrət etdiyimiz tarix kitabları, işğal olunmuş şəhərlərin işğal olunma tarixini əzbərlətməyəcək müəllimlər, artıq zəfərlərimiz qeyd olunacaq kitabda,və həmin o tarixi bizlər yazırıq və yaşayırıq....

  • @nicatqdirli6582
    @nicatqdirli6582 Před 3 lety +133

    Bir gün ölkədən qaçıb azmaq idi arzum deyən Aid
    Indi Qapını ac Qarabağ evladlarin qayıdır evə deyir
    Qayidin bu xalq çox dəyişdi sizə ehtiyacımız var

  • @imanovaqonce5491
    @imanovaqonce5491 Před 3 lety +47

    İndi bir Orxan olsanda, bizi kecmise qaytardın. Yaxşı ki bizə Aid kimi dəstək oldun!

  • @tohfaalekberova2389
    @tohfaalekberova2389 Před 11 měsíci +4

    Nə oğullar yetişdirdi bu çağırış, ay "Qarabağ".
    Səndən heç pay verərlərmi, Can Qarabağ?!

  • @in_the_footsteps_of_football

    Qubadlıda bunu dinləmək tamam ayrı hiss idi...

  • @saqimmmdov3379
    @saqimmmdov3379 Před 3 lety +104

    Hərkəs bir birinin kommetlərini bəyənsin trendə çıxarag . Mütləq !

  • @vavelif3382
    @vavelif3382 Před 3 lety +41

    Bağışlasın şəhid anaları qələbə sevincimizi..
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ! :(

  • @batuhan.ozturk1453
    @batuhan.ozturk1453 Před 2 lety +50

    Türkiye her daim kardeşi Azerbaycan'ın yanındadır. Bir ananın 2 evladiyiz...🇹🇷🇦🇿

  • @mammadli0294
    @mammadli0294 Před 3 lety +21

    "Bağışlayın Şəhid Anaları qələbə sevincimizi"🖤🇦🇿

  • @pervina-li7382
    @pervina-li7382 Před 3 lety +60

    Nece qeribe hiss yasatdin .. Hem trekin sozlerinin insana yasatdigi umid hissi , hem de hostu xatirlayib icden ice yasadigim nostalji 😕

    • @eltunismayilzade3291
      @eltunismayilzade3291 Před 3 lety

      +

    • @user-vy9kh8nv5q
      @user-vy9kh8nv5q Před 3 lety +1

      Gecliye bir atdim 2006 ci il xatirladim ele bil butun trekler bu gunlerimizcun iwledi bizi birliye bizi millet olmaqa caqiriwlar heqiqeten dunyada tek Milletik qalxanda ayaq seslerimiz erwe qeder qalxir dunyani titredirik indi bawa duwurem bizi niye 2defe bolduler 😢🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💪❤️🙏

  • @azemusicpage5657
    @azemusicpage5657 Před 3 lety +41

    Vətəndən uzaq olmaq şərt deyil, əsas Ürəyində Vətən Xalq sevgisi olsun❤ Eşq!

  • @nikoaliyevv7251
    @nikoaliyevv7251 Před 3 lety +45

    Qarabag azad olundu. Tarix:10 Noyabr 2020

    • @orxanbabasov860
      @orxanbabasov860 Před 3 lety +1

      ✓ Cübbeli Ahmet Hoca
      ✓ Kerem Önder
      ✓ Hüseyin Çevik
      ✓ İhsan Şenocak
      Bu kanallar çox faydalıdır . Allah rızası üçün qulaq asın 🕋

  • @ceyhunahmedov581
    @ceyhunahmedov581 Před 3 lety +17

    Eziz Orxan Zeynalli, bu trekin klip versiyasini azad edilmiw torpaqlarimizdan qozleyirik, Yawasin Vahid Azerbaycan, H.O.S.T. 2007,🇦🇿🇹🇷

  • @ziyamikayilov8
    @ziyamikayilov8 Před 3 lety +17

    Bağışlasın şəhid anaları qələbə sevincimizi..
    Əllərindən öpürəm, ana,
    qəlbində bitsin üsyan..
    Doğsun günəş camalında,
    Kəsilsin əbədi leysan..
    Oğlun bitirdi hicran
    Evinə dönür gör neçə insan..

  • @sebumustafayev
    @sebumustafayev Před 3 lety +23

    Əhsən Orxan🇵🇰🇦🇿🇹🇷. Yaşasın Azərbaycan!!! Mən inanırdım ki biz Qarabağa qayıdacağıq!!!
    Bağışlasın şəhid anaları bizi.opurəm əllərindən.

  • @gulnardashdiyev20
    @gulnardashdiyev20 Před 2 lety +15

    😢😢😢😢şəhidlərimizə ALLAH rəhmət etsin.Qarabağın hər addımında 3000 şəhidin qanı var.😢😢

  • @kananrzazade7437
    @kananrzazade7437 Před 3 lety +30

    O gün gəldi!
    10.11 2020 - Qələbə günümüz mübarək!!!

  • @mehdiyevaaygun2046
    @mehdiyevaaygun2046 Před 3 lety +26

    Sözlər ancaq bu qədər möhtəşəm ola bilər.🇦🇿❤️

  • @ayselkhalilli2326
    @ayselkhalilli2326 Před 3 lety +40

    *92 fevralında qar içində qaçan körpələr əridib buzlar içində böyüyüb dönüb qurda.*

  • @sabinaguseynzadeh9130
    @sabinaguseynzadeh9130 Před 3 lety +33

    Yenə güclü musiqi, yenə güclü sözlər🔥🇦🇿

  • @gunaiiusubova1821
    @gunaiiusubova1821 Před 3 lety +15

    Dəfələrlə qulaq asmışam, yenə bu gün qulaq asıram, istədim bəyənim, amma artıq bəyəndiyimi gördüm❤ 🇦🇿❤

  • @orxanxudiyev3752
    @orxanxudiyev3752 Před 3 lety +20

    Belə bir günlərdə,Qaraqanda qayıda,sevincimizə sevinc qata.

    • @lady-rp2zo
      @lady-rp2zo Před 3 lety

      Kaşşş...🙏❤️

    • @hikmeta1993
      @hikmeta1993 Před 3 lety

      Cox təəsüf ki fəaliyyətini dayandırıb

    • @NoName-rc8wu
      @NoName-rc8wu Před 3 lety +1

      Eff neqeder isteyirem bilseez, ele meyus oluram ki, 2007-2012 arasi ushaq idim,Indi onun fealiyyetine ehtiyac var, Qarabag problemi de hell oldu, Qaraqan gelmelidi, HEC olmasa Aid kimi insta sehifesi de yoxdu,

    • @turalmemmedov7658
      @turalmemmedov7658 Před 3 lety

      czcams.com/video/bys3QXyaoJw/video.html okaber insan dedilər analiz her bir setr arasdırılıb analiz edilib trekdeki mənaların derinliyinə inana bilmiyeceksiz. İzliyib eger xosnuza gəlsa bəyənərsiz zəhmət olmasa
      ...

  • @aleskerovw
    @aleskerovw Před 3 lety +42

    Evə qayıtmaq çox qurban istədi, amma sizlərin də burada rolunuz böyük oldu. İstər Dəyirman olsun, istər HOST, istər Okaber və digər adını çəkmədiklərin də daxil olmaqla.
    Bundan əlavə, illər keçsə də əslində heç dəyişməyən Orxana görə də çox sağ ol, var ol

    • @ceyhunahmedov581
      @ceyhunahmedov581 Před 3 lety

      Beli haqlisiz, duzqun duwunce terzi, ozum 2012 H. O. S. T dan dununcem bawlayib

    • @babekmusazade7616
      @babekmusazade7616 Před 3 lety

      Bəli dəyişməməyi insana bir ayrı təsir edir

  • @kenannesirov4856
    @kenannesirov4856 Před 3 lety +14

    ŞUŞADAN SALAM. DEYİLDİYİ KİMİ GÖZUMLƏ GÖRDUM GÖZƏLLİYİNE YOX TAY QARABAĞ.

  • @hesenxelilov5633
    @hesenxelilov5633 Před 3 lety +2

    belkede 1000 defeden cox dinlemisem.tek xoslamadigim sey her defe dinleyende sonadek getmir.bir sozu defelerle esitmekcun yeniden evvele ceviriem 2.4saniyelik sozler 24deq olur belkede.deyilecek soz yoxdu.var ol bey

  • @xanimeliyeva3581
    @xanimeliyeva3581 Před 3 lety +47

    2 dəq 40 saniyəyə ölkənin 28 illik tarixini, duyğularını, düşüncələrini sığdırmısan💙

  • @samirahmedov1876
    @samirahmedov1876 Před 3 lety +31

    Aldigimiz her nefesde haqqiniz var "Shehid Analarim"

  • @zahidhasankhanly3473
    @zahidhasankhanly3473 Před 3 lety +3

    bu mahnı çıxandan hər iki gündən bir girib bura bunu dinləyirəm və şərhləri oxuyub kövrəlirəm

  • @zaurdadashov4663
    @zaurdadashov4663 Před 7 měsíci +2

    QARABAG haqqında belə gözəl track səslənməmisdi.

  • @lamanlatiif
    @lamanlatiif Před 3 lety +15

    "Bağışlasın Şəhid anaları qələbə sevincimizi.."

  • @rovsnclilov5359
    @rovsnclilov5359 Před 3 lety +13

    "Döyüşə gedir gənclər qulaqlarında Orxan Zeynallı-Torpaqdan Ev"🍃✨🇦🇿

  • @Mehman74
    @Mehman74 Před 3 lety +2

    Supper ifa
    Gözüm doldu