BMCMİ-nin əməkdaşları ağacların qanunsuz kəsilməsi ilə məşğul olan dəstəni saxlayıb

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ağacların qanunsuz olaraq kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.
    Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.
    Belə ki, hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olmuşdur.
    Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür.
    Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.
    Həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-nəzarət tədbirləri görülmüş, onların cinayət əməlləri qeydə alınaraq dəstə rəhbəri və üzvlərinin qanunsuz fəaliyyətləri hərtərəfli öyrənilmişdir. Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktoru İlqar Qəribovun və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edilmişdir.
    Araşdırmalarla məlum olmuşdur ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.
    Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunmuşdur.
    Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdür.
    Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilmişdir.
    Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da məlum olmuşdur.
    Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılmış, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Komentáře • 47

  • @oguzoguz3971
    @oguzoguz3971 Před 4 lety +11

    Allah bele polislrimizi qorusun ki bele mindarlari tutublar

  • @omerekber4418
    @omerekber4418 Před 4 lety +5

    Vallah halal olsun bizim daxili isder nazirliyimizin bele merd ogullarina.

  • @faridsharifov36
    @faridsharifov36 Před 3 lety +1

    Azərbaycan Polisi👍👍👏👏❤❤🇦🇿🇦🇿 Eşq Olsun.Varolsun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi👍👍👏👏❤❤🇦🇿🇦🇿

  • @srhdci6977
    @srhdci6977 Před 4 lety +17

    Allah hər zaman sizi var eləsin DİN-nin əməkdaşları belə pis insanları saxlamısız Allah"dan cənab General-Polkovnik Vilayət Eyvazova can sağlığı arzulayıram inşAllah.🇦🇿🇦🇿🇦🇿🚔🚔🚔🇦🇿🇦🇿🇦🇿

  • @Omer-tw2pe
    @Omer-tw2pe Před 4 lety +2

    Bucur emeliyatlar davam edin polis emiler zaqatalayada baw cekin👍

  • @budabu2337
    @budabu2337 Před 2 lety +1

    Igidlerimiz ela iw gorurler.var olsun polislerimiz ama bu ilqari yenede buraxiblar

  • @elgunallahverdiyev605
    @elgunallahverdiyev605 Před 4 lety +2

    Halaldi qartal polislermze😘💖

  • @rustammamedov9393
    @rustammamedov9393 Před 2 lety +4

    Bes weherde agaclari kecib abyek tikenleri kim tutsun

  • @nahibmmmdli3020
    @nahibmmmdli3020 Před 4 lety +5

    🇦🇿♥️POLİS♥️🇦🇿

  • @alialiyev6049
    @alialiyev6049 Před 25 dny

    Mese beyleri beldiyeleride aradirin

  • @gunaycabbarl7209
    @gunaycabbarl7209 Před 3 lety +6

    Bütün dusdaqlar evinde esiyinde olsun bular kimi

  • @prvinqocayev1343
    @prvinqocayev1343 Před 7 měsíci

    Əla çox gözəl bakıdan gəlməsəydilər necə olacaqdı bəs Rayon polisi bu vaxta qədər hara baxırdı bəs

  • @nurlanncfli6400
    @nurlanncfli6400 Před 4 lety +6

    İgidlərimiz yenə gözəl iş görərək bu şərəfdən kənar adamları cəzalandırdılar. 💪

  • @pervizniyazoglu8055
    @pervizniyazoglu8055 Před 4 lety +2

    ♥️POLİS♥️

  • @islamalekberov9540
    @islamalekberov9540 Před 6 měsíci

    👍👍👍👍👍

  • @vusalmr4738
    @vusalmr4738 Před 4 lety +6

    Bular Qebelede meşe qoymadı

  • @nadiragaev6010
    @nadiragaev6010 Před 4 lety +3

    Hal hazirda Qusarda 200 hektar meweni mehv edirler... Bes onlari tutan yoxdukii.... Cunki onlarin kim oldugu bilirler

  • @vusalmr4738
    @vusalmr4738 Před 4 lety +7

    İlqarın var dövlətinin sayı hesabı yoxdu

  • @RR-fq6he
    @RR-fq6he Před 4 lety +3

    Sağ ol Polis
    DİN

  • @user-uv4uq7kk6h
    @user-uv4uq7kk6h Před 4 lety

    Правительство должен усилит ответственности за незаконную вырубку леса!

  • @pervizaliyev1540
    @pervizaliyev1540 Před 2 lety

    Cox gozal bayanilsin polislarimiz

  • @bayrambayram9468
    @bayrambayram9468 Před 4 lety +3

    Bu gedişle belke azerbaycan düzeler bular kimi biyqeyretler azalir

  • @adminadmin-xs6rh
    @adminadmin-xs6rh Před 2 lety +1

    İlqarıda arif tutdurdu

  • @ceyhunmuradov7918
    @ceyhunmuradov7918 Před 4 lety

    Ismayilli qebele oguzda meşe deyilen anlam qalmiyib.Yoxlama gelende yaxşi yerleri gösteriller qalan yerleri göstermirler

  • @shhjeeuei5006
    @shhjeeuei5006 Před 3 lety

    Cox vicdanli hokmetde yawayirig ruwvetide vicdanli aliblar sag olsunlar ne az ne cox 90 miliyon )))))))

  • @xalidaliyev2783
    @xalidaliyev2783 Před 4 lety

    Salam hervaxdiniz xeyr sizden xaisimiz oduki tecili yardim avtobazasina da vaxd ayirasiniz cox berbad gundedi suruculer narazilix edir dehsetli derecede yeyinti var masinlara zapcasd vermirler texasmator pulu alilar her suucuden 60manat vermiyendede deyiller ki ise cixma sizden xais edirik bize komeklik edin

  • @CeyhunEHTIBARoglu
    @CeyhunEHTIBARoglu Před 4 lety +4

    Eclaflara bax qanuzsuzluq edir agac kesir

  • @qasimov534
    @qasimov534 Před 4 lety +1

    💙❤💚👮🏼‍♀️

  • @cavidallahverdiyev5457
    @cavidallahverdiyev5457 Před 4 lety +7

    Bunlara omurluk vermek lazimdi. Tebiyetimizi bunlar mehv edirler. Indi o agaclarin boya basa gelmesi ucun 10 iller lazim olacag. Sagolsun DIN!

  • @vidi932
    @vidi932 Před 2 lety +1

    Bu iwi bawqa adam bacarmir😂😂😂😂DTX bacarir ancaq

  • @arazsahbazli7521
    @arazsahbazli7521 Před 4 lety

    👍

  • @intrestingpage6074
    @intrestingpage6074 Před měsícem

    200-250 illik ağacları kəsən peysərlər

  • @ulvioruclu4523
    @ulvioruclu4523 Před 4 lety +2

    Bax Azərbaycan polisi budu cinayətkarlıqla mübarizə

  • @anonyumoused
    @anonyumoused Před 3 lety

    Bular bəziləri uçun hörmetli adamlar idi.oğullarınız qızlarınız sizinlə fəxr edir?tfu sizə

  • @shhjeeuei5006
    @shhjeeuei5006 Před 3 lety

    90 miliyon pul aliblar ilqardan he 1 il yatmadi icerde

    • @hrseydaxil9767
      @hrseydaxil9767 Před 3 lety +2

      Heç 1 manatda almiyiblar

    • @azerbaycanyurdu147
      @azerbaycanyurdu147 Před 2 lety +1

      @@hrseydaxil9767 1 manat bele olmayib 90 milyona siz yashayan şeher almaq olar hokumete şer atmayin. Bu defe servise göre siz gedeceksiz.!!!!

    • @ismetpasabeyli6800
      @ismetpasabeyli6800 Před 2 lety +3

      Yninda olmusane ele bil verende
      90 milyoooon pul aliblareeee)))))))) hec 1 manatda almayiblar beryetlede cixib