Xəzər Süleymanlı-Mən səninçün ölürəm (İlqar Kamilin şeiri)

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • şeir: İlqar Kamil
    səs: Xəzər Süleymanlı
    piano: Vüsal Namazlı
    Qara meymuna dönmüş məhlə uşaqları
    çayda çimməkdən doymayanda
    əlində heyva çubuğu ustufca gələn
    analarının səsini duymayanda...
    Günəş batanda yavaş-yavaş,
    bulduların arxasına çəkilib, yerlə gizlənpac oynayanda
    Səni axtarasım gəlir
    Bilirsənmi?
    Səma mavi eynəyini taxanda,
    Havada payız ətri qoxanda,
    Soyuq oktyabr küləyi ağacları yıxanda üst-üstə, edəndə qol-boyun
    Ağuşum üşüyür ən çox...
    Gəlirsənmi?
    Yağış altda yuyulanda kirlənmiş torpaqlar
    qopanda tufanlar, sınanda budaqlar,
    yorulanda ayaqlar
    yolar yarımçıq qalanda,
    Buludlar küləyi bəhanə edib birbirinə çırpılanda
    ildırımlar çaxanda
    Və nəhayət günəş çıxanda şiddətli yağmurların ardından
    təbiət qımışanda
    Mən də oturub köhnə daxmamda
    dəli-dəli sənin təbəssümünü darıxıram
    Gülürsənmi?
    Qəfil ağırlığını çiynimə salan xallı kəpənək də,
    pəncərəmin ağzında dayanan boynubükük çiçək də
    möhtac olduğum bu bir tikə çörək də
    həyətimizdəki təndir də
    kəndir də,
    sakinsiz yelləncək də
    lap elə əlimi üstünə qoyduğum, bax, bu ürək də
    səndən danışır mənə
    dönə-dönə...
    Axşam-axşam azan çəkən
    müəzzinin sözündə də sən varsan,
    xətamda da sən varsan,
    düzümdə də sən varsan,
    Anamın o kövrək-kövrək baş qoyduğum
    dizində də sən varsan,
    ...Sən, varsan!
    Bilmirəm ki...
    Səmadan səssiz-səmirsiz enən
    quşbaşı yağan qarmı deyim,
    navalçalardan süzülərkən donan sularmı deyim...
    eh gülüm, çox haşiyəyə çıxdım,
    eşitməyə cəsarətin varmı deyim: Mən sənin üçün ölürəm!
    #xezersüleymanli #ilqarkamil #xəzərsüleymanlı

Komentáře • 309

  • @XezerSuleymanli
    @XezerSuleymanli  Před 3 lety +351

    Bir-birinizi üzmədiyiniz hər gün bayramdır. 💞

  • @firdevsazeri1058
    @firdevsazeri1058 Před 3 lety +55

    Kaw insanlar yawlari geldiyi ucun yox,awiq olduqlari vaxt heyatlarini birlewdirseler.Onda heckes ezabli weirler yazacaq ve dinleyecek qeder wair olmazdi belke de😓

    • @bolghacyeva4739
      @bolghacyeva4739 Před 3 lety

      vallah elədir 50-yaşda gələn məhəbbətə gülürlər niyə neyləyəkki indi gəlib ölək???

  • @tukazbanqasimova3276
    @tukazbanqasimova3276 Před 3 lety +64

    Anlayacağını bilsəm,bu şeiri sənlə bölüşərdim..

    • @mesudebabayeva9537
      @mesudebabayeva9537 Před 3 lety

      chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS
      👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵
      Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,

  • @kosmaras_
    @kosmaras_ Před 3 lety +123

    Mən sənin üçün ölürəm Qadın!
    O,böyük-böyük baxan gözlərini,balaca uşaq kimi sevirəm.
    Yağışdan sonra torpağın qoxusunu sevənlər,deyəsən yağışa qarışıb torpağa tökülən göz yaşlarımdan xəbərsizdir.
    Soyuqdan qızarmış yanaqları ilə isti peçin kənarında əllərini qızışdıran uşaqlar kimiyəm. Onlar soyuğun onlara təsirini önəmsəmirlər. Önəmli olan oynadıqları oyunun verdiyi həyəcandır. Mən də sənsiz qalışımın məni incitdiyinin fərqindəyəm amma səni düşünmənin verdiyi həyəcan hər şeyə dəyər.
    Darıxmaq belə bu qədər az qalmışkən,bu qədər sənsizlik niyə? Mənim haqqım yoxdur başımı dizlərinə qoymağa? İçimdəki üsyandan,sol yanımdakı cəhənnəmdən,kürəyimdəki yaralardan danışsam,sanki biraz rahatlayacam.
    Sənin üçün ölmürəm amma sənə gəbərirəm Qadın!!!!

    • @bumeranqdunya7161
      @bumeranqdunya7161 Před 3 lety +6

      ƏLA.QADINSIZ KİŞİLƏR HEÇ NƏDİ.BƏZİ KİŞİLƏR ARTIQ BUNU DƏRK ETSİN..AY KİŞİLƏR QADINLARIN QƏDRİNİ BİLİN..

    • @mahmudlucesur6999
      @mahmudlucesur6999 Před 3 lety +6

      Ehh bu qeder sevende elbetkii,tek qalarsiniz..

    • @kosmaras_
      @kosmaras_ Před 3 lety +1

      @Havin ?

    • @kosmaras_
      @kosmaras_ Před 3 lety +1

      @Havin Məndə sənsiz qalmışam ifadəsini başa düşmədim. Onu aydınlaşdırmaq üçün sual verdim.

    • @kosmaras_
      @kosmaras_ Před 3 lety +3

      @@bumeranqdunya7161 düşünülmədən yazılan sözlər toplusuna fikir bildirdiyim üçün öncə özümdən,daha sonra da səndən üzür istəyirəm. Kişilərə olan üsyanınızı başa düşürəm amma Qadınsız kişinin "heç nə "olması fikri doğru deyil. İnsanlara dəyər verin. Dəyər verin ki,qarşılığında əlçatmaz gördüyünüz dəyəri tapa biləsiniz. Uğurlar!

  • @sssizillr1268
    @sssizillr1268 Před 3 lety +37

    ALLAH BUTUN SEVENLERI QOVUSDURSUN AMIN🙏🏻😔

  • @mammadoffa_1419
    @mammadoffa_1419 Před 3 lety +49

    *_Sevgilər günüdü bu gün,yarım qalmış sevgilərin günü.Yarının torpağını qucağlayanların günü,Sevdiyi yanında olmadan övladını dünyaya gətirənlərin günü.Sevdiyini bir ömürlük görməyənlərin günü.Bu dəfə fərqli oldu sevgilələr günü.Bu dəfə qızlar Şəhid şəkillərini sevir🥀_*

    • @suleymanova8129
      @suleymanova8129 Před 3 lety

      😥😥😥😥

    • @asifasif6857
      @asifasif6857 Před 3 lety

      Soyuq torpağda yatanlara Allah rəhmət etsin,nə bayram,bizlər hec zaman unutmamalıyıq 2020 ili ,o il bizlərə baha başa gəldi🖤🙏🙏🙏🙏🤲🤲🤲

    • @asifasif6857
      @asifasif6857 Před 3 lety

      Soyuq torpağda yatanlar Şehidlərimizi Allah rəhmət etsin🙏🙏🙏🙏🙏🤲🤲🤲bu nə bayramdır ki mən onu geyd edim,biz hec bir an unudmamalıyıq 2020 ili,necə 🖤 sevinə bilərsən? 😪😪😪😪😪bu ili unudma 2020 o bizim tariximizdir😥😥😥😥😥

    • @valehabbasov6998
      @valehabbasov6998 Před 3 lety

      😪😪😪

    • @Esma-zc3hk
      @Esma-zc3hk Před 3 lety

      Salam xanim sizi Ёжик komandamiza ise devet edirem.sataj.pensiya.premyelar.ve pulsuz seyahetler.21 gunden bir maas.Etrafli melumat ucun votsap nomrem 0558572459.Hormetle konsultant Esma.

  • @kerimovkamran
    @kerimovkamran Před 2 lety +4

    Sevilmədiyini bilə bilə sevmək necədə dözülməz acıdı, bilənlər var yəqinki

  • @gulnarmusayeva7451
    @gulnarmusayeva7451 Před 3 lety +31

    sevgi hər gün eyni insana aşiq olmaqdır
    sevgi- özündən çox o ola bilməkdir..

    • @mesudebabayeva9537
      @mesudebabayeva9537 Před 3 lety

      chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS
      👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵
      Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,

  • @mariyyamariya3499
    @mariyyamariya3499 Před 3 lety +3

    Sevgi bir insandan uzaq olsan bele sevmekde devam etmekdedir helede sevirem ayeiliq olsada yollarimiz ne o yumuwaq sevgini nede baxiwlarini unutdum 😢😢😢 iller kecse bele ureyimden silinmez bir yer aldin 😐 hec zaman bitmeyen bir sevgi....

  • @simaosmanova7876
    @simaosmanova7876 Před 2 lety +5

    Cox-cox tesekkur edirem Xezer bey. Ifa etdiyiniz seirlere o qeder reng qatirsiniz ki, diksiyaniz, cumlelerinizdeki mukemmel teleffuz inanin ki, dinlememek mumkun deyil. Poeziyani cox sevirem ve sizin ifanizida beyenirem. Ugurlariniz bol olsun.

  • @renaturan9771
    @renaturan9771 Před 3 lety +12

    Mehebbet ucun ôlmek yox yasamaq lazimdir .
    Yasa ve sevdiyini qelbinde yasat.

  • @gunaymamedova4284
    @gunaymamedova4284 Před 3 lety +5

    Bu ne cur ,, Men senincun olurem" demekdir. Azindan 50 defe qulaq asmisham, yeqin 50 defe de qulaq aacaqam. Damarda qan donur-)

  • @abdullaabdullayev9221
    @abdullaabdullayev9221 Před 3 lety +34

    Sizin səsinizde seirlərə qulaq asanda özümü ən saf xəyallarda ,nagıllarda hiss eliyrəm gözümün önündə film kimi canlanir dediyiniz hər söz .....

  • @aylinhuseynzad3104
    @aylinhuseynzad3104 Před 3 lety +16

    İnsanın yorulmuş ruhunu qidalandırır sizin səsiniz.Düzdü yorulmuşa nə qida😔amma yıxılsaqda sürünə sürünə yaşayırıq sizin səsinizlə.

    • @mesudebabayeva9537
      @mesudebabayeva9537 Před 3 lety

      chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS
      👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵
      Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,

  • @Minnos777
    @Minnos777 Před 3 lety +9

    Sesinizle bizi haralara aparirsiz😔o illermizi bize qaytarsaydilar neler vererdik neler😪😔Allah sizi var etsin

  • @nigarrehimova5767
    @nigarrehimova5767 Před 3 lety +2

    Şəhidlərimiz mənə o qədər əzab verir ki, yoldaşlari. Sevdikləri , nişanlilari gəlir qəbir üstünə onlarda ölürdülər sevdikləri ücün. İndi dirikən ölürlər hər gün. Allah rəhmət etsin. Mən sevgini ölüm ayirdiğina inaniram. Amma bəhanələrlə qismətə bağlayib nəisə ayrilmaqlara yox. Sevən kəs.... nə olursa olsun qalib gəlməlidi. Gəlmirsə demək o deyildi... sadəcə elə...... onun sonrasi axiri hec vaxt olmur.

  • @nesibedadashova6699
    @nesibedadashova6699 Před 3 lety +2

    SEN NE GOZEL UREKLI BALASAN.SENIN SOYLEDIYIN WERLER MENE DEYI KI SEN HELE OLME. DINLE BU WERLERI.SENI ALLAH WORUSUN.iwleri her yerde revan getsin.PISLIKLER SENDE UZAQ OLSUN 🤲❤

  • @sevilulker2056
    @sevilulker2056 Před 3 lety +4

    Meni çox duğulandirdi ağladim çox beyendim . Var olun siz genclerin zövqünü çox oxşayirsiz , seiri bize sevdirirsiz çox sağ olun

  • @azizganbarov5035
    @azizganbarov5035 Před 3 lety +9

    Lap elə əlimi üstünə qayduğum bax bu ürəkdə, mənə səndən danışır dönə-dönə. ✍🏻👏🏻👍🏻

  • @qiymetehmedova3543
    @qiymetehmedova3543 Před 3 lety +4

    Xəzər sevgini gözəl səsinlə daha aliləşdirirsən səsinə qurban balam

  • @khaganrza9928
    @khaganrza9928 Před 3 lety +3

    Sən varsan! Sən dinlədiyimdə hər zaman daha çox varsan!

  • @ziyafetahmedova6501
    @ziyafetahmedova6501 Před 3 lety +3

    Xəzər balam sənin səsinlə şerlərə qulaq asanda uşaqlığımı gəncliyimi ötən günlərimi yenidən yaşayıram..😢😢

  • @khaganrza9928
    @khaganrza9928 Před 2 lety +2

    Bu şeirlə tanış olanda anam həyatda idi. İjdi yoxdur. Canım anam mən sənin üçün ölürəm.🖤🥀

  • @gunelaliyeva9405
    @gunelaliyeva9405 Před rokem

    Her gun dinlediyim dinledikce daha cox dinlemek istediyim şeir

  • @serdaremilovic2346
    @serdaremilovic2346 Před 3 lety +5

    Niye bu qeder gozel sesin var senin?(((😔

  • @ilashka.m804
    @ilashka.m804 Před 3 lety +7

    Ne pis vaxt geldi bu seir?
    Men onu her yerde axtariram hal-hazirda,ama etdiyim tovbemi pozmayacam olurem onun ucun duzdur
    Ne agirmis sevgi derdi
    Ne agrili imis hesret qalmaq sevdiyine😔
    Gunahsiz kecen her gunumuz sevgi bayramidir...
    Sesinize quvvet ❤

  • @mensushirinowa1989
    @mensushirinowa1989 Před 3 lety +1

    Heyatimda özümün secmediyim beş doğru insan var anam, atam ve üç körpem, heyat bu 5 neferle gozel mene. Hemd olsun Allah'a

  • @gulnarmehreliyeva96
    @gulnarmehreliyeva96 Před 3 lety +3

    Mən səninçün ölərəm ilk və son məhəbbətim. 🙏😘🤣Sen və mən. ❤❤
    .

  • @nargilarzayeva7597
    @nargilarzayeva7597 Před 3 lety +4

    "Necəsən" şeirindən sonra ilk dəfədir ki bir şeirə bu qədər düşdüm 💕necə gözəl, necə incə misralardı bunlar və necə möhtəşəm qiraət. Var olun

  • @user-mp8eb3zx1j
    @user-mp8eb3zx1j Před rokem

    Ilqar mellimin weirleri,yazilari cox derin menalidir👏

  • @sevincelekberova3047
    @sevincelekberova3047 Před 3 lety +3

    Ehhhh. Dostum. Ürəyim ağrıdı yaman.😔

  • @aytacmahmudlu6542
    @aytacmahmudlu6542 Před 3 lety +4

    Çox sevdim bu şeiri❤Allah bütün sevənləri daim birgə və xoşbəxt etsin inşAllah

  • @Mensim2228
    @Mensim2228 Před 3 lety +6

    Sizin səsinizi dinleyendede bize bayramdı ruhumuzu oxsuyursuz.Varolun Xəzər bey❤️

  • @sabuhixalafov5520
    @sabuhixalafov5520 Před rokem

    Bütün şerleriniz möhtəşəm.Rebbim sizi qorusun.

  • @ciceksuleymanova6548
    @ciceksuleymanova6548 Před 3 lety +4

    Çox darıxdım.sanki qelbim parçalandı...ehhh kaşki .....ne isee...

  • @user-kf3sn8hc6e
    @user-kf3sn8hc6e Před 3 lety +2

    Bilmədim ki şeirin sözlərinəmi qulaq asım yoxsa ecazkar melodiyanımı dinləyim, hər ikisi gözəl 👍👍👍👍👍

  • @vefanebiyeva9131
    @vefanebiyeva9131 Před 2 lety +2

    bu sozleri qadin ucun soyleyen biri onu itirmekden incitmekden qorxar V bu cur insanla da bir omur yasamaga deyer🖤💔

  • @cesurkomandir-ep4uj
    @cesurkomandir-ep4uj Před 10 měsíci

    GELİRSENMİ AYGÜN. GEL SENİN ÜCÜN ÖLÜREM. BAXİŞLARİN, CAN ALAN GÖZLERİN ÜCÜN DARİXİRAM.❤❤❤

  • @mavisema8072
    @mavisema8072 Před 3 lety +4

    Bir saniye olsun aglimdan cixmirsan yalvardim. Sevgim ucun sen qururu secdin men sevgim ucun oldum seni bilirsen sensiz nece sevirem olene kimide bele olacaq

  • @aqilnovruzov9559
    @aqilnovruzov9559 Před 3 lety +2

    Bu qədər ürək titrədici şeir deyən yoxdu

  • @sharafatabdullayeva2925
    @sharafatabdullayeva2925 Před 2 lety +2

    Gülmək sizə çooox yaraşir.
    Gözəlliyinizin üstünə gözəllik gəlir . Tam başqa olursunuz. Allah o yaraşiqli cöhrənizden gülüşü əysiy erməsin.Səsinizi eşidəndə insañi valeh edirsiniz, onda da istəmirsənki seir bitsin. Onda da elacsiz qalib birdə iki dəfədə dinləməli olursan. Xoşbəxt insanlariq ki Azərbanimizin sizi kimi səsi olan heç kimə bənzəməyən səsinizlə hamini feziyab edən Xəzər Süleymanimiz var. Allah sizi və səsinizi qorusun.
    💞💯 il saqlam, xoşbəxt ömür arzu edirik. AMİN ✌👍👏🤝👏🙌👏🙏🙏🙏! ))

    • @sharafatabdullayeva2925
      @sharafatabdullayeva2925 Před rokem

      Niyə niyə niyə...

    • @SSSSSS-hp7zd
      @SSSSSS-hp7zd Před rokem

      SİZ NECƏ GÖZƏL İNSANSINIZ.ALLAH BÜTÜN KAİNATI SİZİ KİMİ GÖZƏL İNSANLARIN XATİRİNƏ GÖRƏ YARADIB.SİZ BİR DƏ BU YAZINI 83 YAŞINIZDA OXUYARSINIZ

  • @user-zn3gm5je8o
    @user-zn3gm5je8o Před 7 měsíci +1

    Ürəyimi oxudun...

  • @cemilememmedova9265
    @cemilememmedova9265 Před 3 lety +1

    Ne gozel can adam derdler boqur goz yaslar yene qemli sozler

  • @user-op5hq3my7p
    @user-op5hq3my7p Před 3 lety +5

    İlahi nə qədər gözel ifa edirsiz,ağzınıza sağlıq 🙏

  • @unudulduqq
    @unudulduqq Před 3 lety +6

    salam yaninda olub uzag qalmag😔🖤

  • @esmiraquluzade7683
    @esmiraquluzade7683 Před 3 lety +4

    Her sizi dinlediyimde ozumu saxlaya bilmirem,cox tesirlendirirsiniz insani...

  • @shalalasadigli7085
    @shalalasadigli7085 Před 3 lety +2

    Bu mənim eeeeeen sevdiyim sheirdi.eeen ən😍😍😍

  • @nrgizramazanov7863
    @nrgizramazanov7863 Před rokem +1

    Səsiniz çox təsirlidir,hər zamankı kimi.İnsanı kövrəldir

  • @user-mz4yh2oc1k
    @user-mz4yh2oc1k Před 6 měsíci

    Xəzər müəllim.. Hər səhərim sizin şeirlərinizlə başlayır, gecəm də səsinizlə bitir... Ürəyə toxunan səsiniz var... Sanki kimsə həyatını sizə danışır, siz də dilə gətirirsiniz... Şeir gözəl. Amma biz nəinki ölürəm desək, hətta sevgimizi hiss elətdirdiyimiz insanları tez itiririk... Onlar bizdən uzaqlaşır... Gərək kiməsə dəyərli olduğunu hiss elətdirməyəsən... Çünki, ilk tərk ediləcək insan sən olursan...

  • @sabinasalmanova8914
    @sabinasalmanova8914 Před 3 lety +4

    Sen varsan...her nefesimde...gileyimde... Eşidirsənmi?...yox...

    • @pervinheyderova8942
      @pervinheyderova8942 Před 3 lety

      chat.whatsapp.com/FO1YjycH0Xw1egLpern4C1
      Salam. Belkede bu cür devetler size defelerle gelir ve heç vaxt marağınızı celb etmir. Ama men size teklif edirem ki, online iş haqda birde menden eşidin. Belke size uyğun işdir, belke men izah etsem daha aydın anlamış olarsız?🤔 Eger sizde bizim kimi serbest qrafikle işlemek istesez, yuxarıdakı linke daxil olun(ancaq xanımlardı) İş xoşunuza gelmese qrupdan çıxa bilersiz. Narahatlığa göre üzürlü sayın😊🥰👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻

  • @aslanaslan-pe7sp
    @aslanaslan-pe7sp Před 2 lety +2

    Allah can sağlığı versin size Amin inşallah 🥰

  • @gulnarmehreliyeva96
    @gulnarmehreliyeva96 Před 3 lety +3

    Əhməd haradadır filmində de-yure qadın böyük qüvədir:Gərək ki, bu cür olmalımış. Səbr ❤et canım. Mən yuxuda səni görüb oyandım. Heç kim yuxunu gəlmirValla ürəyim parçalanır canım ❤dostum, məni qınamayın. Canımıisəən verərdim. Ancaq səndən əvvəl söz verdiyim 2övladım canım var. Canım dostum yat bir az dincəl.Hər şey yaxşı olar inşallah. Bu dəfə dost sözu verirəm. Kişi sözü. 🤲❤😘🙏❤

  • @alizade1653
    @alizade1653 Před 3 lety +3

    Salam Aleykum ...Ramiz Rövşən şeirlərini andırdı mənə .Əhsən qəlbinizə şair 👏 fərqli duyğular , fərqli misralar , fərqli şeir .Cənab Qiraətçi qəlbinizə sağlıq .Çox gözəl yaşadız bu şeiri .Yaşayaraq seslendirmeseydiniz əgər bu qədər təsirli olmazdı çünkü ...

  • @XN-ck7dg
    @XN-ck7dg Před 2 lety +1

    Xezer bey, lutfen bu serinizi yeniden gundeme getirin🙏😔

  • @melahetyaraliyeva5792
    @melahetyaraliyeva5792 Před 3 lety +1

    Sen en böyük günahım, en ağır derdim...
    Sen dünenim, sen bugünüm, sen sabahım,
    Yaşanmış keçmişim, xeyalını qurduğum geleceyim.
    Sen ümüdsüz, qırğın, küskün yarım qalmış yanım...
    Sen ovcuma qonan duam, qelbimden qopan ahım...
    Kimsenin görmediyi sağalmayan yaram.
    Mümkünsüzüm, imkansızım, çaresizliyim...
    Mükafatım sandığım, en ağır cezam... Imtahanım, sınağım, qebul olunmayan duam...
    Yarım qalan yolum...
    Seninle olmaz bilirem, amma sensizde olmur...😔

    • @xxx2810
      @xxx2810 Před 3 lety +1

      Demeye cesaret etmədiyim sözleri siz demisiz sanki.tesekkur

  • @poladmamedov2508
    @poladmamedov2508 Před 3 lety +3

    MASALLAH GOZEL SEİR DEMEYİN VAR.SESİNDE BİR AZ REHMETLİK FUAD POLADOVA OXSARLİQ VAR.ALLAH REHMET ELESİN POLADOVA ŞEXSİYYET İDİ.

  • @elsnaliyev4674
    @elsnaliyev4674 Před 3 lety +6

    Mənidə onun üçün ölürəm amma o görümur niyə seveler kor olur niyə

  • @solmuscick1769
    @solmuscick1769 Před 3 lety +3

    Gözəl səsləndirmə və gözəl şeyir 👍😔

    • @solmuscick1769
      @solmuscick1769 Před 3 lety +2

      @@gunelabbasova7477 Çox saqol canim menim her zaman gözəl günün olsun insAllah😘🙏

  • @Emilyusifli825
    @Emilyusifli825 Před 3 lety +1

    Mohtesemdir sesinz ruha əzan sesi qeder rahatliq!sevginin bayrami gunu saati olmasn heddiye ucun olmasn...

  • @sebrsebr9683
    @sebrsebr9683 Před 3 lety +4

    Həyat cox qəribədir bezen insan caļisirki istədiyini əldə etsin ama bezen ele kuley esirki tutmaq istədiyini alib aparır cox uzaqlara onasa sahib olmaq cox çetin olur 😔😔

  • @ayanmirzyeva7553
    @ayanmirzyeva7553 Před 2 lety +2

    Seherimi sizin seslendirdiyiniz şeirlerle açıram,işe hazırlananda seve seve dinlediyim şeirlerinizle,daha da gözelliy qatir üzüme. Kimlese de oturub söhbet edende tez soruşuram şeir sevensiz? Cavabı noulursa olsun menim meslehetim, Xezer Süleymanlının seslendirdiyi şeirlere qulaq asın. Size sonsuz teşekkürler. Var olun

  • @meherremsuleymanzade
    @meherremsuleymanzade Před 3 lety +3

    Salam XEZER bey butun qrayetleriniz eladi.Amma bu bu gune dahada gozelliy qatdi.Xatirelermi tezeledi.Sevigiyle sag-salamat qalin.

  • @melahetyaraliyeva5792
    @melahetyaraliyeva5792 Před 2 lety +1

    Dönüb dönüb, qelbimin qırıq hali ile dinlediyim, meni keçmişe aparan hem gözel, hem hüzünlü, hem acı, hem şirin xatireleri gözümde canlandıran, dinledikce içimi titreden şeir... Teşekkürler Xezer bey...

  • @nigarceferova1373
    @nigarceferova1373 Před 3 lety +4

    Sesinize saqlik var olun her zaman 🙂

    • @mesudebabayeva9537
      @mesudebabayeva9537 Před 3 lety

      chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS
      👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵
      Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,

  • @laleesgerli434
    @laleesgerli434 Před 3 lety +5

    Men senin ucun olurem😥💔

  • @vusaleabbasova2331
    @vusaleabbasova2331 Před 3 lety +4

    Men senin ucun olurem 👍

  • @nahidealiyeva7815
    @nahidealiyeva7815 Před 3 lety +2

    Allah heckasi sevdiyindan ayirmasin

  • @basketball_girl292
    @basketball_girl292 Před 3 lety +9

    Sevgililər gününə hədiyyə♥️. Təşəkkür Xəzər bəy😍

    • @cakmingecevir9494
      @cakmingecevir9494 Před 3 lety

      Sevgiller günü

    • @mesudebabayeva9537
      @mesudebabayeva9537 Před 3 lety

      chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS
      👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵
      Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,

    • @mahmudlucesur6999
      @mahmudlucesur6999 Před 3 lety

      Sevgi varki..onun gunude olsun...Esl sevgi okii kişi qelbi torpaq qadin ise ora ekilimş toxum ola..Torpaq onu besleye boyude barin gore ..sonrada o torpaqda yox ola..O torpaq onu sixmiya yarim qoymuyakii..bawqa torpaga ..koçurulmek zorunda qalmasin...Yeni qadin uçun kişinin qelbi torpaq olmali..orda açilib orda sonsuzluga qerq olmali..Indi sizce varmi ele torpaq kimi ureyi olan kişi..yada torpagina sadiq olan toxumdan biten çiçek xanimlar??Olanlar var..Ama çox az..

  • @rafiqsubhanov9947
    @rafiqsubhanov9947 Před 3 lety +1

    Sevdiyin insannan qarşılıq görməyəndə onsuzda incinirsən, sinirsan, ən əsası viran olur insanın ürəyi

  • @lamiehacmuradova1110
    @lamiehacmuradova1110 Před 3 lety +4

    Ağladım😢

  • @xanimehmedova6753
    @xanimehmedova6753 Před 3 lety +3

    Səsinizə sağlıq.Hər zamanki kimi mükəmməl!♥️🏹

  • @nazrinmoffa5370
    @nazrinmoffa5370 Před 3 lety

    Bilmirəm nədəndir, amma ideal insan obrazı dedikdə gözümün qabağında Xəzər bəy Süleymanlı , birdə Azərbaycan dili və Ədəbiyyatı müəllimim Zəhra xanım Mirzəyeva canlanır❤

  • @slalliyeva2839
    @slalliyeva2839 Před 3 lety +2

    Axı çox gözəl deyirsiz bu şeirləri🤤💛

  • @gulaymazanova5381
    @gulaymazanova5381 Před 2 lety

    Təşəkkürlər Xəzər Süleymanlı

  • @gunaymamedova4284
    @gunaymamedova4284 Před 3 lety +1

    Mohurunu vurdu. ,, Men senincun olurem,, Son kelmede dunya var

  • @nurlanhuseynov7291
    @nurlanhuseynov7291 Před 3 lety +3

    Sesine qurban ay Xezer♥️♥️♥️

  • @ilqarrustamov8568
    @ilqarrustamov8568 Před 3 lety +3

    Ağzına,ürəyinə sağlıq gözəl insan.Möhtəşəm

  • @SeyraneBagirzade85
    @SeyraneBagirzade85 Před 3 lety +1

    Ne yaxşı ki,varsınız.Hemişe var olun!

  • @SSSSSS-hp7zd
    @SSSSSS-hp7zd Před rokem

    XƏZƏR BALAM ŞEİRLƏRİ BELƏ GÖZƏL SÖYLƏMƏKLƏ SƏN BİZİ BİR BİRİMİZLƏ ŞEİRLƏ DANIŞDIĞIMIZ O İLLƏRƏ APARIRSAN.
    YADIMIZA ATA ANAMİZ MUƏLLİMLƏRİMİZ SİNİF YOLDASLARİMİZ DÜŞÜR. O İLLƏR HAMININ YAŞAYAN VAXTLARI İDİ HAMI SAĞ İDİ.
    ONA GÖRƏ HAMIMIZ SƏNİ ÇOX İSTƏYİRİK. ALLAH SƏNƏ UZUN ÖMÜR CAN SAĞLIĞI VERSİN.ALLAH SƏNİ BƏDNƏZƏRDƏN MƏRDİMAZARDAN QORUSUN.AMİN.

  • @iyosifdoni8399
    @iyosifdoni8399 Před 3 lety +1

    Eşitmirsən bilorəm ama deyəcəm "Mən Səninçün Ölürəm."çatmaqaş.

  • @nergiz5419
    @nergiz5419 Před 3 lety +1

    Bilirem...gələrem ...amma güle bilmirem...bir məni axtarsan ,bir mənim ucun darixsan ,bir məni sevsen ..onda mən də ölerem senincun...istemedin...

  • @shebiheyderova2660
    @shebiheyderova2660 Před 3 lety +1

    Sevgi sehvi ile doğrusu ile qebul etmekdir 🌈

  • @A26bakili
    @A26bakili Před 3 lety +3

    Hər anımda varsan amma mənim deyilsən

  • @krcicyi6146
    @krcicyi6146 Před 3 lety +1

    Cox tessüf ki, sevgi cox uçuzlaşib.....

  • @nicatsuleymanov5456
    @nicatsuleymanov5456 Před 3 lety +4

    Gözəldi ❤️

  • @gunaykerimbeyli277
    @gunaykerimbeyli277 Před rokem

    Hec kim hec kim ucun olmurmus.......

  • @zaursoltanov243
    @zaursoltanov243 Před 2 lety

    Vallax halaldi

  • @laleesgerli434
    @laleesgerli434 Před 3 lety +3

    Çox mukemel seir👍

  • @Qazi664
    @Qazi664 Před 3 lety +1

    Qewey

  • @turalhesenli6719
    @turalhesenli6719 Před 3 lety +2

    Möhtəşəm

  • @nicatazeri1496
    @nicatazeri1496 Před 3 lety +3

    Mukemmelllllllllll♥️🥰🥰😍😍😍

  • @melisa3763
    @melisa3763 Před 3 lety +4

    Bu ses niye bu qeder gozel, niye bu qeder qulaga ,qelbe yaxin?Senin ucun olurem sozunu esitmeye cesaret var,hetta o sozu esitmeye qulaqlar ac bele..o sozu soyleye bilecek cesaret lazim,o sozu soyleye bilecek insan lazim...

  • @cemilememmedova9265
    @cemilememmedova9265 Před 3 lety

    Ay allah ne dehsetli sozler

  • @sharafatabdullayeva2925

    Allah sizi həmişə güldürsün.

  • @user-oo5eg7ix6j
    @user-oo5eg7ix6j Před 3 lety

    Хезер Сулейман яхшыки варсыныз бутун гадынларын севимлисиниз

  • @vuqarbxtiyarov5842
    @vuqarbxtiyarov5842 Před 2 lety

    Hər gün xoş gəzintilər xoş söz söhbətlər bir birimizin əlini tutub cəkişib gülşlər kafeyə gedib ürəyimiz istədiyimizi alıb nuş etməyimiz eh nə gözəl gənçliyin günliəriidi sakit həyat sürdik gözəl insan idi ondan birdə olmayaçaq🥀🥀🥀🥀

  • @shoyleqasimova5085
    @shoyleqasimova5085 Před 3 lety

    Gozel wer di. Heyif o illere. 💞😥😥 her weyden de.😒

  • @zahramuhammed2733
    @zahramuhammed2733 Před 3 lety +6

    Səni axtarasim gəlir ...Gəlirsənmi

    • @pervinheyderova8942
      @pervinheyderova8942 Před 3 lety

      chat.whatsapp.com/FO1YjycH0Xw1egLpern4C1
      Salam. Belkede bu cür devetler size defelerle gelir ve heç vaxt marağınızı celb etmir. Ama men size teklif edirem ki, online iş haqda birde menden eşidin. Belke size uyğun işdir, belke men izah etsem daha aydın anlamış olarsız?🤔 Eger sizde bizim kimi serbest qrafikle işlemek istesez, yuxarıdakı linke daxil olun(ancaq xanımlardı) İş xoşunuza gelmese qrupdan çıxa bilersiz. Narahatlığa göre üzürlü sayın😊🥰👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻

  • @nurgunaygun3395
    @nurgunaygun3395 Před 3 lety +2

    Giriş edən kimi👍🙋‍♀️

    • @pervinheyderova8942
      @pervinheyderova8942 Před 3 lety

      chat.whatsapp.com/FO1YjycH0Xw1egLpern4C1
      Salam. Belkede bu cür devetler size defelerle gelir ve heç vaxt marağınızı celb etmir. Ama men size teklif edirem ki, online iş haqda birde menden eşidin. Belke size uyğun işdir, belke men izah etsem daha aydın anlamış olarsız?🤔 Eger sizde bizim kimi serbest qrafikle işlemek istesez, yuxarıdakı linke daxil olun(ancaq xanımlardı) İş xoşunuza gelmese qrupdan çıxa bilersiz. Narahatlığa göre üzürlü sayın😊🥰👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻

  • @susan8275
    @susan8275 Před 3 lety

    Gözel sesiniz varr uqurlar 😄😄😄