Nyutonun üçüncü qanunu

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Nyutonun üçüncü qanunu qarşılıqlı təsirə əsaslanır. Bir cismin digər cismə birtərəfli təsiri mümkün deyil, yalnız qarşılıqlı təsir mövcuddur. Yəni ki, əgər bir cisim başqa cismə təsir edirsə, onda ikinci cisim də birinci cismə təsir edir. Başqa sözlə desək hər təsirə bir əks təsir var. Təsir və əks-təsir qüvvələri bir birinə bərabər, amma istiqamətcə əksdir. Təsir və əks-təsir həmişə cüt meydana gəlir. Bilmək lazımdır ki, bu qüvvələr bərabər və əks istiqamətdə yönəlsələr də, onlar bir birini kompensasiya etmir, çünki müxtəlif cisimlərə tətbiq olunub. Təbiətdə buna çoxlu sayda misallar mövcuddur. Balıqların üzməyi, quşların uçmağı və s. Bu buraxılışmızda biz Nyutonun 3-cü qanununa qısa nəzər salacağıq.
    ============================================
    Facebook: savad.siz
    Instagram: savad_siz
    CZcams: / savadsiz

Komentáře • 35