Video není dostupné.
Omlouváme se.

Nərgiz Nasir - Tələsmişəm (səs: Pərvin İsmayılzadə)

Sdílet
Vložit
  • čas přidán 13. 08. 2024
  • mövzu: ``Tələsmişəm``
    şeir: Nərgiz Nasir
    ifa: ‪@pervinismaylova6029‬
    tərtibat:
    musiqi:
    Videoların davamı üçün kanala abunə olub, videolara rəy yazmağı unutmayın. Rəyləriniz və düşüncələriniz bizim üçün önəmlidir. İstək şeirlərinizi şərhlərdə bildirin.
    Official (Tvitter) profile
    Ar...
    Offical (CZcams) Channel
    / @araz_efendi
    Official (Instagram) profile
    / araz_efendi_official ~
    Official (TikTok) profile
    / araz_efendi
    Offical (Facebook) profile
    / araz.efendi.official
    Rəsmi Əməkdaş (CZcams)
    / mayxana001
    Tələsmişəm
    Tələsmişəm
    Zamanında həyatımı yaşamağa.
    Ümidərim boynun büküb
    O künc-bu künc qısılanda,
    Uşaq kimi saçlarını oxşamağa
    Tələsmişəm…
    Qəmim-qüssəm göz yaşı tək qaynayanda,
    Bəbəyimin arxasında tez-tələsik
    Mənsəbinin qollarını ayırmağa.
    Tələsmişəm...
    Ruhum küsüb bədənimdən köç edəndə,
    Karvanının arxasınca ayaq yalın yüyürməyə,
    Hər bir arzumun dalınca
    yorulsam da dizin-dizin sürünməyə
    Tələsmişəm...
    Hər enişin, hər yoxuşun tunelində
    Qaranlığa qərq olanda cəsarətim,
    Düşməməkçün ağuşuna əsarətin,
    Üfüqdəki o bircə cüt qanadları
    Alıb ordan çarəsizlik damarıma keçirməkçün.
    Tələsmişəm...
    Hər ağrıdan yeni günah doğulanda,
    Hər günahın əzabında boğulanda,
    Ovcumdan duaları uçurtmaqçün,
    Tələsmişəm...
    Hər addımda irəliyə tələsdikcə,
    Hər ayrıcda təkrar-təkrar keçmişimlə üzləşdikcə,
    Xatirələr gecə-gündüz beşiyində mələşdikcə,
    Gələcəyin qatarına yetişməkçün.
    Tələsmişəm...
    Gecə geyib donunu qətranı andıranda,
    Ömür öz məşəlində özünü yandıranda,
    Sürüşərək bu kölgədən o kölgəyə,
    Sabahıma qovuşmaqçün
    Tələsmişəm...
    Nə bilim ki, tələsdikcə gecikmişəm,
    Doğramışam zamanımı dərzi kimi,
    Sovurmuşam həyatımı sağa-sola xəzri kimi,
    Biləyimdə nəbzi vuran ümidlərin dəfni kimi,
    Tələsdikcə yaşamağa gecikmişəm.
    Tələsmişəm...
    Tələsdikcə itirmişəm nələrimi!
    Ömrün çılğın gəncliyini,
    Taleyimin dincliyini,
    Gülüşümün sehrini itirmişəm...
    Hər itgidə
    Boğazımda düyünləyib qəhərimi.
    Tələsərək yaratmışam saçlarımın bəyazından
    “yorğun qadın” əsərini.
    Tələsmişəm...
    Mən əslində tələsdikcə,
    Özümdən də xəbərsizcə,
    Yığıb ruha hər şeyimi
    Tərk etmişəm asta-asta,
    Yavaş-yavaş
    torpağın üst şəhərini.
    Nərgiz Nasir
    Kanalda paylaşılan videolar haqda əsaslı iradınız, eynizamanda ``tərəfinizə aid qadağan etdiyiniz musiqi və ya hər hansı video`` hissəsi olarsa, xaiş edirik iradınızı, sözügedən paylaşımın rəy bölməsində qeyd edin., Biz də iradınıza nəzər yetirib, sözügedən məsələni, və ya paylaşımı aradan qaldıraq. .
    Təşəkkürlər
    EN: Dear people, If you have a grounded comment or complaint about the videos shared on the Channel, please do not complain, let's not waste each other's efforts. If so, please leave your comment in the comments section of this post. We will consider your comment and fix the problem at the exact time.
    Thanks
    #NərgizNasir #Pərvinİsmayılzadə #Tələsmişəm

Komentáře •