Zakir Əliyev - "Rast" muğamı - 2023

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • Əziz kanalınızın izləyiciləri! Sizə xalqımızın sevimli sənətkarı, gözəl xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti Zakir Əliyevin ifasında 7 əsas muğamdan biri olan "Rast" dəstgahını təqdim edirik. Muğam dəstgahı 24 iyun 2023-cü ildə "Muğam Aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Muğam marafonu" layihəsi çərçivəsində lentə alınıb. Xanəndəni tarda əməkdar artist Ələkbər Ələkbərov, kamançada isə əməkdar artist Xəyyam Məmmədov müşayiət edir.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Muğamda ifa olunan qəzəllər Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Mirzə Ələkbər Sabir, Ələmdar Mahir və Məmmədəli Məhzuna məxsusdur.
    ◾ BƏRDAŞT, MAYƏ (SEYİD ƏZİM ŞİRVANİ)
    Gərçi hamıdan səfheyi-dünyada kəməm mən,
    Hər vəqt ki, camım ola dəstimdə, cəməm mən.
    Dünyanı tutub təntəneyi-fəzlü kəmalım,
    Aləmləri təsxir qılan möhtəşəməm mən!
    Sünbül nə güşayiş verəcək xatirə, ey gül,
    Dilbəsteyi ol kakili-pürpiçü xəməm mən.
    Əmvati-məani olur ehya nəfəsimdən,
    Kim, aləm ara Seyyidi-ecazdəməm mən!
    ◾MAYƏ, HÜSEYNİ (MƏMMƏDƏLİ MƏHZUN)
    Dili-bimarım üçün musiqi dərman kimidir,
    Onsuz aləmdə bu aləm mənə zindan kimidir.
    Unudar dərdü qəmi kim eşidər musiqini,
    Sanki dünya o zaman bagü gülüstan kimidir.
    Necə cananı sevər canı kimi aşiqlər,
    Sevirəm musiqini, sevgili canan kimidir.
    Bəxtəvər kimsədi o xəlq ki, var musiqisi.
    Musiqi bilməyən ölkə, necə viran kimidir.
    Dil yenə aşiqi olmuş bu gözəl musiqinin,
    Deyəcəksən ki, bu Məhzun yenə Sənan kimidir.
    ◾ÜŞŞAQ (MƏHƏMMƏD FÜZULİ)
    Ol pərivəş kim, məlahət mülkünün sultanıdır,
    Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.
    Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
    Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.
    ◾VİLAYƏTİ (SEYİD ƏZİM ŞİRVANİ)
    Ey məh, sənə ol ah dəmadəm nə üçündür,
    Ayineyi-dildə kədərü qəm nə üçündür?
    Batdın genə bəxtim kimi bilməm nə qərayə,
    Qurban sənə buşiveyi-matəm nə üçündür?
    Təcridi-lətafətlə sən İsayi-zəmansan,
    İsayə, nigarım, qəmi-Məryəm nə üçündür?
    Dünyayə gələn getmək üçündür, bu nə qəmdir,
    Bir fikr elə bu xilqəti-aləm nə üçündür?
    Seyyid, əgər ol şəmə sənin yanmadı könlün,
    Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür?
    ◾ DİLKƏŞ (ƏLƏMDAR MAHİR)
    Öz kimliyini dərk edə bilsəydi hər insan,
    Qoymazdı gedə ömrünü bir dəm hədər insan.
    Yox sübhə ki, aləmdə mələktək ucalardı,
    Öz nəfsini ram eyləyə bilsəydi hər insan.
    Nə rütbə, nə mənsəb səni xoşbəxt edə bilməz
    İmanı olanlardı fəqət bəxtəvər insan.
    Sidq ilə, məhəbbətlə yapış haqqın ipindən
    Gəl qeyrətə, al haqqını, göstər hünər, insan
    Keçmiş neçə mənzil bu fəna mülkünə gəlmiş,
    Burdan bəqa mülkünə eylər səfər insan.
    Mahir, dili-üşşaqə çalış zövq səfa ver,
    Ta ki, sənə el söyləməsin bisəmər insan.
    ◾ KÜRDÜ (MƏHƏMMƏD FÜZULİ)
    Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
    Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
    Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,
    Gözüm hər dəm dolub, min daşə hər saət dəgər başım.
    Mənə manənd bir divanə surət bağlamaz, guya,
    Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım.
    Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,
    Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım
    ◾ ŞİKƏSTEYİ-FARS, ƏRAQ (MİRZƏ ƏLƏKBƏR SABİR)
    Xosrovi-hüsnün, əzizim, sən imişsən taci,
    Xublər cümlə sənin dərgəhinin möhtaci.
    Qabi-qövseyn qaşın, leylətül-isra zülfün,
    Tapmısan mərtəbeyi-hüsndə sən meraci.
    Tökülüb zülfi-siyəh arizi-alın üzrə,
    Kəbəyə çöl ərəbi mane olur hüccaci.
    Zairi-kuyinəm, ey məh, qoy öpüm xalindən,
    Həcəri öpməyənə xəlq deməzlər haci.
    Kəc nigah ilə dələr bağrımızı müjganın,
    Bu ox atmağı kim öyrətdi sənə qıyğaci?
    Gecə-gündüz səri-kuyində sızıldar Sabir,
    Neyləsin, qovma qapından, kəsilib illaci.
    ◾ PƏNCGAH, RAK (ƏLİAĞA VAHİD)
    Zülm qılma, gözəlim, rəhm elə, gəldim canə,
    Ürəyim dərdi-fəraqinlə dönübdür qanə.
    Gül əgər olmasa, bülbül niyə fəryada gəlir,
    Eşqi var, özünü odlara çırpır pərvanə.
    Şad olardım, o gülün vəslinə yetsəm, Vahid
    Əgər etməzsə əcəl könlüm evin qəmxanə.
    ◾QƏRAİ (MƏHƏMMƏD FÜZULİ)
    Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
    Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
    Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    R A S T
    Dəraməd 00:06 - 00:55
    Təsnif 00:55 - 02:41
    Bərdaşt 02:41 - 04:26
    Mayə 04:26 - 09:44
    Üşşaq 09:44 - 10:32
    Hüseyni 10:32 - 12:14
    Təsnif 12:14 - 14:12
    Vilayəti 14:12 - 19:30
    Rəng 19:30 - 21:01
    Dilkəş 21:01 - 28:03
    Rəng 28:03 - 29:31
    Kürdü 29:31 - 32:33
    Şikəsteyi-fars 32:33 - 37:01
    Rəng 37:01 - 37:47
    Əraq 37:47 - 40:05
    Rəng 40:05 - 40:42
    Pəncgah 40:42 - 42:38
    Rəng 42:38 - 43:16
    Rak 43:16 - 44:50
    Qərai 44:50 - 45:24
    Rasta əyaq 45:24 - 45:57
    F U A D R A M A Z A N O V
    Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!

Komentáře • 1