Zaqatala kəndlərinin yanacaq problemi… | Kanal S Xəbər

Sdílet
Vložit
  • čas přidán 14. 02. 2023
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Zaqatalanın Dağlı kənd sakinləri əraziyə mavi yanacaq çəkilmədiyindən hələ də odun, fındıq qabığı kimi alternativ yanacaq növlərindən istifadə edir. Qış üçün yanacaq təşkil etmək əlavə əziyyət və vaxt tələb etməklə yanaşı, həm də insanları maddi cəhətdən çətinliyə salır. Sakinlərin sözlərinə görə, hər il qış mövsümündə evlərini qızdırmaq üçün 1000 manatdan çox vəsait xərcləməli olurlar. 300-500 manata aldıqları bir maşın odun cəmi bir aya yetir. Üstəlik hər ay balon qazı və elektrik enerjisi üçün də əlavə pul xərcləməli olurlar. Məsələnin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edən sakinlər əraziyə mavi yanacağın çəkiləcəyi günü səbrsizliklə gözləyirlər. Azəriqaz İB-dən isə sorğumuza cavab olaraq regionların qazlaşma prosesinin davamlı şəkildə həyata keçirildiyi bildirildi. Belə görünür, Qafqazın ətəyində yerləşən Zaqatalanın Dağlı, Gözbarax və Mamrıx kəndləri də ən azından növbəti illərdə mavi yanacağın istisinə qızına biləcəklər. O zamana kimi isə səbr etmək qalır.
    #kanalsxəbər #qazproblemi #zaqatala

Komentáře • 40

  • @rasadqurbanov1885
    @rasadqurbanov1885 Před rokem +11

    Saxurlarin hec bir kende qaz yoxdu ayri seckilik edirler

  • @ramilmirova9843
    @ramilmirova9843 Před rokem +7

    Çox sağolun kəndimizin problemləri ilə maraqlanirsiniz.yaşlilarin necə əziyyət çəkdiyini górüb insafa gələrlər

  • @elmirarecebova8583
    @elmirarecebova8583 Před rokem +11

    Kendimize tezlikle qaz cekilsin

  • @fidangezalova6184
    @fidangezalova6184 Před rokem +6

    inwAllah tezlikle sesinizi eshideller

  • @user-io5eb2no1i
    @user-io5eb2no1i Před rokem +7

    Bizim olkemiz bir ike Zaqatalanin butun kendlerini qazla temin etmeye qadirdi. Amma bezi bu saheye aid qurumlar mesulyetsiz davranir. Dagli ozude planli kentdi.

  • @ReyhanYusupowa
    @ReyhanYusupowa Před 2 měsíci +1

    Я родился в Закатала. Очень скучаю всем моим друзьям, родным, близким желаю удачи, здоровья, успехов, счастья. 😢😢😢😢😢😢❤❤❤❤

  • @ehmedehmedov2439
    @ehmedehmedov2439 Před rokem +9

    Tek zaqatalanın o kendleri deyil çobankol qımır bazar suvagil kendlerinde qazı yoxdur .ölke xarice qaz satır gör özümüz ne gündeyik

  • @hayatdabirakmam6131
    @hayatdabirakmam6131 Před rokem +8

    Vaxtinda cekilmelidi qaz kendlere yoxsa mese qalmayacaq . Bir terefden parkete agac kesilir bir terefden oduna agac kesilir .

  • @orxansuleymanov5552
    @orxansuleymanov5552 Před rokem +5

    Rayonun yiyəsi olsa baxani olsa cəkilərdi ona gorə bu gunlərə qalib

    • @user-zw7ns2bs9d
      @user-zw7ns2bs9d Před 10 měsíci

      Ижра башчысы гах районун илису кенде даглара курорт зоналара чекир😂

  • @XanimxanimXanimxanim
    @XanimxanimXanimxanim Před rokem +5

    Yaxwi olardiki kenlerimiz qazlawdirilsin..gorduyunuz kimi yawlilar eziyyet cekir..milli qehremanimiz Natiq Memmedovun ata anasidi..tekdiler komeksizdiler..hecc olmasa bunu nezere alsalar...

  • @asimqurbanov7272
    @asimqurbanov7272 Před 9 měsíci +2

    Mamrux,Gozbarax kendlerinede qaz çekilsin

  • @user-fk8ry1bg2h
    @user-fk8ry1bg2h Před 8 měsíci +1

    Saxurlarda qaz yoxdu,biz özümüz qazıx,məndən başlama...😂😂😂

  • @MAGAMMED_G.
    @MAGAMMED_G. Před rokem +1

    ♥️♥️♥️

  • @anarefendiyev5493
    @anarefendiyev5493 Před rokem +2

    Sadəcə 3 kənddəmi bu purablem? Zaqatalanın 65 faizi qazlaşdırılmıyıb

  • @zamiqmusayev9078
    @zamiqmusayev9078 Před rokem +4

    Salam mende bu kent sakiniyem 2012 ci ilde prezdentimiz kendimize gelende demisdiki 2013 cu ilde bu kent qazlasacaq ama hani prezdent dedi ama qurumlar esitmedi niye

  • @sebxanovelburus7694
    @sebxanovelburus7694 Před rokem +4

    Muganlı kendi yadan cıxdı

  • @nebimemmedov3984
    @nebimemmedov3984 Před 7 měsíci +1

    Qaz olsa isterdik.

  • @zakirmemmedov3213
    @zakirmemmedov3213 Před rokem +3

    Qaxin kendlerindede qaz yoxdur

  • @mmehdiyevler5955
    @mmehdiyevler5955 Před měsícem

    Bazar kendinde de yoxdu qaz. Çox pis veziyyetdi qışda otaqdan otağa keçmek olmur

  • @MAGAMMED_G.
    @MAGAMMED_G. Před rokem +1

    Закатал ❤️❤️❤️

  • @turalmemedov85
    @turalmemedov85 Před rokem +7

    Ölme eşəyim ölmə.

  • @sahbuddinmammadov9976
    @sahbuddinmammadov9976 Před rokem +2

    Zaqatala rayon Yuxari Cardaxlar kendindede var bu derd

  • @user-io3ux6lt9g
    @user-io3ux6lt9g Před měsícem +1

    Закаталанын йени Сувагиль кендинде де йохду газ, кендин 1-2 километирден газ хатти кечир, кенд чамматы шкаятлар hеч hара чатмайыр, хайиш ед ирик бу меселени hелетсин

  • @afamuradova6467
    @afamuradova6467 Před rokem +2

    Biz qazidarə böyründə yaşayış massivində yaşayırıq bizdədə yoxdu odun yandıram

  • @vahidosmanov2909
    @vahidosmanov2909 Před rokem +1

    fındıq odunu istəyən varmı? Dağlı kəndinnən cavab verin kimə lazımsa?

  • @xyalorucova7616
    @xyalorucova7616 Před rokem +2

    Ümiddən ümid yaxşıdı

  • @mustafaqdirov4391
    @mustafaqdirov4391 Před rokem +4

    Neft Qaz ölkəsinin yazıq milləti.

  • @xizirbabayev187
    @xizirbabayev187 Před rokem +3

    Ermeni kilselerine verirler de saq olsunlar..neylerine lazimdir ozununkiler... 😏Daglidan sonra Nuganli var...uc kedin cammatindan coxdur Muganli kendinin cammati..ordada da yoxdur qaz..😏

  • @user-tb5mr2cz8x
    @user-tb5mr2cz8x Před rokem +2

    Инкишаф Лап суратлидир! Илюша балка бир аз явашлаяг! Бу сур'атли инкишаф биза на лазым?

  • @intizarbalagozova290
    @intizarbalagozova290 Před rokem +2

    Qaz cəkildi iş bitir düzü dünya pul yazır cəkdirməyyinə peşman olmuşux hələdə

  • @user-re9tg9zm8d
    @user-re9tg9zm8d Před 2 měsíci +1

    Ayıbdu belə neft olan dövlətə belə çətinlikə rastlaşmaq, bizim yeni suvaqil kəndədə eyni çətinlik olur ayib olsun yeyən neft pulari haram olsun məmurların.