Bu obyektlərə işıq verilməyəcək

Sdílet
Vložit
  • čas přidán 13. 09. 2024
  • #APATV #obyekt #elektrik #elektrikenerjisi #Azərişıq #AzərişıqASC #Novxanıqəsəbəsi #sayğac #Suraxanırayonu #Hövsanqəsəbəsi
    Paytaxt və bölgələrdə növbəti dəfə elektrik enerjisinin talanması halları
    aşkarlanıb. “Azərişıq” ASC-nin əməkdaşları vəzifə təlimatına uyğun, ayda bir dəfə olmaqla elektrik sayğaclarının oxunmasını həyata keçirir. Bu vəzifənin növbəti icrası zamanı Novxanı qəsəbəsində istirahət mərkəzlərinin birində sayğacın üzərində əlavə qurğunun olduğu aşkarlanıb.
    Ərazi üzrə abonent sayğaclarının oxunması zamanı Səbail rayonunda otellərin birinin sayğacında da qüsurlar aşkarlanıb. Mütəxəssislər tərəfindən baxış keçirilərkən sayğaca kənar müdaxilənin olduğu məlum olub.
    Suraxanı rayonu, Hövsan qəsəbəsində daha bir obyektin sayğacı oxunarkən gərginlik naqillərinə müdaxilə olunduğu aşkarlanıb.
    Paytaxtla yanaşı, bölgələrdə də bir sıra kənar müdaxilələr və qanunsuz qoşulmalar müşahidə edilib. Qobustanda yerləşən marketlərdən birində sayğac oxunarkən obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub.
    Gəncə şəhərində yerləşən Texniki Oksigen Sexində də analoji fakt aşkarlanıb.
    “Azərişıq” ASC-nin Satışa Nəzarət İdarəsinin rəis müavini Elçin Kazımov deyir ki, son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq həmin sadaladığımız müdaxilə hallarını sayğac öz yaddaşında saxlayaraq arxivləşdirir: “Laboratoriya şəraitində həmin sayğaclara proqram yazılarkən həmin müdaxilələr detallı şəkildə öz təsdiqini tapır. Deyim ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi, eləcə də talama hallarının vaxtında qarşısını almaq məqsədilə “Azərişıq” ASC-nin müvafiq strukturları bu istiqamətdə monitorinqlər keçirir və bu cür neqativ halların qarşısını alırlar”.
    Ümumilikdə bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik enerjisinin miqdarı isə 17 milyon kVts-dan çox olub.
    Qurumun Aktların Uçotu və İcrasına Nəzarət Şöbəsinin rəisi Fuad Yusifov deyir ki, qanunsuz olaraq sayğaclara və əhali abonentlərinə müdaxilə edən əhali abonentləri ilə yanaşı, belə hallar qeyri-əhali sektoruna da daxil olan abonentlərində aşkarlanır: “MTK-lar, otellər, karxanalar, istixanalar, ictimai iaşə obyektləri və s. Həmin abonentlərə demək istəyirəm ki, tərəfimizdən sayğaclara müdaxilələr və uçot sistemlərindən kənar qoşulmalar aşkarlandıqda onların elektrik enerjisinin təchizatı dərhal dayandırılacaq, barələrində tədbir görüləcək”.
    Həmçinin, həmin obyekt və müəssisələrin adları bundan sonra da kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq. Abonentlər bilməlidir ki, uçotdan kənar qoşulmalar səbəbindən elektrik xətləri həddindən artıq yüklənir. Nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır və gərginliyin aşağı düşməsinə səbəb olur. Bu da abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır. Ən əsası isə belə hallar insanlar həyat və sağlamlıqları üçün təhlükəlidir.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV

Komentáře • 1