Abbasqulu ağa Bakıxanov- Qəzəl Sevdası gözəldir

Sdílet
Vložit
  • čas přidán 24. 07. 2024
  • Yol saldım onun zülfünə sevdası gözəldir,
    Hər şeydən onun gün kimi siması gözəldir.
    Geysusi gözəl, lalə üzari gülə bənzər,
    Məşşatə nə lazım ki, hər əzası gözəldir.
    Hər acı sözü yarın olar qəndə bərabər,
    Bəh-bəh, nə əcəb şivəsi, qovğası gözəldir.
    Zəncirə düşüb rahət olar bu dəli könlüm,
    Çünki, yarımın zülfi-çəlipası gözəldir,
    Bir sərv kimi cilvələnər qaməti gözdə,
    Çeşmə yanında onun qaməti-rənası gözəldir.
    Ulduzmudur aya, xalı ol ləbləri üstə,
    Ya hindli edir səcdə, tamaşası gözəldir.
    Tus əhli olan Qüdsi tapıb feyzi o yerdən,
    Bu Bakılı Qüdsi deyir ixlası gözəldir.

Komentáře •