“Skuşonnu” adı ilə görün bizə nə satırlar... - İçində nələr varmış... - APA TV

Sdílet
Vložit
  • čas přidán 15. 10. 2023
  • #APATV #süd #market #təbiisüd #Skuşonnu #qidatəhlükəsizliyi #sağlamqida #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    “Skuşonnu” adı ilə görün bizə nə satırlar... - İçində nələr varmış... - APA TV
    Qatılaşdırılmış süd bu gün bir çox evlərdə və kulinariya sahəsində geniş istifadə olunan süd məhsuludur. Səhər yeməkləri, şirniyyatların hazırlanası ilə yanaşı, uşaqların sevmli məhsullarından biridir. Lakin bəzi hallarda bu məhsulun istehsalında müxtəlif zərərli yollara əl atılır. Bu da gələcəkdə çox böyük fəsadlara gətirib çıxara bilər. Bəs marketlərdə bizə təqdim edilən qatılaşdırımış südlərin saxtasını əslindən necə seçək? Ümumiyyətlə, təbii qatılaşdırılmış süd necə hazırlanır?
    Bəs marketlərdən “təbii” adı ilə aldığımız qatılaşdırılmış südlərin tərkibində əslində nə var?
    Mütəxəssislər bildirirlər ki, qatılaşdırılımış südün dəyərindən çox aşağı qiymətə satılması da alıcıda şübhə doğurmalıdır. Buna görə də, məhsulun üzərində tərkibilə bağlı qeydləri diqqətlə oxumaq lazımdır.
    Standartlara görə, markalanma zamanı məhsulun adı məslən, «сгущенное молоко» kimi qeyd olunmalıdırsa, bəzi işbazlar insanları aldatmaq üçün oxşar sözlərdən istifadə edirlər. Məsələn, qatılaşdırılmış südün üstünə «сгущёнка» və yaxud «сгущёночка» yazırlar.
    Bəs saxta qatılaşdırılmış südü başqa hansı xüsusiyyətlərindən tanıyaq?
    Mütəxəssis bildirdi ki, hər bir məhsulun istifadə təyinatına uyğun olan qida kodu olmalıdır. İstehlakçı həmin qida kodunu araşdırmaqla, o qatqı maddəsinin nə üçün istifadə olunduğunu rahat şəkildə öyrənə bilməlidir.
    Terapevt Elfanə Süleymanova isə deyir ki, qatılaşdırılmış südlər aliminium qablarda qablaşdırıldığına görə, məhsulda ağır metallar çox olur. Buna görə də azyaşlılarda nitq ləngiməsi, hipetaktivlik, autizm kimi problemlər yaranır. Bunun üçün də risk qrupunda olan uşaqlar bu cür qidalardan istifadə etməməlidirlər.
    Mütəxəssislər məsləhət görür ki, bu cür halların yaşanmaması üçün sağlam qidalanma, daha çox təbii qidalardan istifadə mütləqdir. Bundan başqa, məhsulun saxlanma müddətinə də diqqət edilməlidir. Məhsulun saxlanma müddəti dəmir qabda 12 ay, plastik qab üçün isə təxmiən 2-3 ay təyin olunur. Bu müddət daha çoxdursa, deməli, istehsalçı şirkət qatılaşdırılmış südə konservant qatıb.
    AYGÜN CARÇIYEVA,
    ZİYA ALLAHYAROV,
    APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: czcams.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 1