Yol nişanları - Qadağan nişanları I hissə

Sdílet
Vložit
  • čas přidán 24. 08. 2024

Komentáře • 69

  • @umid3461
    @umid3461 Před 2 lety +1

    Rasim bəy youtube platformasındakı ən əhatəli və anlaşılması asan yol hərəkəti ibə bağlı videolar sizin kanalınızdadır. Gözəl və aydın izahınıza görə minnətdaram

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety +1

      Zəhmətimi dəyərləndirdiyiniz üçün mən də Sizə minnətdaram. Əgər imtahana hazırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də CZcams-də imkanlar məhduddur. Çox təəssüf ki,,çətinliklə başa gələn videolara baxıb qaydaları mükəmməl öyrənmək istəyənlərin sayı azdır.

  • @6214884
    @6214884 Před 3 lety +7

    Bilginizi paylaşdığınız üçün və ərtraflı, çox sadə dillə izah etdiyiniz üçün təşəkkürlər, var olun...

  • @NN-hl3mw
    @NN-hl3mw Před rokem

    Cox sagol gozel ve aydin izah ucub Allah sizden razi olsun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před rokem

      Zəhmətimi qiymətləndirdiyiniz üçün Allah sizdən də razı olsun.

  • @Ramiləbədəlova9817
    @Ramiləbədəlova9817 Před 3 lety +3

    Çox sağ olun Allah razı olsun.

  • @NubarCfrova-kl8vf
    @NubarCfrova-kl8vf Před měsícem

    Allah ömür versin sizə.Çox sağolun gözəl aydın izahınıza görə

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před měsícem

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də CZcams-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir

    • @NubarCfrova-kl8vf
      @NubarCfrova-kl8vf Před měsícem

      @@RasimIsmayiloglu bloq yazılarınızı da oxuyuram ilk onunla tanış olmuşam elə.Çox sağolun Əziyyətinizi halal edin

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před měsícem

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Zəhmətimi öyrənmək həvəsli hər bir şəxsə halal edirəm. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.

  • @faiqhuseynov2165
    @faiqhuseynov2165 Před rokem +1

    Möhtəşəm izah.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před rokem

      Zəhmətimi qiymətləndirdiyiniz üçün çox sağ olun.Təəssüf ki, faydalanan azdır.

  • @MedisNizi
    @MedisNizi Před 2 lety

    Cooox sağ olun Müəllim ,teşekkür edirəm

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun.Öyrənmək həvəsinizə görə mən də Sizə təşəkkür edirəm. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm. Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də CZcams-də imkanlar məhduddur.

  • @elvinsahbazov7118
    @elvinsahbazov7118 Před 2 lety

    Əla çox sağolun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety

      Zəhmətimi dəyərləndirdiyiniz üçün də Sizi də çox sağ olun. Əgər imtahana hazırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də CZcams-də imkanlar məhduddur.

  • @gliese7.12
    @gliese7.12 Před 3 lety +1

    Təşəkkür edirik

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety

      Əməyimə qiymət verdiyinizə görə Sizə də təşəkkürlər.Tanışlarınıza da yol hərəkət qaydalarını yaxşı öyrənməyi məsləhət görün.Savadlı sürücü yollarda avtomobili daha təhlükəsiz idarə edir.

  • @eraziseki5674
    @eraziseki5674 Před 2 lety

    Hemiseki kimi mukemmel ders videosu.Allah razi olsun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety

      Əziyyətimi qiymətləndirdiyiniz üçün Allah sizdən də razı olsun.

  • @konulliyeva4821
    @konulliyeva4821 Před 3 lety

    Gözəl izahdır. Təşəkkür edirəm.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety

      Dəyər verdiyinizə və öyrənmək həvəsinizə görə Sizə də təşəkkürlər.Yaxşı olar ki, tanış sürücülərin də yol hərəkət qaydalarını mükəmməl öyrənmsi üçün təbliğat aparasınız.Bu yolların təhlükəsizliyi üçün lazımdır.

  • @miritelecom36
    @miritelecom36 Před 3 lety +2

    Çox sagolun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety

      Zəhmətimi qiymətləndirdiyıniz üçün Sizi də çox sağ olun.Videoları izləməkdə davam edin.Savadlı sürücü yollarda özünü inamlı hiss edir.

  • @narminm.9903
    @narminm.9903 Před 3 lety

    Super izah tesekkurler

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety +1

      Zəhmətimə qiymət verdiyinizə görə mən də Sizə təşəkkür edirəm.Əgər imtahana hzırlaşırsinizsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də CZcams-də imkanlar məhduddur.

    • @narminm.9903
      @narminm.9903 Před 2 lety

      @@RasimIsmayiloglu tesekkur edirem, ele indi baxacam blog sehifeye.

  • @narminismayilova5817
    @narminismayilova5817 Před 3 lety

    mohtesemsinizz, var olun!

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety

      Dəyər verdiyinizə və öyrənmək həvəsinizə görə Sizi də var olun.

  • @nesimiisayev2079
    @nesimiisayev2079 Před 3 lety

    Çox sağ olun.

  • @aliibayev3801
    @aliibayev3801 Před 3 lety

    Cox saqolun👍👍👍

  • @novruzmehdiyev9851
    @novruzmehdiyev9851 Před 2 lety +3

    Müəllim sizə təşəkkürümü bildirirəm. İnşallah qismət olar, real həyatda da, sizə təşəkkür edərəm. Minnətdaram. Dəyərlisiniz.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety +6

      Öyrənmək həvəsinizə görə mən də Sizə təşəkkürümü bildirirəm. Əgər Siz sürücülük vəsiqəsi alsanız və sonradan yollarda təhlükəsiz,qəzasız və cəriməsiz avtomobili idarə etsəniz elə bilin ki,məni şəxsən görüb təşəkkür etmisiniz.Bu işə başlamaqda məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.

    • @novruzmehdiyev9851
      @novruzmehdiyev9851 Před 2 lety

      @@RasimIsmayiloglu Var olun, Dəyərli insan! Allah canınızı, hər zaman sağlam etsin.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety

      Allah sizin də canınızı hər zaman sağlam etsin və həyat yolunuz uğurlu olsun.

  • @Hijab_makeup_by_peri.
    @Hijab_makeup_by_peri. Před 3 lety

    Cox sagolun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety

      Videonun hazırlanmasında çəkdiyim əziyyəti qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @anartalibzade1360
    @anartalibzade1360 Před 3 lety +1

    👍

  • @aytanamirova2403
    @aytanamirova2403 Před 3 lety

    təşəkkürlər

  • @worldtv9082
    @worldtv9082 Před 2 lety +1

    Salam eyer yol ayricinda geriye donme qadagindir işaresi yoxdursa ordan geriye donmek yeni U dönusu etmek olar nizamlanan ve nizamlanmayan yol ayricinda her iksinde geriye donmek olar ?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety

      Yol hərəkət qaydalarında U dönüşü adlı termin yoxdur.Fikrinizi başa düşmürəm.Qaydalardkı geriyə dönməni nəzərdə tutursunuzsa yazın sualınızı cavablandırım.

    • @worldtv9082
      @worldtv9082 Před 2 lety

      @@RasimIsmayiloglu salam beli geriye donmeni deyirem hansi yol ayricindan geriye donmek olar birde duzune ve sola işaresi olan yerde geriye donmek olar ?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety

      Əgər yolayrıcında "Düzünə hərəkət","Sağa hərəkət","Düzünə və sağa hərəkət"məcburi hərəkət istiqaməti nişanı varsa geriyə dönmək olmaz.Bundan başqa "Zolaqlarda hərəkət istiqamətləri"məlumatverici-göstərici nişanı sol kənar zolaqdan sola icazə vermədikdə də yolayrıcında geriyə dönmək olmaz. Hərəkət hissəsində zolaqlarda hərəkət istiqamətlərini göstərən yolun 1.18 nişanlanması da sol kənar zolaqdan sola icazə vermədikdə də yolayrıcında geriyə dönmək olmaz.

  • @elnuromrferecullayev5778

    Salam! Zəhmət olmasa deyərdiniz Rasim Müəllim 3.4 nişanı adamların daşınması üçün təyin olunmuş yük avtomobillərinin hərəkətinə icazə verir?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety +1

      Sizin verdiyiniz sualın cavabı “Yol hərəkəti haqqında” Qanunun 56 və 64 maddələrində göstərilib. Adamların daşınması üçün olan yük avtomobilinin 56-cı maddənin III hissəsindəki qaydada təchiz edilməsi tələb edilir. Bu Qanunun 64 maddəsinin V.2-ci hissəsinə əsasən yalnız nişan vurulan sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan yük avtomobilləri “Yük avtomobillərinin hərəkəti qadağandır”nişanının təsir sahsinə daxil ola bilər. Yəni,adi hallarda adamların daşınması üçün olan yük avtomobili bu nişanın təsir sahəsinə daxil ola bilməz. Adamların daşınması üçün olan yük avtomobili bu nişanın təsir sahəsinə yalnız orada yerləşən müəssisələrə xidmət etdiyi halda daxil ola bilər.Qadağan sahəsində yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan adamların daşınması üçün isə yük avtomobili ola blməz.
      Sonda onu qeyd edim ki, əvvələr bu qayda başqa formada idi.

    • @elnuromrferecullayev5778
      @elnuromrferecullayev5778 Před 2 lety

      @@RasimIsmayiloglu Çox sağolun. Minnətdaram. İnşaAllah sabah imtahan verəcəm. Ümid edirəm ki keçəcəm

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety +1

      Heç vaxt ruhdan düşməyin Allah qoysa imtahandan keçərsiniz.

  • @user-tn8bg4ve8y
    @user-tn8bg4ve8y Před 5 měsíci

    Rasim bəy məndə imtahana hazırlaşıram əməyinizə görə minnətdaram bloq yazı hardadır ki ?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 5 měsíci

      Bloq yazılarımı oxumaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
      rasimismayiloglu.wordpress.com/2020/
      rasimismayiloglu.wordpress.com/2021/
      rasimismayiloglu.wordpress.com/2022/
      rasimismayiloglu.wordpress.com/2023
      Bütün videoların sonunda bu linklər verilir.

  • @togrulhuseynov9710
    @togrulhuseynov9710 Před 3 lety +1

    3.2- 3.9 qadağan nişanlarının tesir sahesinde ümumi isdifadede olan neqliyyat vasitesi hereket ede biler yoxsa yox ve ya hem nişanların tesir sahesinde isi olan ve ya geden umumi isdifadede olan neqliyat vasiteleri hereket ede biler cavablaya bilersiz zehmet olmasa?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety

      3.2-3.8 Qadağan nişanlarının qüvvəsi ümumi istifadədə olan neqliyyat vasitələrinə də şamil olunur. Ümumiyyətlə 3.4-3.9 nişanlarının ümumi istifadədə olan neqliyyat vasitələrinə aidiyyəti yoxdur.3.2 "Hərəkət qadağandır" və 3.3 "Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır" nişanının təsir sahəsinə ümumi istifadədə olan neqliyyat vasitələri daxil ola bilməz.Bu yazdıqlarım qadağan nişanlarının üç hissəsi haqdakı videoda və qadağan nişanları haqda bloq yazısında göstərilib.

    • @togrulhuseynov9710
      @togrulhuseynov9710 Před 3 lety

      @@RasimIsmayiloglu çox sağolun minnetdaram

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety

      Sizi də sağ olun.

  • @ramilaliyev6669
    @ramilaliyev6669 Před 2 lety

    Hərəkət qadağandır nişanının təsir sahəsinə taksi ilə gəlmək olar ki?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety +1

      Maddə 64.V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:
      2) 3.2-3.8 - işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar.
      Bu maddəyə əsasən əgər vətəndaş 3.2 "Hərəkət qadağandır" nişanı vurulan sahədə yaşayırsa (bu halda onun şəxsiyyət vəsiqəsindəki ünvan həmin sahədə olmalıdır) öz evinə taksi ilə gələ bilər. Yaxud evinə mebel gətirirsə yük avtomobili ora daxil ola bilər.
      Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də CZcams-də imkanlar məhduddur.Əgər bloq yazısını oxusaydınız bu suala ehtiyac yaranmazdı.

    • @ramilaliyev6669
      @ramilaliyev6669 Před 2 lety

      @@RasimIsmayiloglu təşəkkürlər məlumat üçün. Bloqu hardan oxuya bilərəm ?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 2 lety

      Öyrənmək həvəsinizə görə Sizə də təşəkkürlər. Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2020/ yazıb axtarış verirsiniz. 2020-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Sonra yenə də Google axtarış sisteminə rasimismayiloglu.wordpress.com/2021/ yazıb axtarış verirsiniz. 2021-ci ildə yazılan bütün maddələr haqda yazılar çıxır. Hər hansı mövzunu oxuyub qurtardıqda sonda “oxumağa davam et”, “öncəki yazı”, “sonrakı yazı” sözləri çıxır. Bu qayda ilə bloqumda olan maddələr haqda izahları oxuya bilərsiniz.

  • @rufetesedov7702
    @rufetesedov7702 Před 3 lety

    1 sual vermek isteyor 3.1 3.2 ve 3.2 nisanlarinin tesir sahesine operativ NVleride gire bilmez? suruculuk vesiqesi almaq ucun girdiyimiz imtahanda çasdirici suallar çox dusur deqiqlesdirmek istedim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety +1

      Üstün hərəkət rejimli nəqliyyat vasitələrinin sürücüləri(polis,təcili tibbi yardım, yanğınsöndürən və s.)xüsusi tapşırığı yerinə yetirərkən işıq və səs siqnallarını qoşmaqla "Yol hərəkəti haqqında" Qanunun tələblərindən kənara çıxa bilər.Onlar bütün hallarda nizamlayıcının siqnallarına tabe olmalıdır.(Maddə 48 I.II.V) Qanunun bu maddəsinə görə üstün hərəkət rejimli nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən işıq və səs siqnallarını qoşmaqla 3.1, 3.2, 3.3 nişanlarının təsir sahəsinə daxil ola bilər.

    • @rufetesedov7702
      @rufetesedov7702 Před 3 lety

      @@RasimIsmayiloglu tesekkurler cavab ucun Rasim mellim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Před 3 lety +1

      Öyrənmək həvəsinizə görə Sizə də təşəkkürlər.Sürücüləri savadlandırmağı özümə borc bilirəm.

    • @vahidiskanderov3140
      @vahidiskanderov3140 Před 2 lety

      Avtobuslar 3.1 nişan kecə bilərlər? İcacə var?