Çiyələkli və bananlı "Blinçik" tortu, ƏN DADLI resept 😍💯🍓👍

Sdílet
Vložit
  • čas přidán 1. 08. 2024
  • Tərkibi:
    🍓 Yumurta - 5 ədəd
    🍓 Şəkər tozu - 6 x.q
    🍓 Günəbaxan yağı - 4 x.q
    🍓 Süd - 700 ml
    🍓 Un - 400 qram
    🍓 Kakao - 2 x.q
    🍓 Qaynar su - 0.5 stəkan
    Krem üçün:
    🍧 Süd- 2 stəkan
    🍧 Şəkər tozu - 2 stəkan
    🍧 Vanil - 1 qablama
    🍧 Un - 2 x.q
    🍧 Kəsmik - 200 qram
    🍧 Kərə yağı - 100 qram
    İçlik üçün:
    🍌 Çiyələk və banan
    Hazırlanması: Yumurta və şəkər tozunu agaranacan çalırıq, yağı və südü əlavə edirik. Daha sonra xəmiri 2 hissəyə bölürük və hər hissəyə bir dolu stəkan un əlavə edirik. Xəmirin birinə 2 x.q kakao töküb qarışdırıq. Ünü qatandan sonra hər iki xəmirə stəkanın 1/4 hissə qaynar su tökürük və yenidən qarışdırıq. Blinçikləri bişiririk qaynar qızmış tavada.
    Krem üçün: Südü, şəkəri və ünü qatıb ocağın üstündə qatılaşana qədər bişiririk. Gözləyirik krem tam soysun. Ayrıca mikserin qabına kərə yağını və kəsmiyi əlavə edib qarışdırıq və az az soyumuş kremimiz töküb kremi hazır vəziyyətə gətirib çıxardırıq.
    Blinçikləri bir bir qaba düzüb krem çəkirik, aralarına banan doğrayırıq və çiyələk qoyuruq. Sonda qalan xəmir ilə tortun üstünə bağlayırıq və istədiyimiz kimi bəzəyirik.

Komentáře • 3