Vəfa Vəzirova - "Rahab" muğamı - 2023

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • Əziz kanalınızın izləyiciləri! Sizə 2005-ci il "Muğam" Televiziya müsabiqəsinin diplomantı, istedadlı xanəndə Vəfa Vəzirovanın ifasında "Rahab" muğamını təqdim edirik. Muğam dəstgahı 24 iyun 2023-cü ildə "Muğam Aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Muğam marafonu" layihəsi çərçivəsində lentə alınıb. Xanəndəni tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Pərviz Mirzəyev və nağarada isə Səyyar Teymurov müşayiət edir.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    " R A H A B "
    Oxuyur:
    VƏFA VƏZİROVA
    Müşayiət edirlər:
    tarda RÜSTƏM MÜSLÜMOV
    kamançada ELNUR SALAHOV
    balabanda PƏRVİZ MİRZƏYEV
    nağarada SƏYYAR TEYMUROV
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Muğamda ifa olunan qəzəl Əliağa Vahidə (1895-1965) məxsusdur
    O qara zülf ki, hərdəm dolaşır şanələrə,
    Göstərir eşq kəməndin dili-divanələrə.
    Mehri-rüxsarını məndən kəsib ol mah tamam,
    Düşdü fürsət yenə bundan belə biganələrə.
    Yoxsa, ey gül, bu qədər badeyi-nab içməz idim,
    Şövqi-ləlin məni cəlb eylədi meyxanələrə.
    Qana dönsün görüm ol badeyi-gülgün sənsiz,
    Bir də gər rəğbət edəm sağərü peymanələrə.
    Həsrəti çeşmi-xumarın, ləbi-ləlin həvəsi
    Göstərir guşeyi-meyxanəni məstanələrə.
    Şövqi-rüxsarın ilə odlara yanmış könlüm,
    Öyrədib şəmidə yanmaqlığı pərvanələrə.
    Cövrün az et mənə, qorxum budu, bir ah çəkim,
    Bir yanar od düşə başdan-başa kaşanələrə.
    Vahidəm, şairi-azadpərəstəm, nə qəmim,
    Qılmasam rəğbət əgər məscidə, bütxanələrə.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    R A H A B
    Dəraməd 00:05 - 02:16
    Əmiri 02:16 - 03:32
    Rahab 03:32 - 05:16
    Təsnif 05:16 - 07:28
    Mübərriqə 07:28 - 11:41
    Rəng 11:41 - 12:38
    Əraq 12:38 - 14:00
    Qərai 14:00 - 14:10
    Məsihi 14:10 - 15:01
    Rahaba əyaq 15:01 - 15:42
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Sosial media hesablarımız:
    Facebook : Fuad Ramazanov www.facebook.c...
    Instagram : ramazanovfuad ...
    WhatsApp ilə əlaqə
    +994 77 403 60 04
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    F U A D R A M A Z A N O V
    Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!

Komentáře •