Psixoterapiya həyatımı necə dəyişdirdi ?

Sdílet
Vložit
  • čas přidán 16. 04. 2021
  • Psixoterapevtimi harada tapdım:
    psy-in.ru/
    Amerikan Müəllimləri ilə İngilis dilini öyrənin:
    dillbill.az/
    DillBill TV-də İngilis Dili Dərsi keçirəm • How to make great smal...
    General English: 1 ay $47 dillbill.com/az/prices
    → Həftədə 3 gün Qrammatika Dərsləri
    → Bazar ertəsi - çərşənbə - cümə
    → Dərsin müddəti: 60 dəqiqə
    → 3,5-4 ayda səviyyə yüksəlir
    → Paylaşıla bilən Rəqəmsal Sertifikat
    Conversation Club: 1 ay $35 dillbill.com/az/prices
    → Həftədə 3 gün
    → Danışıq dərsləri
    → Çərşənbə axşamı - Cümə axşamı - Şənbə
    → Dərsin müddəti: 60 dəqiqə
    → Paylaşıla bilən Rəqəmsal Sertifikat
    Intensive English: 1 ay $76 dillbill.com/az/prices
    → Həftədə 6 gün
    → Ümumi İngilis dili + Danışıq Klubu
    → Dərsin müddəti: 60 dəqiqə
    → 2,5-3 ay ərzində səviyyəni yüksəlt
    → Paylaşıla bilən Rəqəmsal Sertifikat
    DillBill kitabxanasına və qrammatika materiallarına qeydiyyatdan keçərək pulsuz daxil olun:
    dillbill.az/
    Music by Visceral Beats - Best Friends Forever - thmatc.co/?l=C9D812FA
    #psixoloq #psixoterapiya #psixoterapevt

Komentáře • 394

  • @dnizfridli1734
    @dnizfridli1734 Před 3 lety +440

    Salam Leyla!Səni bu video ilə kəşf etdim.Bu video mənə travmalarımla yenidən üzləşməyə kömək oldu.Mən uşaqlığımdan bəri travmalar alırdım.Ailəm daim mənə qarşı idi.Anam mənə dəfələrlə deyirdi ki"səni sevmirəm,kaş heç anadan olmazdın" "həyatımı sən məhv etdin"...Atam alkolik idi.Evə gec saatlarda gəlirdi.Anam hər zaman atamla şiddətli dava edirdi.Mənə bunlar normal gəlirdi.Mən elə bilirdim ki bu hər ailədə belədir.Anam heç bir zaman təhsilimi dəstəkləmədi.Atam isə mənlə heç maraqlanmırdı.Anam bəzən mənə yemək vermirdi ki bəlkə öləm.Hətta məni dəfələrlə öldürməyə cəhd edib(balkondan aşağı sallamaq, bıçaqla üstümə gəlmək və.s).Uşaqlıqdan bəri həmişə dərslərə marağım olub.Mən tək çıxış yolunu ancaq oxumaqda görürdüm.Anam həmişə oxumağıma mane olmağa çalışıb.9-cu sinifdə oxuyanda mən FLEX proqramından keçdim və qəbul aldım.Amma anam icazə vermədi.O həmişə deyirdi ki səni heç burada oxumağa icazə verməyəcəm xaric nədir?Bu məni depressiyaya sürüyürdü.16 yaşım olanda mənə anoreksiya nevroza diaqnozu qoyuldu.Həddən artıq taqətdən düşüb,zəifləmişdim.Anamın gözlərində sevinc var idi.Amma şanslı insanam ki mübarizəni mən qazanaraq xəstəlikdən qurtuldum.Bu sətirləri yazmaq mənə çox pis təsir edir.Əllərimin titrəməsinə mane ola bilmirəm.Artıq 10-cu sinifdə oxuyanda özümü həqiqətən də o evdən qurtarmalı olduğumu düşündüm.Xaricdə oxumağın yollarını yaxınlarımdan,müəllimlərimdən öyrəndim.1 il özüm hazırlaşdıqdan sonra anamdan gizli IELTS imtahanı verdim.Təqaüd proqramından keçmişdim və qəbul almışdım.Nəticələr bəlli olduqda özümü dünyanın ən xoşbəxt insanı hiss edirdim.Həmin gün anamın mənə son nifrətlə baxdığı gün oldu.Anam evdə olmadıqda bir daha əsla geri dönməmək ümidi ilə evdən çıxdım.Hal-hazırda İtalyada bakalavr təhsili alıram.Ailəmlə heç bir əlaqəm yoxdur.Bir neçə aydır ki travmaları mı qəbul etmək və onlardan qurtulmaq məqsədi ilə psixoloqa getməyi düşünürdüm.Bu video sanki mənə işarə oldu.Çox güclüsən Leyla!

  • @madinizm802
    @madinizm802 Před 3 lety +55

    "Mən ətrafımdakı hər kəsdən psixoloq kimi istifadə etməyə başladım. Hamının məni başa düşməsini istədim". Etdiyimiz ən böyük səhv, bəlkə də, elə budur...

  • @nuranhuseynova9474
    @nuranhuseynova9474 Před 3 lety +62

    Leyla əgər istəsən valideynlərdən aldığın travmaları misallarla da ifadə et, valideyn olaraq mənə bu çox maraqlıdı.

  • @fatimabayramova418
    @fatimabayramova418 Před 3 lety +41

    Leyla,o qeder haqlısanki...yazacaq sozler tapmadim..yaxshi ki,varsan❤

  • @AydinNasirzadeAZE
    @AydinNasirzadeAZE Před 3 lety +132

    "Çoxları düşünür, çətin uşaqlıq keçirən, travmalı insanlar daha güclü olur. Amma əslində, travmaların üstündə çalışıb onlardan qurtulanlar güclüdür". Necə də doğru vurğulamısınız, Leyla! 40% potensial nümunəsi də möhtəşəm oldu. Fərqindəlik yaratmaq gözəldir. Çox lazımlı videodur bizim üçün.

  • @saidaimamquliyeva4045
    @saidaimamquliyeva4045 Před 3 lety +17

    Çox təəssüfki, Azərbaycanda peşəkar psixoloq çox azdı. Psixoloqa müraciət edən cavan qızlar və ya ümumiyyətlə gənclər psixoloq tərəfndən bucür qarşılanır : Yəginki qarşılıqsız sevgi məsələsi var. Yəginki nəsə eşq məhəbbət işidi. Və buna görədə bir çox terapiya verimsiz qalır(

  • @aideqasimzade792
    @aideqasimzade792 Před 3 lety +96

    Artıq həyatımda olan insanlardan meni anlamasını gözləməyəcəm və buna görə onları günahlandırmayacam, onlar bir psixaterapept deyil, meni anlamamaları normaldı, mənə psixoloji dəstək lazımdır...bu video mənə bu düşüncəni qazandırdı, təşəkkürlər⭐

  • @turanetagiyeva7708
    @turanetagiyeva7708 Před 3 lety +39

    Hər bir insan valideyn olmazdan əvvəl ginikoloqa yox, psixoterapevtə getməlidir

  • @sabinagasimova7595
    @sabinagasimova7595 Před 3 lety +27

    Leyla daxilinde olan travmalara baxmayaraq sen cox guclu qala bilibsen. Mence psixoloq herkese lazimdir. Cemiyyetimizde de hele bele siddet movzularinin olmasi bu insanlarin psixoloqa getmeyerek heyatlarini devam etdirmelerinden qaynaqlanir. Psixoloqa geden insanlar ise "Deli" adlandirilir. Kas bu maariflendirici video'nu bir cox insan izleye bilse . Umid edirem sende hersey yaxsi alinacaq. Ve potensialini full formada istifade ede bileceksen.✨

  • @turkanidrisov7840
    @turkanidrisov7840 Před 3 lety +22

    Çox əla videodur. Əsasən də bizim cəmiyyətdə normal olaraq qəbul etdirilmiş çox acınacaqlı vəziyyətdir. Bizim valideynlərimizin valideynlərinin valideynlərindən nəsil nəsil ötürülən xəstəlikdir bu. Nə imiş "Qızını döyməyən dizini döyər" kimi ifadələrlə normallaşdırmağa çalışırlar. Təkcə qız yox oğlanlar üçündə belədir. Və əgər biz özümüz sağalmasaq, bu bizdən sonra da belə davam edəcək!

  • @talyaismaylova
    @talyaismaylova Před 3 lety +97

    VACİB MÖVZUDUR. BİZİM ORTA MƏKTƏBLƏRDƏ GÜCLÜ PSİXOLOQLAR İŞLƏMƏLİDİRLƏR, PULSUZ PSİXOLOJİ MƏRKƏZLƏR YARADILMALIDIR. GƏNCLƏRİMİZ ÇOX ZƏİF YETİŞİRLƏR.

  • @ruzgargulumm
    @ruzgargulumm Před 3 lety +47

    Hər bir insan övlad sahibi olmaq üçün ginekoloqa yox, psixologa getməlidir. Çox haqlısınız💚

  • @nigarismayilova2287
    @nigarismayilova2287 Před 3 lety +42

    Sən o qədər keyfiyyətli birisən ki, çəkdiyin hər video bizə kömək edir.

  • @gulcamal5102
    @gulcamal5102 Před 3 lety +15

    Əvvəla sizə bir həkim olaraq çox təşəkkür edirəm. Bu mövzuda gənclərə çox düzgün yol göstərirsiz. Gələk psixoloq psixatr məsələsinə. Psixatrlar 6 il tibb təhsili onun ardınca 3 il rezidentura(uzmanlıq) təshili alır. Ağır travmalar almış insanı və yaxud ciddi psixoloji problemi olan insanlara psixoloq məsləhət deyil. Psixoloq da lazımdı əlbətdə, amma müəyyən bir yerdə xəstəsinin ona uyğun olmadığını demelidir. Ən çox təssüf etdiyim məqam isə, hal hazırda evladını itirmiş, şəhid valideynlərinə psixoterapevt dəstəyi deyil, psixoloq ayırmalalarıdır. Bele bir vəziyyətdə psixoloq onlara kömək edə bilmədiyi üçün, sizin də vurğuladığınız kimi intahar fikirleri yaradır. Onlar düşünürlər ki artıq hər şey bitib ( heç psixoloq da kömək edə bilmədi)

  • @fuckmynick
    @fuckmynick Před 3 lety +16

    Hələdə inana bilmirəm tamda bu mövzu haqqında düşünüb, eyni şeydən qorxaraq getməmək istədim psixoloqa. Artıq mən başqasına çevrilərəm, artıq həyatımda, düşüncələrimdə istəmədiklərimlə yanaşı istədiklərimi də itirərəm deyə. Amma sizdə belə düşünmüş, daha sonra isə getmisiniz və bu gün qarşımızda bu videonu çəkirsinizsə, DillBil həmçinin restoranınızı açıbsınızsa deməli artıq nələrsə müsbət baş verib. Çox təşəkkürlər Leyla, ağlımda günlərlə "çelişki " yaşadığım, gah gedim gah da yox dediyim mövzunun cavabı qarşımdadır, ümid edirəm hər şey yaxşı olar bundan sonra

  • @michaelj9584
    @michaelj9584 Před 3 lety +17

    Sizi başa düşürəm,cünki özüm də onlarin çoxunnan kecmişəm. Lakin psixoterapefdə qedə bilmədiyim üçün,dini videolara baxib , özümü daha ferah hiss etməyimi, daim motivasiyada olmagimi , öz üzərimdə çalişdigimi sağliyıram. Sizədə çox təşşəkkür edirəmki bizimlə bu qədər səmimisiz.😇

  • @themalenaa
    @themalenaa Před 3 lety +14

    Leyla xanım, siz ne qədər de guclusunuz. Her qızın işi deyil sizin kimi cəsur olmağa, bu qədər proektler reallaşdırmaga. İnşallah, mən də travmalarim üzerinden çalışıb həyatımı tam potensialla yaşayacam. Özüm uşaqliqdan hiss edirəm ki içimde çox böyük, bomba kimi bir potensial var. Di gəl ki travmalar meni çox geri cekir. Həyatımın 10% potensiali ile yasayiram

  • @shehanehummetli1845
    @shehanehummetli1845 Před 3 lety +15

    Yene de zeruri olan bir mövzu seçmisiz. Heqiqeten de insanin psixoloji durumu yerinde olmasa heyatdan zövq ala bilmez.

  • @aysugocayeva2516
    @aysugocayeva2516 Před 3 lety +12

    Hər zaman yanındayıq 🥰😍

  • @fridakahlo7153
    @fridakahlo7153 Před 3 lety +30

    SEN GÜCLÜ BIR QADINSAN.BUTUN TEZYIQLERE REGMEN BU QEDER ŞEY BACARMISAN.UMID EDIREM BUTUN QIZLARIMIZ/OGLANLARIMIZ SENIN KIMI CESUR OLAR🥰