Tələbə kreditləri qaydalarını izah edirik

Sdílet
Vložit
  • čas přidán 2. 09. 2021
  • Təhsil tələbə kredit fondu verəcəyi kreditlərin sosial və standart növlərini açıqlayıb. Ünvanlı sosial yardım alan ailələrin üzvləri, 3-cü dərəcə əlilliyi olan tələbələr, hər iki valideyni birinci və ya ikinci dərəcə əlilliyi olanlar, hər iki valideyni işsiz kimi qeydiyyatda olanlar, hər iki valideyni yaşa görə əmək pensiyası aldıqda və hər iki valideyni yaşa görə sosial müavinət aldıqda tələbə birinci tədris ilinin ilk semestrindən sosial təhsil tələbə krediti ala bilər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Bunun üçün də müəyyən meyarlar nəzərər alınacaq. Belə ki, ilk semestr üçün qəbul imtahanında toplanan balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər üçün isə ümumi aralıq balı 71 bal və yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər standart kredit üçün müraciət edə bilərlər. Təhsil krediti hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə verilir. Kredit üçün girov və zaminlik tələb olunmur. Alınan kredit tələbənin hesabına yox, təhsil müəssisələrinə köçürüləcək. Kreditin verilməsindən imtina edilmiş şəxsin yenidən kredit almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var. Təhsil krediti almısınızsa və təhsil müəssisəindən uzaqlaşdırılmısızsa, bu hadisə hansı tarixdən rəsmiləşirsə, o tarixdən etibarən kreditinizi geri ödəməlisiz. Təhsil kreditinin qaytarılmasında möhlət də əldə etmək mümkündür. Məsələn hərbi xidmətə getdikdə, analıq məzuniyyətinə getdikdə, 4 ildən çox olmayaraq azadlıqdan məhrum edildikdə, saqlamlıq imkanları məhdud olan 18 yaşına kimi uşaqlara və 1 dərəcə əlilliyi olan şəxslərə qulluq müddətində kreditin qaytarılması üçün möhlət istəyə bilərsiniz.
    Kanala abunə ol - goo.gl/TcM9Fm
    Bizə maddi dəstək ol cutt.ly/destek
    WebSite: www.meydan.tv
    Facebook: MeydanTelevision
    Twitter: / meydantv
    Google+ plus.google.com/+MeydanTelevi...
    İnstagram: / meydantv
    __________________________________________________________________
    Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Komentáře • 33

  • @isfndiyarmlikov5651
    @isfndiyarmlikov5651 Před 2 lety +6

    Bu cür video çarxlar çəkdiyiniz üçün meydan TV yə dərin təşəkkürümü bildirirəm. İnsanlara onları haqlarını bu cür yolla izah edirlər. Və bu çox gözəldir. İnşallah davamlı olar

  • @sebuhibesirov8763
    @sebuhibesirov8763 Před 2 lety +4

    Dövletin telebeler üçün bele bir yardım teşkil etmesi çox gözel oldu. Bir ölke üçün en vacib sahelerden biri de tehsildi. Dövlet de tehsilin davamı ve inkişafı üçün bele gözel tedbirler görür. Artıq, heçbir telebe tehsil haqqıyla bir problem yaşamayacaq. Xeyirli olsun

  • @mehdieliyev7685
    @mehdieliyev7685 Před 2 lety +2

    Salam mən 1 ci kurs tələbəsiyəm ödənişli əsaslarla Mingəçevir Dövlət Universitetində oxuyuram atam 2 ci qrup əlildir heç bir yerdə işləmir anam da heç bir yerdə işləmir mənə tələbə krediti düşür?

    • @kamranqurbanov6826
      @kamranqurbanov6826 Před 2 lety

      Sən əslində ödənişdən azad olunmalısan

    • @mehdieliyev7685
      @mehdieliyev7685 Před 2 lety

      @@kamranqurbanov6826 salam onu necə reallaşdıra bilərəm yəni hara müraciət etməliyəm

    • @kamranqurbanov6826
      @kamranqurbanov6826 Před 2 lety

      @@mehdieliyev7685 aleykum salam

  • @efsanhuseynova5400
    @efsanhuseynova5400 Před rokem +1

    Salam bunun üçün hara müraciət etmeliyik?
    Bes minimum bal nece təyin edilir yəni neçə bal minimum hesab edilir?

  • @MuradMiri
    @MuradMiri Před 2 lety +2

    Salma. Hamı kimlərə kreditin veriləcəyi barədə video çəkib, əmıyinizə sağlıq. Bəs necə və hara müraciət edək?

    • @kamranqurbanov6826
      @kamranqurbanov6826 Před 2 lety

      Oxuduğun kollec və ya univerisitetə müraciət etməlisən

  • @musiclife4612
    @musiclife4612 Před 2 lety +4

    Oğlum ödənişliyə düşüb ailəmizdə nə mən nə də yoldaşım işləmir. Bizə tələbə krediti verərlər?hara müraciət etmək lazımdı?

  • @xudafrinxudafrin6300
    @xudafrinxudafrin6300 Před 2 lety +5

    Yaz ora ki almadı getdi.Başlarına dəysin .

  • @Live-nh3mh
    @Live-nh3mh Před 2 lety +2

    tehsil krediti qalsin bir kenara.qiyabi tehsil aldigimiz halda tehsil mezuniyyeti goture bilmirik.xususile dovlet isinde isleyenler.bununla bagli hecne ede bilmirik.cevablari cox sadedir yaxsi edirem icaze vermirem.axi bele seymi olar?imtaha ders qatilmadan nece tehsil alaq?ne demekdir bu.qanunlarin icrasini sade memurlar isdediyi kimi neytrallasdirib oz qanunlarini teyin edir bununla bagli ciddi problemler var.

  • @alekber8240
    @alekber8240 Před 2 lety +3

    Usaqlarida kriditle mehv etmeye basladilar demek

  • @residseyidli4209
    @residseyidli4209 Před 2 lety +1

    Yene basladilar bos bos danismaga. Telebeler ucun olkede cox gozel serait yaradilir. Telebe krediti telebeler ucun esl şansdir. Bunu bele xalqa pislemeye calisirlar.

  • @relaxpro4300
    @relaxpro4300 Před 2 lety +2

    Bes kirayede qalanlar?😁

  • @_drop..3377
    @_drop..3377 Před 2 lety

    Mən subbakalvr kimi qəbul olmuşam universitetə.Fərqlənmə diplomu ilə.Mən əldə edə bilərəm ??

  • @luvvflowers4220
    @luvvflowers4220 Před 2 lety

    Standar kredit illiyimin 50 faizini odeyecək yoxsa 50 faizin de yarisini? Bilen varsa deqiq desin goturmek isteyirem

  • @rsidsahbazova2141
    @rsidsahbazova2141 Před 2 lety +1

    Hara necə mütaviət edək

  • @19.quliyevv
    @19.quliyevv Před rokem

    Salam biri mənim sualıma cavab verə bilər zəhmət olmasa
    Bu kredit uniyə girən kimi ödənilir yoxsa nə zaman çünki unilər ödənişin yarısın ilk başdan tələb edirlər

    • @papatya4807
      @papatya4807 Před rokem

      Mende bu suala cavab axtariram amma helede tapmamışam

  • @heydermemmedli5798
    @heydermemmedli5798 Před 2 lety +1

    MEYDAN TV XAHİŞ EDİREM MENE İZAH EDİN MEN 3 QRUP ELILEM ÖDENİŞLİYE DÜŞMÜŞEM MEN AZAD OLUNURAM ÖDENİŞDEN YA YOX ??

  • @ilhamiskenderov7712
    @ilhamiskenderov7712 Před 2 lety +1

    ha nolsun

  • @heftebecer
    @heftebecer Před 2 lety +1

    Nece faizle ne vaxt geri qaytarmaliyiq?

  • @shidlrunudulmaz7839
    @shidlrunudulmaz7839 Před 2 lety +1

    Nece qeydiyyatdan keçək keçə bilmirəm?

  • @lamiyadgozlli1616
    @lamiyadgozlli1616 Před 2 lety +2

    Her sey yalandi ,tehsil nazirliyinecen gedib cixdiq ,hec bir netice olmadi hec ne bilmirler