Bakıda qiyməti milyonlarla manat olan mənzillər

Sdílet
Vložit
  • čas přidán 17. 04. 2024
  • Bakıda qiyməti milyonlarla manat olan mənzillər
    Vaxtilə Bakı milyonçularından olmuş Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb.
    Baku TV-nin araşdırması nəticəsində məlum olub ki, Qoqol, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan “Neftçi Qurban” kimi tanınan Ağaqurban Əliyev və oğlu Yalçın Əliyev yaşayıb.
    Bir neçə ay əvvəl həmin mənzildə Yalçın Əliyevin cəsədi aşkarlanıb. Mənzildə ondan başqa kimsə yaşamadığından məşhur neftçinin oğlunun ölümündən də ilk günlər heç kəs xəbər tutmayıb. Yalnız onun vəfatından 7 ay sonra mərhumun cəsədi dövlət strukturlarının əməkdaşları tərəfindən aşkarlanaraq dəfn edilib.
    Hazırda mənzil satışa çıxarılıb. Əmlak saytlarından birində yerləşdirilən elanda 200 kvadratmetr sahəsi olan sözügedən mənzilin 1 milyon 200 min manata satıldığı, real müştəriyə endirim olunacağı qeyd edilib.
    Paytaxtda isə tarixi binalarla yanaşı, yeni tikilən binalarda da qiyməti milyonlarla olan mənzillərə rast gəlmək mümkündür.
    Əmlakçıların sözlərinə görə, paytaxtda ən bahalı mənzilin bir kvadratmetrinin qiyməti 8000 manatdır. Köhnə binalarda satışa çıxarılan mənzillərin qiyməti 3-4 milyon manata qədər yüksəlir. Lakin vasitəçilər deyirlər ki, bu qiymətə köhnə tikililərdə mənzil alışı çox az hallarda olur.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Bakıda qiyməti milyonlarla manat olan mənzillər
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #bakı #mənzilinqiyməti #şəmsiəsədullayev #neftçiqurban #yalçınəliyev #neftçi #məşhurneftçi #əmlaksaytı #tarixibina #elnurfərzəliyev #bahalıev #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler

Komentáře • 48

  • @testaccount8681
    @testaccount8681 Před 2 měsíci +42

    Vayy o evi kim alacaq evde 7 ay meyit olub bes qonwular iy hiss etmiyibler? Insan gorunmur nece aylardi bilmiyiblerki bu hardadi niye yoxdu? Nece soyuq olub hami bir birine. Cox piss Vallah. O evide yuz milyonumda olsa almaram. Ama kim alsa xeyrini gorsun hec olmasa

  • @separkiller760
    @separkiller760 Před 2 měsíci +20

    YALÇIN RƏHMƏTƏ GEDİB, İNDİ İTLƏR EVİNİ SATIB YEMƏK İSTƏYİR.
    7 AY ADAMIN ÖLÜMÜNDƏN BİR KƏS XƏBƏR TUTMAYIBSA, DEMƏK Kİ VARİSİ, QOHUMU YOXDUR.
    YAZIĞIN ƏMLAKINI HANSISA MƏMUR MƏNİMSƏYİB SATMAQ İSTƏYİR!!!
    BUDUR SİVİL AZƏRBAYCAN?😅

    • @ayselseferova9206
      @ayselseferova9206 Před 2 měsíci

      Əcəb edəcəklər gör nə qədər içi çürüy adam olubki kaftar elə bilib evini özüylə goruna aparacaq kasıbın birinə yetimin birinə evi versəydi nolardı dünya dağılardı ən azınan ölənən sonra qəbrinin üstündə biri ağlıyardı ay kaftar

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Před 2 měsíci +7

      ONU ALAN MƏMUR NƏ QƏLƏT QIRACAQ . Kİ?? HƏR KƏSİN SONU BU ŞƏKİLDƏ NƏTİCƏLƏNİR BİR MƏNALI ANLAMAYANA MİN LƏHNƏT AMİN☝️☝️. ACİZ RƏZİL ADƏM EVLADI 💰💰💰💰💰👎👎👎🖤🖤💣💥💣💥🐾🐾

  • @yusifcabbarov3501
    @yusifcabbarov3501 Před 2 měsíci +7

    Sağikən qohumu olmasada indi qohumları çoxalacaq ki varis mənəm. Hələ qohumlar arasında gör nə vurhavur düşəcək

  • @dunyaqopur..8646
    @dunyaqopur..8646 Před 2 měsíci +7

    Mawinin icinde Adam olub qalanda ele iylenir ki,hec vaxt iy cekilmir..o evden iy cetin geder..

  • @Satiko0001
    @Satiko0001 Před 2 měsíci +9

    Bundan buyana 45 il dayanmadan işləsəm pul düzəlmir😂

  • @bak8863
    @bak8863 Před 2 měsíci

    Lənətə gəlmişkərin nə qədər mülkləri var hamısının mülkü miras qalsın inşaallah

  • @user-ix6sk8kh3l
    @user-ix6sk8kh3l Před 2 měsíci +14

    7 ay meyid evde qalib ? Qonsular lomdu ki ?

    • @Zeynalovterlan
      @Zeynalovterlan Před 2 měsíci +4

      O evlerin sahibləri əksəriyyəti milyonerdi orda qalmirlar alib atiblar köçüb gedibler xarice bu yetimin atasi vaxtile tanınmış olub o evi dövlət verib ona orda qalırmış

    • @user-ix6sk8kh3l
      @user-ix6sk8kh3l Před 2 měsíci +2

      @@Zeynalovterlan bəs qohuum qardas ? Bu taninmisdi hələ heç kəsi yoxdu ?

    • @Zeynalovterlan
      @Zeynalovterlan Před 2 měsíci +2

      @@user-ix6sk8kh3l bunlar rus kimi şeylərdi yəqinki kimlerise varsada Rusiyada var

    • @sebineeliyeva64
      @sebineeliyeva64 Před 2 měsíci

      Bəlkə kamunal yığanlariysin duyub

  • @user-js2oy9ls1p
    @user-js2oy9ls1p Před 2 měsíci +2

    Ama gılib yusif səfərov kücəsində A katiqoryalı yerdə gəlib evimizi sökmək istiyirlər 2200-2500 manata km-i

  • @user-gl8yz3jc3v
    @user-gl8yz3jc3v Před 2 měsíci +3

    Ölən adam 7 ay o evdə qalıb çürüyüb pis günə qalıb onun iyisi qoxusu çətin gedə o evdən həmdəki onun ruhu ordan çətin əl çəkər

  • @user-jq3qe2ql7o
    @user-jq3qe2ql7o Před 2 měsíci +3

    7 ay meyid qalan evde nece yawamaq olar?. Yene de xeyirli olsun.

  • @UlviyyeMehtiyeva-rl6nd

    Bu dəyərdə varın,evin ola axırda içində tək,kimsəsiz ölüb qalasan.Bu da var-dövlətin sonu!

  • @etibar7082
    @etibar7082 Před 2 měsíci +8

    O evi pulsuz mənə versələr o evdə yaşamaram, kirayə verib pulnu alıb başqa yeni tiklişdə kirayə qalaram, kim o evdə qalsa o 7 ay evdə qalan meyitin ruhu həmin adamı boğacaq, minib çapacaq.

  • @yasarcabbarov383
    @yasarcabbarov383 Před 2 měsíci +9

    O evdən iy çəkilməz.

  • @user-pi2cd5ml5g
    @user-pi2cd5ml5g Před 2 měsíci

    Я внук Алиев Амиль Мехраб оглы, Ялчын мой Ами

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Před 2 měsíci +3

      MUŞTULUQ

    • @sebineresidzade3784
      @sebineresidzade3784 Před 2 měsíci +1

      @@nasibamamedova2538 👍🤣inanin sesli gūldūm

    • @nasibamamedova2538
      @nasibamamedova2538 Před 2 měsíci +1

      @@sebineresidzade3784 HƏR ZAMAN GÜLÜN 👍👍👍👍✌️✌️✌️🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿✌️✌️✌️

  • @user-dm8ys7yo3j
    @user-dm8ys7yo3j Před 2 měsíci +1

    Ev kimə qalıb miras.kim satır?

  • @sadiqsuleyman6701
    @sadiqsuleyman6701 Před 2 měsíci +1

    O exde iyden yaşamaq olmaz

  • @AygunMuzffrova
    @AygunMuzffrova Před 2 měsíci

    Havayı da verseler o evde 1 saniyə qalmaram!

  • @elekberovazeyneb7287
    @elekberovazeyneb7287 Před 2 měsíci

    Бали Ким ев алабилмир окасибдир

  • @slavagold6040
    @slavagold6040 Před měsícem

    Azərbaycanda millioncu yoxdu. Rəsmi