Övladlarım niyə HƏDƏF LİSEYİNDƏ oxuyur? - 10 SƏBƏB

Sdílet
Vložit
  • čas přidán 29. 05. 2024
  • Hədəf STEAM Liseyi qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusu ilə “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
    Hədəf STEAM Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Balabilgələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə lisey öz təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEAM konseptini əsas götürür.
    STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında “mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki” olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının bu sahədə inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Biz ölkəmizin STEAM təhsili verən ilk liseyini qurmaqla ölkəmizin və dünyamızın inkişafı üçün yaradıcı, düşünən və elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş, bilgi çağı olan XXI əsrin yeni nəsil alim və mühəndislərini yetişdirməyi hədəfləyirik.
    Hədəf STEAM Liseyi Azərbaycanda ilk liseydir ki, STEAM təmayüllü fəaliyyətə başlayıb. 2021-ci ilin iyun ayından etibarən Hədəf STEAM Liseyi İnternational Cambridge School - Beynəlxalq Kembric Məktəbidir.
    İndi isə elmin, texnologiyanın, mühəndisliyin, sənətin, riyaziyyatın yanına biz bir təbiəti də əlavə etdik. Binamızın ərazisi, geniş həyətyanı və bağ sahəsi olduğu üçün gələcəyin insanlarını təbiətlə təmasda böyütməyi hədəfləmişik. Elm təbiəti öyrənir, təbiət olmadan elmi inkişaf etdirmək mümkün olmazdı. STEAM+N təhsili çərçivəsində balabilgələrimiz öz əkin sahələrində, müxtəlif heyvanların olacağı heyvanat bağçasında elmi görərək, toxunaraq öyrənirlər.

Komentáře • 11

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Před 2 měsíci +4

    XEYRLİ OLSUN GÜLAY

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Před 2 měsíci +5

    👍👍

  • @ilahaaliyeva479
    @ilahaaliyeva479 Před 2 měsíci +5

    Uğur olsun, hər iki balabilgəmizə 😍😍❤️❤️

  • @nzaktdunyamalyeva9712
    @nzaktdunyamalyeva9712 Před 2 měsíci +4

    Ügürlar gözəl nəvələrim sizi Allah qorusun

  • @ElmiAzeri
    @ElmiAzeri Před 2 měsíci +4

    Uzun müddətdir düşünürdüm, uşaqlar harda təhsil alsa həm savadlı hə daha vətənpərvər ola bilər. Sırf Turan və Türkçülüyə önəm verildiyi üçün, düşünürəm ki qismət olsa, imkan olsa bu liseyi seçəcəm uşaqlar üçün!!!

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Před 2 měsíci +2

    Uşaqlar bizim gələcəymizdir
    Allah qorusun 🙏🏼🙏🏼❤❤

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Před 2 měsíci +4

    İnşallah hədəfinizə çatarsınız

  • @user-te7qm9li7m
    @user-te7qm9li7m Před 2 měsíci

    Uğur olsun

  • @user-ot9wz7nt4v
    @user-ot9wz7nt4v Před 2 měsíci +4

    GÖZƏL GÜLAYIM

  • @samilsirinov9460
    @samilsirinov9460 Před 2 měsíci +1

    Size ugurlar. Amma men ovladimi Hedef kursuna yoneltmiwdim. Hec de razi qalmadim. Tez tez muellim derse gele bilmirdi. Heftede bir defe iki gunun dersini kecirdi. Bele bele usaqlar kursu terk etdi

  • @RI-cs9gi
    @RI-cs9gi Před 2 měsíci

    Ödənişi nə qədərdir?