Güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törətdi

Sdílet
Vložit
  • čas přidán 25. 06. 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Bu gün səhər saatlarından şimal-qərb bölgəsində hava şəraitinin yenidən kəskin dəyişməsi fəsadlara yol açıb... Güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələdən keçən hissəsində irigövdəli ağaclar yola aşıb. Bu səbəbdən bir müddət avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Əraziyə canlı qüvvə və texnikalar cəlb edilib, qısa müddətdə hərəkət bərpa olunub.
    Bundan başqa, şəhər ərazisində bir çox küçələri sel suları dağıdıb, ağaclar aşıb, rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Şamaxının Ərçiman və Çuxuryurd kəndinə, İsmayıllının Qoydan kəndlərinə dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, ciddi ziyan dəyib. Sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin yollarını dağıdıb, Qoydan kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
    Şəki də təbii fəlakətin ayaq açdığı yerlərdəndir...Küləkli və yağıntlı hava şəhər ərazisində yol infrastrukturuna, şəxsi təsərrüfatlara ziyan vurub. Səhər saatlarında "Calğalı bulaq", "Sabit Rəhman", "20 Yanvar", "Aydın Məmmədov", "Rasim Ocaqov" küçələrində, həmçinin Şəki-Oğuz avtomagistralında ağaclar aşıb. Nəticədə ətrafdakı infrastruktura , elektrik və rabitə xəttlərinə ciddi ziyan dəyib. Həmçinin yağış suları mərkəzi küçələrdə asfalt örtüyünü yuyub, bəzi hissələrdə isə yol örtüyü çöküb.
    Hazırda isə bölgədə qeyri-sabit hava şəraiti davam edir. Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Qax, Qəbələ və Şəkinin sel keçən çaylarında suyun səviyyəsi izlənilir. O ki qaldı, havanın nə vaxta qədər belə davam edəcəyinə, küləkli hava ayın 27-si səhərədək davam edəcək. Axşama doğru isə leysan xarakterli yağıntılar tədricən kəsiləcək.

Komentáře • 19

  • @zehmetkewatatalibli
    @zehmetkewatatalibli Před 2 dny +17

    Nə qədər gec deyil ALLAHI tanıyın.

    • @sadiqmemmedov1737
      @sadiqmemmedov1737 Před 2 dny +3

      Cox saqolun düz deyisiniz

    • @nemet_veliyev_cebrayil14
      @nemet_veliyev_cebrayil14 Před 2 dny +3

      ALLAHI TANIDIQ TANIMADIQ HADiSE OLANDA OLUR ALLAH NiYE BES O ViJDANSIZ ADAMALARI HECNE ETMiR HARDA YAXSILAR VAR ONA EDiR😡

  • @rozabairamalieva6787
    @rozabairamalieva6787 Před 2 dny +8

    Şəkimizə salamlar olsun. Sibir ölkəsindən👍👍👍🥳🤗🌹🌹🌹🌹🌹

    • @hikmt5389
      @hikmt5389 Před 2 dny +2

      Aleykum Salam təşəkkür edirəm

  • @senanelesgerov2097
    @senanelesgerov2097 Před 2 dny +2

    Dərslərimiz derin,ama Allahımız kərimdi

  • @aliramazanl7741
    @aliramazanl7741 Před 2 dny +1

    Meyveler mehv oldu .bahalasmaya hazir olyn

  • @elsnpirmmmdov9815
    @elsnpirmmmdov9815 Před 2 dny +1

    Allaha qayitmasa insanlar belə bəlalar coxalaçag.Bu təbi fəlakət deyil Allahin bizlərə xəbərdarligidirki qayidin mənə tərəf.

  • @BerdeBerde-li5gw
    @BerdeBerde-li5gw Před 2 dny +4

    Gözləri doymur bu varli tebeqesin əzyət cəkir kasib

  • @IlkinPasha
    @IlkinPasha Před 2 dny

    Milli Hidrometeorologiya Xidmətinə salamlar

  • @erikjafar3106
    @erikjafar3106 Před 2 dny +3

    Чайларын габагларын багламайын ай гехпе йыгыны мемурлар

  • @FermanTahirov
    @FermanTahirov Před 2 dny

    Ayı maşının sagındadır yoxsa solunda.balacalar üçün tapaca😂

  • @user-mh2mk7fe5q
    @user-mh2mk7fe5q Před 2 dny

    Qardaş o villa məsələsi bir paz olub. Ekologiya Təbii Sərvətlər nazirliyi korrupsioner olmasa idi, çaylara , ğöllərə, meşələrə qarşı belə münasibət olmazdı.

  • @TeymurHaciyev-jg1gb
    @TeymurHaciyev-jg1gb Před 2 dny

    .

  • @xaqaniqasmov8350
    @xaqaniqasmov8350 Před 2 dny

    İnkişaf. ...

  • @user-xo8nz1fi8m
    @user-xo8nz1fi8m Před 2 dny

    Карабах это азербайджан