Video není dostupné.
Omlouváme se.

Özündən 15 yaş kiçik oğlanla evlənən, Londonda yaşayan Xalq artistimiz

Sdílet
Vložit
  • čas přidán 4. 12. 2022
  • #1000production #trend #birivar
    Videoda Renat Majidov yutub kanalındakı videomaterillardan ( • Nesibe Abdullayeva - F... ) istifadə edilmişdir.
    Videoda Ramil Bayramov yutub kanalındakı videomaterillardan ( • Video ) istifadə edilmişdir.
    Videoda Mahnilar Qovusanda yutub kanalındakı videomaterillardan ( • Nesibe Abdullayeva - F... ) istifadə edilmişdir.
    Videoda Sevda Esgerova yutub kanalındakı videomaterillardan ( • Nəsibə Abdullayeva. Sə... ) istifadə edilmişdir.
    Bir müddət əvvəl onun mahnısından məşhur ayaqqabı brendi Fendi istifadə etmişdi. Biri var, Son illər epizodik də olsa, olduqca baxımlı işlərlə gündəmə gələn Xalq artistimiz Nəsibə Abdullayeva...
    Foto
    Nəsibə Məlik qızı Yarməhəmmədova 11 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətinin Boğişamol məhəlləsində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.
    Nəsibə sadə fəhlə ailəsində böyüyüb. Çoxuşaqlı ailədə doğulan Nəsibə evin sonbeşiyi, səkkizinci uşağıdır.
    Onun tərcümeyi-halı lap əvvəldən musiqi ilə bağlıdır. Yaxşı musiqi duyumu olan atası bir neçə musiqi alətində gözəl ifa edib. Musiqiyə olan həvəs ondan qızına keçir. Abdullayevlərin evində tez-tez mahnılar səslənir, musiqili saatlar keçirilir.
    Nəsibə orta məktəblə yanaşı həm də musiqi məktəbində qarmon sinfinə gedir. Atası qızını musiqi məktəbinə apara bilmək üçün pul yığıb motosiklet alır. Hər gün qızını dərsə aparır, sonra isə onun dərsdən çıxmasını gözləyib evə gətirir.
    1980-ci illərdə onun mahnıları yazılmış maqnitofon kasetləri bütün Azərbaycanda məşhur idi. Oxuduğu nəğmələr insanların könlünü oxşayır, məlahətli səsi ürəkləri fəth edirdi. 1986-cı ildə AZ TV-də efirə getmiş konserti isə onu bir gecədə məşhurlaşdıraraq, həmişəlik azərbaycanlıların yaddaşına yazdı.
    1987-ci ildə 31 yaşında Nəsibə Özbəkistanın əməkdar artisti adının sahibi olur. Ali təhsil alan vokalçı 1989-cu ildə Özbəkistan Dövlət Filarmoniyasında işə düzəlir.
    Müğənni iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyi 1979-cu ildə 18 yaşında əslən Gəncədən olan gitara ifaçısı Eldar Abdullayevlə olur. 1981-ci ildə onların Ənvər, 6 ildən sonra isə ikinci oğlu Əkbər dünyaya gəlir.
    20 ildən sonra müğənninin ailəsində problemlər yaranmağa başlayır. 2000-2002-ci illərdə o, hətta səhnə fəaliyyətinə fasilə verir. Həyat yoldaşı ilə yollarını ayıran müğənni bir müddət tək yaşasa da, ikinci dəfə özündən on beş yaş kiçik olan şəxslə ailə qurur. Müsahibələrində bu barədə deyir:
    “Mənim birinci həyat yoldaşım da azərbaycanlı idi. Onun ailəsi Azərbaycanda yaşayırdı. İki oğlumuz oldu, amma bəzi səbəblərə görə ailəmiz uzunömürlü olmadı. Ondan bir neçə il sonra ikinci dəfə ailə həyatı qurdum. Artıq xeyli vaxtdır ki, məni çox sevən bir şəxslə həm kəbin, həm də rəsmi nikahla ailə qurmuşam. O da azərbaycanlıdır. Atası Gədəbəydən, anası Səmərqənddən olan azərbaycanlılardandır. Həyat yoldaşım məndən on beş yaş kiçikdir. Elmi işlə məşğuldur. Əvvəl Cenevrədə, indi isə mənim oğlanlarımla birlikdə Londonda yaşayır. Böyük oğlumun 27, kiçik oğlumun isə 21 yaşı var. İki-üç ay Özbəkistanda qalıram, qalan vaxtı mən də Londonda oluram”.
    Müğənni qeyd edib ki, Azərbaycan mahnılarını oxuyandan sonra azərbaycanlı həmkarları tərəfindən ona qısqanclıq olub:
    “Azərbaycan müğənnilərinin mənə olan qısqanclıqlarını qəbul edə bilmirəm. Amma hansısa bir azərbaycanlı müğənninin özbək mahnısını oxuması bizim üçün çox sevindirici olur. Bütün bunlara baxmayaraq, yenə də həmin mahnıları oxuyacağam. Əslində, belə münasibət mənə stimul verir. Mənə ən pis təsir edən isə Nisə Qasımovanın fikirləri oldu. Onun da bir mahnısına müraciət etmişdim. Çünki mənim maşınımda bu xanımın diskləri həmişə olub, o xanıma həmişə qulaq asıram və böyük hörmətim var. Amma özümə qarşı ondan belə münasibəti gözləmirdim”.
    Dünyanın ən məşhur "Fendi" brendinin reklam çarxında Nəsibə Abdullayevanın "Bir gün mənə rəhmin gələcək” mahnısı səsləndirilib. Bu barədə xəbərsiz olan müğənni mətbuata açıqlama verərək belə deyib:
    “Çarxda səsləndirilən "Bir gün mənə rəhmin gələcək” mahnısı mənə aiddir. Özü də bu mahnı 35 il öncə yazılıb. Şübhəsiz, mahnılarımın dünya səviyyəsində sevilməsi və istifadə olunması yalnız xoş hisslər yaradır. Lakin bu ifamı məndən icazəsiz işlədiblər. Ümumiyyətlə, biz "Fendi" ilə əlaqə yaradacağıq. Maraqlıdır ki, nə üçün bizimlə əlaqə saxlamayıblar? Üstəlik, mahnının ifaçısı mən olduğum halda nəyə görə adım orada yazılmayıb? Hələlik qarşı tərəfin reaksiyasını gözləyəcəyik. Yalnız bundan sonra məhkəmə barədə düşünə bilərik".
    Nəsibə Abdullayeva 30 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib. Xalq

Komentáře • 255

  • @kerametaliyev5720
    @kerametaliyev5720 Před rokem +20

    Cox sevindim Nəsibə xanımın fəxri ad almaģına!!! Bizim mahnıları həmişə sevə- sevə oxuyur!!!🙏🙏🙏

  • @komisarmirzeyev5278
    @komisarmirzeyev5278 Před rokem +60

    Çox sevdiyim bir ifaçıdır
    Gəncliy illərimizin nostaljisidir ..100 yaşasın...

  • @xatimeirshadova4191
    @xatimeirshadova4191 Před rokem +32

    Bəli cox dəyərli xanımdır . Alah özünü , balalarını , ailəsini qorusun . Amin

  • @tofiaslanov4899
    @tofiaslanov4899 Před rokem +68

    Nəsibə xanım Abdullayevanı Azərbaycan Respublikasının fəxri Xalq artisti adı ilə təltif edilməsi münasibəti ilə təbrik edirəm və gələcək yaradıcılığında yeni uğurlar arzu edirəm.🇦🇿❤❤❤

  • @leyleabdulova9585
    @leyleabdulova9585 Před rokem +28

    Ugurlar Nesibe Abbullayeva cox gozel sesiniz var paxillar qoy catlasin

  • @sevdaagamoglanova4228
    @sevdaagamoglanova4228 Před rokem +45

    NESİBE XANİMİ ÇOX ÇOX SEVİRİK ,VE İFASİNDA MAHNİLAR DİNLEMEY BİZE ÇOX XOSDUR ,ALLAH HER ZAMANİNDA QORUSUN ,SESİNE QÜVVET VERSİN AMİN İNSALLAH 🙌
    💥❤️💗💞🥰😍🤗👍👌💞💥✨

    • @sevdaagamoglanova4228
      @sevdaagamoglanova4228 Před rokem +3

      BEYENEN ELLER VAR OLSUN 🙏
      NESİBE XANİM QELBLERDE ,UREKLERDE DAİMA SEVİLSİN ,SAGLİK ,ŞANS HER ZAMANİNDA NESİBİ OLSUN
      AMİN 🤲 😘❤️👌👍
      ❤️🇦🇿❤️

  • @saraorucova5367
    @saraorucova5367 Před rokem +30

    Sağ ol Muğlan balam Nəsibə xanim çox istedadli sənətçidir onu çox sevirik.

  • @sehlahesenova2001
    @sehlahesenova2001 Před rokem +26

    Allahın Salamı Rəhməti Bərəkəti Həm Bu Verilişi Hazirlayıb Əziyyət Cəkən Bu Oglumuza Həmdə dinləyən Dinləyicilərin Uzərinə Olsun Cooxxx Sag Ol Oglum Bizi Əvvəlki İllərə Qaytarırsız Həmişə Bu Xanımın Haqda Maraqlanırdıq AllahbSizlərdən Razı Olsun Bizim dildə Cox Səlist Oxuyur Gozəl Xanımdı Allah Omur Versin 🤲🤲🤲🌷🌷🌷

  • @qlmanbabayev5201
    @qlmanbabayev5201 Před rokem +6

    Nəsibə xanımı Xalq artisti adı almağı münasibətilə təbrik edirəm.Cox qəlbə yatan, şirin səsi var.Və onun mahnılarıni dinləyərkən qürur hissi keçırirəm. Ona allah can sağlığı versin.Azərbaycan mahnılarını yaşatdığına görə öz dərin minnətdarlığımı bildirir ve alqışlayıram.

  • @billurmeherremova4434
    @billurmeherremova4434 Před rokem +81

    Səndən nigaranam mahnısının ən gözəl ifaçısıdır bu xanım.özünəməxsus səsi ilə adamı ovsunlayır.

    • @sebnemmahmudlu8401
      @sebnemmahmudlu8401 Před rokem +14

      Senden nigaranam mahnisini Azerbaycanda Nesibe xanim kimi oxuyan yoxdur ❤

    • @user-cx2oe9bc8x
      @user-cx2oe9bc8x Před rokem

      Ygyrlàŕ.

    • @s.e.e.4604
      @s.e.e.4604 Před rokem +6

      100%👍

    • @elmirausubova2440
      @elmirausubova2440 Před rokem +9

      Bəli Nəsibə bu mahnıya pecatını vurub. Səndən nigaranam. baxan kimi. o mahnı yadıma düşdü

    • @Ali-Savalan
      @Ali-Savalan Před rokem +3

      @@elmirausubova2440 Salam əleykum .
      Elmira xanım xahiş edirəm sizdən o mahnını videosunu qöndərin .
      Əvvəlcədən təşəkkür edirəm!
      Allah sizi və ailənizi qorusun!

  • @hokumeehmedova
    @hokumeehmedova Před rokem +3

    Qara gōz boy boy mahnısı superdi ah uşaqlığım😢

  • @user-bt9me8wx4i
    @user-bt9me8wx4i Před rokem +25

    Manda hey fikirlasirdim na vaxt Azerbaycanin faxri adini alacaq, demali artiq alibmis. Cox gozal. Layiqdi.

  • @vuqarmirzeyev4450
    @vuqarmirzeyev4450 Před rokem +40

    Öncə Nəsibə xanıma uğurlar arzu edirəm.
    Dəqiq hesablanma aparılsa, 1961ci ildə anadan olan sənətçi, fəxri ad alanda-1987 ci ildə 31 yox, 26 yaşında olub.
    Övladlarının isə, əgər burda deyildiyi tarixdə doğulubsa, 21-27 deyil, 35-41 yaşları var.

    • @sjsj3707
      @sjsj3707 Před rokem +4

      mən də məəttəl qaldım.
      Bu nə danışır?

    • @kerametaliyev5720
      @kerametaliyev5720 Před rokem

      @@sjsj3707 Nəsibə xanım 1961- ci ildə doģulub!!!

    • @faytonchu
      @faytonchu Před rokem

      Bizə bu məlumatlar lazımdı,Vüqar?!

    • @vuqarmirzeyev4450
      @vuqarmirzeyev4450 Před rokem +3

      @@faytonchu Hər halda informasiya düzgün verilməlidir. Deyilənlər üst-üstə düşməlidir.

  • @redmi-ek8wd
    @redmi-ek8wd Před rokem +55

    Nisə Qasımovani başa düşürəm. Çünki Nəsibə Abdullayevanin səsi qısqanilacaq qədər gözəldi, məlahətlidi. Elə ona görədir ki, bütün Azərbaycan xalqı onu sevir. Allah ona can sağlığı versin inşaallah ❤️. Uğurları bol olsun.

    • @xaliq2926
      @xaliq2926 Před rokem +10

      Nisə hara Nəsibə hara. Hər ikisinin özünəməxsus yeri var

    • @kapitannemo8446
      @kapitannemo8446 Před rokem +11

      Musiqidən xəbəriniz yoxdur deyəsən...Nisə Qasımova ,sənətkarlıq baxımından bir baş üstündür!!Müqayisəyə gəlməyəcək dərəcədə!!

    • @heqimelikzade2291
      @heqimelikzade2291 Před rokem +8

      Nisə Qasımovanın səsi məgər pisdir ki? Nisə xanım çox dəyərli sənətkarımızdır, heç kimə yaltaqlanan, televiziyalara çıxmaqçün heç kimin qılıncının altından keçən biri deyilldir, yoxsa bütün günü efirlərdə olardı

    • @redmi-ek8wd
      @redmi-ek8wd Před rokem +4

      @@heqimelikzade2291 yox , mən Nisə xanımın səsinə pis demədim. Sadəcə Nəsibə xanımın səsi qısqanilacaq qədər gözəldi dedim. Belə deyək də, tutaq ki biri səndən daha gözəldi amma o yenə sənin gözəlliyini qısqanır. Məncə belələri kifayət qədər çoxdu.

    • @xaliq2926
      @xaliq2926 Před rokem +1

      @@heqimelikzade2291 Allah Nisə xanıma mənim və bizim canımıza əzizimizə sohrətimizə gözəl insana can saqliqi versin mənim yerimə qurban olum torpaqima

  • @elsnquliyev8366
    @elsnquliyev8366 Před rokem +12

    Çox gözəl sesi var , başqa kimsəyə məxsus deyil bu səs , insanı heyran edir !

  • @psixozzzfanka7108
    @psixozzzfanka7108 Před rokem +8

    Ağır illərimdə Nəsibə Xanımın mahnıların dinləyirdim bu1984- 1986 cı illər idi. Azərbaycanda onu hamı sevir. Səsi və özü gözəl olan bu xanıma uzun ömür, can sağlığı arzu edirəm.

  • @azerbaijan_az
    @azerbaijan_az Před rokem +14

    Çox gözəl,təmiz nəfəsi var, qeyri-adi səsdir, çünki bütün mahnılara səsi düşür. Hansı dildə oxuyur oxusun,sanki o millətin müğənnisidir. 🌹🌹🌹🌹🌹🌹🇦🇿🇦🇿🇦🇿🇦🇿

    • @adamcelovk.
      @adamcelovk. Před rokem +1

      QARA GÖZ BOY NESIBE OXUYUR ?

    • @azerbaijan_az
      @azerbaijan_az Před rokem +1

      @@adamcelovk. Bəli hələ 80 ci illərdə o mahnını ilk dəfə bu oxumuşdu. Tacik rəqqasəsi Məleykə Kələntərova da həmin mahnı ilə rəqs edir di. 🌹

  • @zehramehdizade3869
    @zehramehdizade3869 Před rokem +11

    Oxumalıdı çünkü AZƏRBAYCANIN Xalq artisdidi çoxda gözəl xanımdı səsidə superdi.🌷🌹⚘🇦🇿🇹🇷🇺🇿

  • @yasemenhesenova7096
    @yasemenhesenova7096 Před rokem +27

    GOZEL XANIM HORMET ETDIYIM XANIMLAR XANIMI ALLAH SIZI SAG ELESIN OMRUVUZU UZUN ELESIN❤😙

    • @efqanesgerzade3957
      @efqanesgerzade3957 Před rokem

      İndi Nəisə normal görü nür.Bakıda onun konsertində olmuşam.O zamanlar çox yaraşıqsız idi.Plastika onu dəyişdi.

    • @qqqttt8189
      @qqqttt8189 Před rokem

      n

    • @user-qy9pw4el2z
      @user-qy9pw4el2z Před rokem +3

      @@efqanesgerzade3957 АЗЕРИ МАХНЫЛАРЫЙНАН ШОХРЕТ ГАЗАНЫБ!1982-ДЕН ТАНЫЙЫРАМ!АЛЛАХ БУНДАН ДА УЖА ЭТСИН!АМА ДЕМЕСИН КИ,ФАРС МОЛЛАБАШАМ!☝

    • @s.e.e.4604
      @s.e.e.4604 Před rokem +1

      @@user-qy9pw4el2z Tacik və fars qızıdır amma mollabaş deyil😃😊

    • @azadazepbaycan2163
      @azadazepbaycan2163 Před rokem +1

      @@s.e.e.4604 менче онун атасы иран азербайчанындандыр. Озбекистанда ону Азербайчанлы кими таныйырлар.

  • @qartal228
    @qartal228 Před rokem +6

    En cox sevdiyim senetkarlardandi. ,Senden nigaranam , mahnisi sadece bir mocuzedi . Allah xoşbəxt etsin.

  • @oktay8751
    @oktay8751 Před rokem +6

    Gozel sesi ve oxumaqi var, paxilliq edenler partlasin

  • @magerrammirzoev2868
    @magerrammirzoev2868 Před rokem +4

    Ugurlar size Nəsibə xanim!...

  • @firdovsiorucov8107
    @firdovsiorucov8107 Před rokem +93

    Azərbaycanın xalq artisti Nəsibə Abdullayevaya uzun ömür və can sağlığı arzulayırıq 🇦🇿🇦🇿🇹🇷🇹🇷

  • @ruhengizsixmemmedova425
    @ruhengizsixmemmedova425 Před rokem +2

    Cox sevirik bu xanimi.Ömrü uzun ugurlari bol olsun inşAllah🙌🙌❤😘😘🌹

  • @ulduz_xalilova
    @ulduz_xalilova Před rokem +5

    Uşaqligmin xoş xatirəlıri. ALLAH can sagligi uzun ömur versin. Nasibə xanima. 😍😍😍😍

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 Před rokem +15

    İki dəfə evlenib ikisi də azərbaycanlı olub bu qızın ruhunda azərbaycanlılık var

  • @fikret7241
    @fikret7241 Před rokem +2

    COX GÖZƏL TƏBRİK EDİRİK.NƏSİBƏ XANIMI. QARDAŞ ÖZBƏKİSTANA AZƏRBAYCANIN HÖRMƏTİ.... PAXILLIQ ETMİRİK.
    HEC KƏSƏ..DÜZÜNÜ SÖYLƏMƏK LAZIM..
    BƏS UŞAQLIĞINI ,GƏNCLIYİYİNİ, ORTA YAŞLILIĞINI, HƏTTA CANSAĞLIĞIINI AZƏRBAYCAN SƏHNƏSİNƏ FƏDA EYLƏYƏN KƏMALƏ XANIM RƏHİMLİYƏ NİYƏ DÖVLƏT HEC BİR DİQQƏT, QAYĞI GÖSTƏRMİR. AXI BU İNSAN AZƏRBAYCANDA XİDMƏT GÖSTƏRİB. XARİCDƏ YOX. ARXA DAYAĞI YOXDUR ONA GÖRƏ ? TƏMİZ QADINDIR,BİR ƏRDƏ OLUB ONA GÖRƏ ? KİŞİLƏR GƏZMƏYİB ONA GÖRƏ. HƏƏƏ .
    BU ADAM ÖMRÜNÜ XALQA MƏNƏVİ QİDA VERMƏYƏ SƏRF EDİB.. HAQQ VAR,. ƏDALƏT VAR. HAQSIZLIQ OLDUĞUNA GÖRƏ AZƏRBAYCAN ELƏ BƏDTƏR GÜNDƏDİR. OLACAQ DA. HƏLƏ COX ŞEYLƏR OLACAQ.KƏMALƏ XANIMIN HAQQINI YEMƏK OLMAZ..CÜNKİ, O TƏMİZ YOLLA BU SƏNƏTDƏ XİDMƏT GÖSTƏRİB.CİRKİNLİKLƏ YOX.☝ DÜZDÜR BU SÖZLƏR BU PAYLAŞIMA AİD OLMASA DA YENƏ YAZDIM Kİ, ONU SEVƏNLƏR DƏ BİLSİN.

  • @sukursalmanov2545
    @sukursalmanov2545 Před rokem +9

    Çox gözəl səsə malik bir xanımdır.Allah can sağlığı versin.Nəsibə Abdullayeva.

  • @bakircbraylov8716
    @bakircbraylov8716 Před rokem +3

    Biz onu özbək qızı kimi tanıyırdıq. İlk dəfə, ,, qara göz boy-boy,, mahnısıynan efirlərdə görmüşdük. Bu mahnı, toylarda çox sevildi.
    Nəsibə xanıma can sağlığı arzulayıram!

  • @user-jm1wy6tm4x
    @user-jm1wy6tm4x Před rokem +4

    👍👍👍hалал олсун Насиба ханума.

  • @kenans184
    @kenans184 Před rokem +16

    Nəsibəni çox sevirəm.Səsi məlahətli di.

    • @bestiqurbanova3103
      @bestiqurbanova3103 Před rokem

      4Nesibenin çox gözel üreye yatımlı sesi var .biz onu çox sevirk .Azərbaycandan sənə atəşi salamlar

  • @nezakatkerimova2020
    @nezakatkerimova2020 Před rokem +11

    👍👍👍👍 -25yaw da ola biler teki qarwiliqli temiz sevgi olsa

  • @arzuefendiyeva9774
    @arzuefendiyeva9774 Před rokem +7

    Cox sevdiyim və hörmət edtiyim müğənnidir.

  • @lalebabayeva9170
    @lalebabayeva9170 Před rokem +7

    Аллаh saxlasin hemmise sesli,mahnili olsun,70,80 ci illerde cox ugurlu cixislarla Azerbaycan xalginin yaddasindadir. BIZ ONU hemmise Azerbaycanli kimi tanimisig ifalarini severek izlemisik,sevmisik

  • @kerimlielmir8896
    @kerimlielmir8896 Před rokem +5

    Allah uzun òmur can sagligi versin Nesibe xanima

  • @veteneliyev5659
    @veteneliyev5659 Před rokem +4

    Nəsibə xanım Allah sizi qorusun, həyahınızın hər sahəsində sizə uğur diləyirəm.

  • @rozanuriyeva2509
    @rozanuriyeva2509 Před rokem +5

    FƏXRI AD ALDIGINA GÖRƏ NƏSIBƏ.XANIMA TƏBRIKLƏR!!!LAYIGDIR.!!!GÖZƏL SƏSI VAR..AZƏRBAYCAN MAHNILARINI MUGAMI GÖZƏL OXUYUR !!!!ALLAH GORUSUN!!!!

  • @user-jz1tk9be7o
    @user-jz1tk9be7o Před rokem +7

    Насиба Абдулаева манилари билан биз буйидик бу хонимини гузал укимоги ила маданияти утириши туриши сахна маданияти ва табий гузаллиги ила фарклиди.Оллох сиза жон соглиги версин....

    • @mobiltelov6697
      @mobiltelov6697 Před rokem

      Yaza bilmirsən, yazma, nə məcburdu?

    • @mobiltelov6697
      @mobiltelov6697 Před rokem

      @KENAN ola bilsin öz dilində tərifləyib, amma məni (utipişi tupişi) sözləri qıcıq etdi!!!

  • @sarasevinc4464
    @sarasevinc4464 Před rokem +5

    Özünü fars sayan, azərbaycanlı oğlanlarla evlənib, Azərbaycan mahnilariyla məhşur olan xanimi təbrik edirəm.

  • @user-ph3ub2ui7x
    @user-ph3ub2ui7x Před rokem +3

    Меним бу ханыма бойук hорметим вар . Чох гузел 👍

  • @renamamedova5366
    @renamamedova5366 Před rokem +10

    Nesibenin, çoh gözel sesi var. ♥️💕♥️👍

  • @esiyyetzenbiyeva377
    @esiyyetzenbiyeva377 Před rokem +2

    Ugurlar. Wiriltili su axir elebil Sesi gelbi cox rahat edir. Bu neSesdir Allahim Var olun Nesibe Abdullayeva.

  • @ilhamagakisiyev6563
    @ilhamagakisiyev6563 Před rokem +12

    Qencliyimizin muqennisi

  • @hqiqtorucova4613
    @hqiqtorucova4613 Před rokem +3

    AZƏRBSYCANDAN NƏSİBƏ ABDULLAYEVAYA U ZUN ÖMÜR CAN SAĞLIĞI ARZULAYIRIQ.

  • @seadetzulfuqarova1855
    @seadetzulfuqarova1855 Před rokem +5

    Semerqende iranlilar çoxdur.iran azerbaycanlilarida var.yeqin ona göre azerbaycanli sayir özün.

  • @kifayetqubadova3252
    @kifayetqubadova3252 Před rokem +1

    Nəsibə xanım biz sizi çox sevirik.Siz əsil Azərbaycan xalq artistisiniz, ifanız çox gözəl, çox fərqlidir.Nisə xanım da kaski sızın haqqınızda gözəl fikirlər soyləyəydi, siz tarifə layiqsiniz.❤

  • @agdamlqaqa7070
    @agdamlqaqa7070 Před rokem +7

    Salam qaqa.Həm deyirsən "1961 ci ildə anadan olub həmdə deyirsən 1987 ci ildə 31 yaşında" bu hansı hesablamadı? Mənə belə riyaziyyat öyrətməyiblər kaş onuda biləydim.3,32 ci saniyə

  • @nuredinbagrov3805
    @nuredinbagrov3805 Před rokem +8

    Men de uşaqlıqdan elə bilirem Nesibe xanım azerbaycanlıdır

  • @gulnarresulova885
    @gulnarresulova885 Před rokem +1

    Nəsibə Abdullayeva çox gözəl qız idi ,sadə təbii ,mmədəni ağıllı qıız idi .Sizlərə təşəkkür edirik ,bu verilişiniz üçün ,çox gğzəl ,səsi var idi .👍❤️

  • @restemrustemov2130
    @restemrustemov2130 Před rokem +2

    Can saqlığı gözəl xanım Nəsibə xanım bizim qara göz mahnını ifa edən

  • @mirbesirmirmehdi5903
    @mirbesirmirmehdi5903 Před rokem +6

    Qarabağ Azərbaycandır

  • @nofelsuleymanov6571
    @nofelsuleymanov6571 Před rokem +7

    ÖMÜR deyir qocalmışam,
    ÜRƏK deyir yaşa hələ.
    Ürəyi cavandır həyat eşqi var, xoşbəxtlik arzulayıram.

    • @lalezeynalli2133
      @lalezeynalli2133 Před rokem +3

      Gözəl sənətkar olmaqla bərabər,dilimizi belə sərbəst bilməsi təqdirə layiqdir(Azərbaycanda yaşamadıgı halda)

  • @malikmamedov7808
    @malikmamedov7808 Před rokem +1

    Nəsibə xanima Azərbaycanin Xalq artistin adi halaldır. Əsil xalqin artistidir. Geyimi davranişina siz ola bilməz .Yoxsa bizim indiki xaliq artistləri kimi. Məsələn Aygün,Röya kimilər .Bunlar xalq artisti adına layiq deyirlər.

  • @tagiyevanurengiz9311
    @tagiyevanurengiz9311 Před rokem +6

    SƏNDƏN NGARANAM MAHNISINI TELFONUMA ZƏNG ETMƏK ÜÇÜN KÖÇÜRMÜŞDÜM HƏTTA.HƏM GÖZƏL HƏM DƏ GÖZƏL İFA EDİR. ALLAH ÖMÜR VƏ BİR DAHA UĞURLAR ARZULAYIRAM.

  • @Uberstore1263
    @Uberstore1263 Před rokem +1

    Mən də uşaqliqdan Nəsibənin mahnilarina qulaq asmaği xoşuma gəlib.

  • @retro_771
    @retro_771 Před rokem +5

    Ən yaxşı CZcams kanalı 👏🏼👏🏼👏🏼

  • @sarasevinc4464
    @sarasevinc4464 Před rokem +2

    Fendi reklamında Fəridə mahnısında oxuduğu mugamdan bir hisse işlədilib.

  • @memmedeliyev5467
    @memmedeliyev5467 Před rokem +4

    Ay qsrdaş Nəsibə xanımın 1987 ci ildə 26 yaşı olur 31 yaş yox
    Hesablayanda düz hesablayın

  • @sevdababayeva2747
    @sevdababayeva2747 Před rokem +2

    Gözel insan gözel de müğennidi onu çox sevirem öpürem bağrıma basıram

  • @elsadhasansoy3502
    @elsadhasansoy3502 Před 7 měsíci +1

    Çox sevilən sənətçimizdir

  • @trino001
    @trino001 Před rokem +4

    Allah qüvvət versin

  • @retro_771
    @retro_771 Před rokem +5

    Nəsibə Abdullayeva 💖

  • @user-zs7nq6lf4h
    @user-zs7nq6lf4h Před rokem +2

    Çox sağolun.

  • @senansenan8134
    @senansenan8134 Před rokem +3

    SƏSİNİ SƏNƏTİNİ SEVDİYİM SƏNƏTKARDIR.ALLAH QORUSUN.BALALARININ XOŞBƏXTLİYİNİ GÖRSÜN.AMİN.

  • @mahbubaaliyeva3693
    @mahbubaaliyeva3693 Před rokem +4

    Vaxtilə "Qaragöz boy boy" mahnisini oxuyan da bu müğənni idi?

  • @nmzaaqayev1423
    @nmzaaqayev1423 Před rokem +2

    Она лайигдир. Тебриклер. И 🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @reyhanmehdiyeva376
    @reyhanmehdiyeva376 Před rokem +3

    👍 Nəsibə Abdullayeva ❤️

  • @malahatyagubova8267
    @malahatyagubova8267 Před rokem +2

    Əslində bu xanım azərbaycanlı yox fars sayılır. Niyə ona azərbaycanlı deyirsiniz. Sadəcə yaxşı oxuyur. Olduğu kimi deyin.

  • @surayyaabbasova3370
    @surayyaabbasova3370 Před rokem +2

    1981ci və 1987ci ildə doğulan oğlanların necə 27-21 yaşı ola bilər? 41- 35 yaşları olmalıdır

  • @jonnkadi5288
    @jonnkadi5288 Před 9 měsíci

    Nəsibə Abdhllayeva çox gözəl müğənidir.Mən bələ orta məktəbdə oxuyarkən onun kasetlərini alırdım.Təhslimi Rusiyada olub və Özbəkstandanda tələbə yoldaşlarım ,mənə onun yeni mahnıladını vətirirdilər.Allah qorusun.

  • @yasarcabbarov383
    @yasarcabbarov383 Před rokem +1

    Fəxrimizsiz xanım 🎉

  • @gulnaraliyeva3997
    @gulnaraliyeva3997 Před rokem +12

    Atası Melik Yarmehemmedov yəqinki Azerbaycandandir Farslarda belə soyad olmur daglilar, tatların da balaxanlilar da etnik farsdir.elə ona görə 2defe azərbaycanlı ilə ailə qurub

  • @inkognito935
    @inkognito935 Před rokem +4

    Еле данышырлар. Хеч баш ишлетмирлер ки, 1961-чи илде анадан оланын 1987-чи илде нече 31 йашы ола билер?

  • @cavahirabasova5564
    @cavahirabasova5564 Před rokem +5

    Bu qız özünü fars hesab edirsə ,niyə deyirsiz ki bizim qız

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 Před 11 měsíci

    Nisə Qasımovanı hamı sevir.Bütün Azərbaycan xalqı da.

  • @surayyaabbasova3370
    @surayyaabbasova3370 Před rokem +2

    Uşaq idim Nəsibə xanımı heç i zaman tanımırdım amma bütün günü "Qaragpz boy boy"mahnısını olmuyan səsimlə zümzümə edərdim.yazıq anam bezmişdi😒😁 hətta neçə illər sonra mənə bu mahnını oxuduğumu xatırlatmışdı.qəribə qadınıydı anam;hərdən elə şeyləri yadıma salırdı lap məəhəttəl qalırdım😊yəqin çox bezdirmişəm,ona görə yadında qalıbmış🤭😁

  • @nusabbaxsyeva4291
    @nusabbaxsyeva4291 Před rokem

    80 82 illərdə qaragöz mahnısı yaddaşımızda həkk olub.

  • @user-hu1el7di5i
    @user-hu1el7di5i Před rokem

    Nesibe xanımı Azerbaycanın xalq artisti adı almağı münasibeti ile tebrik edirem.Azerbaycan gözel🇺🇿🇦🇿🇹🇷🔥😘👍

  • @goshgarmammadov1522
    @goshgarmammadov1522 Před rokem +5

    Atasını Fars hesab edir yoxsa həqiqətəndə Farsdır.Bəs onda Azərbaycan mahnıları sevgisi hardandır .Anasında deyirsiz Tacikdir.

    • @azadazepbaycan2163
      @azadazepbaycan2163 Před rokem +3

      Анасы тачикдир атасы исе ирандан озбекистана келмиш Азербайчанлыдыр. Озбекистан каналларында насибени азербайчанлы кими тегдим едиблер хемише.

  • @user-xh7mc8lw3y
    @user-xh7mc8lw3y Před 6 měsíci

    БРАВО НАСИБА ХАНУМ.БУДЬ ВСЕГДА ТАКОЙ СЛОВАМИ НЕ ОПИСАТЬ ПРОСТО БУДЬ ВСЕГДА ЗДОРОВА.

  • @etibaraslanov6875
    @etibaraslanov6875 Před rokem +1

    Bəzi üzdən iraq , 2 dəfə yox, 72 dəfə rəsmi, və ya qeyri- rəsmi ərə gedən "xalq artist"lərinin əlindən bezib detdi.

  • @sahibqurbanli3778
    @sahibqurbanli3778 Před rokem +2

    Nəsibə xanımı hər zaman sevə sevə dinləmişəm.

  • @bayramsirinov2539
    @bayramsirinov2539 Před rokem +2

    ❤️🌹🇦🇿🇹🇷🇺🇿

  • @elgulemirzoyeva1256
    @elgulemirzoyeva1256 Před rokem +3

    Почему такое отношение Нисы гасымовой к певице?ведь пусть вспомнить себя одно время шовкят ханым ее игнорировала так по моему нельзя Ниса ханым вы ведь понатуре не такая желаю вам Ниса ханым долгих лет жизни а абдулаевой счастья и любвы

  • @kemaleismayilova5735
    @kemaleismayilova5735 Před rokem +1

    Yəqin məlumatlar köhnə reportajlardan götürülüb çünki deyilən tarixlərlə yaşlar üst üstə düşmür

  • @trino001
    @trino001 Před rokem +4

    Ə neçə yəni fars hesab edır.?Ya farsdır ya yox.Səndə deyəsən İran motoru ilə işləyirsən

  • @user-tu3nq1do6r
    @user-tu3nq1do6r Před rokem

    Чох Гозал Охуйур ,Ода Миллатимизин Бир Гариб Балсыдыр ,Аллах Горусун Миллатимизи Бутун Дунаяда,АМИНЬ.

  • @abbrashad1857
    @abbrashad1857 Před rokem +5

    Verlish👍🇦🇿🧿🙏

  • @refiqememmedova7047
    @refiqememmedova7047 Před rokem

    Allah kömeyin olsun közel insan

  • @user-qy9pw4el2z
    @user-qy9pw4el2z Před rokem +7

    ФАРС-ЕРМЕНИ ТАЙФАСЫДЫРСА ТУРК БАЗАРЫНА ГИРМЕСИН!☝

  • @nubarmustafayeva2251
    @nubarmustafayeva2251 Před rokem +3

    🤲❤🥰🥰

  • @valehmuradov6583
    @valehmuradov6583 Před rokem

    Uca ALLAH kömək olsun

  • @fuadhamishayev2096
    @fuadhamishayev2096 Před rokem +2

    Xoshuma gelmir .

  • @CristianoRonaldo-xm2kp
    @CristianoRonaldo-xm2kp Před rokem +3

    Danşlan sözer bir birnen tutaşmır nec olur ki oğlin 21yaşi olur axi oğlu 80ci ilerden idi necəolur 1987 de 31 yaşi olur ax 27 eler hamsi bir birin tamamlamır

  • @VS-qv2fg
    @VS-qv2fg Před rokem +7

    Mən bunu azərbaycamlı bilirdim. Səhv bilmişəm , ana tacik ata fars

    • @elnurhasimov9812
      @elnurhasimov9812 Před rokem +2

      Özü çıxdı efirdə dediki mən Azərbaycanlı deyiləm,heç Azərbaycandan xəbəri yoxdu amma xalq artistidi

    • @VS-qv2fg
      @VS-qv2fg Před rokem +1

      @@elnurhasimov9812 beıə belə işlər

    • @azadazepbaycan2163
      @azadazepbaycan2163 Před rokem +2

      @@elnurhasimov9812 Озбекистанда онун атасыны ираннан келмиш Азербайчанлы кими тегдим едиблер хемише

  • @nerminnesibova3406
    @nerminnesibova3406 Před rokem

    Cox yaxsi edib.Xosbexd olsun.

  • @minamemmedova4937
    @minamemmedova4937 Před rokem +2

    Pis oxumur insafen.Onun ansamblindaki tarcalan oglan menimle birlikde musiqi mektebinde ishleyirdi.Cavan yashlarinda rehmete getdi.Gozel insan idi .Videoda da gorunur tar calanda.

  • @user-cm6oc9fl3u
    @user-cm6oc9fl3u Před rokem +1

    Буки полносту Узбекди хардан олду бизим

  • @cavansirmovsumov2770
    @cavansirmovsumov2770 Před rokem +1

    SEVDIYM HORMET ETDIYIM QIZDIR.

  • @Mehribonningaudiokitoblari

    Àssalomu alaykum men juda ham yaxshi ko'rgan qo'shiqchim Nasiba Abdullayeva.