Suyun ən çox itdiyi yer: Kənd təsərrüfatında qənaətə necə keçmək olar

Sdílet
Vložit
  • čas přidán 16. 09. 2023
  • Qlobal miqyasda ən ciddi problemlərdən birinə çevrilmiş içməli su qıtlığının əsas səbəblərindən biri də dünyada əhalinin çoxalması ilə yanaşı, ərzağa tələbatın durmadan artmasıdır. Bu isə öz növbəsində onsuz da içməli su resurslarının təxminən 80%-ni istehlak edən aqrar sahənin suya olan ehtiyacını daha da çoxaldır.
    Kənd Təsərrüfatı nazirliyinin nəzdindəki Əkinçilik Elmi-Tədqiqat institunun direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Qərib Novruzlu AzVision.az-a müsahibəsində bildirib ki, faydalı və səmərəli metodlara keçməklə həm suya qənaət etmək, həm də yaxşı nəticələr almaq mümkündür.
    Onun sözlərinə görə, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqində demək olar ki, müəyyən qədər gecikmişik. Çünki bütün dünyada müasir suvarma metodları artıq tətbiq olunur. Amma Azərbaycanda da artıq bu addımlar atılır.

Komentáře •