Okaber & Qaraqan - DƏLİXANANIN QAYDALARI

Sdílet
Vložit
  • čas přidán 27. 08. 2024
  • DƏLİXANANIN QAYDALARI

    Okaber, Qaraqan

    Music - Darek kaos - Voces en Mi Cabeza

    Mixed by ‪@beatadmix‬



    #okaber #qaraqan #azrap

Komentáře • 47

  • @beatadmix
    @beatadmix  Před 5 měsíci +28

    - Ay əclaf, ay satqın, əgər bunlar məni assalar bəs sən vicdan əzabı çəkməyəcəksən?!
    - Sən onun fikrin çəkmə, onlar səni asmayacaqlar ki, onlar səni göz bəbəyi kimi qorucayaqlar. Çünki sənin üstündə mərc gəliblər, böyük məbləğdə. Həə, şərtləri də budur ki, səni it eləsinlər.
    Mən hər gün meditasiyada, sən mənə ateist deyirsən
    Fikirlərim maraqsız, sən Jan Batist deyilsən
    Əsərlərimə kağız, qələm, gülüm, bir də öz dünyam lazımdır
    Karabin obrazına RG, Okaberə Əli Xəyyam lazımdır
    Sənə kim dedi ki, qorxma? Gözlərin bərəldi, qorx
    Yalan satıblar sənə, Əzrailin əlində kərənti yox
    Və mənə kafir deyən övliyalar şərab içib öləndə güldüm
    Dünyaya müqəddəs gələn də öldü, gəlməyən də öldü
    Bu sadəcə həyatdır, bu həyatın həyatları var
    Məsih, Nazaretli, Yehovanın övladları var
    Dəvələrin qanadları, binaların bərbadları var
    Pulları, maşınları, fahişə arvadları var
    Fiquru insanlardan ibarət olan şahmatları var
    "Kim daha çox qan içə bilər?" deyə zarafatları var
    Vətən sataraq yüksələn biznesmen adları var
    Erməni kirvələrinin soyqırım fəryadları var
    Keçmişdə düşən ulduzlarla insanların öldüyünə inanırdım
    Evtanaziya əsrlərlə davam edirdi və canlanırdı
    İlk dəfə bir ruhani danışanda anladım, batildir
    Kürəyimdən güllə dəyəndə bildim, dostum qatildir
    Mən də peşmanam indi, hətta qalmadı xatirələr
    Bütlərin arasında sındı, necə mansarda pəncərələr
    Biz fironları mumiyaladıq və modern günümüzə gətirdik
    Və hələ də fironlar var, Tanrımızı itirdik
    Hər ürəkdə bir Allah varsa, hər canda bir ürək
    Dilənçilərdən dərs alaq, bir miqdar azadlıq dilənək
    Məni çarmıxa çəkin, dar ağacından asın
    Bağlayın dəmiryoluna , yoğun damarlarımı kəsin, dərimi soyun mənim. Göndərin sürgünlərə, siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?
    Həqiqət axtarışlarında günahlara batdım, sevgisi uğrunda uçur alova pərvanələr
    Məni çarmıxa çəkin, dar ağacından asın
    Ancaq bu cür yaranır , qəhrəmanlar , əfsanələr
    Görəsən necə dadar qanla qum?
    Həyatın pərdə arxasında kimlər unudulub
    Uşaq arzusu qədər təmiz gözlərinə baxdım
    Onların dərinliklərində mən özümü tapdım
    Dörd divar fəlsəfəsi , köhnə qrammofonda retro
    Keçmişin trayektoriyasında nə qədər əyri vektor
    Piyada addımların sonsuzluğuna qarışdıqca
    Həyat düzəlmir, sadəcə düz görünür alışdıqca
    Elə bil səhv qama , obyektivdə ni-fokus
    ,Taleyin dostlarından gəldi dar günümdə korpus
    Bu nə Garcia Markes, nə yüzillik tənhalıq
    Sadəcə baş verənlər tanış süjeti xatırladır
    Saatın əqrəbləri sancır zaman zəhərilə
    Nəyi çatdırmaq istəyir Allah öz əsərilə?
    Mən kiməm lənətlənmiş, ya müqəddəs insan?
    Şeytan baxışlı mələk, mələk qanadlı şeytan?
    Qəribə quruluşlar , bu düyünlənmiş hislər
    Mən hər il böyüdükcə qul olduğumu başa düşürəm
    Sən hər il həyat qanunlarına daha çox öyrəşirsən
    Deyəsən dişləyiblər səni də , sən vampirləşirsən
    Günəşin çadrası qaranlığımı qətiləşdir
    Şeytanın bicliyi idi, arzularım gerçəkləşdi
    Şeytanın rahibələrə danışdığı nağıllardan
    Ehtiras qələmimdə tənhalığım itiləşdi
    Məni çarmıxa çəkin, dar ağacından asın
    Bağlayın dəmiryoluna , yoğun damarlarımı kəsin, dərimi soyun mənim. Göndərin sürgünlərə, siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?
    Həqiqət axtarışlarında günahlara batdım, sevgisi uğrunda uçur alova pərvanələr
    Məni çarmıxa çəkin, dar ağacından asın
    Ancaq bu cür yaranır , qəhrəmanlar , əfsanələr

  • @xamisosmanli4973
    @xamisosmanli4973 Před 5 měsíci +26

    Qaraqan və Okaber böyük qüllənin başında yanan qırmızı işığdı
    Başa düşənə

  • @miragahuseynov666
    @miragahuseynov666 Před 5 měsíci +12

    Ölkede hal hazırda 2 reper var 2 sininde treckleri superdi Okaber ve Qaraqan uğurunuz bol olsun 👍

  • @n.a.r.g.i.s.s.a_465
    @n.a.r.g.i.s.s.a_465 Před 5 měsíci +14

    "Kürəyimnən güllə dəyəndə bildim "Dostum" qatildi."

  • @baxo8696
    @baxo8696 Před 5 měsíci +9

    Evtanazya qan və qum birləşəndə bomba mix olur❤️

  • @xeyalkerimov7339
    @xeyalkerimov7339 Před 5 měsíci +6

    Bax bu başqa mesele super

  • @sahincavadov3472
    @sahincavadov3472 Před 4 měsíci +3

    Girişdəki səs qadağan olunmuş ‘’Köpək’’ filminnən 👍👏

    • @elsadmuradsoy8490
      @elsadmuradsoy8490 Před 4 měsíci

      Bəli👏👏👏👏
      Bunu bu Ölkədə bilən bəzi İnsanlardan biri sizsiz❤

  • @ayxanbeydiyev5194
    @ayxanbeydiyev5194 Před 5 měsíci +5

    Qaraqanın səsin çox klas oturtmusan əla❤

  • @sahinabdulla5306
    @sahinabdulla5306 Před 5 měsíci +2

    Əlaaa

  • @miraga7472
    @miraga7472 Před 5 měsíci +2

    Uğurlar

  • @yasilferma
    @yasilferma Před 5 měsíci +3

    supersen qaqas

  •  Před 5 měsíci +3

    Uğurlarınız bol olsun 🖤👍

  • @shakarovmusic
    @shakarovmusic Před 5 měsíci +10

    Kim daha çox qan içə bilər deyə zarafatları var 🤫

  • @Eliekber.Alishov
    @Eliekber.Alishov Před 5 měsíci +1

    👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @ilkinjabrayilov9362
    @ilkinjabrayilov9362 Před 4 dny

    Çox darixiram HOST ucun 😏😔🍂

  • @ImDifferenttt
    @ImDifferenttt Před 5 měsíci +1

    Nice ❤

  • @Natiq334
    @Natiq334 Před 5 měsíci +2

    ƏJDAHALAR

  • @sevincibrahimova4951
    @sevincibrahimova4951 Před 5 měsíci +1

    Her ureyde bir Allah var))

  • @elvinlive2605
    @elvinlive2605 Před 5 měsíci +1

    Ouyyy

  • @MadPoet17
    @MadPoet17 Před 5 měsíci +2

    Şedevr

  • @elsadmuradsoy8490
    @elsadmuradsoy8490 Před 4 měsíci

    Sağolun uşaqlar ❤ sizinlə eyni dövürdə yaşadığım üçün özümü xoşbəxt sayıram

  • @yukselbabayev9427
    @yukselbabayev9427 Před 5 měsíci +4

    Okaber, Qaraqan ehsen var olun. Bu Qaraqanin hansisa trackindendir yoxsa ?

    • @beatadmix
      @beatadmix  Před 5 měsíci +4

      Bəli, Qan və Qum trekindən parçadır.

  • @Leykemiya-nr4zk
    @Leykemiya-nr4zk Před 2 měsíci +1

    13 ve ⚫🩸

  • @Elkazade
    @Elkazade Před 4 měsíci

    Okaber və Qaraqan birləşsəydilər heç belə bir trek əmələ gətirə bilməzdilər.

  • @Leykemiya-nr4zk
    @Leykemiya-nr4zk Před 2 měsíci

    13 və ⚫🩸 .

  • @Hostqaraqan800
    @Hostqaraqan800 Před 5 měsíci

    😎😎😎😎😎😎

  • @s.sarvanov
    @s.sarvanov Před 5 měsíci

    👁️

  • @MadPoet17
    @MadPoet17 Před 5 měsíci +2

    Amid Salam minus yığırsan sifarişlə?

    • @beatadmix
      @beatadmix  Před 5 měsíci +2

      Salam. Xeyr

    • @MadPoet17
      @MadPoet17 Před 5 měsíci +1

      Bir trek yazmışam. Prometenin gün doğsa minusuna uyğun gəlir. Prosta ona bənzər minus olsaydı məndə treki çıxardardım. Elə bildim sifarişlə minus yığırsız didim sizə xeyir verərdim

  • @inflammably
    @inflammably Před 5 měsíci +1

    ele bil xarab naushniknen qulag asdim :\

  • @FatimAgayeva-eo1bf
    @FatimAgayeva-eo1bf Před 5 měsíci +1

    Bu yeni mahnidir ya köhnə?

    • @beatadmix
      @beatadmix  Před 5 měsíci +3

      Bu qeyri-rəsmi mik musiqisidir. Okaberin "Evtanaziya" və Qaraqanın "Qan və qum" adlı rəsmi audiolarının kombinasiyasıdır.

  • @m4rsh4llx
    @m4rsh4llx Před 5 měsíci +1

    Girişdəki skit hansı filmdəndi

    • @beatadmix
      @beatadmix  Před 5 měsíci +1

      Köpək filmi, 1994

    • @m4rsh4llx
      @m4rsh4llx Před 5 měsíci +1

      Təşəkkürlər, mix keyfiyyətli alınıb unidən evə gələnə kimi qulaq asmışam) Uğurlar.

    • @elsadmuradsoy8490
      @elsadmuradsoy8490 Před 4 měsíci

      Qadağan olunmuş KÖPƏK flimindən

  • @hes5nl184
    @hes5nl184 Před 5 měsíci +1

    Okaberin hansı track'indəndi bu ?

  • @mr.disiplin
    @mr.disiplin Před 5 měsíci

    👍🏻👍🏻👍🏻👍🏻❤️‍🩹