Bağdadın işğalına səbəb olan məktub - Çingiz xanın nəvəsi Xəlifəni niyə bağışlamadı?

Sdílet
Vložit
  • čas přidán 1. 06. 2024
  • "Gizli tarix" kanalına abunə olaraq yeni videoları izləyə bilərsiz
    Abunə olun bit.ly/3IWfX5R
    Hülakü xanın xəlifə Mötəsim-Billaha məktubu və xəlifənin sərt cavabı
    Çingiz xanın nəvəsinin Xəlifəyə “təslim ol” məktubu
    Çingiz xanın nəvəsi Hülakü xan 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edilmişdir. Burada İsmaililərlə mübarizə aparan Hülakü xan Abbasi xəlifəsi Mötəsim-Billahdan qoşun istəyir. Xəlifə birbaşa yox deməsə də, qoşun də göndərmir. Xəlifənin bu addımından sonra 1257-ci ili baharını Təbrizdə keçirən Hülakü yayda həmədanda ordugah qurur. Oradan Bağdada məktub göndərərk açıq şəkildə xəlifəni təhdid edib onu xəyanətdə ittiham edir:
    “İsmaililərin qalalarını ələ keçirdiyimiz zaman elçilər göndərib səndən hərbi yardım istədik. Cavabında tabe oldum dedin, ancaq əsgər göndərmədin. İtaətkar olmanın nişanı düşmən üs¬tünə getdiyimiz zaman bizə hərbi yardım etmən idi. Bəhanələr gətirib ordu göndərmədin. Zənn etmə ki, sizin xanədan köhnə və böyük, döv¬lət sahibi bir xanədandır, işıq saçan Günəşi Ayın saçdığı işıqla ölçmə.
    İstəsən, adi insanlardan, istəsən ariflərdən Çingiz xan dövründən bu günə qədər moğol ordusundan dünya və dünyadakıların başına nələr gəldiyini, böyük və möhtəşəm hökmdarlar olan Xarəzmşahlar və Səlcuqlar xanədanlarına, Deyləm hakimlərinə, atabəylərə və di¬gərlərinə Uca Allahın gücü ilə başlarına nə cür zillətlər açdığımızın xəbəri sənin qulaqlarına çatmışdır. Bağdadın qapıları həmin xanə¬danların heç birinə bağlı olmayıb və orada taxt qurublar. Bizim bu qədər qüdrətimiz və gücümüz olduğu halda, həmin qapılar bizə niyə bağlı olsun ki?
    Daha əvvəl sənə nəsihətlər verdik. Artıq nifrətdən və döyüşməyə cəhd etməkdən özünü qoru. Əzaba düşməmək üçün bayrağa yum¬ruq atma və günəşi palçıqla suvama. Bil ki, bizə görə keçmiş keçmiş¬də qalmışdır. Əgər istəsən, indi qala divarlarını yıxdır, xəndəkləri doldur, məmləkətin idarəsini oğluna burax və bizi görməyə gəl”.
    Moğol ordusunun səfərə çıxdığını bildiyi halda, xəlifə Mötəsim-Billahın Hüləgüyə göndərdiyi cavab məktubunun mət¬ni aldığı məktub qədər sərt idi:
    “Ey zamanəyə yeni çatmış və qalıcı olmaq həvəsinə düşən gənc insan! On günlük bəxtin və iqbalın yardımıyla özünü bütün dün¬ya xalqına qalib və hakim zənn etmə. Fərmanını özündən qaçılması mümkün olmayan hökm və sağlam bir fərman kimi fikirləş ki, məndə tapa bilmədiyin şeyi niyə axtarırsan...”
    Bu yazışmaların sonu müharibəyə gətirib çıxardı və Bağdad Moğol orduları tərəfindən işğal olundu.
    Mənbə: “Moğol şahmatı: Hülagü Xan” kitabı
    Əkbər N. Nəcəf
    Səh. 133-134
    #cengizhan
    #hulagukhan
    #moğol
    #moğolistan
    #moğolistan
    #bozkır
    #eskitürküler
    #türkiye
    #turan
    #asiya
    #cinema
    #maraqlivideolar
    #maraqlimelumatlar
    #maraqlıfaktlar
    #cumhuriyet
    #kino
  • Krátké a kreslené filmy

Komentáře • 1