Bir-birinizin qeybətini etməyin! - Hacı Şahin - Qeybət etməkdən çəkinin! - Qeybət haqqında

Sdílet
Vložit
  • čas přidán 4. 10. 2021
  • 🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    ✏️Bir-birinizin qeybətini etməyin! - Hacı Şahin - Qeybət etməkdən çəkinin! - Qeybət haqqında
    Qeybətin lüğəti mənası "iştirakı olmadan kiminsə (və ya kimlərinsə) ünvanına xoşagəlməz sözlər demək"dir. Şəri termin olaraq isə "qeybət” - müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyib və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin səxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyib və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur.
    Peyğəmbər (s.a.s) bu haqda buyurur: "Əgər həmin eyib və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq”.
    Qeyd etməliyik ki, qeybəti olunan şəxs mömin və müsəlman olsa, onda haram olar. Haqqında danışılan şəxsin kimliyi bəlli olmadıqda isə deyilən sözlər qeybət hesab olunmur.
    Qeybətin haram və böyük günahlardan biri olduğunun təsdiqi haqqında bir çox Quran ayələrinə və hədislərə istinad etmək olar. Allah Təala Qurani-Kərimdə buyurur:
    "...Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah oyadar (qeybət də belədir)...”
    Göründüyü kimi, ayədə müsəlmanın qeybəti onun qətlə yetirilməsinə və qeybət edən şəxsin onun ətini yeməsinə bənzədilir. Bu da günahın böyüklüyünə dəlalət edir. Günahsız bir şəxsin qətlə yetirilməsi haram olduğu kimi, onun qeybətini etmək də bir o qədər haram və böyük günahlardandır. Qan tökülməklə bir şəxs qətlə yetirildiyi və onu bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin də haqqında xoşagəlməz sözlər deməklə onun şəxsiyyətinə xələl gəlir və mənəviyyatının qorunması qeyri-mümkün olur. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi, onların şəxsiyyət və mənəviyyatı da qorunmalı və onlara qarşı hörmətsizliklərə yol verilməməlidir.
    Peyğəmbər (s.a.s) buyurur:
    "Müsəlmanın canı (qanı), malı və şəxsiyyəti müsəlmana haramdır”.
    Hz.Əli (ə.s) buyurur:
    "Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir”.
    Peyğəmbər (s.a.s) buyurur: "Dünyada qardaşının ətini yeyən şəxsləri (qeybət edənləri) qiyamət günü onun (qeybəti olunanın) yanına aparıb belə əmr edərlər: "Diri olduğu halda ətini yediyin kimi, indi də onun ölmüş cəsədinin ətini ye!" O da məcbur olub fəryad çəkərək ölmüş qardaşının ətini yeyər. Merac gecəsi səmaya qalxdığım zaman üz-gözlərini dırnaqları ilə cıran bir dəstə insanla qarşılaşdım. Cəbraildən (ə.s) onların kim olduğunu soruşdum. Dedi: "Onlar camaatın qeybətini edən və abır-həyalarına xələl gətirən kəslərdir”.
    Ariflərdən birinə: "Filankəs sənin qeybətini etdi” dedikdə, gülümsəyib həmin şəxsin evinə bir qutu şirni aparmalarını və ona belə bir xəbər çatdırmalarını istəyir: "Eşitdim öz xeyirli işlərinin bir qismini mənim əməl dəftərimə göndərmisən. Bunun üçün sənə öz təşəkkürümü bildirib, bu şirni qutusunu sənə hədiyyə göndərirəm”.
    Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur.
    Peyğəmbər (s.a.s) bu haqda buyurur:
    "Qeybətə qulaq asan şəxs qeybət edən kimidir"
    ✅ Rəsmi İnstagram linkimiz: bit.ly/39BPBD0
    ✅ Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    ✅ Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    ✅ Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    ✅ Rəsmi Instagram səhifəsi: / hacishahinh. .
    ✅ Mənbə: CZcams Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    ✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Admin Whatsapp +994-070-878-72-62
    ✅ISLAM TV Official
    🔔Abunə ol bit.ly/2uR7dZv

Komentáře • 191

  • @mnzrmusayeva8841
    @mnzrmusayeva8841 Před 2 lety +124

    Oğul,Allaha min şükür olsu ki ,mən səni tanıdım.Mənə nəə qədər ümid verirsən,Allah ziyarətini qəbul etsin.Qismət olsun məndə gedib ,ziyarət edim.Oğul,o qədər aydın izah edirsənki ,elə bilirəm ki,mən də orada olub,gözlərimlə görmüşəm.Allah sənə köməkolsun ay oğul.!

  • @gulxaraliyeva8601
    @gulxaraliyeva8601 Před rokem +50

    Siz bir Nemətidiniz ,Nur idinizAzərbaycan Xalqına .Çox Təəssüfki Allah sizi öz dərgahına tez apardı😢Allah sizə Rəhmət eləsin məkanınınız Cənnət olsun🤲🕋

    • @yeganemeherremova5196
      @yeganemeherremova5196 Před rokem +1

      Yaxsi insanlar nedense az yaşayir .Vefatindan sonra daha cox tanidim,sevdim bu insani.Ölumu de şerefli olan gözel insan,cennetinde rahat yaşa

    • @SamoMemmedli-xn5iw
      @SamoMemmedli-xn5iw Před rokem +1

      ​@@yeganemeherremova5196Allahın salamı olsun

    • @eldarbabayev1246
      @eldarbabayev1246 Před 11 měsíci +2

      Allah mənədə əhli beyt Ziyarətini Nəsib eləsin

    • @Nuray-vd5bj
      @Nuray-vd5bj Před 4 dny

      Allah rəhmət eləsin nur içində yatsın😢

  • @ilqarabbasov199
    @ilqarabbasov199 Před rokem +31

    Allahın gözəl bəndəsi nur üzlü,qəlbi nurlu, Hacı bu gözəl nəsihətləriniz sizdən sonra da hər bir müsəlmanın həyat yoluna bir işıqdı, nurdu. Allah sizi Məhəmməd Peyğəmbərin qonşularından eləsin.

  • @nistrsn3668
    @nistrsn3668 Před 2 lety +41

    Allah bilərəkdən bilməyərəkdən etdiyimizi günahlarımızı bağışlasın

  • @anarsalahli13
    @anarsalahli13 Před 2 lety +16

    Mən cox qiybət etmişəm Ay Allah məni bağışla

  • @seddammemmedov7284
    @seddammemmedov7284 Před 2 lety +41

    Allah seni xalqimiza cox gormesin haci.allah senden razi olsun.insallah Qafqaz muselmanlar idaresinin rehberi sen olasan bizim sizden oyrenecek cox seyler var.

  • @leylammmdli6773
    @leylammmdli6773 Před rokem +22

    Cann allah sənə rəhmət etsin yerün cənnət məkan olsu 😢😢

  • @kamalafarmanova3485
    @kamalafarmanova3485 Před 2 lety +23

    ALLAH günahlarımızı bağışlasın. Allah cümləmizi hidayət etsin. Amın

  • @aynurmamedova353
    @aynurmamedova353 Před rokem +18

    Allah senin yerini cennetlik etsin can qardas 😥😥

  • @zumrudbetul5115
    @zumrudbetul5115 Před 2 lety +24

    Allah razi olsun, əziz haci.Allah ziyaretinizi qəbul elesin.

  • @SuAkgol
    @SuAkgol Před rokem +12

    Allah sizə rəhmət eləsin məkanınız cənnət olsun 😢

  • @gulgzmmmdova9780
    @gulgzmmmdova9780 Před 2 lety +33

    Allah köməyin olsun qardaş- Haci Şahin dünya durduqca durasan. Amin!!!🤲☝️🕋☝️🤲🤲❤❤❤🇦🇿🙋‍♀️🙌🙌🙌🙌💯yaşa

    • @xeyyamxelilov9937
      @xeyyamxelilov9937 Před rokem +4

      Çox heyif olsun💔

    • @taranamirzayeva4555
      @taranamirzayeva4555 Před rokem +3

      Çox təəssüf ki, yaxşı insanların ömrü qısa olur

    • @gulgzmmmdova9780
      @gulgzmmmdova9780 Před rokem +1

      @@xeyyamxelilov9937 ALLAH TƏALA ailəsinə səbr versin. Amin!!!😔🤲☝️🕋🇦🇿🇦🇿🇦🇿😔

    • @gulgzmmmdova9780
      @gulgzmmmdova9780 Před rokem +2

      @@taranamirzayeva4555 ALLAH TƏALA sevənlərinə səbr versin onun din və QURANİ- KƏRİM yolunda cəkdiyi zəhmət, əzab- əziyyət hədər getməsin. İn şa Allah. Amin!!! ALLAH🇦🇿🙏😔

    • @taranamirzayeva4555
      @taranamirzayeva4555 Před rokem +1

      @@gulgzmmmdova9780 Amin İn Şə Allah

  • @nergiz1990
    @nergiz1990 Před rokem +21

    Xalqimiz seni unutmayacag(

  • @selalehuseynova2112
    @selalehuseynova2112 Před 2 lety +17

    ALLAHIM HACI ŞAHİN QARDAŞIMIZI BÜTÜN HAQSIZLIQLARDAN QORUSUN AMİN. MƏN ÇOX DUA EDİRƏM BU GÖZƏL İNSAN ÜÇÜN. .

  • @rahilaallahyarli6798
    @rahilaallahyarli6798 Před 2 lety +12

    Allah qəbul eləsin. Bütün arzusunda olan möminlərə Həqqi Təala nəsib eləsin . Amin

  • @samilhuseynov1848
    @samilhuseynov1848 Před rokem +5

    Allah məkanını cənnət eləsin ey dəyərli insan Allahın dostu bu gűn Allah mənə yenə sənin vasitənlə tővbə etməyi nəsib etdi Əlhəmdulillah Allah səndən razı olsun Aģam Hűseynə qonşu qərar versin 2021dən qeybətə tővbə eləmişəm ama bu gűn dəqiq şəkildə Allahın izniylə tővbə etdim Allah tővbəmə axıra kimi əməl edənlərdən qərar versin inşAllah
    Őzűn olmasanda sőzlərin yenə də bizlərə kőmək edir Allahın izniylə Allah seni rehmet etsin əziz qardaşım Amin🤲😢

  • @gulbenizaliyeva9167
    @gulbenizaliyeva9167 Před 2 lety +28

    ALLA H SİZDƏN RAZI OLSUN ALLAH SİZİ BİZƏ ÇOX GÖRMƏSİN EY GÖZƏL İNSAN VAR OL HƏMİŞƏ 🙏🌹🌹🌹🌹

  • @haticeoksuz9734
    @haticeoksuz9734 Před rokem +6

    Abir heyana qurban. Hecim. Allah sene rəhmət elesin 😢

  • @camalcavadov4759
    @camalcavadov4759 Před 2 lety +10

    AllAHIN SalamI Olsun HacI Qardaw size ve cumle iman ehline AllAH gunahlarlmzl baqIwlasIn Inwallah

  • @humaysalmanova5837
    @humaysalmanova5837 Před 2 lety +8

    Hacı düzdü Allah səndən razı olsun Amin

  • @elcinquliyev9859
    @elcinquliyev9859 Před 2 lety +4

    Haci Allah senden razi olsun.insanlari gunahlardan dasinmaga devet edirsen.

  • @user-xt6ub2sd2n
    @user-xt6ub2sd2n Před rokem +7

    Аллах сене рехмет элесин

  • @Bbbb23bb
    @Bbbb23bb Před 2 lety +5

    Аллахын мерхеметине шукур ки сизин кими дин хадимини бизим миллете бехш едиииб🤲🤲

  • @sevincmustafayeva3236
    @sevincmustafayeva3236 Před rokem +5

    ALLAH razı olsun Sizdən Hacı Şahin AMİN 🤲 İNŞALLAH ❤

  • @gulgzmmmdova9780
    @gulgzmmmdova9780 Před 2 lety +10

    Haci ALLAH TƏALA hamimizin Ziyarətini qəbul eləsin🤲☝️🕋🙏🙏🙏Amin!!! Bu mövzuya toxundun, hədisləri danişdin, chox sağ ol, var ol👍🙌🙌🙌🙌👏🇦🇿❤🙋‍♀️

    • @Lamiyye
      @Lamiyye Před 2 lety +1

      Salam xanım siz evdə çıxmadan gəlir əldə edə bilərsiniz nece yazı deyim narahat etmisə üzürlü sayin

    • @gulgzmmmdova9780
      @gulgzmmmdova9780 Před 2 lety +1

      @@Lamiyye Allahin Salami üzərinə olsun mən sizi başa düşmədim nə demək istəyirsiz?

    • @Lamiyye
      @Lamiyye Před 2 lety +1

      @@gulgzmmmdova9780 sizde eleykum salam

  • @MsYunur
    @MsYunur Před rokem +2

    Allah rəhmət eləsin Hacı Şahinə ! İndiyə kimi onun məsləhətrindən bəhrələnirik.

  • @gunel6351
    @gunel6351 Před rokem +6

    Hacı qurban olum sizə.Sizə qulaq asanda ruhum dincəlir saatlarla qulaq assam belə yorulmuram.Allah sizi ailenizi bütün pisliklərdən qorusun amin inşallah 🤲🤲🙏🙏🙏

  • @allahinqulu7803
    @allahinqulu7803 Před rokem +4

    Allah ziyarətinizi qəbul eləsin.Bizə də nəsib olsun.Amin.

  • @sevincmustafayeva3236
    @sevincmustafayeva3236 Před rokem +6

    Yox Hacı söz verirəm ki, etməyəcəm inşallah qiyamətdə bizi qarşılıyanlardan ol Amin inşallah Məkamın uca olsun əbədi Amin ❤

  • @raminmahmudov147
    @raminmahmudov147 Před rokem +5

    Allah rehmet elesin Haci

  • @Mənim_dünyam_my_world
    @Mənim_dünyam_my_world Před 9 měsíci +1

    Allah rəhmət eləsin ey gözəl insan.sən çox yaxşı insan idin hacı😢😢😓😓😟😟😥😥😞😞😢😢

  • @aygunquluzade6121
    @aygunquluzade6121 Před 2 lety +27

    Qiymət etmişik Allah keçsin günahımızdan.

    • @Lamiyye
      @Lamiyye Před 2 lety +1

      Salam xanım siz evdə çıxmadan gəlir əldə edə bilərsiniz nece yazı deyim narahat etmisə üzürlü sayin

  • @cabbarovarahile8191
    @cabbarovarahile8191 Před 2 lety +8

    ALLAH razı olsun 🤲🤲🤲

  • @imanova16imanova79
    @imanova16imanova79 Před 2 lety +8

    YA ALLAHIM🤲🤲🤲

  • @melahatmemet8235
    @melahatmemet8235 Před rokem +2

    Allah sene rahmet eylesin ay güzel insan seni tanıdığımız için ne Kader şanslıyım Türkiye Azerbaycan 🇦🇿🇹🇷

  • @aygunquluzade6121
    @aygunquluzade6121 Před 2 lety +14

    Allah ziyaretinizi qəbul etsin inşaallah her bir müsəlmana nəsib olar

    • @Lamiyye
      @Lamiyye Před 2 lety +1

      Insaalah amin

    • @Lamiyye
      @Lamiyye Před 2 lety

      Salam xanım siz evdə çıxmadan gəlir əldə edə bilərsiniz nece yazı deyim narahat etmisə üzürlü sayin

  • @yeganacalilova5427
    @yeganacalilova5427 Před rokem +10

    Allah bizədə o cənnəti görməyə nısib eləsin🤲🏻

  • @rsadmmmdov1402
    @rsadmmmdov1402 Před rokem +2

    Amin ya Rəbbim bizədə qismət etsin inşallah

  • @ayselmmmdova5636
    @ayselmmmdova5636 Před rokem +7

    Utandım özümdən😢

    • @user-vu9ic2wi2s
      @user-vu9ic2wi2s Před rokem +1

      Ən ğözəl etiraf etdiniz.hası ki hamımız etməliyik.əhsən sizə

  • @bilyn2920
    @bilyn2920 Před 2 lety +4

    Allah sizden razl olsun.Amin🤲

  • @zemfiraasgerova8131
    @zemfiraasgerova8131 Před 2 lety +7

    ALLAH BAĞIŞLAYANDIR. NƏ GÜNAHLARIM OLUB
    ÖZÜN BAĞIŞLA MƏNİ.AMİN ALLAH. AMİN

  • @dunyaallaxverdova5150
    @dunyaallaxverdova5150 Před rokem +2

    Allah rehmet elesin MEKANIN CENNET olsun

  • @hmidhuseynov-kx4yi
    @hmidhuseynov-kx4yi Před rokem +3

    Allah rəhmət eləsin

  • @feliyeva891
    @feliyeva891 Před 2 lety +19

    Həci Allah köməyiniz olsun dəfələrlə şahidi olmuşam başı hicablı dindar şəxslər qeybətdə edir əli də əyridi şər də danışır.

    • @smsallahverdi9719
      @smsallahverdi9719 Před 2 lety +3

      Hicab geyinəni məgər şeytan yoldan çıxarmır,oda insandır. Hicab geyinən məgər masun olur?

    • @gunelhesenova348
      @gunelhesenova348 Před 2 lety +3

      Ali Navruz Mence hicabli namazli insan daha cox mesuliyyetli imani daha guclu olmalidir. Istese qeybetden qaca biler.

    • @huseynheseniv1483
      @huseynheseniv1483 Před 2 lety +1

      Əli əyri olalar qiybət edənlər şər atanlar HİCAB geyinib DİNDAR olub belə(sözdə və üzdə) deməlisiniz ☝🏻

    • @seidceferov994
      @seidceferov994 Před rokem +1

      Men de hicabliyam en qorxduğum gunahlar qiybet yalan danişmaq şer atmaq oğurluq bilmediğim bir seyi danişmaq uşaqlarima bile oyredirem bunlari etmek olaz ☹️Allah bizi bütün günaha yaxinlaşdiran pis emellerden qorusun 😟

    • @seidceferov994
      @seidceferov994 Před rokem +2

      Men dine çox bağliyam namazsiz duasiz yaşaya bilmerem qiybet eden birini heç kim gormesede Allah gorur o Allaha bestdi en qorxduğum gunah qiybet yalan Allah bizleri bağişlasin her gunahimiz uçun🤲

  • @fizulixlilov3270
    @fizulixlilov3270 Před 2 měsíci +1

    Allah sizə rəhmət eləsin 😥😥😭🕋🥀🥀💔😭🕋🖤

  • @Super-Sudba
    @Super-Sudba Před 4 měsíci

    Allah sizə rəhmət eləsin siz inən belə bizə çox lazım idiniz .çox erkən getdiz.çənnət məkan olun amin.

  • @orxannadirov6151
    @orxannadirov6151 Před 2 lety +2

    Гардашым hачы шаhин ман 100 фаиз аминамки бизим халгымызын сизин кими момуннлара чох.чох еhтиачы вар она гора сиз боюк ишлар кормалисиниз.иншаллаh.

  • @user-zs7vo9bt1j
    @user-zs7vo9bt1j Před 2 lety +4

    Allah size berektli omur versin,bizide hidayet etsin

  • @Cahid976
    @Cahid976 Před rokem +3

    Allah size rehmet elesin.

  • @subhanaslanov8804
    @subhanaslanov8804 Před rokem +3

    Allah razı olsun

  • @gulnarnsirova3151
    @gulnarnsirova3151 Před rokem +1

    Allah rəhmət etsin Hacı Şahin Həsənli məkanın cənnət olsun Gözəl insan 🤲🤲😢

  • @gulnargulnar773
    @gulnargulnar773 Před 2 lety +8

    Allah razi olsun sizden ki bu mevzuya acdiz

  • @useragdam7584
    @useragdam7584 Před rokem +1

    Allah sənə rəhmət eləsin. Məkanın cənnəh olsun qardaş🤲😢

  • @periszey2428
    @periszey2428 Před 11 měsíci

    Allah sizə rehmət eləsin gözəl insan🙏🙏 kaş sizdən cox olardı elə gözəl nəhsiyətlər verir ki

  • @seidqhrmanov3763
    @seidqhrmanov3763 Před 2 lety +3

    Allah tala bizləri belə şeylərfən uza1 elədin

  • @user-jm1vo8nn1p
    @user-jm1vo8nn1p Před rokem +2

    Allah size rehmet elesin

  • @hebibhebibov6607
    @hebibhebibov6607 Před rokem

    Bizleri hidayete aparan en gozel yol idin sen Hacican Allah seni Imam Huseyn (e.s) ile mehshur elasin 🌹

  • @aynureyvazl1981
    @aynureyvazl1981 Před 4 měsíci +1

    ALLAH REHMET ETSİN SİZİ İNŞALLAH 🙌

  • @fridibrahimov6062
    @fridibrahimov6062 Před rokem +1

    Allah sənə rəhmət eləsin hacım kaş ölmezdin amma Allah bilen məsləhətdir

  • @minirepenahi1755
    @minirepenahi1755 Před rokem

    Dinin ən incə və ən mühüm məsələrə toxur.Allah sənə min rəhmət eləsin..

  • @et4y5t6
    @et4y5t6 Před 25 dny

    Allahumə salli əla Muammədin və ali Muhamməd❤

  • @gonulgozu7182
    @gonulgozu7182 Před 2 lety +3

    RABBIM RAZI OLUVERIR İNŞALLAH

  • @user-gm3ks2fp6v
    @user-gm3ks2fp6v Před 3 měsíci

    Гозел хачы гардаш анчаг сене гулаг асанда сачитлеширем Аллах сизе рехмет елесин🤲🤲🤲🤲😢😢

  • @sariyyayaqubova1132
    @sariyyayaqubova1132 Před rokem +1

    Allah sizi rəhmət etsin.

  • @solmazliyeva2225
    @solmazliyeva2225 Před 11 měsíci

    Alla sene rehmet elesin😢 senin sozderin birde esdimecik tekrar baxiram baxdima

  • @sevincmustafayeva3236
    @sevincmustafayeva3236 Před rokem +2

    Töbə edim 🙏

  • @firudinelibalaoglu1060
    @firudinelibalaoglu1060 Před 10 měsíci

    ALLAH SƏNƏ RƏHMƏT ETSUN AMİN AMİN İLAHİ AMİN ! ! !

  • @sevilmhrrmova4579
    @sevilmhrrmova4579 Před rokem

    Allah rəhmət elısin sizə məkanınlz cənnət ruhunuz şad olsun .Allah sevdiklırinizi qorusun

  • @user-gc9ww4sk2t
    @user-gc9ww4sk2t Před rokem +1

    Ne gozel danisir,rehmettik ne geder gulag assamda azdi

  • @gozelquliyeva2058
    @gozelquliyeva2058 Před 9 měsíci

    Məkanın cənnət olsun Hacı

  • @afidabayram1993
    @afidabayram1993 Před rokem +1

    Sizsiz çox çətindir, Hacı...
    🥀🥀😪🥀🥀

  • @nerminqasimova4571
    @nerminqasimova4571 Před 11 měsíci

    Allah sene rehmet elesin sozderin heyatda olmasan bele adami rahatladir yerin cenet olsun

  • @elmiraqedirli8370
    @elmiraqedirli8370 Před rokem

    Yerin cənnət olsun gözəl insan

  • @yusibovyusif5607
    @yusibovyusif5607 Před 2 lety +1

    As salam aleykum beh beh beh ne gözəl anladırsiniz bizlərə allah razi qalsın.

  • @ilahcavadova5389
    @ilahcavadova5389 Před 2 lety +5

    Qiybət ediriy birindən həmin şəxs bilməsədə Allahımız bilirki görür eşidir və günah olduğunu bilə bilədə qiybet edirlər🤦‍♀️

  • @user-wx4is7uv4c
    @user-wx4is7uv4c Před 9 měsíci

    Can ay Hacı Allah seni rehmet eylesin mekanın cennet olsun amin 🤲

  • @Nihat0472
    @Nihat0472 Před dnem

    Allah sənə rəhmət eləsin amin

  • @arzumanqaqa
    @arzumanqaqa Před 10 měsíci

    Allah Rəhmət etsin sənə gözəl insan

  • @shlayahyayeva2876
    @shlayahyayeva2876 Před 2 lety +6

    Salam, deyirsiz ki, Allah günahkarların tərəfindədirsə bəs günahkarlar necə cəzlansin? Axı böyük günah edənlər var. İnsan olaraq bu bizi çox sarsıdır.Bəs nə edək?😞

    • @ibrahimferecov6101
      @ibrahimferecov6101 Před 2 lety +3

      Çünkü Allah biz kimi dusunmur o Bendelerinin bir gün ona teref donmesini sebirle gozleyir

  • @zibeydememmedova
    @zibeydememmedova Před 11 měsíci +1

    Allah sene rehmet etsin

  • @evyemklri900
    @evyemklri900 Před 2 lety +6

    DÜZDÜ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gulay.777
    @gulay.777 Před 2 lety +12

    Men inamiramki ele bir adam olsun qiybet etmesin Allah kecsin gunahimizdan😃

    • @iqraribadzade7239
      @iqraribadzade7239 Před 2 lety +1

      😀

    • @huseynheseniv1483
      @huseynheseniv1483 Před 2 lety +5

      Sən indi qiybət etdin
      Əlbətdəki var niyə yoxduki insalar haqqında pis fikirdə olmayın mən qiybet etməyən çoox insan tanıyıram ALLAH İNSANLARI İSLAH ETSİN🤲🏻

    • @Lamiyye
      @Lamiyye Před 2 lety +2

      Amin

    • @Lamiyye
      @Lamiyye Před 2 lety

      Salam xanım siz evdə çıxmadan gəlir əldə edə bilərsiniz nece yazı deyim narahat etmisə üzürlü sayin

  • @imanselimli5103
    @imanselimli5103 Před 2 lety +2

    Çoox dərindən bilmirdim. Daha diqqətli olaram.

  • @tunzalaxalilova4341
    @tunzalaxalilova4341 Před rokem

    Allah size rehmet elesin Haci.

  • @RuhangizAgamirova-ym2vg
    @RuhangizAgamirova-ym2vg Před 3 měsíci

    Allah Sizə rəhmət eləsin🤲

  • @almazismaylova4928
    @almazismaylova4928 Před 2 lety +9

    ele weyler var ki lap gohum olsun her cur el tutursan ama gormezden gelir yandirir axi adami gedib senin hagda duz daniwmir caliwirsan ki onun dediklerinin yalan oldugunu bildiresen bu geybet sayilirmi haci ?

    • @srqinruhu.6090
      @srqinruhu.6090 Před 2 lety +1

      Əgər özünə sübut eləməyə çalışırsansa yox sayılmır.Amma kiminsə yanında özü olmadan danışırsansa bəli qeybət sayılır.

  • @aytanabdullayeva7401
    @aytanabdullayeva7401 Před rokem +1

    Allah rehmet elesin , ey Allah dostu😢

  • @nerminqasimova4571
    @nerminqasimova4571 Před 11 měsíci +1

    Zamansiz gedin bizden Gozumuz yaşli qaldi Nesihetine eytiyacimiz oldugu yerde Sozder yarimciq qaldi

  • @arazbabayev-rb4vk
    @arazbabayev-rb4vk Před rokem +3

    sevə-sevə dinlədim

  • @ugurqadimov
    @ugurqadimov Před 9 měsíci

    Allah rehmet elesin

  • @merimemmedova-sj2ff
    @merimemmedova-sj2ff Před rokem +5

    Allah rehmet elesin,cennetlik olasiniz

  • @gulnazmmmdova7517
    @gulnazmmmdova7517 Před 9 měsíci

    Cenneti mekanin olsun haci😢😢bunu daniwanda bilseydun sene rehmet yazacik aglayardin sen getdun ureklere hopub bulak tek axib getdin.qiyametde goruwendek Uca Allah bizi dilimizin belasindan,nefsimizin isteyinden qorusun amin.

  • @mtlbalsov5014
    @mtlbalsov5014 Před 10 měsíci

    Allah səni hörmətli insanlaedan etdi

  • @GASANOV7575
    @GASANOV7575 Před 9 měsíci

    Allah rəhmət eləsin🤲😢

  • @user-kh7kh5kr6i
    @user-kh7kh5kr6i Před 8 měsíci

    Dəyərli insan.

  • @teraneekberova9095
    @teraneekberova9095 Před rokem

    Allah seni rehmet etsin deyerli insan

  • @zaurrufullayev1459
    @zaurrufullayev1459 Před rokem

    Can hacìmz can😢Allah size rehmet elesin

  • @yeganacalilova5427
    @yeganacalilova5427 Před rokem +7

    biz day nə istəyirik? Allah buqədər bizə güzəşt edir, bizə buqədər fürsət verir ki biz savab qazanaq, yenədə dilimizə sahib çıxmırıq

  • @FatimaAliyeva-pf5kj
    @FatimaAliyeva-pf5kj Před 2 měsíci

    Ruhun şad olsun❤

  • @etibarsafarov9664
    @etibarsafarov9664 Před 2 lety +1

    Allah günahlarımızı bağışlasın mən çəkinirəm