Bəxtiyar Vahabzadə, “Gülüstan” poeması. Şəki, 1958-ci il.

Sdílet
Vložit
  • čas přidán 29. 03. 2016
  • Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən “Gülüstan” (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin “İpəkçi” qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cu ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. “Gülüstan” poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır. Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin əziz xatirəsinə ithaf etmişdir.
    Vahid süjet xəttinə malik olmayan poema əslində tarixi mövzulu bir əsər olmaqla bərabər, Azərbaycanın Sovet imperiyası tərkibində olmasına sərt bədii etiraz idi.

Komentáře • 159

  • @vuqarmusayev8226
    @vuqarmusayev8226 Před 4 lety +20

    1958-ci ildə belə cəsarətlə yazılan poyemanın bəyənmə sayı 1000 deyil. ALLAH rəhmət eləsin.

  • @elmirahesenova529
    @elmirahesenova529 Před rokem +8

    Xalqının dərdini ürəyində daşıyan Bəxtiyar Vahabzadə Nizami Gəncəvi səviyyəli dahi şairdir,Şah İsmayıl hünərli döyüşçüdür!Məkanı cənnətdir,inşALLAH!🤲

  • @abituriyent4775
    @abituriyent4775 Před rokem +11

    Təbrizdə, Bakıda Azərbaycandır

  • @turalhuseyinov3099
    @turalhuseyinov3099 Před rokem +9

    Nə qədər ağladım ALLAH sizə rəhmət eləsin dahi Milliyetçi şair Dədə Bəxtiyar

  • @akeake3797
    @akeake3797 Před rokem +7

    Allah sənə qəni-qəni rəhmət eləsin dahi şair!Poemanizi dinlədikcə gözümün qarşısında sanki bütöv Azərbaycan canlanır.

  • @gulusero6844
    @gulusero6844 Před 6 lety +62

    hər şeirinin hər misrasında hər sözündə dərin bir məna dərin fikir var. Allah rəhmət etsin!!!

  • @nihatisayeva5009
    @nihatisayeva5009 Před 6 měsíci +3

    Allah rəhmət eləsin o qədər ciddi bir rejimdə bu poemanı yazmağa ürək istər..sən xalqın qəhrəman oğlusan
    Ruhun şad olsun böyük şair

  • @yediyedili611
    @yediyedili611 Před 2 lety +4

    Sesini eşitdsin her telef her yan.....
    Qurulsun nihayet büyük bir turan
    Yene paytaxt edek eziz tebrizi
    Bu birlik oxsasın qelblerimizi

  • @imanyolcusu7489
    @imanyolcusu7489 Před 5 lety +20

    1958 yazilmiwsa, biz bu weri 1989 da ewitdik birinci defe. Qarabağ hadiseleri bawlayan vaxlar idi, Bakudan gizli wekilde telebeler geturmiwdi, biz mektebde deftere kicurub yayirdiq evlere. Muellimlerden de gizleyirdik. Allah rehmet etsin milletin sesi olan boyuk wairi

  • @namiqbehbudov8079
    @namiqbehbudov8079 Před 7 lety +62

    ALLAH rəhmət eləsin Dədə Bəxtiyara.

  • @sbnmzahir_
    @sbnmzahir_ Před 5 lety +44

    Torpağı ikiyə bölərsən, ancaq
    Çətindir bədəni candan ayırmaq!❤️❤️

  • @jasminkaya2672
    @jasminkaya2672 Před 3 lety +25

    35 yaşındayım .Bəxtiyar vahabzadə böyle büyük bir şairi ben dün Aras çayı şiiri kırızinden sonra ilk kez tanıdım .neden ? evet neden ? dinledikçe ağladım .Azerbaycan Türkiye nerdesiniz böyle mi bu şairlerin eserlerine sahip çıkıyorsunuz ? neden biz 40 milyon Azerbaycan türkü İran’da hapisteyken bize sahip çıkmıyordunuz .nerde Tebriz’e seslenen medyanız?! biz Türkçe yazıp okumasını bile bilmiyoruz çocuklarımız gittikçe farslaşıyor .ellerimiz göçüyor Tahran’a gidiyor Türkçe konuşmağı unutuyor dilimiz tükeniyor .eğer biz bugün Bahtiyar vahabzadeni tanımıyoruz sebebi sizsiniz .onlar bizi ayırmağı başardıysalar bizde yeniden kavuşmağı başaralım .

    • @ibrahimatilla3521
      @ibrahimatilla3521 Před 2 lety +1

      Siz irandami siniz?

    • @1.Dark_Light.1
      @1.Dark_Light.1 Před rokem +2

      Salam. Türkçə yazıldığı üçün anlaması çətin oldu, amma mənası böyükdü bu yazdığınızın. Gün gələcək bütün türklər ayaqlanacaq və biz də birləşəcəyik. Sadəcə vaxtı var. Səbr etmək çətin olsa da bu zamandaki ən lazımi şeydi. SƏBR EDƏK sadəcə bu. Zamanı gələcək!

    • @mtlbmuradov5086
      @mtlbmuradov5086 Před rokem +1

      Vallah utanıram, utanıram ki, bu cür ürək yandıran ayrılığın qarşısında heçnə edə bilmirəm əlimdən heçnə gəlmir. Ürəyimizə vurulan bu dağ o tayıda bürüyüb bu tayıda, Allah bizi təkrar bir və bərabər etsin

    • @ElhamFeyzi-ko1pn
      @ElhamFeyzi-ko1pn Před 7 měsíci

      ​@@mtlbmuradov5086siz sevirsiz iranda olan azerbaycanlilari?

  • @fuadbedelov7757
    @fuadbedelov7757 Před 2 lety +3

    Əsl türk kişisi.Allah rəhmət eləsin

  • @talant8395
    @talant8395 Před 2 lety +5

    Allah rəhmət eləsin ölümün gözünə dik baxaraq vətənini sevən xalqın dahi şairi Bəxtiyar Vahabzadəyə.
    Azərbaycanın ikiyə blünməsinin 130 illiyinə həsr olunmuş poema.

  • @fuadaliyev1091
    @fuadaliyev1091 Před 4 lety +8

    Dünyada Bəxtiyardan sonra nə qədər şair gəlsədə onların heç biri Azərbaycanın Xalq şairi Bəxtiyar Va habzadə kimi ola bilməz .

  • @sehlatebriz2923
    @sehlatebriz2923 Před 3 lety +7

    Can Şair vətən, türk deyə-deyə yaşadı ömrü boyu. Heç vaxtda sözündən dönmədi mərd insan.

  • @sudabeservi5107
    @sudabeservi5107 Před 5 lety +14

    Bəxtiyar Vahabzadə zaman keçdikcə dəyəri verilən və bəşəriyyət yaşadıqca dəyəri veriləcək bir şair, yazar, böyük bir şəxsiyyətdir. 1958-ci ildə belə bir əsər yazmaq və onu çap etdirmək çox böyük cəsarət tələb edirdi. KQB daim izləyirdi onu. Tək "Gülüstan" görə yox, milli əqidəsinə, mülli düşünə bilnməsinə görə...Allah rəhmət eləsin!

  • @memmedovcavid5014
    @memmedovcavid5014 Před rokem +3

    BƏXTİYAR müəllim,SƏN BİZİM DÖVRÜN ƏN DAHİ ŞAİRİSƏN.SƏNİN ŞERLƏRİİN FƏLSƏFƏSİ
    ALLAH VERGİSİDİR!!!
    ALLAH SƏNƏ RƏHMƏT
    ELƏSİN, ALLAHIN SEVİMLİ
    ŞAİRİ!!!

  • @mehmedmemmedbeyli4746
    @mehmedmemmedbeyli4746 Před 5 lety +19

    Bextiyar mellime Allah(c.c.) rehmet elesin."Gülüstan"a qulaq asdıqca, deli bir ağlamaq keçir könlümden!

  • @celilaliyev4199
    @celilaliyev4199 Před rokem +4

    İlahi sətirlərin dili var sanki. Ağlamadan dinləmək mümkün deyil. Hər misra bir ox olub batır adamın köksünə. Ruhun şad olsun böyük usta

  • @ugurummemmedli8492
    @ugurummemmedli8492 Před 4 lety +5

    Bu qedermi gozel anlatilir gulustan muqavilesi

  • @elvinahacimirzeyeva4208
    @elvinahacimirzeyeva4208 Před 2 měsíci +2

    Cooooooooox gozeldir❤❤❤❤ BƏXTİYAR VAHABZADƏ ÇOX GÖZƏL ŞAİRDİR👍

  • @taliborujov3600
    @taliborujov3600 Před 6 lety +27

    Allah sənə rəhmət eləsin Dədə Bəxtiyar

  • @manzarasadova26
    @manzarasadova26 Před 2 lety +2

    Allah sənə rəhmət eləsin həmişəyaşar ŞAİR

  • @mnhmdzad5069
    @mnhmdzad5069 Před 7 lety +39

    Səsdə heyif xışıltı var.Allah rəhmət eləsin😔böyük şairimizə.Təəsuf ki bu faciyəni anlamırlar.

  • @nebixelilov3717
    @nebixelilov3717 Před 5 lety +12

    Allah rəhmət eləsin çox gözəl şairdir Bəxtiyar Vahabzadə

  • @xelilallahquliyev671
    @xelilallahquliyev671 Před 7 lety +30

    bu weiri tedbirde deyecem cox gozel weirdi Allah rehmet elesin:)

  • @imanliilkin6125
    @imanliilkin6125 Před 4 lety +5

    Ən cox sevdiyim şairlərdən biri olub Bəxtiyar Vahabzadə.Ruhun şad olsun boyuk ustad.

  • @ghdd6634
    @ghdd6634 Před 4 lety +5

    Mən tədbirdə oxuyacam .Nə gözəl şeirdi.Allah rəhmət etsin

  • @yaska60
    @yaska60 Před rokem +5

    Allah rəhmət eləsin ,mən deyərdim ki, bu poema günümüzlə ayaqlaşan ən möhtəşəm əsərlərdən birincisidir

  • @azrcabarov6012
    @azrcabarov6012 Před rokem +4

    Kaş ki sağ olardın şair bu günki günləri görərdin Azərbaycan yenə birləşir 🇦🇿🤘😥💔✊

  • @hemidabbasov499
    @hemidabbasov499 Před 3 lety +5

    Həmişəyaşar milli şairimizin ruhu şad olsun!

  • @arifkazimov869
    @arifkazimov869 Před rokem +2

    Allah rəhmət eləsin, ruhu şad. Tarixi faciəmizi gözəl təsvir edib.Allah millətimizə birlik, bərabərlik, güc, qüvvət versin.

  • @ilaheelibalayeva5806
    @ilaheelibalayeva5806 Před rokem +3

    Minnətdaram sizə Aslan bəy.Bu poemanı paylaşdığıniz üçün.Bu poemani ilk dəfə Bəxtiyar Vahabzadə" Şəki fəhləsi" qəzetində dərc etdirib.Çunki,qoymurdular.Və bu "Gülüstan"a görə şair az zülum cəkməyib.Son nəfəsinə qədər Vahid Azərbaycan,Türk dedi əziz şairim.Turan dedi.Allah sənə rəhmət eləsin BÖYÜK ŞAİR🇦🇿🇹🇷

  • @gulshenadgozalova9248
    @gulshenadgozalova9248 Před rokem +1

    Arazı ayırdılar,
    Lil ilə doyurdular.
    Mən səndən ayrılmazdım,
    Zor ilə ayırdılar.
    Xalq özü də bu faciəni öz sözləri ilə belə təsvir etmişdir.Şairə təşəkkürlər.Allah rəhmət eləsin.

  • @aytacm_li7987
    @aytacm_li7987 Před 3 lety +4

    Allah sənə rəhmət eləsin dahi şairimiz sənin arzuların yerinə yetir

  • @ppj7001
    @ppj7001 Před 2 lety +4

    azərbaycan güneyli ve güzeyli tezdiklə Bi1111111iR olacak. güneydən salam olsun güzeyli baci qardaşlarımıza ✊✊✊✊✊👍👋✌✌✌

  • @aydanzeynalova7779
    @aydanzeynalova7779 Před 3 lety +5

    ALLAH rəhmət eləsin BÖYÜK ŞAİRİMİZƏ!

  • @renaliyar5781
    @renaliyar5781 Před 7 lety +25

    çox böyük zövq aldim əsərdən.Çox acınacaqlı tariximiz var.

  • @ilkinimanli7889
    @ilkinimanli7889 Před 5 lety +5

    Allah rəhmət eləsin! dəyərli şairimizə. ən cox sevdiyim şairlərdən biridir Ruhu şad olsun! məktəbdə oxuyarkən "Gülüstan "poemasıni tədbirdə bir parca söyləmişəm

  • @fuadfuad7493
    @fuadfuad7493 Před 5 lety +12

    Allah size rehmet elesin, dahi wair. Bu gunler ondandan pis gundeyik. Artiq yezidler olkeni zebt edibler, amma bele qoyasi deyilik. Coxlarina cox baha bawa gelecek. Birlewin menim xalqim

  • @khancfrli9098
    @khancfrli9098 Před 8 lety +16

    Aslan İsmayılov çox sağ olun əziyyətinizə gorə!!!

  • @RiamuYumemiNM
    @RiamuYumemiNM Před 4 lety +3

    Əla👍👍👏👏

  • @mejony9
    @mejony9 Před 5 lety +7

    Allah rəhmət eyləsin. Amma nə fayda? Bir olmuruq ki olmuruq. Çoox təəsüüf. Hamını özümüzdən çox sevirik. Elə o rusun dilini belə öz dilimizdən üstün tuturuq. Günahı heç kəsdə deyil özümüzdə axtarmalıyıq.

  • @Dark49238
    @Dark49238 Před 3 lety +3

    Bu poemaya görə həbs olunubmuş....
    Ruhunuz şad olsun ,milliyətçi şairim...

  • @mnhmdzad5069
    @mnhmdzad5069 Před 7 lety +61

    Anlamırlar ki eyni dildə danışırıq..,qanımız,adımız birdir,biz birik.Doğurdan da dəhşətdir.Mən öz yazdığım şeirdən bir parça yazmaq istəyərdim.
    Bölünüb yurdumun torpağı,daşı
    İnsanlar yadlaşıb olubdur,naşı
    Artıq tanımıyır,qardaş,qardaşı
    Doğmalıq bizlərdən yenə yan keçir...
    İllərdə ötüşür Türkmənçay üstən
    Kədərə boğulub oxuyur bəmdən
    Hıçqırtı səsləri gəlir,Təbrizdən
    Təbrizin günləri zindanda keçir,
    Doğmalıq bizlərdən yenə yan keçir.....😔

    • @user-dk5sn6zy8t
      @user-dk5sn6zy8t Před 5 lety

      А причём тут персы почему Османская империя глисты русском техническом договорах не защищал вы же все ответы чтобы turkey turkey ваши братья это не же массы продали так и провели 91 году Так и продали Когда была война да этот поэт тоже продажная что ты вовремя Савка во время советского союза не писал про свой народ как те которых отправляли в Сибирь сажали в тюрьму если ты народный поэт пиши про народ забыл что ли как писал про партию про хлопок про линию партию проклеена с демократом стал поэт должен иметь одно лицода ещё забыл поэт любящий свой народ говорит на своем языке давал давал интервью туркам старался говорить по-турецки и при этом хвалил Гейдара Алиева вот такой Васко народный поэт

    • @alpkesha_n1895
      @alpkesha_n1895 Před 5 lety

      super

    • @cavidelekberov2879
      @cavidelekberov2879 Před 5 lety

      👏👏təəsüf

    • @alialili8
      @alialili8 Před 2 lety +1

      @@user-dk5sn6zy8t ne dimey istiyirsen sen?!

    • @intizarpasayeva7271
      @intizarpasayeva7271 Před 2 lety +2

      @@alialili8 Xəstədir yazıq. Görmürsüz, cümlənin nə əvvəli var, nə sonu. Allah şəfa versin

  • @ulkerramazanli6358
    @ulkerramazanli6358 Před 7 lety +35

    Dehshet sherdir. Necede qebul edib oturmushuq. Qarabagi da bele qebul etdirecekler deyesen bize. Iller kechecek, xatireye chevrilecek. Belke de :((((( Dunyada bizim qeder itirmeyi qebul eden millet yoxdur, her halda.

    • @hacet_alizade
      @hacet_alizade Před 5 lety +2

      Çox gözəl əsərdir. Biz nəqədər ki tariximizə sahib cixmayacagiq hele coox itireceyik

    • @TurkishManTURAN
      @TurkishManTURAN Před 3 lety +6

      Qarabağdan sonra işimiz Tebrizdi!

    • @user-fl4hv1pm8p
      @user-fl4hv1pm8p Před 3 lety +1

      Allah rehmet elesin,boyuk ustad wairimize.Vaxtinda bu poemaya gore cox eziyyetler cekmiwdi.Men bu poemanin 1979-cu ilde elyazmasin oxumuwdum.Mene cox qeribe gelmiwdi,sonralar her weyi bawa duwdum

    • @azenges
      @azenges Před 2 měsíci

      Qarabağ artıq bizim nəzarətimizin altındadır.

  • @tahirgames603
    @tahirgames603 Před 6 lety +10

    Allah sairimizin ruhunu sad elesin

  • @Azerabad
    @Azerabad Před 6 lety +24

    O tayda Shehriyar,burda Bextiyar...
    Yariya bolunmush Vetenimiz var...

  • @tagiabdullayev3893
    @tagiabdullayev3893 Před 3 lety +1

    Allah sənə rəhmət eləsin
    Xalqının sevimli 'qeyrətli oğlu.
    Dahi insan

  • @khancfrli9098
    @khancfrli9098 Před 8 lety +12

    Azərbaycanın körkəmli və istedadlı Şairi.

  • @Anonim-dj2ot
    @Anonim-dj2ot Před 4 lety +1

    Allah rehmet elesin sair,,,,Mohtesem eser mohtesem

  • @elbarsemkirliresmi7660

    Allah rəhmət etsin inşəAllah...dəhşət 😥😥😥

  • @alexandlrabulgun1005
    @alexandlrabulgun1005 Před 4 lety +2

    Allax rehmet etsin mekanl cennet olsun ruhu wad olsun. 😭😭👏👏👏👍👍👍⚘⚘⚘⚘

  • @yunuselarslan47
    @yunuselarslan47 Před rokem

    Allah'ım sana rahmet eylesin ey rahmetli seni geç tanıdım sayende özümü tanıdım Allah sana rahmet eylesin türk tarihinin en büyük şairi bahtiyar vahapzade

  • @kanseoskevinedom7990
    @kanseoskevinedom7990 Před 4 lety +1

    Bəxtiyyar Vahabzade EY Duha İnsan ALLAH CC Senə Qəni Qəni Rəhmet Eylesin Qəbrn Nurla Dolsun Mekanl Cennet olsun AMİN

  • @behruzaslanov6064
    @behruzaslanov6064 Před 4 lety +1

    cox gözəl şeirdir allah sənə rəhmət eləsin baba

  • @cabbaryahyayev1990
    @cabbaryahyayev1990 Před 6 lety +6

    Alla h sene rehmet elesin sen Turk dunyasinin dahi sexsiyyetisen.sen olmezsen!

  • @zahidisayev7375
    @zahidisayev7375 Před 4 lety +2

    Allah rehmet elesin dede♥️♥️👏👏🌹🌹

  • @rxnhsynzd
    @rxnhsynzd Před 7 lety +14

    Kimdi bu poemani dislike elyen..Kimdiye o ermeni....Dalji beyenin ki daha çox baxilsin..

    • @Azerabad
      @Azerabad Před 6 lety +3

      YA ermenidi YA DA fars...

    • @cabbaryahyayev1990
      @cabbaryahyayev1990 Před 6 lety +3

      a kisi ermeninin bizden ne isi ? siz risdan farsdan danisi

    • @fedo4070
      @fedo4070 Před 5 lety +5

      Cabbar Yahyay-ev-
      ƏN BÖYUK DÜŞMANİMİZ
      RUSDUR VƏ ONUN GALİGLARİ
      RUS VƏ RUSLANMİŞ ANALARDAN ,RUS MƏKTƏBLƏR

  • @xezeraliyev8075
    @xezeraliyev8075 Před rokem

    Böyük şair heyif ki bu günləri görmədin, Qarabag qismən azad olub, amma hələ tam sevinə bilmirik,, ogün olsun ki təbrizimizdə, iravanımız da alınsın onda sənin ruhun sevinər, Allah qəni qəni rəhmət eləsin cox sevirdim onu

  • @nihaty.b.j6077
    @nihaty.b.j6077 Před 5 lety +1

    Ədəbiyyatı çox sevirəm hörmətli şairimiz Bəxtiyar Vahabzadənin ruhu şad olsun, keşkə mən də bu şairi 😪😪😪

  • @user-gd2hx9ck4i
    @user-gd2hx9ck4i Před 2 lety

    Allah Size rehmet etsin! Basi alvere qarisan millet berke be vaxtsa ayilar, insallah!

  • @alialiyev8704
    @alialiyev8704 Před rokem

    Canım.... Allah rahmet eylesin, mekanın cennet olsun, amin...❤

  • @tapdiqsirinov8640
    @tapdiqsirinov8640 Před rokem

    Allah böýük şairimizə Qəni Qəni rəhmət eləsin

  • @abituriyent8957
    @abituriyent8957 Před rokem +2

    Bir birindən ayrılmayın , amandı...

  • @user-be4oj5vd4d
    @user-be4oj5vd4d Před 5 lety +2

    hayif Sizlere Dahi Wair.Daha yoxdur Sizlerin yerini veren.Bu dunyadan gediwinizle bu xalgin Geyretin, Namusunuda oznuzle apardiniz.

  • @semsedhesenov4815
    @semsedhesenov4815 Před 3 lety +2

    ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN 🇦🇿

  • @dimamamed1451
    @dimamamed1451 Před 3 lety +1

    Allah rəhmət eləsin dahi şair

  • @qafqazislamordusu
    @qafqazislamordusu Před 2 lety

    eşq olsun böyük şair

  • @zahidfrzliyev5585
    @zahidfrzliyev5585 Před 2 lety

    Allah sənə rəhmət ersin ölməz şair!

  • @azerhuseynov2718
    @azerhuseynov2718 Před 2 lety

    Allahın millətimizə bəxş etdiyi ölməz şairimiz,şeirlərinlə bu milləti daimi yaşatdın.

  • @elvin.usbaliyev1usbaliyev905

    O millietki gucludur o millet milliyetcidir miliyetci olmag lazimdi cenubdada simaldada her yerde

  • @nahidliyev1536
    @nahidliyev1536 Před 5 lety +2

    Şayirin en böyük eseri

  • @samayahbibova5999
    @samayahbibova5999 Před 3 lety

    Allah rəhmət eləsin Dahi İnsan Azərbaycanln Şair oğlu Bəxtiyar

  • @babekceferov7868
    @babekceferov7868 Před 5 lety +2

    1828 bizim en boyuk faciemizdir.2 yere bolunduk.☝️
    Oz qanimizdan olan Qacar dovleti Rus imperiyasina meglub oldu ve Simali Azerbaycani itirmeye razi oldu.
    Buna gore Qacar dovleti cox teesuffki tariximize qara leke kimi dusdu.

  • @xaqaniqasmov8350
    @xaqaniqasmov8350 Před 2 lety

    XALQIN VARLIĞINDA ƏMƏYİ OLAN İNSAN .
    ALLAH RƏHMƏR ELƏSİN.
    ALİM , MÜHƏNDİS HƏKİM OLA BİLƏRİK .VƏTƏNDAŞ OLMAĞI MƏHZ Sİ,LƏR FƏDAİLƏR BİZƏ ÖYRƏTDİZ
    NECƏ Kİ, 1918 28 MAYDA M.Ə.RƏSULZADƏ VƏ FƏDAİ YOLDAŞLARI AZAD CÜMHURİYYƏT YARATDILAR

  • @user-rz4vl9bq1q
    @user-rz4vl9bq1q Před 2 lety

    Allah rehmet elesin 🌹🌹

  • @eliesgerov9238
    @eliesgerov9238 Před 4 lety +1

    Allah rəhmət eləsin Dədə Bəxtiyar

  • @emilcafarov1941
    @emilcafarov1941 Před 2 lety +1

    Allah Sizə qəni-qəni Rəhmət etsin,unudulmaz müəllimim -Azadlıq carçısı

  • @imanyolcusu7489
    @imanyolcusu7489 Před 5 lety +3

    Bu esere poema demek duz deyil, bir xalqin kecmiwi, bu gunu, derdi, kederi, tarixi inceseneti, vuqari, xeyaneti, her weyidir her weyi. Tekce bu eserle Azerbaycan heqiqetini dunyaya beyan etmek olar.
    Yaxwi bizi yaman gune qoydular.....

  • @rafiqosmanli3035
    @rafiqosmanli3035 Před 5 lety +1

    Rühun şad olsun şayir

  • @1.Dark_Light.1
    @1.Dark_Light.1 Před rokem

    Deyəcək bir sözüm yoxdu. Onsuz ulu şairimiz bu əsərdə deyiləcək hər şeyi deyib.

  • @user-ty1ew2nj4w
    @user-ty1ew2nj4w Před 5 lety +1

    Аллах сене рехмет етсин шаир

  • @M.E.R1918
    @M.E.R1918 Před 4 lety +1

    Çox qeyrətsizləşdik maləsəf!

  • @caharmustafayev6271
    @caharmustafayev6271 Před 3 lety

    Allah rəhmət eləsin dahi sənətkarimiza
    Gözləri yolda qalmasin bu torpağin igidləri tükənməzdir
    Əminəmki bu paemani dinləyən hər bir vətənsevər göz yaşlarin zorla tutub
    Bu bizim keçmişimizdi
    Haqq ədalət batmaz nəyin bahasına olursa-olsun ər yada gec qalib gələr

  • @jasminaaas6881
    @jasminaaas6881 Před 2 lety

    bir qələm əsrlik hicran yaratdı...

  • @Vuqar-zj6bv
    @Vuqar-zj6bv Před 5 lety +2

    Габрин нурла долсун УСТАД.

  • @aydinqasimov763
    @aydinqasimov763 Před 5 lety +2

    руһун шад олсу дәдә вәхтијар

  • @feridbabazade6887
    @feridbabazade6887 Před 3 lety

    AIIAH Sənə rəhmət eləsin kaş bu vünü görəydin Ruhun şad olsun KİŞİ

  • @user-do1bu3ed1r
    @user-do1bu3ed1r Před 5 lety +1

    Allah sene rehmet elasin

  • @melahatmemmedova5302
    @melahatmemmedova5302 Před 3 lety

    Allah sizin kimi birde insan esil vetene yanan onu werlerinde terennum eden sozunu werini bugunki ģunumuzu dile ģetiren bir daha olmayaçaqdir Allah sizi rehmet etsin arzu edirem sizin kimi insanlar cox olsun umarim olaçaqdir cunki cox yiprandiq olçaqina umud edirem !.🤲🤲🤲

  • @Azerabad
    @Azerabad Před 6 lety +9

    6:29 da jirinovskinin Azerbajcanlilari {9000000 } (tercumesi qoyun) tehqir etmesine ishare edir rehmetlik sevimli shairimiz.Onu diqqetle qulaq asib menasini duzgun basha dushmek lazimdir.
    O tayda Shehriyar,burda Bextiyar...
    Yariya bolunmush Vetenimiz var...

  • @raziyyetnuriyeva8907
    @raziyyetnuriyeva8907 Před 2 lety

    4-cü sinifdə oxiyanda kəndimizin klubunda gənc həvəskarlar,ədəbiyyat sevənlər B.VAHABZADƏNİN "GÜLÜSTAN"poemasını səhnələşdirərək kənd camaatına pulsuz,parasız təqdim etdilər.Yaşımın az olmasına baxmayaraq əsərin təsiri altına düşmüşdüm.P.S.Böyük,filosof,xalqının vurğunu olan Şairimizə Allah rəhmət eyləsin.

  • @elgozuylesintezkork1458
    @elgozuylesintezkork1458 Před 6 lety +7

    indi hansi sair yazar bele seir? allah rehmet elesin.

  • @SalehKerimli256
    @SalehKerimli256 Před 3 lety

    Dahi wairimiz.duz soze yalniz aalamaq olar.O tayli bu tayli Azerbaycanim.o tayda Wehriyarimiz bu tayda Bextiyarimiz var idi

  • @kifamamedova2530
    @kifamamedova2530 Před 3 lety

    Allah sizə gəni gəni rəhmət eyləsin dahilər dahisi.necə yeriniz gorunur Bəxtiyar muəllim seirlıriniz elə bil bu gun ucun yazilib.gara torpagin agzi yumulsun gor kimləri udub🤔🤔😪😪

  • @romanaga9786
    @romanaga9786 Před 2 lety

    Hər sözü həqiqətdir

  • @shafayattalibov2525
    @shafayattalibov2525 Před rokem

    Ey Dahi İnsan...

  • @nesrinayaz3354
    @nesrinayaz3354 Před 5 měsíci +1

    Tərəflər kim idi.. Hər ikisi yad...