DİQQƏT! Azərbaycan, yoxsa rus bölməsi? Özəl, yoxsa dövlət məktəbi? | Şəmil Sadiq | Qara-Qırmızı

Sdílet
Vložit
  • čas přidán 9. 07. 2024
  • 00:00 ANONS
    01:27 Azərbaycnda təhsilin ən böyük problemləri
    09:10 Təhsil sistemimiz qənaətbəxşdirmi?
    17:30 Özəl məktəb, yoxsa dövlət məktəbi?
    24:21 Müəllim-şagir münasibəti
    31:15 Müəllim şagirdi döyməlidir?
    35:05 Azərbaycan, yoxsa rus bölməsi?
    50:00 Sosial şəbəkələr təhsilə mane olurmu?
    55:40 Dərsliklərdəki, nümunə şeirlər və hekayələr nə üçün çox bəsitdir?
    01:02:49 Bu qədər işi bir yerdə necə çatdırırsız?
    01:06:33 Niyə HƏDƏF LİSEYİ?
    Jurnalist Bahadur Seyidov və yazıçı Cəlil Cavanşir "Qara-Qırmızı" adlı yeni verilişini izləyicilərə təqdim edir. Verilişin budəfəki qonağı Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadiqdir. Verilişidə bir-çox sosial-iqtisadi problemlərə işıq tutmağa çalışmışıq.
    Şəmil Sadiq - Azərbaycanlı alim-filoloq, publisist, filologiya üzrə fəlsəfə doktoru-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur.
    2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İlin Ən Yaxşı müəllimi" seçilmişdir.
    2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində "Hədəf Kursları"nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır.
    "Ustad" aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən "Senet.az" saytının, həmçinin, "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.
    “Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "Oxu Günü" layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir.
    "Qana qan qarışdı" pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmin ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə "Anamın kitabı" ədəbi mükafatını təsis etmişdir. 2015-ci ildə “Odərlər” romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı ilə təltif edilmişdir.[
    Ədəbiyyat, 525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda, "AzEdu.az", "muallim.edu.az" kimi saytlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin bədii əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr edilmişdir.
    Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuş 33 elmi-metodik, 5 bədii kitabın, 50-yə qədər isə elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir.
    Hədəf Kursları, Hədəf Liseyi, Hədəf Nəşrləri, XAN Nəşrləri, "Kitabevim.az" mağazalar şəbəkəsi, Hədəf Multimedia və Hədəf Global Xaricdə Təhsil Şirkəti və EDUHEK konsultinq MMC-nin daxil olduğu "Hədəf Şirkətlər Qrupu"nun qurucusu və baş direktorudur.
    2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Komentáře • 47

  • @vusalheydar
    @vusalheydar Před měsícem +9

    Ötən bölümdəki fon musiqisi ilə bağlı iradı nəzər aldığınız üçün təşəkkürlər. Birnəfəsə dinlənəcək bir epizod alınıb.

  • @userusser6666
    @userusser6666 Před měsícem +11

    Hazırda,Amerikda,Avropada,Türkiyədə Ali təhsil alan Azərbatcanlı tələbələrin demək olarki,əksəriyyəti yalnız orta məktəbi Azərbaycan dilində təhsil almış məzunlardır.

  • @arazbehbudov4646
    @arazbehbudov4646 Před měsícem +4

    Çox faydalı bir verilişdir. Xüsusilə rus bölməsi ilə bağlı Şəmil müəllimin fikirləri ilə tam razıyam. Azərbaycanda dövlət büdcəsi hesabına rus bölməsi olmalı deyil. Tezliklə rus bölməsinin rus dili təmayüllü siniflərə çevrilməsini arzu edirəm!

  • @bakuazerbaijan5483
    @bakuazerbaijan5483 Před měsícem +1

    BELƏ VERİLİŞLƏRİN SAYI ÇOX OLMALIDIR! 👍👍UĞURLAR SİZƏ!

  • @Zahir936
    @Zahir936 Před měsícem +6

    30 ilə yaxındır diş texniki işləyirəm. Pis dolanmıram. Bu vaxta qədər hələ heç kim deməyibki uşagıml öyrət . Hamı istəyir övladı vəzifə sahibi olsun .

    • @perfectpiano185
      @perfectpiano185 Před měsícem

      Yaxşı sualdır., her zaman maksimum istəyirik, ama uşağın qabiliyyətleride mütləq nəzərə alınmalıdır,
      Bəs siz neçə yaşlı uşaqla artıq diş texniki kimi məşğul olmağa başlaya bilirsiz..?

    • @Zahir936
      @Zahir936 Před měsícem

      @@perfectpiano185 salam. 12 -13 yaş.

  • @gulnaretagiyeva7787
    @gulnaretagiyeva7787 Před měsícem +2

    Əla.çox zövq aldım söhbətdən

  • @fsanseyidova7882
    @fsanseyidova7882 Před měsícem +7

    Dövlət məktəblərində dərslərin keçirilməsi sıfır səviyyəsindədir.

  • @gulsaraumarova9510
    @gulsaraumarova9510 Před měsícem +1

    Çox sagolun Bahadur m. Çox yaxşı gonag və çox yaxşı söhbət oldu. Yaxşı gonaglar gətirirsiniz və biz sevə sevə gulag asırıg.

  • @elmeddinmustafayev2594
    @elmeddinmustafayev2594 Před měsícem +3

    Bir sinifdə 40-42 şagird olan halda müəllim necə çatdırıb dərs desin?

  • @aygunh
    @aygunh Před měsícem +3

    Hər yeten müəllimə söz atır. Gel məktəblərə gör dərs keçirlər ya yox?mən hələ dərs keçməyən görməmişəm!!!

  • @vesileceferova2073
    @vesileceferova2073 Před měsícem +2

    Cəmiyyətin səviyyəsi təhsilin, təhsilin səviyyəsi müəllimin səviyyəsini keçə bilməz.Faktor müəllimdir.Yaxşı müəllim üçün əsas resurs lövhə və markerdir,o xariqələr yarada bilər.

  • @raminazerbaijani3241
    @raminazerbaijani3241 Před měsícem +8

    Azərbaycan bölməsi!

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 Před měsícem +3

    Nə qədər ki, məktəblərdə rüşvət var orada təhsildən söhbət gedə bilməz

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Před měsícem +2

    Məncə bugün uşaqların təhsili bilməm neçənci sırada gəlir əlamətdar günlərdən təhsilə hələki sıra gəlmir,müəllimlərin öncəlikləri artıq şagirdlərin təhsili deyil ☹️

  • @nesirhaciyev5718
    @nesirhaciyev5718 Před měsícem +1

    Sovet dövründəki müəllimlərin tələbkarlığından indiki müəllimlərdə əsər əlamət yoxdur.Müəllimlər uşağı öyrətmir ki, axşam evinə hazırlığa gəlsinlər.Dövlətin verdiyi maaş havayı gedir.❤❤❤

    • @yegana-xw9is
      @yegana-xw9is Před měsícem

      maaş kifayət qədər olsa, müəllimlər də hazırlıqla məşğul olmazlar

  • @semed38.
    @semed38. Před měsícem +5

    Məllim dərsi məktəbdə keçir heçnədən xəbərin yoxdur məllim haqda belə danışma sadəcə valideyinlər özləri edir qonşunun oğlu hazırlığa gedir qoy mənim oğlumda getsin

  • @nilufarmammadzada6943
    @nilufarmammadzada6943 Před měsícem

    Bizim dilimiz bu dəqiqə böyük təhlükə qarşısındadır. Rus dili bir tərəfdən,osmanlı,Türkiyə türkcəsi də digər tərəfdən dilimizi sıxışdırır.

  • @RI-cs9gi
    @RI-cs9gi Před měsícem +1

    Təhsil həmdə insan yetişdirməlidir VİCDANLI VƏTƏNDAŞ

  • @gulbenizabbasova9066
    @gulbenizabbasova9066 Před měsícem +6

    Dilin uşağa heç bir zıyani yoxdur. Nə qədər cox dıl bılsə o qədər dünya görüşlü oıar. Sadəcə bizim müəllımələrimiz yalnız hazırlıqla maraqlanirlar.

  • @RamilJavadov-zp3hb
    @RamilJavadov-zp3hb Před měsícem

    UGURLAR DILEYIREM! KIM KI.CEMIYYETIN INKIWAFINA CALIWIR

  • @ZohrabBalakisiyev-bu7et

    Təşəkkürlər verlişə görə. Hədəf liseyinən əlaqə saxlamaq üçün, əlaqə nömrəsi lazımdı, bilən varsa zəhmət olmasa yazardı.

  • @user-pn3bo2tl9j
    @user-pn3bo2tl9j Před měsícem

    dovlet tehlukesizliyini temin etmek ucun taxtabaslarin yetisdirilmesine son goyulmalidir...

  • @Huseyn-vs3qh
    @Huseyn-vs3qh Před měsícem +3

    İlk

  • @huseyneliyev3053
    @huseyneliyev3053 Před měsícem

    Tehsil sistemi kutlesdirmek ucundur hazırdaki. Tehsil

  • @nargizabbaszade532
    @nargizabbaszade532 Před měsícem +2

    Imtaha n bizde formal di bizde oz sistemimiz basgadi

  • @iradafaracova4008
    @iradafaracova4008 Před měsícem +2

    Təhsili qoyublar pis günə atıblar valideyn və müəllim münasibətinə absurd

  • @RI-cs9gi
    @RI-cs9gi Před měsícem +1

    Hədəf liseyinin ödənişi nə qədərdir?bilən varsa yazsın

  • @xeyalehesenova9532
    @xeyalehesenova9532 Před měsícem +1

    Hansı işə baxırsan lazım oldu olmadı rus, ingilis dili tələb olunur.Ona görə də valideynlər rus bölməsinə maraq göstərir.Səbəblərdən biridə budur

    • @qarabagazrbaycandr2207
      @qarabagazrbaycandr2207 Před měsícem

      Razıyam. Savadlı bir xanım tanıyıram. Hələdə işsizdir. Çünki dil bilmir. Kənddə təhsil alıb. Çox yaxşıdan oxuyub. Bakıda bakalavr və magistratura bitirib. Qırmızı diplomla. Sadəcə məktəbdə rus ingilis keçilməyib. Tələbə vaxtında imkanı olmayıb hazırlığa getsin. Bu gün işsizdir. 3 ildir bitirib unini

  • @Mamidto
    @Mamidto Před měsícem

    Namuslu az sektor heyati

  • @kamranbayramov7120
    @kamranbayramov7120 Před měsícem

    rus sektorunun azərbaycan sektoru ilə müqayisədə ona görə daha yüksək olması səbəbi, sovet vaxtı rus sektoru məktəblərində, xüsusən də Bakının mərkəzinə yerləşən rus sektroru məktəblərində, əsasən yahudi və rus müəllimləri işləyirdi. Məsələn, 160 nömrəli məktəbə ona görə tələb çox idi ki, oranın direktoru yahudi Faina Emmanuilovna idi. İndi o da getdi təqaüdə, bu məktəbə get gedə tələb azalacaq.

  • @user-wu1et2cq6m
    @user-wu1et2cq6m Před měsícem

    O qeder dersliyi qeliz yazirlarki uwag mektebde onu muellimle oyrene bilmir ve mecburi bawqa muellimle hazirlawmali olur.Siz ele tehsil verinki elave muellime ehtiyac qalmasin.Onda mekteb neye lazimdir

  • @user-wu1et2cq6m
    @user-wu1et2cq6m Před měsícem +1

    Rus bolmesimde uwagi oxuyan valideyin Azerbaycanlidir rus dilinde tehsil alsa bele.Zerfin Azerbaycan dilinde olmasindan niye narahat olur.Bir Azerbaycanli oz Veteninde oz dogma dilin anlamir ve daniwa bilmir bu deyiwetdi.Cunku rusun dili olkemizde at oynadir ve buna imkan yaradirlar

  • @user-pn3bo2tl9j
    @user-pn3bo2tl9j Před měsícem

    rusyada bir dene de olsun azerbaycan mektebi yoxdur
    niye bizde 400 rus mektebi fealiyyet gostermelidir..?

  • @Vuqar_alman
    @Vuqar_alman Před měsícem

    Salamlayiram seni vaxt ayir mene de deyəsi sözlerim var leytinant Seyidov Gence şamaxi N sayli herbi hisse Vuqar Alman 🖐 mõvzu var 🌏📚

  • @ikramabbasov4624
    @ikramabbasov4624 Před měsícem +4

    O valideyin qələt eləsin azərbaycan dilini öyrənsin.

  • @user-jf3qh8ue1l
    @user-jf3qh8ue1l Před 27 dny

    Rus

  • @user-pn3bo2tl9j
    @user-pn3bo2tl9j Před měsícem +1

    rus mektebleri baglanmalidir .... ozune hormet eleyen millet oz dilini sevmeli ve teblig etmelidir....

  • @aladdinabasov1778
    @aladdinabasov1778 Před měsícem

    Рус болмеси чох мараглыды ве инкищаф етмишди,,,олар чох медени инсанларды чоху буну баща дущмур

  • @gulnaretagiyeva7787
    @gulnaretagiyeva7787 Před měsícem +2

    Əla.çox zövq aldım söhbətdən