İqtisadiyyat naziri və SOCAR-ın prezidenti neftçilərə yeni mənzillər təqdim etdi

Sdílet
Vložit
  • čas přidán 4. 05. 2024
  • İqtisadiyyat naziri və SOCAR-ın prezidenti neftçilərə yeni mənzillər təqdim etdi
    Uzun müddətdir neft sənayesində çalışan əməkdaşlara yeni mənzillər verilib.
    Bu məqsədlə SOCAR-ın “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində tədbir keçirilib.
    Tədbirdə iştirak edən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri görülən işlərlə tanış olublar.
    Həmçinin Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
    Tədbirdə evlərin sənədləri sahiblərinə təqdim edilib. Yeni ev sahibi olan əməkdaşlar göstərilən diqqətə görə təşəkkür ediblər.
    Qeyd edək ki, Bakının Bibiheybət qəsəbəsində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub.
    2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Yeni mənzil sahibləri arasında Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    İqtisadiyyat naziri və SOCAR-ın prezidenti neftçilərə yeni mənzillər təqdim etdi
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #neftçilər #socar #yenimənzil #iqtisadiyyatnaziri #socarprezidenti #mikayılcabbarov #rövşənnəcəf

Komentáře • 9

  • @kamilsuleymanov8623
    @kamilsuleymanov8623 Před 3 měsíci +3

    Genc aylelere evler verilerse yaxsi olar kiraye evler bahadi xeyirli olsun

  • @nikobabayev-ns3kw
    @nikobabayev-ns3kw Před 3 měsíci +2

    Ev mene dushure ,kvartirant galiram.neftde ishleyirem. 36 yashim var. Aileliyem.siz kimlere.ki ev verdiz,onlarin hamisinin evi var. 2,3 dene. Men ise kvartirant galiram.

  • @user-bv2fx9kf2z
    @user-bv2fx9kf2z Před 3 měsíci +2

    Nə qədər rüşvətə verib gorsen

    • @cemilsirinbeyli1178
      @cemilsirinbeyli1178 Před 3 měsíci

      Bilmədiyin şeyi danışma.Babal yumaqda bütün millətlərdən öndə gedirik.Bizədə Lökbatanda neftçilər üçün tikilən binadan ev vermişdilər,bir qəpikdə xərciniz çıxmadı.Böyük bir hissəsini Azneft ödədi,qalan hissəsini sakinlər 10 ilə hissə-hissə ödəyirlər.

    • @Vusal-yn9ji
      @Vusal-yn9ji Před 3 měsíci

      Skdr burdan​@@cemilsirinbeyli1178