Axırıncı aşırım film, 18 İyul 1971 / HD 1080

Sdílet
Vložit
  • čas přidán 13. 09. 2024
  • Janr; #dram #döyüş #macəra
    Rejissor Kamil Rüstəmbəyov
    Əsərin müəllifi; Fərman Kərimzadə
    Ssenari müəllifi; Fərman Kərimzadə
    Baş rollarda; Həsən Məmmədov Adil İsgəndərov Məlik Dadaşov Hamlet Xanızadə Həsənağa Turabov Şəmsi Bədəlbəyli Tamilla Rüstəmova Şahmar Ələkbərov Əbdül Mahmudov Sadıq Hüseynov
    Operator Rasim İsmayılov
    Bəstəkar Arif Məlikov
    Rəssam NadirZeynalov
    İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
    İlk baxış tarixi; 18 iyul 1971
    Filmin növü; tammetrajlı bədii film
    Rəng; ağ-qara
    Ölkə; Azərbaycan SSR Azərbaycan
    Dil Azərbaycanca
    Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.
    Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.

Komentáře •