Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyada minlərlə Azərbaycanlı.

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.
    Aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.
    Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soydaşlarımız, eləcə də onlara dəstək verən əcnəbilər Azərbaycanın və yaşadıqları ölkələrin bayraqlarını dalğalandırıb, Xocalı soyqırımının tanıdılmasını, eləcə də dünyadan ədalət gözləntilərini əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.
    İştirakçılar Xocalı soyqırımı ilə bağlı məlumatları, eyni zamanda, Azərbaycan xalqının 31 ildir ədalət gözlədiyini Azərbaycan, ingilis, Litva, serb, alman, italyan, fransız, yunan, polyak, ivrit, gürcü, Norveç, fin, ispan, türk dillərində diqqətə çatdırıb, bu dəhşətli hərbi cinayətə hüquqi-siyasi qiymətin verilməsini, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermələrini tələb ediblər.

Komentáře •