Bu Sözləri Eşitdikdən Sonra Gecə Namazı Qılacaqsız -Hacı Şahin - Gecə Namazı Qılmağı Özünə Vacib Et!

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2020
  • 🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    Gecə namazını gecənin son üçdə birində sübh azanına yaxın qılmaq tövsiyə olunur. Beləki, Hz.Rəsuli-Əkrəm(s) bir kişinin "elə bir vaxt vardırmı ki, mömin bəndə dua etdikdə duası qəbul olunsun" sualına cavab olaraq buyurur ki, bəli var və həmin vaxt gecə yarısının sübhə yaxın qalan üçdə bir hissəsidir.
    Gecə namazı barədə məsumlardan(ə) sayı-hesabı olmayan fəzilətlər buyrulub. Buyrulmuşdur ki, həm dünya həm də axirətin abadlığı gecə namazının əda olunmasında qərarlaşmışdır.
    Hz.Rəsuli-Əkrəm(s) gecə namazı barədə buyurmuşudur ki, Cəbrayıl(ə) ibadət üçün gecəni oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin heç vaxt yatmayacağını güman etdim.
    Hz.İmam Sadiq(ə) gecə namazı barədə buyurur ki, gecə namazı insanı xoş ətirli edib, üzünü ağ və nurani edər və ruzi gətirər.
    Ariflər və alimlər həmişə xalqa gecə namazına diqqət etməyi tövsiyə ediblər. Əllamə Təbatəbai(r) nəql edir ki, cavanlıq vaxtlarımda ustadım Əllamə Qazi(r) mənə buyurdu ki, "Övladım, əgər bu dünyanı istəyirsənsə, gecə namazı qıl. Və əgər axirəti istəyirsənsə, yenə də gecə namazı qıl!"
    Gecə namazının qılınma qaydası:
    Gecə namazı 11 rikətdir. Onun 8 rikəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rikət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rikətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rikətli Şəfi namazı qılınır. Sonda isə 1 rikətli qunutu olan Vitr namazı əda edilir.
    Nafilə namazların qılınma qaydası:
    Niyyət: "Gecə namazının nafiləsinı qılıram qürbətən iləllah"+Təkbir
    1-ci rikət: Fatihə+İxlas(Qul huvəllah)+Ruku+Səcdələr
    2-ci rikət: Fatihə+İxlas+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Qeyd etdiyimiz kimi nafilə namazları 8 rikətdir. Yəni eyni namazı 4 dəfə təkrar etmək lazımdır ki, cəmdə 8 rikət edir).
    Şəfi namazının qılınma qaydası:
    Şəfi namazında müstəhəbdir ki, insan 1-ci rikətdə Həmd və Surədən sonra Nas surəsini, ikinci rikətdə isə Həmd və Surədən sonra Fələq surəsini oxusun. Amma oxumasa da heç bir eybi yoxdur.
    Şəfi namazı qılıram qürbətən iləllah+Təkbir
    1-ci rikət: Fatihə+İxlas+Nas+Ruku+Səcdələr
    2-ci rikət: Fatihə+İxlas+Fələq+ Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Bir daha qeyd edək ki, Şəfi namazının qunutu yoxdur).
    Vitr namazının qılınma qaydası:
    Vitr namazında müstəhəbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun. Həmçinin müstəhəbdir ki, namazın qunutunda 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh", 70 dəfə "Həzə məqamul-`aizi bikə minən-nar", 300 dəfə "əl-Əfv", 40 dəfə "Allahumməğfirlil-mumininə vəl-muminat" və 40 dəfə "Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək) deyilsin. Amma bunların bir hissəsini yaxud birini yasxud heç heç birini etməyib qunut tutmaq şərtilə yalnız 1 rikət namaz qımaqla da kifayətlənmək olar. Amma yaxşı olar ki, 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh" deyilsin və Allahda 40 nəfər möminin bağışlanması istənilsin.
    Vitr namazı qılıram qürbətən iləllah+Təkbir
    Fatihə+3 dəfə İxlas+ 1 dəfə Fələq+1 dəfə Nas+Qunut+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar.
    Qeyd: Gecə namazının nafilələrini qılmadan da yalnız Şəfi və Vitr namazlarını əda etmək olar. Hətta vaxt az olarsa, yalnız Vitr namazını qılmaq mümkündür.
    ✅ Rəsmi İnstagram linkimiz: bit.ly/39BPBD0
    ✅ Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    ✅ Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    ✅ Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    ✅ Rəsmi Instagram səhifəsi: / hacishahinh. .
    ✅ Mənbə: CZcams Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    ✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Admin Whatsapp +994-070-878-72-62
    ✅ISLAM TV Official
    🔔Abunə ol bit.ly/2uR7dZv

Komentáře • 127

  • @qribxyal4947
    @qribxyal4947 Před 3 lety +45

    Hacı Şahin bu dunyada yeganə dogmamdır mənim.Alıahım onu qoru mənim ucun.(yəni hamı ucun).

  • @kerimeliyev4512
    @kerimeliyev4512 Před 2 lety +21

    Allahın salamı olsun hər müsəlman bacı qardaşlarıma.mən gecə namazın qılandan özümü bir başqa hiss edirəm sanki dünyada bir tək mən və Allahımdır və mən bütün qəlbimlə Allahımı hiss edib ona ürəyimi açır ondan imdad onda rəhm diləyirəm.mən xəstə bir xanımam.3yaşlı atasız körpəmlə çətin vəziyyətdə yaşayırığ ama mənim Allaha inamım sevgim məni ayağda tutur şükr

  • @aybnizmustafayeva8119
    @aybnizmustafayeva8119 Před 3 lety +14

    Salam Hacı lütfən bu qədər təvazökar olub utandırma camaatı -siz bu millətin ən böyük xəzinəsisiz buna görə Allaha min təspeh şükürlər olsun və ömrünüz uzun -bərəkətli olsun ki -hələ neçə zülmətdə olan beyinləri işıqlandırmaqçın şam kimi yana biləsiz-Allahın verdiyi nemətlərə sonsuza qədər şükür olsun-amin

  • @user-tb7px6uu8j

    Allah rəhmət eləsin Hacl ❤️ Sen bizim əxlaq ustadlmz idin qoydun bizi gedin Sene qlyana Qat qat Lenti olsun İnşallah Amin 🙏🙏

  • @habilhasanov1885
    @habilhasanov1885 Před rokem +10

    ALLAH rəhmet eləsin yeriniz cənnet olsun hacı şahin😢💔

  • @gulnarqdirova3906

    Allah rəhmət eləsin 🤲 bir alim bu qədər özü haqqında təvözakar olarmış . minlərlə insanı ibadəti sevdirən şəxsiyyət məkanın cənnət olsun

  • @vicaysukurlu5470
    @vicaysukurlu5470 Před 3 lety +3

    Ay Heci Sahin ey gozel insan bilmirem ne hikmetti sen bu insanlarla sohbetine az da olsa irfan qatmirsan. Qatirsan ama cox azdi, hec ferqine varmirlar mence. Biraz ireli gotursen daha gozel olar mence. Yene ozun bilen meslehetti. Sen bu xalqin ezizisen

  • @muratsuleymanli1877

    Allah.sene.rehmet.etsin.hacı.sen.sağ.olanda.mensene....qulaq.asmrdm.indi.baxram...çox.menalı.danşrsız.insan....ibadete.maraq.yaradrsız......allahrazı.olsun.övladlarnza....rebbim.sebr.versin.yerin........cennetolsunn.isalah.

  • @shidimalik9721
    @shidimalik9721 Před 2 lety +3

    Allah sizi qorusun HACI ŞAHİN .ŞÜKÜRLƏR olsun bu günəki bir aydı Məşəd zitarətinə gedib gəlmişəm hicaba kecib Namaza başlamışam Gündə beş vaxt Namazımı qılıram .Ənaxırıncı Namazım Xiftə Namazıdı yəni İşa Namazı .Amma Gecə yarısı Namazını qılmamışam hec .Onu qılmaq vacibdirmi .Xahiş edirəm acıqlama verərdiz Mən Namazda Şəhid balamı görürəm tapıram 😥😥

  • @samiqbaxli1968
    @samiqbaxli1968 Před 3 lety +6

    Məndə hərdan ama cox sdyirəm hər kün mən kunakar bədə yatiram 🤲

  • @nigarhuseynova6202
    @nigarhuseynova6202 Před 3 lety +24

    Es-selamu eleykum qurban olduğum Allah bizleri doğru yoldan gedenlerden eylesin ve axirimiz xeyirli olsun Allah sizlerden razı olsun. Amin amin rebbil alemin

  • @rehimeseferli9961

    ALLAH rehmet elesin Hacı 😢

  • @Helibeyt901

    Allah rahmet eylesin mekanı cennet olsun 😢

  • @samirasgerli7564

    Allah axiretinizi abad xeyirli elesin Hacı❤️

  • @gunayatayeva3448

    Ruhun şad olsun canımız Hacı💔

  • @ssizlik4582
    @ssizlik4582 Před 3 lety +20

    6 aydi namaz qilam inşallah gece namazinida qilacam

  • @Aze_prezident

    ALLAH RƏHMƏT ELƏSİN BÖYÜK AZƏRBAYCAN ALİMİ❤️

  • @elvinabdullayev8663

    Allah rəhmət eləsin Hacı sizə ruhun şad olsun

  • @SeyidAli313

    Allah c.c rəhmət eləsin məkanın cənnət olsun qardaş 😢😢😢😢

  • @user-oo6zy3eh7s

    Allah haçımıza rehmet elesin.