Gürcüstanda genişmiqyaslı etirazlar davam edir | Deputatlar “Baku TV”yə danışdı

Sdílet
Vložit
  • čas přidán 17. 04. 2024
  • Gürcüstanda genişmiqyaslı etirazlar davam edir | Deputatlar “Baku TV”yə danışdı
    Gürcüstanda artıq 5-ci gündür ki, genişmiqyaslı etirazlar davam edir.
    Ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı Baku TV-yə müsahibə verən hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Kadaqişvili sözügedən qanunun əsas məqsədindən və vacibliyindən danışıb.
    Onun sözlərinə görə, qanuna əsasən, büdcəsinin 20%-dən çoxu xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları ildə 1 dəfə maliyə deklarasiyası təqdim etməlidilər. Burada vəsaitin haradan gəldiyi və nəyə xərcləndiyi göstərilməlidir.
    “Qanunun məqsədi şəffaflığı təmin etməkdir. Ölkə və cəmiyyət xaricdən gələn vasaitlər hesabına hansı işlərin görüldüyünü bilməlidir. Hər hansı qadağa və ya məhdudiyyət yoxdur. Bunun ümumiyyətlə heç bir fiziki şəxsə - nə tələbələrə, nə müəllimlərə, nə də hər hansı başqa şəxslərə aidiyyəti var. Bu, sadəcə təşkilatlarla bağlıdır. Bildiyiniz kimi, Gürcüstanda hər şey ictimaidir. Buna görə də təşkilatların maliyəsi də ictimai olmalıdır”, - o qeyd edib.
    Müxalif deputatlar isə bunun əksini deyirlər. Belə ki, onlar qeyd edilən qanun layihəsinin Gürcüstanı Avropadan uzaqlaşdırdığını vurğulayırlar.
    “Gürcüstanı avropalı dostlarından uzaqlaşdıran, ölkədə vətəndaşları bir-birinə qarşı çıxaran, Gürcüstanın Avropa İttifaqına üzvlüyünü bağlayan qanun rus qanunudur. Bu qanun 2012-ci ildə Rusiyada qəbul edilmiş qanunla tam eynidir. Bu gün bu qanun səbəbi ilə Rusiyada heç bir müstəqil təşkilat və ya media qalmayıb. Biz Avropanı, azadlıq və daha çox demokratiya istəyirik. Gürcü xalqı buna görə etiraz edir. Gürcüstanın yeri Avropadır”, - deyə müxalif deputat Paata Mancqaladze bildirib.
    Qeyd edək ki, aprelin 17-də Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini 1-ci oxunuşda dəstəkləyib. Parlamentin 83 deputatı qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin qüvvəyə minməsi üçün isə parlamentdə daha 2 dinləmədən keçməlidir.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Gürcüstanda genişmiqyaslı etirazlar davam edir | Deputatlar “Baku TV”yə danışdı
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #gürcüstan #etiraz #aksiya #deputatlar #gürcüstandaetirazlar #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler

Komentáře • 8

  • @user-rb9mh8tg6v
    @user-rb9mh8tg6v Před měsícem +4

    Rusya nə istəyir bu dünyadan. Heç kəs onu istəmir .zordu? 70 il qırıdın ,öldürdün,qenasit tötətdin,torpaqkarı içgal etdin. Əl çəkdə yaxamızı burax.

  • @user-yi9wp2sr6g
    @user-yi9wp2sr6g Před měsícem +2

    СВОБОДУ НАРОДУ ГРУЗИИ!

  • @crazyfoxy6479
    @crazyfoxy6479 Před měsícem +2

    bularda sabunsuz Avropanin qotune qirenledler!!

  • @raminveliyev4189
    @raminveliyev4189 Před měsícem

    Belə qanun olsa hamı cibinin ağzını bağlayacaq.

  • @user-vz7si1fv5b
    @user-vz7si1fv5b Před měsícem

    Нынешняя власть не годиться для Грузии! Грузия должен в Европе.
    У Грузинский народ Европейский менталитет! Слова "Европа" в Российский пропоганде звучать как слова "Рак"😂😂