Elvin Babazadə - Ürəyim Ağlayır (Official Music Video)

Sdílet
Vložit
  • čas přidán 4. 11. 2022
  • Səhnəmizin unudulmaz ifaçısı Rəhim Rəhiminlinin əziz xatirəsinə...
    Elvin Babazadənin "Ürəyim Ağlayır" adlı mahnısı artıq onlayndır.
    Musiqi və söz: Rəhim Rəhimli
    Aranjiman: Sarkhanbeats
    Miks və masterinq: Dahin Malik
    Skripka: Şakir Davudov
    Rejissor: Kənan Musayev
    Operator: Elmir Suleymanov
    Color: Emin Muradov
    Qrim: Gül-Ruh Nəcəfova, Maksud Məmmədov
    Aktyor: Elmir Nəsirov
    Geyim: Ajemi style
    Xüsusi təşəkkürlər: Don Villa Restoranı, Arif Məmmədov, Eyyubova Dildarə
    Elvin Babazadəni sosial şəbəkələrdə izlə:
    Instagram: elvin.lnk.to/Instagram
    Facebook: elvin.lnk.to/Facebook
    Apple Music: elvin.lnk.to/AppleMusic
    Spotify: elvin.lnk.to/Spotify
    Yandex Music: elvin.lnk.to/YandexMusic
    VK Music: elvin.lnk.to/VKMusic
    Genius: elvin.lnk.to/Genius
    Sözlər:
    [Giriş: Rəhim Rəhimli]
    Ürəyim ağlayır, ağlayır, sızlayır
    Göz yaşı yanında yalandır çaylar
    Ötər fəsillər, fəsillər, illər
    Mən səni bir daha görməyəcəyəm
    [Bənd 1]
    Vaxtdır, gecikirik, ayrılaq daha
    Mən səni bir daha görməyəcəyəm
    Əmanət edirəm səni Allaha
    Mən səni bir daha görməyəcəyəm
    Vaxtdır, gecikirik, ayrılaq daha
    Mən səni bir daha görməyəcəyəm
    Əmanət edirəm səni Allaha
    Mən səni bir daha görməyəcəyəm
    [Nəqərat]
    Ürəyim ağlayır, ağlayır, sızlayır
    Göz yaşı yanında yalandır çaylar
    Ötər fəsillər, fəsillər, illər
    Mən səni bir daha görməyəcəyəm
    Ürəyim ağlayır, ağlayır, sızlayır
    Göz yaşı yanında yalandır çaylar
    Ötər fəsillər, fəsillər, illər
    Mən səni bir daha görməyəcəyəm
    [Bənd 2]
    Vaxtdır, gecikirik, ayrılaq daha
    Mən səni bir daha görməyəcəyəm
    Əmanət edirəm səni Allaha
    Mən səni bir daha görməyəcəyəm
    [Nəqərat]
    Ürəyim ağlayır, ağlayır, sızlayır
    Göz yaşı yanında yalandır çaylar
    Ötər fəsillər, fəsillər, illər
    Mən səni bir daha görməyəcəyəm
    Ürəyim ağlayır, ağlayır, sızlayır
    Göz yaşı yanında yalandır çaylar
    Ötər fəsillər, fəsillər, illər
    Mən səni bir daha görməyəcəyəm
    Dostum...
    Elvin Babazadə tərəfindən ifa olunan "Ürəyim Ağlayır" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları BEAT Music tərəfindən qorunur. © 2022
    Etiketlər:
    #ElvinBabazadə #ÜrəyimAğlayır #BEATMusic
  • Hudba

Komentáře • 541

  • @elvinbabazade
    @elvinbabazade  Před rokem +601

    Dəyərli sənətçi dostum Rəhim Rəhimlinin xatirəsinə həsr etdiyimiz, və onun repertuarından olan “Ürəyim ağlayır” layihəmizi sizlərə təqdim edirəm. Bəyənəcəyinizə umid edərək xoş izləmələr ❤️

  • @shohretofficial
    @shohretofficial Před rokem +699

    Vəfa borcunu yerinə yetirdin! Əhsən sənə qardaş. Hər zaman əzmli, düşüncəli, sədaqətli olman ümidi ilə. Öz əsərlərində yaşayan Rəhimi öz tərzinlə yenidən canlandırdın. Bütün dostlar adından təşəkkür edirik sənə Elvin✊

  • @konulmemmedli
    @konulmemmedli Před rokem +5

    Elvin yene her kesden ferqlendin. Yene subut eledin ki senin senetine ve ureyine reqib yoxdu senetde. Halal olsun

  • @p.memmedli9294
    @p.memmedli9294 Před rokem +5

    Super. Rəhimə Allah rəhmət eləsin isdedadli insanlar tez gedir...

  • @replay_music
    @replay_music Před rokem +26

    Ürəyinin qadasınalım.
    Miro❤

  • @Hasim_Orucov
    @Hasim_Orucov Před rokem +144

    *Klipdə Rəhim Rəhimlinin görüntüləri və kürsüdə əyləşib Elvin Babazadəni izləməsi çoooooox gözəl görünür* 🥺

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 Před rokem +9

      Doğru.. çox duyğulu səhnədir,sanki Rəhim Rəhimli heç ölmədi..Elvin bəydə çox gözəl ifa edir dostunun yoxluğunu hiss edərək.. Allah dostlarımızı sevdiklərimizi əzizlərimizi vaxtsız ölümlə bizlərdən almasın.. Amin.

  • @ayshanalizadeh
    @ayshanalizadeh Před rokem +170

    Bir Rəhim Rəhimli pərəstişkarı olaraq göz yaşları içində izlədim. Əməyinizə sağlıq. Möhtəşəm ifa, möhtəşəm idealı klip. Var olun !!!

  • @nicatabdullayev8902
    @nicatabdullayev8902 Před rokem +7

    Ürəyim ağrayır sızlayır.Mən səni bir daha görməyəcəyəm.🥀

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 Před rokem +7

    Allah rehmet elesin Rehim Rehimlinin cox sevirdim mahnilarini sizede aferin

  • @aygunsukurova696
    @aygunsukurova696 Před rokem +6

    Çox xoşuma gəldi, əla alınıb uğurların bol olsun. Allah sənə rəhmət eləsin Rəhim Rəhimli yeri hər zaman görünəcək sənətkarlardansan.

  • @semidseron1656
    @semidseron1656 Před rokem +9

    Çox sağol Elvin.Rehim sevənlər üçün teseli

  • @menimdunyam2073
    @menimdunyam2073 Před rokem +99

    MÖHTƏŞƏM. Rəhim rəhimlinin Ruhu şad olsun.. Dostlar yaşadmalıdır Rəhim Rəhimlini. Bu mahnını Elvindən çox böyük dostluq nümunəsi kimi qəbul edirik. Var ol Elvin 🙏❤✊

  • @zulfiyyhmidova779
    @zulfiyyhmidova779 Před rokem +25

    Gözümü yumdum....sanki Rəhim oxuyur....çox sağ olun Elvin bəy... vəfanız üçün

  • @simingharabaghi
    @simingharabaghi Před rokem +3

    Can senetkar allah teala sene rehmet elesin nur icinde yat qardawim gozel ureyli senetkar her bir zaman ureyimizdesen 🖤🖤🖤cox sagol elvin qaqaw 🙏🙏🙏❤❤❤

  • @asyayldz3485
    @asyayldz3485 Před rokem +8

    Rəhim Rəhimli uşaqlıq yeniyetmelik və gənclik illerimin en gözel ifaçısı mende sadiq dinleyicisi idim bütün ifalarına zövqlə dinləyirdim helede dinləyirəm Azərbaycan Rəhim Rəhimli kimi böyük bir istedad ifaçı bəstəkar ən əsası gözel bir İnsan itirdi. Bu klipi böyük hüznlə izlədim və keçmiş canlandı gözümdə təşəkkürlər Elvin Babazadə. Məkanın Cənnət Ruhun Şad Olsun RƏHİM RƏHİMLİ...

  • @h.s.6528
    @h.s.6528 Před rokem +5

    🥀Allah rehmet elesin🥀

  • @saidaquliyeva5606
    @saidaquliyeva5606 Před rokem +8

    Bir Rəhim Rəhimli keçdi bu dünyadan 🥀

  • @powderroom2637
    @powderroom2637 Před rokem +110

    Nur icinde yat gozel insan senetkar Rehim Rehimli🥀💜 Mahnilarinla iz qoyub getdin..her zaman aglimizda ve qelbimizdesen,Elvin Babazade Allah sizi var etsin 🙏🌸

  • @kingaze1142
    @kingaze1142 Před rokem +3

    can rəhim Allah rəhmət eləsin sənəə gözəl sənətkar sənə uzun ömür cansağlığı elvin

  • @ayselcavadzade3105
    @ayselcavadzade3105 Před rokem +5

    Qulaq asarken mehv oldum desem her sehne deiwdikce Rehimi gorunce mekanin cennet olsun🖤

  • @sevilnatiqqz.3145
    @sevilnatiqqz.3145 Před rokem +54

    Dostnunun yoxluğunu hiss edərək ifanın sonunda ki hıçqırtısı ...Sadəcə mükəmməl Elvin uğurlar, ruhu şad olsun sevimlimiz Rəhimin..

  • @user-vl9sy3pc1r
    @user-vl9sy3pc1r Před rokem +2

    Goz asi ile baxdim Vallah ALLAB REHMET ELESIN GOZEL SENETKAR SIZE

  • @sevinczizli836
    @sevinczizli836 Před rokem +10

    Vaaoooov super partlayis... 🎻✍️💕💞😔Ureyim aglayir , aglayir sizlayir.. men seni bir daha gormeyeceyem... Rehimin isigini sondurduler, ama pariltisetrafa yayilib.. Sen calis hec kese uyma ayagini ceken cox olacaq Elvin Babazade💖✔️

  • @camacama2483
    @camacama2483 Před rokem +6

    Allah rəhmət etsin Rəhimə...super alınıb .Tşk .. 🥺🤦

  • @elnur_mammadov
    @elnur_mammadov Před rokem +14

    Tüklərim biz-biz olur çox möhtəşəm alınıb ❤️ Allah Rəhimə rəhmət etsin 🙏😔

  • @guneltagyeva8881
    @guneltagyeva8881 Před rokem +23

    Bunu ilk siz etdiz çox təşəkkür edirəm Rəhim Rəhimli sənətini mahnıkarını sizin kimi istedadlı ifaçılar yaşatmalıdır uğurlar sizə .Rəhim Rəhimliyə Allah rəhmət etsin Ruhu şad olsun🥀🥀😔😔

  • @rvanmmmdova9730
    @rvanmmmdova9730 Před rokem +17

    Həm kövrəlib,həm fərəhləndiyim o an.Mənim 1nömrəli ulduzum sonsuz yaşayacaqsan əsərlərində 💔🥀

  • @ebelfezlabbaseliyev3063
    @ebelfezlabbaseliyev3063 Před rokem +3

    Klip çox təsir edicidir. Ağlatdız məni. Allah rəhmət etsin. Heyif gözəl insanlar tez gedir.

  • @hyathyat9589
    @hyathyat9589 Před rokem +27

    İlk saniyədən göz yaşları axmağa başlayır. Allah Rəhim Rəhimliyə rəhmət etsin, sizə isə möhkəm can sağlığı versin🙏. Yaşayın, yaradın🙏

  • @aygulhesenzade5847
    @aygulhesenzade5847 Před rokem +9

    Helede inanmiram Rehim Rehimli yoxdu🥺🥺Super mahni,Allah rehmet elesin

  • @rmalmustafayeva9808
    @rmalmustafayeva9808 Před rokem +3

    Rəhimden sonra bu mahnini dinleye bileceyimi sanmamisdim ehsen halal olsun, sehnemizde Rehimi yasadan olacaq sizin simanızda, davamlı olsun insallah

  • @yeganeeliyeva1293
    @yeganeeliyeva1293 Před rokem +7

    ALLAH REHIM DOSDUMUZA REHMET ELESIN 🤲🕋🤲 SENINDE UGURLARIN BOL OLSUN DEYERLI DOSDUM 🤲🕋🤲

  • @elnarncfqz236
    @elnarncfqz236 Před rokem +8

    Göz yaşı içində izlədim..((( Halal olsun iki sevdiyim müqənni 😒 özü sağ olsaydı indi Dostum deyib qucaqlayardı sizi bu mahnıya görə.

  • @nerminquliyeva8745
    @nerminquliyeva8745 Před rokem +19

    Vəfasiz dünyadan nakam gedənlərə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun.

  • @ilahevz.gasmova4416
    @ilahevz.gasmova4416 Před rokem +3

    Çox ağır mahnıdı Allah rəhmət eləsin dünyasını cavan yaşda terk edenlere,kövrelmemek elde deyil😥

  • @trlanliyev4894
    @trlanliyev4894 Před rokem +9

    Beli biz tamasaçılar usağlığımızın senetkarı olan Rehim Rehimlini birdaha görmeyeceyik😢😢😢😢😢😢😢😢😢😢😢😢Allah rehmet elesin gözel insan😢

  • @zjala
    @zjala Před rokem +2

    Mahnida keçirdiyi duyğular necə də hiss olunur. Allah rəhmət Rəhim Rehimliye, əla alinib

  • @v.b1288
    @v.b1288 Před rokem +14

    Heç kim bir Rehim Rehimli ola bilmeyecek...ruhun Sad olsun R.R💔

  • @davuddavudov2766
    @davuddavudov2766 Před rokem +4

    Allah rehmet elesin. Ushaqligimiz Rehim Rehimlinin mahnilari ile kecib.

  • @solnishko551
    @solnishko551 Před rokem +6

    Bu il tez bitsin istəyirəm, çox insan dünyasını dəyişdi bu il sevdiyim😭😭😭😢😢😢
    Allah rəhmət eləsin Rəhim Rəhimliyə🙏
    Siz isə möhtəşəm ifa etmisiniz 👏

  • @zbaqirova
    @zbaqirova Před rokem +30

    Ağlatdız .... Ruhun şad olsun sənətkar 💔 Çox sağ olun ifaya görə Elvin bəy 👏

  • @behruzmuradov6220
    @behruzmuradov6220 Před rokem +3

    Ozunden sonra davamcisi seni gormusdu Elvin.Bu mahninla sende vefali dostlugunu bildirdin.Nur icinde yat Rehim Rehimli

  • @nigarkarimli9265
    @nigarkarimli9265 Před rokem +5

    mahnini yashamisan halal olsun sene. Allah rehmet elesin 😢

  • @esimusayeva956
    @esimusayeva956 Před rokem +9

    Bele insanlara deyer verilmelidir,bele musiqiye deyer verilmelidir bele senerkarlara deyer verilmelidir.Ugurlar sene Elvin.Inshallah bir gun sene haq etdiyin deyer veriler....Allah Rehime rehmet elesin.

  • @sabinamuradova9693
    @sabinamuradova9693 Před rokem +15

    Göz yaşı ilə dinlənilən bir ifa. Allahdan sizə can sağlığı, sənətkarımız RƏHİMƏ rəhmət diləyirəm. Çox heyif ki,çox tez köçdü dünyadan 🥺🥺🥺

  • @Evimiz
    @Evimiz Před rokem +12

    BU NE ÜREK 🔥
    BU NE RUH 🌟🌞
    BU NE HİSS ⭐
    BRAV OOO - BRAV OOO 💥💥💥

  • @alice6031
    @alice6031 Před rokem +3

    Ağlaya ağlaya dinlədim ,yerin cənnətlik olsun usagligimin yadigarı

  • @m_a3740
    @m_a3740 Před rokem +3

    Allah rehmet elesin rehim rehimli🥺🙏 cox kovreldim😔💔

  • @adalatkurbanova6360
    @adalatkurbanova6360 Před rokem +9

    Zamani durdura yada geri gaytara bilseydik.Bu múmkün deyil,anćag siz bunu baçara bildiz,mən klipde bunu hiss etdim, teşekkürlər.Rəhimin ruhu şad olsun.Ugurlar Elvin Allah sizi gorusun❤️

  • @tomrisguns2272
    @tomrisguns2272 Před rokem +6

    Rəhim Rəhimli təpədən dırnağa qədər incəsənət adamı olan nadir insanlardan idi. Bu iş həqiqətən uğurlu alınıb. Elvin, siz sözün əsl mənasında səhnə üçün doğulanlardansınız. Uğurlar 💫

  • @vusirzayeva3463
    @vusirzayeva3463 Před rokem +13

    Cox tesirli. Göz yaşı ve ürek ağrısı ile izledim. İş mükemmel. İfa mükemmel. Ama Rehimin vaxtsiz gedişi teessüf hissi yaşadır. Mekanın cennet olsun Rehim Rehimli.
    Elvin uğurlar ve Cox teşekkürler sene ❤

  • @cavahirerdogan6826
    @cavahirerdogan6826 Před rokem +6

    Ağladım dinlerken.....Ruhun şad olsun olsun Rehim🥀🥀🥀🥺🥺

  • @mamedkerimov9121
    @mamedkerimov9121 Před rokem +21

    Demeye soz yox, yalniz emosiyalar. Elvin yaxsi ki Azerbaycanimizda varsan

  • @baharrahimzade449
    @baharrahimzade449 Před rokem +12

    Elvin Babazade senin Vefalı üreyine minnetdarıq 👏🏻göz yaşları icinde dinledim ve izledim. Rehim Rehimli Allah sene rehmet elesin 🙏🏻Sen belke bu dünyadan coc tez köçdün , amma sen xosbextsen. Çünki senin ardından göz yaşı tökülür ve Rehmet dilenir. Nurlar icende yat senetkar ve hamının dostu Rehim Rehimli

  • @aylasweet
    @aylasweet Před rokem +5

    Bezmeden kovrelerek qulaq asiriq. Heqiqeten hec kes bunu bele gozel ede bilmezdi. ELVIN BABAZADE senin yerin senetin en zirvesindedir 💖💖💖

  • @arifmemmedov328
    @arifmemmedov328 Před rokem +11

    Allah Rəhimə rəhmət eləsin 🙏 Allah axirətini xeyirli eləsin 🙏
    Elvin sənə böyük Uğurlar 👍
    Əhsən 👍👍👍✌️

  • @elsenismayilov3397
    @elsenismayilov3397 Před rokem +2

    Təşəkkür Elvin Babazadeh.Sənə də bu yaraşırdı.super ifa,klip

  • @hacyevahacyeva347
    @hacyevahacyeva347 Před rokem +2

    Halal olsun size Elvin bey👍 Allah rehmet elesin Rehim Rehimliye🙏😌

  • @aidagulieva9847
    @aidagulieva9847 Před rokem +11

    Ehsen Elvin 👏🏻 Cox sag olunki varsiz, inaniriqki Rehim Rehimlinin ruhu sizden cox razidir ve rahatliq tapdi.Dostunuz sizinledir.Allah rehmet elesin...

  • @baharshukurova1641
    @baharshukurova1641 Před rokem +6

    Mohtesem. Nur icinde yatsin deyerli senetkar Rehim Rehimli.

  • @nailaabasova8273
    @nailaabasova8273 Před rokem +2

    Allah rehmet elesin,ruhu wad olsun🤲cox gozel addimdir, numune olar in wa Allah bawqalarina da👏👏👏

  • @aliyev1290
    @aliyev1290 Před rokem +29

    Nur icinde yat gözel qelbli Rehim❤ Elvin möhteşemsen🙏

  • @agcaahmedova9455
    @agcaahmedova9455 Před rokem +2

    Izledikce cox kovreldim. Elvinin ifasida bir bawqa mohtewem olub. Halaldi sene Elvin esl dostlardansan. Allah senetkarimiza rehmet etsin (((

  • @almazrecebova3978
    @almazrecebova3978 Před rokem +3

    Allah Rehime rehmet elesin gozel insan ve istedadli insan😔

  • @cosqun.sadiq.official
    @cosqun.sadiq.official Před rokem +6

    CAN AY RƏHİM ALLAH SƏNƏ RƏHMƏT ETSİN GÖZƏL QƏLBLİ DOSTUM😥🥀
    XEYİRLİ OLSUN ELVİN ƏHSƏN

  • @Mr.Alisoy
    @Mr.Alisoy Před rokem +11

    İlahiii!!! Necə səs, bu necə içdən ifa... Hər dəfə dinləyəndə ağlamaya bilmirəm. Səsinə, qəlbinə sağlıq ! Allah rəhmət etsin sənə, Dostum..

  • @sarahsrq8678
    @sarahsrq8678 Před rokem +12

    Canim Rehim yerin cennet olsun gozel qonwu 🙏❤️ sesine saglig Elvin tewekkur edirem bele gozel jest ucun sene💋

  • @ayyildiz3787
    @ayyildiz3787 Před rokem +2

    Super ifa....Rehimi yawatdigin ucun var ol...

  • @gunayasadova6265
    @gunayasadova6265 Před rokem +5

    Allah rəhmət etsin , ruhu şad olsun
    əvəzolunmaz sevimli bəstəkar-müğənnimiz Rəhim Rəhimli!

  • @aynurakar3939
    @aynurakar3939 Před rokem +8

    Allah Rehim Rehimliye rehmet elesin..Elvinin sesine sağlıq meni çox kövreltdi ifa😢

  • @gun2365
    @gun2365 Před rokem +5

    Eziz Rehim Rehimlinin Ruhu Şad Olsun ❤ herzaman sevilecek gözel senetkarımız ❤️❤️❤️

  • @chinemc6102
    @chinemc6102 Před rokem +5

    Möhtəşəm ifa . İnsan qulaq asmaqdan bezməzmiş. Çox təsirli mahnı çox təsirli ifa çox təsirli klip😢. Necə də ürəkdən oxumusuz. Ürəyinizə sağlıq

  • @xelefneymetov2558
    @xelefneymetov2558 Před rokem +7

    Əla səsinizə qüvvət dəyərli insan.cox gözəl adamın ruhuna işləyir.Allah Rəhim Rəhimliye rəhmət eləsin

  • @AynurYusifova2322
    @AynurYusifova2322 Před rokem +2

    Şokdayam bu derece möhteşem necə ola biler axı🖤👏

  • @ulviyymmmdova2760
    @ulviyymmmdova2760 Před rokem +8

    Rəhimin pərəstişkarı kimi sənə təşəkkür edirəm. Ruhu səni zirvələrə aparsın . Uğurlar sizə

  • @ilashkav-va7069
    @ilashkav-va7069 Před rokem +14

    Allah rehmet elesinn🙏🏽

  • @drkmrndrkmrn3877
    @drkmrndrkmrn3877 Před rokem +27

    hüznün gözəl ifadəsi, rəhimsevərlərə təsəlli mənbəyi olan bir ifa etmisiniz. təbrik və alqışlar düşür. Rəhim'in ruhuna dualarımız çatsın, amin!

  • @salmanova1076
    @salmanova1076 Před rokem +20

    Ürək ağrısıyla izləyirəm klipi😢😢😢 Çox sağ olun Elvin bəy. Rəhim Rəhimlini yaşatmaq lazımdır😭😭 Kaşki yaşayardı. Kaşki bu ölüm xəbəri yalan olardı. Niyə belə etdiz Rəhim bəy?😭😭😭😭😭

    • @inamhsnov6158
      @inamhsnov6158 Před rokem +1

      Mən də, belə deyirəm😭😭😭😭😭😭😭😭😭😭😭

  • @faiqsamedov2335
    @faiqsamedov2335 Před rokem +4

    Ugurlu olsun ela alinib
    Allah Rehim Rəhimlinin Rəhmət elesin

  • @sevdamamedova4390
    @sevdamamedova4390 Před rokem +6

    biz de Rehimi bir daha gormeyeceyik.😢qelbimizde yawayacaq Ruhu waddir bilirem ureyinize sagliq

  • @fatimehuseynova8313
    @fatimehuseynova8313 Před rokem +7

    Dəyərli sənətçi Elvin babazadə təşəkkürlər yaşadırsınız sənət yoldaşınızın ruhunu şad etdiniz bundan çox əminəm.ağlamaqdan özümü saxlıya bilmirəm necə gözəl gəldiniz var sizin elvin bəy Allah Sənə can sağlığı uzun ömür nəsib etsin inşallah 🤲🕋🤲🌄 Rəhim Rəhimli Sən bu dünyanı tərk etsəndə yenədə bizimləsən Allah sənə rəhmət eləsin yerin cənətlik olsun inşallah 🤲🕋🤲🌄

  • @coloredmusic3726
    @coloredmusic3726 Před rokem +7

    Elvin Babazadə fərqi 🫶🏻 Super 👍🏻 uğurlar 👏🏻

  • @muradzade010
    @muradzade010 Před rokem +5

    Xeyirli Uğurlu olsun🥲Allah Rəhim Rəhimliyə Rəhmət eləsin🥺

  • @sonatvklva7298
    @sonatvklva7298 Před rokem +6

    Qəlbimiz parça parça 💔 təşəkkür edirik ifaya görə. Allah rəhmət eləsin 🙏

  • @arifsalimov7
    @arifsalimov7 Před rokem +12

    EŞQ OLSUN SƏN RƏHİM RƏHİMLİNİN RUHUNU ŞAD ETDİN BU İTHAFINLA

  • @leonardoguluzadeh9143
    @leonardoguluzadeh9143 Před rokem +14

    Öz ifasinda her zaman öz möhürünü vuran Elvin 💙
    Beyendim !!!

  • @xuramanteymurova1613
    @xuramanteymurova1613 Před rokem +2

    Möhtəşəm ifa.Möhtəşəm kilip.gözlərim doldu🥺💔

  • @xyusubova
    @xyusubova Před rokem +1

    Mohtesem. 👍👍. Rehim severek dinlediyim senetci idi. Mekani cennet olsun. Bu klipe de aglayaraq baxdim. Tesekkurler Elvin❤

  • @kamilferzullayev4205
    @kamilferzullayev4205 Před rokem +12

    Allah Rəhimi rəhmət eləsin ruhu şad olsun🥀 Elvin Babazadəyə təşəkkür edirəm 👏

  • @faridaism
    @faridaism Před rokem +5

    Klip möhtəşəm. Sonunda da "Dostum" ❤😔🙏🏻

  • @nerminsheydazade153
    @nerminsheydazade153 Před rokem +3

    Bu ses, bu ifa.. sadece mohtesem👍

  • @emirgul3585
    @emirgul3585 Před rokem +2

    Sadece qəlbimi qoyub gedirəm 🖤🖤

  • @miranmemmedova8539
    @miranmemmedova8539 Před rokem +10

    Bu qeder urekden, icden oxumagin cox tesirlendirdi ureyine diline sagliq ELVİN BABAZADE ......ALLAH REHMET ETSİN REHİM REHİMLİ 🙏

  • @aylasweet
    @aylasweet Před rokem +3

    Bir mahnini yalniz bu qeder mukemmel ifa etmek olardi ❤ bu ureyin sahibi sensen Elvin Allah var elesin seni,Rehime de rehmet elesin 🙏

    • @adalatkurbanova6360
      @adalatkurbanova6360 Před rokem +1

      Düz deyisiz,Elvinin bütün ifalari möhteşemdir.O elə belə oxumur, mahnilari yaşayir,bu mahninida ürekden oxuyub.

  • @abbasova906
    @abbasova906 Před rokem +7

    Əhsən sənə. Bu işin digərlərindən də möhtəşəm. Allah Rəhimə rəhmət etsin. Sənin ömrün bərəkətli olsun inşəallah Elvin.

  • @Seva.baku2
    @Seva.baku2 Před rokem +8

    ❤Allah Rehmet Elesin Rehim Rehimliye. Sizinde sesinize quvvet bir kelme ile Mukemmel👏

  • @sabinamuradova9693
    @sabinamuradova9693 Před rokem +6

    Allah sizə can sağlığı versin onun mahnılarını yaşadın. Səhnə mədəniyyəti ilə , özünə məxsus olan tərzi ilə bir daha təkrarlanmayacaq insan, Allah sənə rəhmət eləsin. Sənin mahnıların hər zaman göz yaşları dinləniləcək 🥺

  • @user-zn1lx7qg2c
    @user-zn1lx7qg2c Před rokem +18

    Классная песня 👍💕.,
    До слёз душу разрывает 💔😥

  • @senan26
    @senan26 Před rokem +2

    Her zaman oz sehnesi ile medeniyyetile secilen ifaci Elvin Babazade ehsen ugurlar daima zirvelerden gelsin sesin ezizim sevilirsen secilirsen ve o secilmeyini de gosterirsen daima..

  • @nrymemmedova7330
    @nrymemmedova7330 Před rokem +3

    Zaten stilinizdede oxwarlig variydi,uyum gozel olmuw👍🏻👍🏻👍🏻