RFO 2023/ Tarix olimpiadasında QIZIL medalı necə aldım?🏅🎯

Sdílet
Vložit
  • čas přidán 24. 06. 2024
  • Salamm! Bu videoda RFO2023-də tarix olimpiadasından qızıl medalı necə aldığımı, fənn olimpiadalarına hazırlıq prosesini izah etmişəm🚩 Ümidvaram ki,faydalı olar❣️
    Olimpiada səhifəsi Təhsil Nazirliyinin səhifəsi ilə birləşdirildiyi üçün linki burada paylaşa bilmirəm ayrıca.Məlumat üçün Təhsil Nazirliyinin səhifəsini nəzərdən keçirdin🫂
    Əvvəlki illərin sualları:
    tehsilim.info/olimpiada-test-...
    💥İşlətdiyim dərs vəsaitləri💥:📑
    5-11 tarix SİNİF kitabları(Ümumi tarix və Azərbaycan tarixi)
    Qarabağ tarixi kitabı
    Zəfər tarixi kitabı
    Anar İsayevin dərs vəsaitləri
    Mənə müraciət etmək üçün:
    İnstagram: @menzurequrbanli
    Gmail: qurbanli.menzure05@gmail.com
    Hissələr:
    0:00 Giriş
    0:25 RFO nədir?
    1:01 RFO fənləri
    1:18 RFO-nun üstünlükləri nələrdir?
    2:42 Proses çətindir mi?
    3:38 RFO haqqında haradan məlumat əldə etmək olar?
    4:51 Yaş məhdudiyyəti nədir?
    6:39 İstifadə etdiyim vəsaitlər
    9:55 Şəxsi təcrübələrim və hazırlaşma texnikalarım

Komentáře • 246

  • @muhammednamazov4093
    @muhammednamazov4093 Před 3 měsíci +27

    Bizim gözümüz qarşısında Azərbaycanda gənc,istedadlı bir qızın yetişməsinin bünövrələri artığ hazırdır. Uğurlarının davamı və dəstəkləmək arzumuz sonsuzdur🙏🏼

  • @narminwxr
    @narminwxr Před 15 dny +2

    elaa uğurların daha da bol olsun gözeliimm ❤

  • @user-mb6tu1bg6e
    @user-mb6tu1bg6e Před měsícem +5

    Maşallah,Uğurların bol olsun İnşəAllah❤🥰

  • @nigarseferova459
    @nigarseferova459 Před měsícem +3

    MAŞALLAH.Həyatda hər zaman uğurlu olasan!

  • @qurbanibrahimov399
    @qurbanibrahimov399 Před 3 měsíci +4

    Ugurlar gozelim❤

  • @user-od8jr5ve4y
    @user-od8jr5ve4y Před 3 měsíci +2

    Uğurların bol olsun👍🏻🙏

  • @my_dreams_handmade
    @my_dreams_handmade Před 3 měsíci +5

    Masallah olsun gozelim sen en gozellerine laiqsen.❤❤❤

  • @Viktoriyail
    @Viktoriyail Před 2 měsíci +3

    Çoox sağ ol. Sən mənim üçün bir stimul oldun, ilham verdin...

  • @user-yu8tw8wi2d
    @user-yu8tw8wi2d Před měsícem

    Əlaa💗😍

  • @7melenia
    @7melenia Před 3 měsíci +3

    Əlaaa👍🏻💜Uğurların daim olsun gözəllik💜

  • @gunel2661
    @gunel2661 Před 3 měsíci +1

    Əla🎉

  • @Thisisceciii
    @Thisisceciii Před 2 měsíci +1

    Əladır balmmm🫶🏻🎀

  • @No_everybody
    @No_everybody Před 3 měsíci +2

    Uğurların daima bol olsun❤ senin tarix sevgini insanda ilham oyadır men düşünürəm ki xəyallarına çatacaqsan💐 məndə tarixə olan sevgi senden gelmişdi təşəkkürlər🌹

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci

      Müsbət bir təsirim olubsa nə xoş mənə🥹🤍

    • @No_everybody
      @No_everybody Před 3 měsíci

      Müsbətin 10 qatı mənə təsir edib 🌹 əslində belə insanın üzünə baxanda hiss edilir savadı və bildirmək istəyirəm Azərbaycan sizin kimi insanlar üçün çox şanslıdı

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci +1

      @@No_everybody Minnətdaram🤍

  • @user-vj9zj7pl9c
    @user-vj9zj7pl9c Před měsícem +1

    Uğurlar

  • @AysQdirli
    @AysQdirli Před 2 měsíci

    Nicee❤️❤️❤️❤️

  • @KasimTurkoglu
    @KasimTurkoglu Před měsícem +3

    Seni könülden tebriq edirem Menzure. Allah sene can sağlığı ve xoşbeht bir ömür versin. Türkiyeden Türk bir qardaşın olaraq sene ve bütün Azerbaycanlı canlara salamlar çatdırıram. Allah sizi qorusun

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem +1

      Minnətdaram🫶🏼🙏🏼

    • @KasimTurkoglu
      @KasimTurkoglu Před měsícem +1

      @@menzurequrbanli Fexr edirem senin kimi ağıllı qadınların ve insanların Azerbaycanda olduğuna. Özünle sende qürur duyabilersen.

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem +2

      @@KasimTurkoglu İnanın bu sözlər məni daha da motive edir🙏🏼✨

    • @KasimTurkoglu
      @KasimTurkoglu Před měsícem +1

      @@menzurequrbanli İnanmalısan, Çünki çox çox ağıllısan ve senin kimi qadınların Azerbaycanda olması yarınlar üçün çox deyerli ve qıymetlidir. Sizler bu vetenin geleceyisiniz.

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      @@KasimTurkoglu 🫶🏼

  • @gulnazquliyeva172
    @gulnazquliyeva172 Před 3 měsíci

    ❤❤❤

  • @user-pw8wl5xh4l
    @user-pw8wl5xh4l Před 3 měsíci +3

    Çox maraqlı videodur! Yüksək enerjiniz bizə çox motivasiya verdi.Videolarınızın davamı gəlsin, çünki, çoooox gözləyirəm və sizin kimi şagirdlərə dərsin dərindən həm üzücü, həm də sevindirici tərəfləri haqqında dolğun məlumat əldə etmək düşünürəm ki, hər şagirdə, tələbəyə xoş təəssürat bağışlayacaq.Uğurlar!

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci +5

      Minnətdaram xoş sözləriniz üçün!❣️ Video təklifləriniz,"bu mövzuya da toxunsan yaxşı olar " dediyiniz bir şey varsa, yeni fikirlərə həmişə açığam🤍

  • @POLAT.ALEMDAR242
    @POLAT.ALEMDAR242 Před měsícem

    Sagolun mende bir umid yaratdiniz

  • @LWP955
    @LWP955 Před 2 měsíci +1

    Çooox sağolun bu yollarlı düz bir heftedirki tetbiq edirem ve tarix daha çox yadimda qalır ,daha yaxşı anlayıram ve çox şükürler olsunki tarixe olan sevgim yavaş -yavaṣ geri qayıdır sizin bu video sayesindee❤❤❤

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      Faydalı oluramsa,nə xoş mənə🫶🏼🫶🏼🫶🏼🥹

    • @LWP955
      @LWP955 Před 2 měsíci +1

      @@menzurequrbanli Herkesle paylaşdım videonuu❤️❤️❤️

    • @Rukaswp
      @Rukaswp Před měsícem

      ​@@menzurequrbanliBəs bakı dövlət yoxda gömrük akademiyasına getmək mümkündürmü hüquq fakültəsini 3 cü qurup olaraq universteti özümüz seçə bilərikmi?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      @@Rukaswp Salam.Dəqiq bilmirəm🫠

    • @Rukaswp
      @Rukaswp Před měsícem

      @@menzurequrbanli çox təşəkkürlər ♡

  • @fatimememmedova754
    @fatimememmedova754 Před 3 měsíci

    ❤❤❤❤

  • @alishirinli
    @alishirinli Před 3 měsíci

    👏👏👏

  • @EndeZorlu
    @EndeZorlu Před 4 dny +1

    11:43 olimpiada yolu heqiqeten cetindir il erzinde o qeder aglamisdim ki hec ne basa duse bilmirdim testlerde cox sehvim cixirdi vs. Amma yenede bezmemek ve davam etmek lazimdir sukir ki sonunda behresini gordum 🤍🤍

  • @NarminAliyeva-do8zg
    @NarminAliyeva-do8zg Před 3 měsíci

  • @user-yw5kg2km8u
    @user-yw5kg2km8u Před 3 měsíci

    Good for you , honey .

  • @teslaakademiya
    @teslaakademiya Před 28 dny

    Sağol İnşAllah gələn il gələrəm Riyaziyyat qızıl medalımın xəbəriylə bu il təəsüf ki yarımfinala qədər çıxa bildim 10 cu sinifəm düşünürəm həm 10 həm də 11 eyni imtahanı verir və 10-culara qarşı biraz ədalətsizlik var sağolun uğurlar hərkəsə

  • @CinarRzayeva-zb5gv
    @CinarRzayeva-zb5gv Před 2 měsíci +2

    Tarixi necə öyrənirəm haqda video çəkə bilərsiniz zəhmət olmasa

  • @safavid-AYB
    @safavid-AYB Před 2 měsíci +3

    Məndə Bu Tip Kanal axtarirdim.ÇOXXX SAĞ OLLLLLUUUN.RFO ya dair finala dair çoxlu video çəkin nolar🎉🎉🎉🎉

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      Faydalı ola bilirəmsə nə xoş mənə🫶🏼 RFOya aid yeni video çəkməyi düşünmürəm amma istənilən sualınızı cavablaya bilərəm🤍

  • @user-od8jr5ve4y
    @user-od8jr5ve4y Před 3 měsíci +1

    Blok üçündə video olsa əla olar 👍🏻

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci

      Yaxın vaxtlarda gələcək,əlimdən gəldikcə fənləri ayrı-ayrı çəkməyə çalışacağam❣️

  • @xedi4473
    @xedi4473 Před měsícem

    Mən 10cu sinifəm və bu il məktəbin məcburiyyəti ilə tarixdən adımı yazdırıb ilk mərhələyi keçdim. Heç bir şeyə hazırlaşmadan heç bir şey təkrar etmədən getdim və xoşbəxtlikdən dəhşət çətin suallar yox idi.Bilmədiyim sualları da məntiqlə tapdım, ancaq ikinci mərhələni keçə bilmədim. Tarixi məktəbdə normal oxusamda olimpiada səviyyəsində heç vaxt hazırlaşmamışam və abituriyent olaraq 10cu sinifdə başladım tarixdən hazırlaşmağa. 11ci sinifdə bir daha özümü sınamaq istəyirəm amma bir yerdən də düşünürəm ki zamanım az qalıb, çatdıra bilmərəm, digər dərslərim zəifləyər, vaxt yetərli deyil, məndən daha hazırlıqlı olanlar var və s. Ancaq bu videodan sonra biraz özümdə özgüvən tapdım. Belə bir şərh yazmağımın səbəbi də indiki vəziyyətim haqqında bura bir xatirə qoyub gələn il bu şərhi oxuyub nələrin baş vediyini görmək istəməyimdir. İnşallah yaxşı olar, məlumatlar üçün də çox sağolun 💗🫶🏻 Uğurlar sizə və təbriklər çətin olanı bacarmısız🫶🏻

    • @Sahin_2024
      @Sahin_2024 Před měsícem

      Salam. Mən də 10-cu sinifəm və mən də gələn il iştirak etmək istəyirəm RFO-da. Özünüzə inanın sistemli şəkildə bir şeyi oxuyub yenidən təkrar etdikdə yadda qalır. Biz heç kəsdən əskik deyilik biz də bunu bacara bilərik və bacaracıq. Mən də bunu bura yazıram İnşAllah gələn il RFO-da(COĞRAFİYA❤üzrə) qalib olduqdan sonra görən olsa xatırladar. Birdə nə yaxşı iştirak etmisiz bu özüdə bir uğurdur 😊. İnşAllah özünüzə inanın və hazırlaşın yaxşı olar 😊. Uğurlar.

  • @umidlizad1285
    @umidlizad1285 Před 2 měsíci

    Yenidən RFO barədə vidyo çəksəz mükəmməl olar.

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Əslində bu videoda hər şeyi izah etmişəm.Amma nə sualınız olsa olsa burdan cavablaya bilərəm.Ya da, instagramdan mənə yaza bilərsiz suallarınızı suallarınızı videodə cavablaya bilərəm🤍

  • @WORLDSOFHISTORY-pg3wc
    @WORLDSOFHISTORY-pg3wc Před 2 měsíci

    Salam Mənzurə xanım.Çox sağ olun.Mən birinci dəfədi finala qatılacam.Deyirlər,layihə düşəcək,Əgər mümkünsə layihənin necə yazılması barədə məlumat verə bilərsizmi?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      Salam! Düzü məndə layihə olmamışdı ona görə dəqiq məlumat verə bilməyəcəm.Amma layihə deyəndə əsasən sizə verilən məlumatları verilmiş meyarlara əsasən qruplaşdırıb ortaya nssə çıxartmaq olur.Məsələn, 19-ci əsrdə Azərbaycanda olan maldarlıq və əkinçilik sahələrini bölgələr və məhsul yığımına göeə qruplaşdırın.(Təxmini misal) Belə suallar ola biləcəcəyini təxmin edirəm🫶🏼

  • @ismayilagayev1096
    @ismayilagayev1096 Před 2 měsíci +1

    Salam sizden bir sey sorusacam kecen il dusen almaniya sekil tesviri ile verilen menbeni nece tehlil edirlerki orda meqsed mehdud cehet ehemiyyet yazilmisdi onlara ne yazmaq lazimdir ki ?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam! Məsələn məhdud cəhətə düzgün cavablar bu ola bilər ki, Mühariba haqqında dəqiq məlumat verilməyib,Almaniyanın öhdəlikləri haqqında dəqiq məlumat yoxdur falan kimi şeylər.Əhəmiyyəti bu ola biler ki, bu karikatura sayəsində Almaniyanın müharibədən çox sarsılmış olmasını,demək olar ki hər şeyi itirmiş olmasını sübut edir.Məqsəd ola bilər ki, digər dövlətləri Almaniyaya qarşı insanflı olmağa çağırır kimi şeylər.Ümumi olaraq karikaturadan,mənbədən nə anlamısız,bu mənbə sizdə hansı fikirləri oyadır kimi şeyləri açıqlamalısız🫶🏼

    • @ismayilagayev1096
      @ismayilagayev1096 Před měsícem

      @@menzurequrbanlicox sagolun

  • @noname-sk3vy
    @noname-sk3vy Před 2 měsíci +2

    May 1-i olacaq imtahan . nə məsləhət verə bilərsən Tarixdən cavabları necə yazım ki , düz olsun. Ətraflı yaza bilərsən? xahiş etsəm.
    Sen ilk imtahana girəndə necə hiss etmişdin?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      Birinci sualları diqqətli oxuyub sonra yazmağa başlayın.3 şeydən birini belə bilirsizcə yazın 1 bal belə qənimətdir.Boş buraxmayın vərəqi, əlinizdən gəldikcə fikrinizi izah etməyə çalışın.Dövlətləri bir-biri ilə müqayisə etmək, ya fərqllilikləri ilə oxşarlığını qeyd etmək kömək edə bilər.Mən imtahana gedəndə çox həyəcanlı idim,həyəcanı basdırmaq üçün biraz mahnıya qulaq asmaq kömək edəcək,amma imtahandan əvvəl nəsə oxumaqla beyninizi yükləməyin.Bir də, xəritə suallarında 5 dövlətdən 2 sini bilsəniz belə qeyd edin.Konkret yerini bilməsəniz belə,biraz yaxın yerə qeyd edin və adını dəqiqliklə yazın🤍 Bir də son ana qədər qalmağı məsləhət bilirəm ürəyinizdə xal qalmasın ki görəsən son anda nəsə yaza bilərdim? Və orda sizə qaranlıq qalan sualları mütəxəssislərə verəbiləcəyiniz vərəq və zaman olacaq, sizə qaranlıq qalan şeyləri soruşun.Bir də sizə qeyd dəftəri veriləcək,mən suallarımı ora köçürtmüşdüm ki, çıxanda müəllimlərə falan deyim🤍 Uğurlar,hər şey yaxşı olacaq.Sualları bura yazsanız çox sevinərəm✨

    • @i.1.n.8
      @i.1.n.8 Před 9 dny

      Suallardan yadınızda qalanı varsa yaza bilərsiniz? Mən keçən il finalda iştirak etmişdim, bu ilin sualları maraqlıdır.

  • @Huseynovaydan407
    @Huseynovaydan407 Před 3 měsíci

    İdeall 🤍✨

  • @cavansirmustafayev2565
    @cavansirmustafayev2565 Před 2 měsíci

    Salam.Mən yarımfinal mərhələsini keçdim(tarix fənni)finala hazırlaşıram və aşağı yaş qrupuyam yəni 9cu sinifəm.10-cu və 11-ci sinifin dərsliklərin oxumalıyam?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      Salam,əvvəla təbrik edirem🤍 İkincisi bəli,oxumağınızı məsləhət bilirəm çünki demək olar ki yuxarı yaş qrupu ilə aşağı yaş qrupunun sualları çox fərqli olmur.Onsuz da 9-cu siniflə 11-ci sinid kitabı, 10-cu siniflə digərləri paraleldi.10 11 oxumağa başlayın,yeni rast gəldiyiniz məlumatları öyrənin🫶🏼 İşi qarantiya almış olarsız

  • @papatyamm_014
    @papatyamm_014 Před 2 měsíci +1

    Mən bu il hazırlaşmamışdım 9 cu sinif idim 6,7 sinifi bilirdim ama 4 balnan kəsildim 2 ci tura keçə bilmədim gələn il inşəllah qazanaram🥹

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Xırda şeylərə çox ilişirlər deyə hazırlaşmadan getmək düz deyil.1 balın belə önəmi var.İnşallah gələn il bura qazadığınızı yazarsız🫶🏼 Videodan maksimum yararlanmağa çalışın🤍

    • @papatyamm_014
      @papatyamm_014 Před 2 měsíci

      @@menzurequrbanli təşəkkürlər birdə mənə məktəb məllimim elə bilki 9 u soruşur məndən mən ama 8 i bilmirəmdə yəni o düzgündür 8 i bilmədən 9 u oxumaq boşluq yaranırmı?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      @@papatyamm_014 əlbəttə boşluq yaranar.Zincirvaridir tarix,hər hadisa bir-biri ilə bağlıdır.Baş vermiş hadisələri siniflərə görə bölüb kitablara nəşr etdirirlər.Ona görə də 8-ci sinifi də dərindən öyrənin sonra 9 🤍

    • @papatyamm_014
      @papatyamm_014 Před 2 měsíci

      @@menzurequrbanli çox sag olunnn yardımcı olduzz🤭❤️

  • @HuseynBehbudov-pt6wu
    @HuseynBehbudov-pt6wu Před 2 měsíci

    Salam.Finalda mənbəni qələmlə yazmaq lazımdır? Yoxsa karandaşla? Cədvəli çəkərkən karandaşla çəkilir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam,mən və ordakı uşaqların çocu bütün sualları birinci karandaşla işlədik.Cədvəlimizi,sxemimizi,xətirəmizi birinci karandaşla çəkdik.Son məqamda qələmlə(ruçka) ilə üstündən bir daha gedib verdik.Açıq sualları da ruçka ilə yazdıq verərkən.🤍

  • @ferda8498
    @ferda8498 Před měsícem

    Salam bes eger 1 2 3-cü yerlerden birine çıxmamışıqsa amma finalı keçmişikse onda universitet şansı olur yoxsa yox?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! Xeyr,bildiyim qədər ile sadəcə yer tutanların universitet haqqı var🤍

  • @LWP955
    @LWP955 Před 2 měsíci

    Salam ,siz Rm kitabi dedize videoda o kitab Anar Isayev terefinden yazilib ?Mende 2023 Anar Isayev test kitabi var üzerinde Rm yazilmayib ona göre soruşdum😊❤

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Bəli Anar İsayev tərəfindən yazılıb,kirəmit rəngi kitabdır 5000 lik toplu gedir adı

    • @LWP955
      @LWP955 Před 2 měsíci

      @@menzurequrbanli 🩷burada hansı unide oxuyursunuz ixtisasınız nedir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      @@LWP955 Xəzər Universitetində tərcümə ixtisasında oxuyuram🫶🏼

    • @LWP955
      @LWP955 Před 2 měsíci

      @@menzurequrbanli Çox gözel uni ixtisas🫶sağ eliniz başıma🌹birde edebiyyatida mükemmel öyrenmek üçün burda qeyd olunan yollardan istifade etmek olar?🩷

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      @@LWP955 Təşəkkürlər🤍 Ədəbiyyat və Azərbaycan dili üçün ayrı bir video çəkəcəm,sadəcə imtahanlardan vaxt tapa bilmirəm🥹

  • @user-vy3sd2kh4x
    @user-vy3sd2kh4x Před 21 hodinou +1

    Siz olimpiyada nəticəsində hüquq fakültəsində də, oxuya bilerdiz? (pulsuz şəkildə)

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 19 hodinami +1

      Dəqiq bilmirəm amma çox ixtisasa pulsuz oxumaq şansım var idi❤️

  • @Ayhan_Editsz
    @Ayhan_Editsz Před 3 měsíci +1

    Salam.Hazırlığa neçə ay əvvəldən başlamağı məsləhət görürsünüz?Tanıdığınız olimpiada müəllimi var tarixdən?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci +1

      Salam! Mən hazırlığa 10-cu sinifdən başlamışam,11-ci sinifdə getmişəm olimpiadaya.Neçənci sinifdə olimpiadaya gedəcəksizsə ondan əvvəlki sinifdə artıq oxumağa başlamağı məsləhət bilərdim,çünki material çoxdu.Amma bazanız çox güclüdürsə yayın axırlarından il boyunca hazırlaşsaz da olar.Mən öz rayonumdakı müəllimə ilə hazırlaşmışdım,ona görə spesifik olimpiada müəllimi tanımıram🤍 Yaşadığınız bölgədə olimpiadaya uşaq hazırlayan,materialladan xəbəri olan müəllim varsa işinizi görə bilər.Əsas yük sizdədir çünki🤭

    • @Ayhan_Editsz
      @Ayhan_Editsz Před 3 měsíci +1

      @@menzurequrbanli çox sağ olun.uğurlarınız bol olsun

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci

      @@Ayhan_Editsz Siz sağ olun,uğurlar🤍

  • @ismayilagayev1096
    @ismayilagayev1096 Před 2 měsíci +1

    Salam evvelki illerin final suallarini nece tapa bilerem tarixden?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      Salam! Təəsüflər olsun ki,final sualları paylaşılmır bildiyim qədəri ilə.Ancaq finalçı olmuş uşaqlardan öyrənə bilərsiz.Mən özümünküləri şərhə yazmışam🫶🏼

  • @vusalqafarov1277
    @vusalqafarov1277 Před měsícem +1

    Salam. Bagışlayın,yenidən narahat edirəm.RFO fənnlər üzrə proqramı hər il eyni olur?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem +1

      Salam! Əslində kök proqram eyni qalır bildiyim qədər ilə.Amma məsələn tarix fənninə demək olar ki, hər ik yeniliklər əlavə edildiyi üçün kitablara salınmış yeni mövzular,döyüşlər, ümumiyyətlə hadisələr RFOya düşə bilir.Kitabda yeni bir şey varsa potensial sual var deməkdir🫶🏼

    • @vusalqafarov1277
      @vusalqafarov1277 Před měsícem +1

      @@menzurequrbanli çox sağ olun

  • @OrxanMeherremli-es4vs
    @OrxanMeherremli-es4vs Před 2 měsíci

    Salam Mənzurə xanım bağışlayı nece gündü sizi narahat edirəm bir söz sorusume dersliklerin köhnələrini oxumaq meslehetdi yoxsa yenilərini

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam! Əstəğfürullah xoşdur.Yeni kitabları oxumağınızı məsləhət bilirəm.Çünki yeni şeyləri tez tez salırlar ki,uşaqlar bilməsin.Amma əgər vaxtınız varsa yeni nəşr dərsliklərdən əlavə köhnə nəşrə(keçən ya da inişil) olanlara nəzər atıb müqayisə edin🫶🏼 1 əlavə il belə sual ola bilər📌

    • @OrxanMeherremli-es4vs
      @OrxanMeherremli-es4vs Před 2 měsíci

      @@menzurequrbanli Beli Anlayışınıza görə təşəkkür sizdən basqa RFO ya aid video paylasan yoxdu Təşəkkürlər

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      @@OrxanMeherremli-es4vs Nə qədər sualınız olsa ünvanlaya bilərsiz📌🥂

  • @siannasissly
    @siannasissly Před 2 měsíci +1

    Medalimi goturum inşAllah bura yazacam🙏 🥇🙏🥇⭐

  • @OrxanMeherremli-es4vs
    @OrxanMeherremli-es4vs Před 2 měsíci

    Salam Hansı kitablardan oxumaq lazımdır dersliklerden oxumaq lazimdir yoxsa Anar isayevin kitabindan birde hansı testden islemişdiz?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam🫶🏼 Videon hissələrə ayırmışam verdiyiniz sualları videonun başlıqlı hissələrində və açıqlamada tapa bilərsiz🤍

    • @OrxanMeherremli-es4vs
      @OrxanMeherremli-es4vs Před 2 měsíci

      @@menzurequrbanli Çox sağ olun

  • @Sweet_flower1
    @Sweet_flower1 Před 3 dny

    Məndə biologiya olimpiada medalisti yəm ❤❤❤❤

  • @Sksnlsbslabsk
    @Sksnlsbslabsk Před 2 měsíci

    Salam. Riyaziyyat rfo üçün material bilmirsiniz? Yəni hansı kitablardan istifadə edə bilərəm?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam! Təəsfüflər olsun ki,dəqiq məlumatım yoxdur🫶🏼

  • @learn-ms1tn
    @learn-ms1tn Před dnem

    Salam.Zəhmət olmasa 8ci sinif azərbaycan dili və ədəbiyyat rfo haqqında tövsiyyələr verə bilərsiniz?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před dnem

      Salam! Düzünü desəm heç vaxt Azərbaycan dili və ədəbiyyat RFO da iştirak etməmişəm.Amma RFOların əsas quruluşu eyni olur çox vaxt.Birinci bilməyiniz lazım olan şey-normal dərslərdən daha çoxunun düşəcəyidir.Tutaq ki sizə dərsdə verilir bir əsərin ixtisarı ya da 4 məclisi.Amma RFO sizdən daha çoxunu tələb edə bilər.Ona görə də çox oxumaq,oxuduqca beyninizin qarışacağı reallığını dərk edin.8-ci sinif olaraq bu sizə təcrübə olacaq.Çox həyəcanlanmayın.Amma onu deyim ki,finalda tarixdə aşağı yaş qrupu və yuxarı yaş qrupuna demək olar ki eyni tipli suallar düşmüşdü.Yəni sadəcə 8-9 materialını oxumayın.Uğurlar❤️

    • @learn-ms1tn
      @learn-ms1tn Před 15 hodinami

      @@menzurequrbanli Çox sağ olun🥰

  • @chaesblink_
    @chaesblink_ Před měsícem

    Hansısa kurs və hazırlığa getmisiz olimpiada üçün?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! Tarixdən qəbul imtahanına hazırlaşdığım müəllimlə birgə hazırlaşmışam.Kursa getməmişəm

  • @AyanCavadl
    @AyanCavadl Před měsícem

    Salam.Pozan, xətkeş aparmaga icazə var?cədvəl çəkmək üçün

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! Bəli istənilən yazı məhsulu apara bilərsiniz🫶🏼 xətkeş,müxtəlif qələmlər,hətta sirkul da olar

    • @AyanCavadl
      @AyanCavadl Před měsícem

      @@menzurequrbanli çox sağolun ❤️

  • @Amil.M.M
    @Amil.M.M Před měsícem +1

    Sabah RFM riyaziyyatdan II turm var

  • @menzurequrbanli
    @menzurequrbanli  Před 3 měsíci +6

    BONUS💥 2023 FİNAL SUALLARI:
    1.Qaraqoyunlu dövləti haqda infoqraf tərtib edin.
    2.XƏRİTƏ sualı : 1. Balkan müharibəsində iştirak etmiş dövlətləri göstərin
    3.Qarabağ xanlığının idarəetmə sisteminə aid sxem tərtib edin,
    4.MƏNBƏ TƏHLİLİ:
    1919 Almaniya,Simplissium jurnalı
    "100 milyard marka təzminatdan sonra sənə yemək verəcəyəm"
    Tapşırıq
    1.Mənbə haqda məlumat
    2.Məqsəd
    3.Əhəmiyyətli cəhətləri
    4.Məhdud cəhətləri
    UĞURLARRRR🎉🎉🎉

    • @Musayev646
      @Musayev646 Před 3 měsíci

      Salam informatik qrafik nə deməkdir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci

      @@Musayev646 Salam! İnformatik qrafik ya da infoqraf- hər hansısa bir şey mövzu haqda məlumatı olmayan insanlara ən bəsit şəkildə o mövzunu çatdırmaq üçün qurulan qrafikdir.Məsələn Qaraqoyunlu dövləti haqda infoqrafda dövlət haqqındaki vacib məlumatlar-yaranması,ərazisi,önəmli hökmdarları,buraxdığı izlər,tarixi əhəmiyyəti,varsa idarəçilik sistemi kimi şeylər yazılır.Heç bir məlumatı olmayan şəxs bu qrafikə baxanda artıq Qaraqoyunlu dövlətinin nə kimi bir əhəmiyyəti olduğunu,dövlət haqqında əsas məlumatları öyrənmiş olur.❣️

    • @sevincmikayilova9273
      @sevincmikayilova9273 Před 2 měsíci

      Xahiş edirəm sualları cavablandırardız
      1. İnfoqrafın nə olduğunu bilirdiz, yoxsa orda izah olundu?
      2.sxem tərtib etmək üçün sadə qələm, xətkeş götürmək lazımdırmı?
      3. 5 suala nə qədər vaxt verilir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      @@sevincmikayilova9273 Salammmm!
      1.Mən bilirdim nə olduğunu amma orda uşaqlar sual verdiler,izah olundu.
      2.Bəli mən xətkeş,sadə qələmlər,hətta transportir,sirkul belə götürmüşdüm ki, birdən diaqraam çəkmək lazım olar.Yəni belə şeyləri götürün
      3.4 ya da 5 sualdı səhv etmirəmya ya 2 saat ya 3 saat vaxt verilirdi.🫶🏼

    • @sevincmikayilova9273
      @sevincmikayilova9273 Před 2 měsíci

      Ətraflı məlumat üçün çox təşəkkür edirəm

  • @elovsetsuleymanov4412
    @elovsetsuleymanov4412 Před 3 měsíci +1

    Salam aşağı yaş qrupunda tarix rfo üçün 10-11 də oxunmalıdır?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci +1

      Salam! Yarımfinal turuna qədər əsasən 9a qədərki materiallar düşür.Amma Finalda hər mövzudan sinif fərqi olmadan düşdüyü üçün,əvvəldən 10-11 materalları da oxunsa iş qaranti olar.

    • @elovsetsuleymanov4412
      @elovsetsuleymanov4412 Před 3 měsíci +1

      @@menzurequrbanli çox sağ olun mən də finala hazırlaşıram. İnşallah Allah məqsədimə çatdırar 🤲🤲🤲

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci +1

      @@elovsetsuleymanov4412 Uğurlar! Əminəm ki,əziyyətinizin bəhrəsini görəcəksiz❣️ Nə sualınız olsa ünvanlaya bilərsiz.

  • @LawyerLeyla
    @LawyerLeyla Před měsícem

    Salam .Siz final merhelesindeki suallari nece yazdiz zehmet olmasa melumatlandirardiniz .Mende getdim finalda 5bal catmadi😢

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! Şərhlərdə tək-tək cavablamışam🫶🏼 detallı izahla yazmışam🤍

    • @LawyerLeyla
      @LawyerLeyla Před měsícem

      Cox sagolun bir sualim daha var .İstediğimiz üniversitese şans var yoxsa yalnız tarixle bağlı olan ixtisaslar?

    • @nicatmirxanov8775
      @nicatmirxanov8775 Před měsícem

      ​@@LawyerLeyla tarix

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      @@LawyerLeyla Yalnız tarixlə bağlı ixtisaslar🫶🏼

    • @sadiqagaverdiyev2574
      @sadiqagaverdiyev2574 Před 23 dny

      Neçe bal topladın

  • @Lalalalisa124
    @Lalalalisa124 Před měsícem

    Salam,sizdən bir şey soruşmaq istəyirəm.RFM və RFO eyni şeydir?Fərqlidirsə,RFM də yer tutanda nə olur?Bilirsinizsə,cavab verərdiniz zəhmət olmasa🌸

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! Mən bilən ikisi ayrı şeydi.Çünki RFM də biologiya,fizika,informatika, riyaziyyat var ancaq.Amma RFO da hümanitar fənlər də var.RFM haqqında məlumatım yoxdur təəsüflər olsun ki😶‍🌫️

    • @Lalalalisa124
      @Lalalalisa124 Před měsícem

      @@menzurequrbanli Anladım,çox sağ olun🌼

    • @x.memmedli
      @x.memmedli Před 24 dny

      RFM-Respublika final mərhələsi deməkdir)

    • @Lalalalisa124
      @Lalalalisa124 Před 24 dny +2

      @@x.memmedli xeyr,Respublika Fənn Müsabiqəsi ☺️

  • @OrxanMeherremli-es4vs
    @OrxanMeherremli-es4vs Před 2 měsíci

    Menzure xanim indi men 10 cu sinifem gelb il olimiadaya vermek isteyirem heleki 9 ay qalıbda olimpiadaya hemise dekabrda olur sizce özümüz tek hazırlasmaq daha yaxsidi yoxsa hansisa repitor la hazırlasmaq?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam! Olimpiada ağır olduğu üçün məsləhətim OLİMPİADA materialları və yollarını BİLƏN repetitorlar hazırlaşmaqdır.Əlavə olaraq nə qədər tez hazırlaşmağa başlasanız o qədər çox sizə şansdır.İndidən hazırlaşın🫶🏼

    • @OrxanMeherremli-es4vs
      @OrxanMeherremli-es4vs Před 2 měsíci

      @@menzurequrbanli oldu çox sağ olun amma hele gec deyildə? Mən kecen ilde verdim amma hec ne oxumamisdimda oz savadimla getdim 1 merheleni kecdim 2 ci merhele kece bilmedim bu videonu görüb heveslendim artiq oxumaga baslamisam tesekurrler her seye göre

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci +1

      @@OrxanMeherremli-es4vs Qətiyyən gec deyil.İndi başlasanız təkrar etməyə bol-bol vaxtınız olacaq🫶🏼 Təsirim oldusa nə xoş mənə,uğurlar!🤍

    • @queenofworld555
      @queenofworld555 Před měsícem

      ​@@menzurequrbanliSalam olimpiada üçün riyaziyyatdan hansı vəsaitləri tövsiyə edərdiz?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      @@queenofworld555 Salam! Ətrafıkda riyaziyyatdan olimpiadaya gedən olmayıb deyə dəqiq məlumat verə bilməyəcəm,təəsüf ki🫶🏼

  • @EfendiQuliyev
    @EfendiQuliyev Před 2 měsíci

    Coğrafiya aşağı yaş qrupunun final suallarını haradan tapa bilərəm?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      FİNAL sualları heç yerdə paylaşılmır.Sadəcə yaddında qalan uşaqlar paylaşır.Finalda hamısı açıq olduğu üçün rəsmi şəkildə paylaşmırlar

    • @EfendiQuliyev
      @EfendiQuliyev Před 2 měsíci

      Hə çox sağolun. Bütün şagirdlər Bakıda imtahan verir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      @@EfendiQuliyev Bəli,final Bakıda baş tutur🫶🏼

  • @user-ee2bd4dm9x
    @user-ee2bd4dm9x Před 2 měsíci

    Salam.Tebrikler.Bir sey sorusmaq isteyirdim.Tarixde kecen il finalda qrafik suali dusmusdu.Qrafik adi cedveldir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam, təşəkkürlər! Cədvəl tiplidir,amma daha sadə versiyası

    • @user-ee2bd4dm9x
      @user-ee2bd4dm9x Před 2 měsíci

      Bes karikatura?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      @@user-ee2bd4dm9x Karikatura hər hansı bir mənbədən olur.Məsalən bizde bir jurnaldan verilmişdi

    • @user-ee2bd4dm9x
      @user-ee2bd4dm9x Před 2 měsíci

      Təşəkkürlər!

    • @sevincmikayilova9273
      @sevincmikayilova9273 Před 2 měsíci

      ​@@menzurequrbanliSiz nə cavab yazmışdınız?

  • @EfendiQuliyev
    @EfendiQuliyev Před měsícem

    Salam mən coğrafiyadan bürünc medal qazandım(8ci sinif). İnşəAllah gələn il qızıl medal qazanaram
    Sualım: Mükafatlandırılma cavablar çıxandan nə qədər sonra çıxır?. Zəhmət olmasa cavab verərsiz

    • @EfendiQuliyev
      @EfendiQuliyev Před měsícem

      Bir də hər kəsə eyni səviyyədə ( qızıl medal qazanan, gümüş medal qazanan və bürünc medal qazananlara) eyni səviyyədə hədiyyələr verilir. Yoxsa medallara əsasən hədiyyələr dəyişir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! TƏBRİKLƏR!🫶🏼 Bizim mükafatlandırma 14 iyul olmuşdu.

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      @@EfendiQuliyev Hədiyyələr dəyişir🫶🏼

    • @EfendiQuliyev
      @EfendiQuliyev Před měsícem

      @@menzurequrbanli təşəkkür edirəm

  • @XyalKrimova-pp2bf
    @XyalKrimova-pp2bf Před měsícem +1

    Neçe aya tam hazirlaşmaq olar?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Potensial və bazadan asılıdır.Medal üçün 1 il hazırlaşmaq lazımdı ən azı(7-9 ay da olar)

  • @Minnos_m
    @Minnos_m Před 3 měsíci

    Uğurlar! 🎉Günə neçə saat çalışmaq lazımdır? Və final mərhələ Bakıda keçirilir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci

      Təşəkkürlər! Neçə saat çalışmaq məsələsi sizin dərsi qavrama formanızdan,bazanızın nə qədər güclü olmasından asılıdır.Amma ümumi olaraq hər gün davamlı,sizi qane edəcək qədər çalışmaq düzgündür.Bəli Final mərhələsi Bakıdadır.

    • @Minnos_m
      @Minnos_m Před 3 měsíci

      @@menzurequrbanli Çox sağ olun mənim qavramağım yaxşıdır. Bəs səncə gün ərzində neçə saat oxumaq daha idealdır?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci +1

      @@Minnos_m Mənim fikrimcə gündə ən azı 1-2 saat əlavə sərf edilməlidir olimpiadaya.Mövzulardan asılı olaraq dəyişə də bilər

    • @Minnos_m
      @Minnos_m Před 3 měsíci

      @@menzurequrbanli Çox sağ olun! İnşallah ki yaxşı olar 😀💅🏻

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci +1

      @@Minnos_m İnşallah❣️

  • @xdic7472
    @xdic7472 Před měsícem

    Azərbaycan Tibb üniversiteti də daxildir istənilən ixtisasa?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! Tibb universiteti ilə tarixin əlaqəsi nədir bilmədim.Digər olimpiadaların hansı ixtisaslara qəbul olmağa imkan verdiyi haqqında məlumatım azdı🫶🏼

  • @AyanCavadl
    @AyanCavadl Před 2 měsíci

    Salam.Neticeler nece gun sonra bilinir?

  • @EndeZorlu
    @EndeZorlu Před měsícem

    men rfmde kimya uzre gedirem insAlllah xeyirlisi

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem +1

      Uğurlar🤍

    • @EndeZorlu
      @EndeZorlu Před měsícem

      @@menzurequrbanli cox sagolun bu gun ikinci tur oldu 25/22 yazmisam medala dogru🤍

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem +1

      @@EndeZorlu Əla! Uğurlarr🙏🏼🥹

    • @EndeZorlu
      @EndeZorlu Před 4 dny

      @@menzurequrbanli Gumus medal aldim 91 balla ))

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 4 dny +1

      @@EndeZorlu Təbrik edirəmmm❤️

  • @aishassslyyy
    @aishassslyyy Před měsícem

    Rus sektorlu müsabiqədə iştirak eliyə bilər?

  • @meryem.0702
    @meryem.0702 Před měsícem

    Salamm. Gümüş medalçılara mükafat olaraq planşet verilir?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam! Mən qızıl medalçıyam mənə planşet verilmişdi.Gümüşlərə dəqiq nə verilir bilmirəm🤍

    • @DefinitelyNotFelis.
      @DefinitelyNotFelis. Před měsícem

      Ötən il bizlərə - gümüş medalçılara da planşet verilmişdi. Söz yox, qızılların planşeti daha babat idi, ancaq məlumatlandırmış olum sizi də.
      Hal-hazırkı il üçün medalın əyarına görə mükafatlar isə hələ dəqiq bilinmir. Bu il ikinci gümüşümdür, xeyirlisi, görək bu dəfə nə düşəcək:)

    • @ZahraHuseyn
      @ZahraHuseyn Před měsícem

      ​@@DefinitelyNotFelis.Salam, hansı fənn üzrə?

    • @DefinitelyNotFelis.
      @DefinitelyNotFelis. Před měsícem

      @@ZahraHuseyn Azərbaycan dili və ədəbiyyat.

    • @ZahraHuseyn
      @ZahraHuseyn Před měsícem

      @@DefinitelyNotFelis. Uğurlar olsun

  • @026fuadd
    @026fuadd Před měsícem

    Salam, mənbəni necə təhlil etdiniz?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Salam.Mənbəm Almaniyanın birinci dünya müharibəsindən sonrakı dövrünə aid idi.Məqsədə yazdım ki, Almaniyanın müharibədən sonrakı vəziyyətini dünyaya çatdırmaq üçün hazırlanıb.Əhəmiyyəti Almaniyanın məğlub olduğunu,xalqın çətin vəziyyətdə olduğunu qeyd etdim,Məhdud cəhətləri.Təzminatın nə zamana kimi ödənilməsi,Almaniyanın ümumi vəziyyəti,borcları,Təzminat ödəməli olduğu dövlətlər bərasində geniş məlumat verilməyib.

    • @menzurequrbanli
      @menzurequrbanli  Před měsícem

      Əlavə yazdıqlarım da var idi,ancaq yadımda qalan bunlar oldu.

    • @026fuadd
      @026fuadd Před měsícem

      @@menzurequrbanli çox sağ olun.

  • @nigarismaylzadeh0709
    @nigarismaylzadeh0709 Před měsícem

    İngilis dilindən RFO olur?

  • @sadiqagaverdiyev2574
    @sadiqagaverdiyev2574 Před 23 dny

    Neçə bal topladın qızıl medal aldın

  • @azad3510
    @azad3510 Před 3 měsíci +1

    Salam Rfm üçün olan bir sayt tanıyırsız?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 3 měsíci

      Salam! RFO üçün ötən il xüsusi sayt var idi.Lakin deyəsən o saytı Təhsil Nazirliyinin saytı ilə birləşdiriblər.Bu sayt isə açıqlama bölməsində var🤍

  • @sadiqagaverdiyev2574
    @sadiqagaverdiyev2574 Před 22 dny

    İlk 20 nefere veriller medal yoxsa 100

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 22 dny

      Sayı dəqiq bilmirəm🙏🏼 Amma gümüş,qızıl,bürünc birgə medal alan çox idi

    • @sadiqagaverdiyev2574
      @sadiqagaverdiyev2574 Před 22 dny

      Çox sağol məsələn 100 də 40 yığsam yer tutaram sizcə​@@menzurequrbanli

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 22 dny

      @@sadiqagaverdiyev2574 Finalda 100 bal yox idi bizdə.Maksimum 50 idi amma dəyişə bilir bu ballar.Medala düşmək uşaqların ümumi statistikası və keçid üçün faizdən asılıdır🙏🏼

    • @Okumayageldik
      @Okumayageldik Před 12 dny

      ​​@@menzurequrbanlibəs yaş həddi nə qədərdi yəni ünversitetə daxil olanlar girə bilərmi?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 12 dny

      @@Okumayageldik Salam! Bildiyim qədəri ilə, RFO sadəcə məktəblilər üçündür🩵

  • @user-fm4ob3uy2u
    @user-fm4ob3uy2u Před 25 dny

    Əvvəlki illərin suallarına necə baxaq?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 25 dny +1

      Salam,təəsüf ki,bildiyim qədəri ilə əvvəlki illərin FİNAL sualları paylaşılmır.Ancaq iştirakçılardan soruşa bilərsiniz.Amma əvvəlki mərhələlərin sualları(testlər və düzgün cavabları) YTda mövcuddur.💚

    • @user-fm4ob3uy2u
      @user-fm4ob3uy2u Před 25 dny

      @@menzurequrbanli çox sağolun məlumat verdiyinizə görə

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 25 dny

      @@user-fm4ob3uy2u Xoşdur,nə sualınız olsa,buyurun💚

    • @user-fm4ob3uy2u
      @user-fm4ob3uy2u Před 24 dny

      ​@@menzurequrbanlibirdə birşey soruşum sizdən 2ci mərhələyə keçmək üçün bal nə qədər olmalıdır

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 23 dny

      @@user-fm4ob3uy2u Uşaqların uğur statistikasından asılıdır💕

  • @RevanHuseynov-pi5iz
    @RevanHuseynov-pi5iz Před měsícem

    Neçənci qrupa hazirlasirssn?

  • @suleymanli2008
    @suleymanli2008 Před 2 měsíci +1

    Mayın 1i finaldi. İnşallah medal xeberi ile qayıdaram 🤲🏼❤️

  • @noname-sk3vy
    @noname-sk3vy Před 2 měsíci

    Olimpiada qalibləri nə ilə mükafatlandırılır?Bilən varsa deyə bilər?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      Salam! Uyğun olaraq qızıl,gümüş və bürünc medal,uyğun olaraq komputer,planşet,qulaqcıqlar.(Məndə planşet idi) və univeristetə imtahansız qəbul olma şansı🫶🏼

    • @noname-sk3vy
      @noname-sk3vy Před 2 měsíci

      Çox sağolun

    • @user-ee2bd4dm9x
      @user-ee2bd4dm9x Před 2 měsíci

      ​@@menzurequrbanliistirakci sertifikatini ne zaman verirler ?

    • @menzurequrbanli
      @menzurequrbanli  Před 2 měsíci

      @@user-ee2bd4dm9x Bizim mükafatlandırılma mərasimi 14 İyul baş tutdu.BAKIDA. Medal, Sertifikat, hədiyyə o gün birgə verildi.
      Qalib olduğumuz isə 8 may (Final mərhələsindən 2 gün sonra bilindi)

    • @user-ee2bd4dm9x
      @user-ee2bd4dm9x Před 2 měsíci

      @@menzurequrbanli cox sag olun.

  • @selcanehmedova1791
    @selcanehmedova1791 Před 3 měsíci

  • @CinarRzayeva-zb5gv
    @CinarRzayeva-zb5gv Před 2 měsíci

    Tarixi necə öyrənirəm haqda video çəkə bilərsiniz zəhmət olmasa

  • @CinarRzayeva-zb5gv
    @CinarRzayeva-zb5gv Před 2 měsíci

    Tarixi necə öyrənirəm haqda video çəkə bilərsiniz zəhmət olmasa

  • @CinarRzayeva-zb5gv
    @CinarRzayeva-zb5gv Před 2 měsíci

    Tarixi necə öyrənirəm haqda video çəkə bilərsiniz zəhmət olmasa